Tikanlı cığırlar (esse)

18:14 / 22.04.2020
Baxılıb: 3786

Demək, doğruymuş, – insan bəlli yaşa çatandan sonra başlayır yaşadığı ömrü ərəb yazıları kimi tərsinə oxumağa... Bu aralar mənim də yuxuma yaman tez-tez girir otaqları iç-içə olan kənd evimiz. Yalan olmasın, hər gün internetə girib “kosmos”dan Qubadlıdakı uzun-şüllə evimizə baxıram, o illərin şirinliyinə dalıram... Dədəm iki ildən bir balaca xosma qaralayıb qatırdı evin bir ucuna. Qınamıram, böyük külfət idik... Evimiz aynabənddən başlayırdı, üç yataq otağından keçib kitabxanada bitirdi. Kişi axırdan-axıra nə qərara gəldisə, kitabxanadan eşiyə bir qapı açdı və evin ucuna növbəti yataq otağını da yamayıb dedi ki, – Ta bəsdi, bu da oldu gəlin otağı... Altı qardaşımın dördü bu axırıncı otaqda ata olub, ikinci övladı dünyaya gələndən sonra isə sərçə balasını fərləndirən sayaq üzüsulu ocaqdan ayrılırdı, otağı verirdi özündən sonrakı qardaşa. Mənim yatağım hələ ikinci otaqda idi və qardaşlarım hər yanımdan ötəndə başıma sillə-çırtma vurub yuxudan oyadırdılar. Cırnatmaqdan xoşları gəlirdi, belə əzizləyib sevirdilər məni. Baxmırdılar mal nabatından gəlmişəm, yorğun-arğınam, yuxu gözümdən tökülür... Otağımın kəlləsində dünya xəritəsi, çarpayımın yanında nənəmdənqalma qəribə çeşnisi olan kilim asılmışdı. Bu kilim mənim cehizliyim sayılırdı. Donqar çeşnilərin mənasını axıradək anlamadım – nə dəvəyə oxşayırdı, nə də gül-çiçəyə. Kilimi toxuyanın adı sapla toxunmuşdu üstünə – “Dilbər 1936”... Evlənməyə namizəd qardaşın cehizlik par-parçasıya anam çarpayımın altını doldurmuşdu və güvə düşməsin deyə vaxtaşırı naftalinləyirdi. Alışa bilmirdim naftalin qoxusuna, Allaha yalvarırdım ki, mənim də növbəm tez çatsın axırıncı otağa... İyirmi yeddinci il ötür, amma otağımdakı kilimin, çarpayımın altında buğlanan naftalinin qoxusu hələ də burnumdadır. Gecələr yuxum qaçanda o vədə əhəng suvağı eşən barmağımın ucu birdən elə  göynəyir ki... Gözümü tavana zilləyib kənddəki bacanı axtarıram – alüminium “raskladuşka”nın profilindən olan antenamızı düzəltməyə çıxdığım həmin bacanı... Elə bilirəm ki, tavandan yuxarıda yenə Bərgüşadın şehindən mamır bağlamış sınıq-salxaq asbest şiferli damımızdır, çıxsam, samanlıqda qışa tədarük gördüyümüz alma, üzüm, heyva tapacağam...  

