Bu ilin aprel ayının 6-da Türkiyə Cümhuriyyətindən 3 yaş böyük olan Anadolu Agentliyinin quruluşunun 100-cü ildönümü tamam oldu. Mustafa Kamal paşanın “Anadolu Agentliyi Türkiyənin səsini bütün dünyaya eşitdirəcəkdir” sözlərini rəhbər tutan agentlik bu gün dünyanın ən etibarlı xəbər qaynaqlarından biridir. Anadolu Agentliyinin Azərbaycan üçün ən mühüm tərəfi odur ki, 11 qurucusundan ilki Əhməd bəy Ağaoğludur.
Türkiyənin məşhur qəzetçilərindən Yunus Nadinin xatirələrinə görə, agentliyin qurulması təklifini və adını Milli mücadilə qəhrəmanlarından, yazıçı, siyasətçi Xalidə Edib irəli sürüb. İkili alınan qərarı 1920-ci ilin 4 (və ya 5) aprel axşamında Ankarada yeməkdən sonra Mustafa Kamal paşaya bildiriblər. Y. Nadi xatirələrində yazır:
“... Sonra Edib xanımla Akhisar stansiyasında qərar verdiyimiz Anadolu Agentliyindən bəhs edildi. Əgər paşa uyğun bilərsə, sabahdan gec olmayaraq işə başlana bilərdi. Paşa fikri çox gözəl qəbul etdi. Amma paşa məmləkət mühitinə teleqramla göndərilmək yolu ilə yazılacaq xəbər və yazıların ilk günlərdəki şəklini əvvəlcə özü görmək istəyirdi. Mövcud siyasət və zehniyyətə müxalif bir şey olmasın deyə”.
Bu danışıqdan cəmi bir gün sonra – 6 apreldə Anadolu Agentliyi rəsmi şəkildə qurulur. Mustafa Kamal milli mücadilədə doğru məlumatların təmin edilməsi məqsədilə qurulan agentlik barədə öz imzası ilə 8 apreldə təmimnamə imzalayır. Bununla da Türkiyədə yeni agentliyin yaranması xəbəri yurda çatdırılır.
Agentlik əvvəlcə Mustafa Kamalın qərargahı olan Ziraət məktəbindəki otaqların birində fəaliyyət göstərir. Yunus Nadi və Xalidə Edibdən ibarət heyətə daha sonra İstanbul məbuslarından (millət vəkili) Əli Rza bəy də qoşulur. İki masadan, qovluq rəflərindən və köhnə bir yazı makinasından ibarət olan otaqda ilk xəbərlər hazırlanır. Makinada yazıları gənc bir əfqan yazmağa başlayır. Aprel ayının 12-də isə agentliyin ilk xəbəri dərc edilir. 7 qısa məlumatdan ibarət ilk xəbərdə 3-cü məlumat Qafqaz və Azərbaycanla bağlıdır:
“Bolşevik orduları Denikin ordusunu tamamilə dağıdıb, dağıstanlılarla birlikdə Qafqazda vəziyyətə hakim olublar. Gürcüstan və Azərbaycan ictimaiyyətinin əksəriyyəti bolşeviklərin tərəfindədirlər”.
7 iyun 1920-ci ildə agentliklə bağlı ilk hüquqi tənzimləmələr qəbul edilir. Ethem Hidayet Akımsar Anadolu agentliyi və Mətbuat şöbəsi müdiri kimliyi ilə agentliyin ilk rəhbəri olur.
Ağaoğlu Mustafa Kamalın cəbhəsində
1921-ci ildə Malta sürgünündən qurtulan Əhməd bəy Ağaoğlu Mustafa Kamal paşanın yanında yer alır, Türkiyə Cümhuriyyətinin quruluşunda bilavasitə iştirak edir. O, əvvəlcə Qurtuluş hərəkatına qoşularaq İrşad Heyətinin üzvü, 1921-1923-cü illərdə isə Mətbuat ümummüdiri işləyir. Daha sonra Ankara və Türkiyənin səsini dünyaya yayan yeganə yayım vasitəsi olan “Hakimiyyəti-Milliyyə” qəzetinin ümummüdiri və baş redaktoru olur.
Qeyd edək ki, Ağaoğlu orijinal adı ilə Matbuat ve İstihbarat Müdüriyeti Umumiyesi adlanan qurumun 3-cü müdiri olub, 29 noyabr 1921-ci ildən 11 avqust 1923-cü ilədək vəzifədə olub. 7 iyun 1920-ci ildə yaradılan bu qurumun vəzifəsi daxildə və xaricdə Qurtuluş savaşı lehində təbliğat aparmaq olub. Bu məqsədlə də qəzetlərə müdirlik tərəfindən maddi yardım edilib. Müdirlik qurulduqdan sonra Anadolu Agentliyi də onun tərkibinə daxil edilib.
Ağaoğlu öz müdirliyi dönəmində rəhbərlik etdiyi quruma bağlı olan Anadolu Agentliyi haqqında bunları yazıb:
“İdarənin əlində iki nəşriyyat vasitəsi vardı: Teleqram və kitab nəşriyyatı. Teleqramla İstanbul, Zonquldak, Adana, İzmit və Qarsdakı agentliklərdən və yaxud əcnəbi mətbuat və əcnəbi agentliklərdən alınan məlumatların işə yarayanları nəşr olunurdu. Kitab nəşriyyatı isə çıxarılan risalələrdi. Bu risalələrin mühüm bir qismini əcnəbi mətbuatdan edilən xülasələr təşkil edirdi. Bu risalə və teleqramlar məbuslara, rəsmi dairələrə və qəzetlərə yollanırdı. Bunların xaricində bir də mühüm nəşriyyat vardı, məsələn, Pontus məzaliminə dair sənədlərin toplanıb nəşr edilməsi”.
