Folklorun ən geniş yayılmış janrlarından olan bayatı yazılı ədəbiyyatımızda da özünə yer almışdır. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XVII əsrdə yazıb-yaradan Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.
Çağdaş ədəbiyyatımızda bayatı janrına müraciət edən yazarlar içərisində şair Məcnun Göyçəli bayatıları xüsusilə diqqəti cəlb edir.
Vətən, Göyçə, doğma yurd kimi müqəddəs məfhumlar şair Məcnun Göyçəlinin bütöv, tam yaradıcılığında daimi yer tutduğu kimi, bayatılarının da mühüm, xüsusi yaradıcılıq mövzusudur.
Məcnun müəllim kimi minlərlə Göyçə həsrətli, Göyçə sevdalı, qəlbində Göyçə xəyalı ilə yaşayan insanlar üçün də qürbətdə ölüm yalnız ona cismani başdaşı ola bilər, onun ruhunun məzarı isə Göyçədə bərqərar olub, o ruh Göyçə gölünün, onu əhatə edən müqəddəs torpaqlar üzərində gecə-gündüz çırpınır, vurnuxur, qanad çalır.
Yaşıyam
Yanaqda gözyaşıyam.
Qəbrim Göyçədə qaldı,
Qürbətdə başdaşıyam.
Doğma torpağından, sevimli Göyçəsindən uzaq düşən hər birimiz kimi şairin də yuxusuz gecələrinin yorğanı Vətən ayrılığının dərdindən ağırlaşıb daşa dönüb, Göyçə nisgilinin göz yaşlarından yasdığı su içindədir, qürbətdə dünyanı dəyişəndə qəbrimiz orda qazılsa da içi boşdur, cismimizdən ayrılan ruhumuzun məzarı Göyçədədir.
Yorğanım daşdı, Göyçə,
Yasdığım yaşdı, Göyçə.
Qərib öldüm, yad öldüm,
Məzarım boşdu, Göyçə.
Göyçə həsrəti, doğma yurd nisgili şairin ürəyini yağır, mənəvi durumunu fağır edib. Göyçəsində quş kimi pərvazlanan, küləkdən yüngül olan şair, Vətən ayrılığından, həsrətindən dərd çəkərək torpaqdan da ağır olub:
Ürəkdən yağır oldum,
Tükəndim, fağır oldum.
Küləkdən yüngülüydüm,
Torpaqdan ağır oldum.
Məgər nümunə kimi gətirdiyimiz bu istedadlı şair qələmindən çıxmış kədərlə, qəmli notlarla nəfəs alan nisgilli sətirlər sevimli Göyçəmizdən uzaq düşmüş hər bir insanın həsrətini, ayrılığını və ağrılarını dərin, poetik bir sızıltı ilə ifadə etmirmi?
Yurdundan uzaq düşmüş şairin keçirdiyi kədərli daxili hissləri bu təsirli sətirlərdən aydın duymaq çətin deyil:
Könlüm sazaqdı mənim,
Yurdum uzaqdı mənim,
Bir damla yaş qıymadın,
Dərdim quraqdı mənim.

Həyat mənzərəsinə diqqətlə, özünəməxsus olan təfəkkür tərziylə nəzər salan müdrik şair hər bir varlığın müəyyən məna daşıdığını, xüsusilə bəşər idrakının dünya, kainat sirrlərini, möcüzələrini açmaq, kəşf etmək üçün yaradıldığını bu hikmətli sətirlərlə dolayısıyla poetik bayatı dili ilə belə ifadə edir:
Gül var, qoxumur-gedir,
Əl var, toxumur-gedir.
Bu dünya bir kitabdı,
Çoxu oxumur-gedir.
Bildiyiniz kimi, SÖZ insan amalının, düşüncə və əqidəsinin göstəricisi kimi deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür, qəlblərə hakim olur, düşüncələrin əbədi sahibinə çevrilir. Ta müqəddəslərimizdən başlayaraq onların verdiyi ilahi qüdrətə sahib olan dahilərimizin, korifeylərimizin, saz-söz sənətkarlarımızın bizlərə qoyub getdiyi SÖZ irsi kimi. Sözə, xüsusilə şair sözünə böyük əhəmiyyət, məna verən, onun məsuliyyətini dərindən başa düşən Məcnun Göyçəli dahi Nizaminin “...Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti...” misrasıyla həmahəng səslənən
Özünə,
Söhbəti nə, sözü nə.
“Quran” varağ artırar,
Əsil şair sözünə.
bayatısında “əsil şair sözünün” dəyərini, aliliyini ilahi bir zirvəyə qaldırır.
Şair başqa bir bayatısında mərdlik, kişilik kimi yüksək insani keyfiyyətləri də sözün əsil mahiyyəti ilə məharətlə mənalandıra bilmişdir:
Yol ver, elinnən gəlsə,
Söz de, dilinnən gəlsə.
Oğul sözünnən sınmaz,
Kişi belinnən gəlsə.
Milli adət-ənənələrimizin gözəl xüsusiyyətlərinə məxsus olan valideyn, ata-ana zəhmətinə hörmət, ehtiram, ailədə mehribanlıq, xoş ab-hava aşağıdakı bayatıdan aydın hiss olunur:
Ötəri,
Baxma ömrə ötəri.
Ananın süfrəsidir,
Atanın alın təri.
“Sevdim səni” kimi şeirlərilə qəlblərə yol açan hörmətli Məcnun müəllim lirik bayatılarıyla da oxucularının poetik zövqünü ustalıqla oxşamağı bacarır:
Göz ala,
Kirpik qara, göz ala.
Dil üzündə oynaya,
Tellərin kölgə sala!
Yüzlərlə şeirləri və iri həcmli poetik əsərləriylə çoxsaylı oxucularının dərin rəğbətini və sevgisini qazanmış şair Məcnun Göyçəlinin bayatılarının da yüksək poetik dəyərə, hikmətli fikirlər, düşüncələr ifadə etmək gücünə malik olduqlarının şahidi olduq.
İstedadlı şairimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Ələddin Allahverdiyev,
Professor, Moskva.
Goyce.az
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025