O evin divarlarında “yad qızı”nı doğma bacıdan əziz etmək sehri vardı. Gəlinlərimizi qardaşlarımdan da çox sevirdim, çünki onlar insanı sevməyin yönünü-yöntəmini daha yaxşı bilirdilər. İki qardaşım və üç gəlinimiz mənə orta məktəbdə dərs deyib. Gəlinimiz Zümrüdə dərsdə “bajı” deyəndə nəvazişlə başımı sığallayıb qulağıma pıçıldayırdı, – “Bajı” yox, qadan alım, dərsdə “müəllimə” demək lazımdır... – amma yenə də ona “müəllimə” deməyə utanırdım... Necə ki, su içən adamı ilan vurmaz, o sayaq da evdə əlinə kitab alanı bir işə buyurmazdılar. Biri əlibıçaqlı cumsun sənin başını kəsməyə, cəld tərpənib əlinə kitab aldınsa, qurtardı, sənə zaval yoxdu! Daha onun haqqı çatmaz sənə güldən ağır söz desin. Yoxsa, adamı namaz üstdə xırpxalamaq kimi yekə günah olardı! Bu hökmün ədalətinə o qədər sığınmışam ki... Düyəmiz dadanmışdı kolxozun yoncalığına, doymayınca axşam evə gəlməzdi.  Bilirdim ki, əvvəl-axır itiyi axtarmaq mənim boynumda qalacaq, amma yenə də dirənirdim. Zeynəbin konserti bitər-bitməz söhbət gəlirdi düyənin üstünə. Xəlvətcə sivişirdim öz otağıma, ayağımı ayağımın üstünə aşırıb rahatca uzanırdım yerimə və “Ədəbiyyat müntəxabatı”nı alırdım qucağıma. Əvvəlcə dədəm gedirdi, sonra növbəylə Hacı, Muxtar, Fətəli. Hamısı əli ətəyindən uzun, düyəsiz qayıdırdı evə. Mal-heyvanın dilindən anlamadıqlarına görə dədəmin yanında ürəyimdən tikan çıxarırdım. Kişi çarəsiz gəlirdi otağıma, – Dərslərini bitirdinsə, gedib düyəni tapardın... – elə mən də bunu gözləyirdim. Dərhal Dostəlini çəkirdim kişinin yanına, dədə sərçə kimi cöjüyürdüm üzünə, – Söz ver ki, sabah məndən dərs soruşmayacaqsan! Yoxsa canavar sürüsü iki saata düyənin tikəsini də qoymaz qala! – kaş bu anda üzümdəki bicliyi görəydiniz...

– Yaxşı, get tap gətir... – başqa əlacı da yox idi. O vədələr düyə məndən çox qiymətliydi, Muxtarın toyunda məni kəsəsi deyildilər ki... Elə bil düyəni öz əlimlə cidarlamışam – gedirdim “Örən”ə, qamışlığın ortasındakı dəj yoncalıqdan düyəni tapıb qatırdım qabağıma. Evə girən kimi dədəm deyirdi, – Gözünüzə işıq verin, fərasət yaşda deyil, başdadır! – fərəhdən az qalırdım ağlayam. Kaş bircə dəfə şəstinə sığışdırıb bağrına basaydı, öpəydi. Öpməzdi!.. Gecənin şəriksiz qəhrəmanı kimi duvarda barmağımla oyduğum dəliyi bir az da eşib genəldir, sonra yuxuya gedərdim... Amma bu zövqü sabah Dostəli burnumdan fitil-fitil gətirirdi! Sinifə keçib oturan kimi jurnalı açırdı,  – Abdullayev Rəşid, çıx dərsini danış... – adımın jurnalda birinci olmağına elə acığım gəlirdi ki... Ürəyimdə hayqırırdım ki, – “Bu xəyanətdir!” – suyum süzülə-süzülə çıxırdım yazı taxtasının qarşısına. Ona boylanırdım. Baxmırdı üzümə. Sanki axşam heç bir razılaşma-zad olmayıb. Naəlac başlayırdım yadımda qalanı üdüləməyə:

Padişahi-mülk, dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
ııı.., ıııı, ııııı......

Dolaşıq val kimi bir az da “ııı”ldayıb yeyəcəyim sillələrə özümü hazırlayırdım, – “Ölmək ölməkdi, ta xırıldamaq nədir!?”. Ağrısını aldığımın da əli elə bil zindandı. Əlqərəz, məsələ dönüb olurdu, –  “Nə yemisən? Turşulu şilə!”... Evə qayıdan kimi keçirdim hücuma, – Adam verdiyi sözü tutar! Bir də düyəniz-xötəyiniz itsin, axtarmağa getsəm, heç dədəmin oğlu deyiləm! – evin sonbeşiyi olmaq möhtəşəm təsadüfdür!.. Dədəm burda keçirdi qardaşımın tərəfinə, – Əziyyət çəkib vaxtında mal-heyvanı tövləyə yığeydin, yanağın da qız yanağı kimi belə qızarmıyeydi... – hələ bu azmış kimi dəstə-ittifaq hirsimdən ağlamağıma gülürdülər...