Ağaoğlunun müdirliyi dönəmində Almaniya, İngiltərə, Fransa, Avstriya, İsveçrə və Amerikada agentliyin fəaliyyəti var idi və Qurtuluş savaşı ilə bağlı həqiqətlər bu ölkənin ictimaiyyətinə və siyasi çevrələrinə çatdırılırdı.
Müdirliyin mətbuata maddi yardım etməsi 16 sentyabr 1922-ci il tarixli TBMM iclasında gündəmə gətirilib, bu dəstəyin hökumətin mətbuat üzərində təzyiqinin artacağı iddiası səsləndirilib. Buna görə də TBMM-də çıxış edən Ağaoğlu bu qorxunun əbəs olduğunu, əksinə, dövlətin mətbuata dəstəyi nəticəsində onun güclənəcəyi və daha azad çalışacağını bildirib.
Ağaoğlunun müdirliyi dönəmində maraqlı bir hadisə də baş verib. Belə ki, Sovet səfiri Aralov Türkiyə dövlətinə təqdim etdiyi mətni Ağaoğlu tərcümə edərək hökumətdən öncə mətbuatda dərc edib. Növbəti gün Aralovun mətni məclisdə oxunarkən artıq deputatların bu məlumatı qəzetdən bildikləri bəlli olub. Buna görə də TBMM-in İcra Vəkilləri Heyətinin sədri Rauf Orbay ““Hakimiyyəti-Milliyyə” qəzeti Türkiyəninmi, yoxsa Rus səfirliyinin yayın orqanıdır?” deyə etiraz edib. Bu hadisə həm də Ağaoğluna qarşı müxalif cəbhəni gücləndirib. Ağaoğlunun yarı rəsmi “Hakimiyyəti-Milliyyə” qəzetində tənqidi məqalələr yazmasını da daşıdığı vəzifə etibarilə doğru olmadığı iradı səsləndirilib.
İsmət paşa ilə də münasibətləri həmişə soyuq olan Ağaoğlu nəticədə Mətbuat müdirliyindəki vəzifəsindən ayrılıb. İsmət paşa onun yerinə Amerikada yaşayan Zəkəriyyə Serteli ölkəyə çağırıb və müdir təyin etdirib.
Ağaoğlu bu vəzifədən ayrıldıqdan sonra Qarsın millət vəkili və Ankara Hüquq Məktəbinin müəllimi kimi fəaliyyət göstərib.
Anadolu Agentliyinin şirkətləşməsi
1920-1925-ci illər arasında Anadolu Agentliyi Qurtuluş savaşının və 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin dünyadakı səsi olur. Atatürk inqilablarının sürətlə həyata keçirilməyə başlandığı dövrlərdə Anadolu Agentliyi də inkişaf edir, 1 mart 1925-ci ildə şirkət statusu qazanır. Həmin gün orijinal adı ilə Anadolu Ajansı Türk Anonim Şirketi təsis edilir. Şirkətin payları isə onun çalışanları arasında bölünür. Şirkətin nizamnaməsinin ilk bəndində şirkətin qurucuları arasında 75 hissə paya sahib olan Qars millət vəkili Əhməd bəy Ağaoğlunun adı birinci sırada çəkilir.
Anadolu Agentliyi 1925-ci ilin 1 martında anonim şirkət halına gəldikdən sonra Ağaoğlu İradə Məclisinin 21 may 1925-ci il bazar günü keçirilən ilk toplantısında idarə heyəti başqanlığına seçilir. 24 yanvar 1927-ci ildəki birinci, 7 mart 1927-ci ildə ikinci, 30 yanvar 1928-ci ildə toplanan üçüncü fövqəladə ümumi qurulda idarə heyəti başqanı olur. 1928-ci ilin 30 yanvarında idarə heyəti başqanlığından ayrılır. 1928-ci ilin aprelin 12-də keçirilən qurula sədrlik edir.
Anadolu Agentliyinin qurucuları və ilk çalışanlarının 1925-ci ildə birlikdə çəkdirdikləri fotoşəkildə idarə heyəti sədri kimi Ağaoğlunu mərkəzdə görürük.
Şəxsi arxivimizdə olan sənədlərdən bəlli olur ki, 1960-cı illərin sonu, 70-ci illərin əvvəllərində Ağaoğlunun övladları agentlikdəki hissə məsələsini gündəmə gətiriblər, miras hüququ ilə bağlı xeyli yazışmalar olub. Həmin sənədləri hələ ki tədqiq etmək imkanımız olmadığı üçün ikisini təqdim etməklə kifayətlənirik.
Qaynaq:
Sevcan Başboğa. Anadolu Ajansı (1920-1922). İstanbul, 2007.
Fahri Sakal. Ağaoğlu Ahmed Bey. Ankara, 1999.
Safa Tekeli. Atatürk və Anadolu Ajansı. İstanbul, 2002.
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024