Çoxdandır özümü inandırmışam ki, evimizdə erməni Qurgenin ailəsi yaşayır.  “Qurgen kirvə” çağırıram onu. Anası onu mənim otağımda dünyaya gətirib. Qurgen ilk gözünü açanda otağımdakı dünya xəritəsi və kilimi görüb. Mən o evdə cəmi on səkkiz il yaşadım, Qurgen isə iyirmi yeddinci ildir evimizin sahibidir. Heç otağımdakı dünya xəritəsinə də toxunmayıb, amma tiftiklənmiş kilimimi ayaqaltına sərib. Kilimin yerinə ailəvi şəkillərini asıb. Şəkil hin tərəfdəki xar tutun altında çəkilib. Tut ağacımız nə qədər qocalıbmış, İlahi... Qurgenin bir oğlu var,  axırıncı otağımızda yatır. Kitabxanamızın yola baxan iki pəncərəsindən birini Qurgen daşla hörüb. Əhənglənmiş fasadda təkpəncərəli kitabxanamız aralıdan mayıf qoca kimi görünür. Erməni də olsa, Qurgen pis adama oxşamır. Deyir ki, ev-eşiyindən nigaran qalma, nə vaxt gəlsən, öz evindir, şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm. Hətta bir dəfə cürətimi toplayıb ona dedim ki, kirvə, gəlirəm, boşalt evimi. Aman Allah, evimiz hikkəsindən necə silkələndi!.. Daş divar dil açıb od püskürdü üstümə, – A biqeyrət, indiyədək hansı cəhənnəmdəydin, nə haqla onu qovursan!? Divarlarımı suvayıb, otaqlarımı əhəngləyib, damın şiferlərini dəyişib, bəs sən neyləmisən bu otuz ildə!? – təəccübdən əlim ağzımda qaldı. Zavallı Qurgen gözlərini döyə-döyə bir evə baxdı, bir mənə...

Aylardır evimi dilə tuturam, yumuşaltmaq istəyirəm, amma alınmır. Deyirəm ki, –  Ocağın sonbeşiyiyəm, sən mənə dədə-babamdan qalıbsan, səni sevə-sevə nəvələrimə çatdırmalıyam”. Başa sala bilmirəm ki, bu otuz ilin boşluğu içimdə qabırğama bağlanmış it kimi dayanmadan hürür, içalatımı gəmirir.  Göz yaşı çoxdan qurumuş kabus evimiz birucdan üstümə bağırır, –  Gəlmə, biqeyrət! Rədd ol burdan, bu ev Qurgenindir! İtini apar başqa yerə bağla! – erməniyə qahmar çıxır...  Hardasa, haqlıdır... Dədəm sağ olsaydı, bəlkə də evimiz bu qədər qudurmazdı. Nə də olsa, onu atam min əziyyətlə, alın təriylə tikmişdi. Amma mən? Mənim haqqım çatırmı Qurgenə, –  “Çıx burdan, bura mənim evimdir!” deməyə? Nolsun ki, mən evimizi istəyirəm, axı evimiz məni istəmir!..

Oyrəli Dostəli soruşur ki, – Evimizin ən çox nəyini qəribsəmisən? Deyirəm: –  Axırıncı otağını, mənə qismət olmayan bəy-gəlin otağını... Doluxsunur. Qurgendən söhbət açıram, deyir, – Kaş evimiz yerlə yeksan olaydı, qurgen-murgen öz murdar nəfəsiylə isitməyəydi evimizin divarlarını...

Dəli şeytan ağlıma pıçıldayanda ki, – “Axı nə var o evdə?! Səhər naxır-axşam axur. Yenə it zülmü çəkmək üçünmü darıxmısan?!” – baxıram, yox.., məni oraya dartan başqa şeydir. Mən o evi təzədən görməliyəm! Mən gəncliyi yaşamadan – uşaqlıqdan birbaş qocalığa adlamışam. Evim mənə gəncliyimi yaşamaq üçün lazımdır. Onun mayıf gözünün içinə baxaraq bütün hirsini-hikkəsini boşaldanadək susub dinləyəcəm. Qoy mənə itin sözünü desin, amma üzünə çırpacağam ki, gündə birinə qucaq açan o da biqeyrətdir! Mən qorxağamsa, o da Qurgenin başına uçmadığı üçün qorxaqdır! Yetər ki, mənə olan nifrətini içindən boşaltsın, qovsun Qurgeni həyətimizdən. Məni sevməsə də, istəməsə də olar, yetər ki, vaxtilə yağış yağanda döşəməsinə qazan-qablama düzməkdən kələyim kəsilən otağımı son dəfə görüm. Ondan sonra daşı daş üstdə qalmasın, uçsun başıma sevimli evim! Onsuz da Allahın daşı çoxdan təpəmizi yarıb, dədəmin hördüyü ən yekə daş düşsə neyləyəcək...

Rəşid Bərgüşadlı

Goyce.az


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər