BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin fəxri professoru, "Şöhrət" ordenli, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfovun Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi kimi elmi irsi Azərbaycanda kitabxanaşünaslıq elminin yaranması və inkişafının əsasını təşkil etməklə elmin tarixi salnaməsinə çevrilir. Ona görə də bu irs kitabxanaşünaslıq elminin dərsliyi hesab olunmağa layiqdir.
Professor elmi fəaliyyətə hələ tələbə olarkən elmi dərnəklərdə, seminarlarda kitabxana işinin tarixi və nəzəriyyəsi ilə bağlı məruzələrlə çıxış edərək başlayıb.
Alimin elmi irsi özünün müəllifi olduğu əsərlər və elmi-pedaqoji fəaliyyəti və əsərləri haqqında ədəbiyyat olmaqla iki qrupa ayrılır. Müəllifi olduğu kitablar və proqramlar, elmi məqalələr, tezislər, rəy verdiyi, redaktoru olduğu, ön söz yazdığı əsərlər, rəhbərlik etdiyi doktorluq dissertasiyaları, apponentlik etdiyi dissertasiya işləri onun elmi irsinin əsasını təşkil edir.
Professor Abuzər Xələfov Azərbaycanda kitabxana işi sahəsində ilk sistemli elmi-tədqiqatlar aparıb, ilk dəfə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Kitabxana işi tarixinin tədqiqatçısı kimi A.Xələfov 1950-ci illərin sonlarında mətbuatda elmi məqalələrlə çıxış edib. Lakin alimin ilk kitabı 1958-ci ildə işıq üzü görmüş "Kitabxana fondu təşkilinin bəzi məsələləri" adlı kitabı hesab olunur. Alimin "Sovet İttifaqı Kommunist partiyası kitabxana işi haqqında" adlı ikinci kitabı 1959-cu ildə nəşr olunub. Qeyd edək ki, hər iki kitab Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) qiyabi şöbəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Həmin tədqiqat işlərində alim arxiv sənədlərinə müraciət etmiş, arxivlərdə apardığı fasiləsiz axtarışın nəticəsində əldə etdiyi yeni fakt və sənədləri elmi dövriyyəyə daxil edib. Eyni zamanda, alimin 1958-ci ildə nəşr olunan daha bir vəsaiti birinci kurs tələbələri üçün nəzərdə tutulmuş proqram olan tərcümə nəşrinin elmi redaktoru M.Şəmsizadədir.
Professorun fasiləsiz şəkildə apardığı elmi araşdırmalar öz əksini 1960-cı ildə nəşr etdirdiyi "Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)" və "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)" monoqrafiyalarında tapıb. 1961-ci ildə alimin namizədlik dissertasiyasının avtoreferatı rus dilində işıq üzü görüb. Alim fəaliyyətini daha da genişləndirərək 1970-ci illərdə tarixi prosesləri dərindən təhlil edərək müasir dövrün aktual problemlərini üzə çıxarır və apardığı tədqiqatların nəticələrinin əks olunduğu "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)" adlı əsərini 1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında çapa verir. Eyni ildə alimin "Lenin və kitabxana işi" adlı kitabı Azərbaycan nəşriyyatında işıq üzü görür.
1980-ci illərdə A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda kitabxanaların yaranması və formalaşması tarixinin öyrənilməsində Azərbaycan xalqının mənəvi ruhu hiss olunurdu. Bu illərdə artıq uzun illərdir böyük kitabxanaçılar ordusu yetişdirmiş Kitabxanaçılıq fakültəsi tədqiqat işlərinin obyektinə çevrilməyə başlayıb. Belə ki, alimin 1981-ci ildə Rasim Kazımovla birlikdə "Biblioteçnıy fakulğtet" adlı əsəri çap olunur. Bu əsərdən fakültənin yaranma tarixi, onun yaradılması istiqamətində aparılan gərgin mübarizənin ruhunu duymaq mümkündür. Bundan əlavə professorun 80-ci illərdə apardığı faktlara əsaslanan sistemli araşdırmalarının nəticəsi 1986-cı ildə nəşr olunan "Azərbaycanda kitabxana işinin tarixindən" adlı kitabda tapıb. Həmin ildə Sovet İttifaqında ilk dəfə kitabxanaçıların stolüstü kitabı kimi nəşr olunan "Kitabxana işçisinin məlumat kitabı" soraq nəşrinin müəlliflərindən biri şübhəsiz kitabxanaşünaslıq elminin banisi sayılan Abuzər Xələfov idi.
1987-ci ildə alimin "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı" adlı əsəri "Maarif" nəşriyyatında işıq üzü görüb. Bununla da professor Abuzər Xələfovun Sovet hakimiyyəti illərində fəaliyyəti yekunlaşır. Fəaliyyətə başladığı gündən, təxminən 40 illik fəaliyyəti dövründə alimin dissertasiya işlərinin avtoreferatları daxil olmaqla, 12 adda sanballı elmi tədqiqat işi işıq üzü görüb ki, onların da ümumi həcmi 1382 səhifədən ibarət idi. Qeyd edək ki, bura alimin çap olunan kitabları və proqramlarının statistik göstəriciləri daxil edilib. Araşdırmalar zamanı məlum olur ki, alimin Sovet hakimiyyəti illərində, daha dəqiq desək 1957-1990-cı illərdə 83 adda elmi və publisistik məqaləsi, müsahibələri, eləcə də ön söz yazdığı, redaktoru olduğu, rəy verdiyi kitablar, dissertasiya işləri, elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitləri, metodiki göstərişlər, dərs proqramları çap olunmuşdur, onlar da kifayət qədər həcmə malikdir. 1990-cı illərdən başlayaraq isə Professor Abuzər Xələfovun elmi və pedaqoji fəaliyyətinin dönüş nöqtəsi hesab olunur. Artıq alimin fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi şəraitində formalaşır. 1994-cü ildə alimin ilk olaraq "Azərbaycanda kitabxana işinin tarixi" və "Kitabxanaşünaslığa giriş" adlı dərs proqramları və proqram-metodiki nəşrləri işıq üzü görür. Onun ardınca isə qısa zaman ərzində, 1996-cı ildə nəşr edilmiş "Kitabxanaşünaslığa giriş", "Kitabxana işinin tarixi kursuna giriş" adlı kitablar nəşr olunur ki bu kitablarda artıq müstəqilliyin abu-havası və demokratik cəmiyyətin gətirdiyi özfəaliyyətin ruhu hiss olunmağa başlayıb. 2001-ci ildə "Bizim əsr" qəzetinə verdiyi müsahibəsində demişdi ki, "Keçmiş yazılarımın hamısından o vaxtki ideologiyanın qoxusu gəlir. Təmizləyib.... çap elətdirəcəm". Bu sözlərin müəllifi adını çəkdiyimiz bu iki əsərdə yeni prinsiplər mövqeyindən çıxış edərək kitabxanaların müasir problemlərini müəyyənləşdirməyi bacarıb.
Solmaz Sadıqova öz tədqiqatlarında qeyd edir ki, "A.A.Xələfov "Kitabxana işi haqqında" Qanunu hazırlayan işçi qrupunun rəhbəri kimi müasir şəraitdə Azərbaycan xalqı-nın milli və mənəvi həyatında baş verən mütərəqqi dəyişikliklərin nəzərə alınması şərti ilə respublikada kitabxana işinin kökündən yeniləşdirilməsinin hüquqi əsaslarının işlənilməsi üçün çox böyük elmi təşkilatçılıq işi həyata keçirib".
Professorun müstəqilliyin ilk illərində fəaliyyətinin nəticəsi eyni zamanda, öz əksini Azərbaycanda ali kitabxanaçılıq təhsilinin 50 illiyi münasibətilə çap etdirdiyi "Azərbaycanda ali kitabxanaçılıq təhsili: (1947-1997-ci illər)" adlı monoqrafiyasında tapıb.
Müstəqilliyin ilk illərində dövlət qayğısı nəticəsində kitabxana işinə artan tələb, bu fəaliyyət sahəsinin qarşısında yeni istiqamətlər açıb, kitabxana işində yeni üsullar tətbiq edilməyə başlayıb. Yeni informasiya texnologiyalarının kitabxanalarda tətbiqi səviyyəsinin öyrənilməsi istiqamətində atılan əsaslı addımlar professorun elmi fəaliyyətinə də təsirsiz qalmayıb və hələ 90-cı illərin sonunda onun rəhbərliyi altında "Kitabxanaların kompüterləşdirilməsi ETL"-nin qurulub. Beləliklə, 2000-ci ildən başlayaraq alim elmi-pedaqoji fəaliyyətini, yeni istiqamətdə, informasiya cəmiyyətinin tələbləri səviyyəsində qurmağa çalışıb. Bu baxımdan onun 2001-2004-cü illərdə nəşr etdirdiyi 2 cildlik "Kitabxanaşünaslığa giriş" monoqrafiyası Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişafında yeni mərhələ sayıla bilər. Qeyd edək ki, bu kitablar kitabxanaşünaslıq elminin öyrənilməsi baxımından ilk fundamental elmi-tədqiqat işləri hesab olunur. Eləcə də professorun uzun illər fəaliyyəti dövründə "Kitabxanaşünaslığa giriş" adlı monoqrafiyasının 400 səhifə həcmə malik olan birinci cildi geniş həcmli ilk əsərdir. Alimin 2001-ci ildə nəşr etdirdiyi "Azərbaycanda kitabxana işinin tarixi" adlı qısa icmal və "Respublika Elmi-Texniki Kitabxanası (1930-2000-ci illər)" adlı qısa tarixi oçerk özündə maraqlı faktları əks etdirib.
2004-cü ildə alimin müəllifi olduğu "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyin birinci hissəsi çap olunur. Eyni adlı monoqrafiyanın ikinci hissəsi 2007-ci ildə, üçüncü hissəsi 2010-cu ildə işıq üzü görüb. Bununla da alim Azərbaycanda kitabxana işinə dair ən qədim dövrlərdən XXI əsrə qədər olan böyük bir tarixi dövrü əhatə edə bilib. Alimin bu istiqamətdə apardığı sistemli tədqiqat hələ uzun müddət öz aktuallığını qoruyub saxlaya biləcək.
2006-cı ildə professorun ən fundamental əsərlərindən biri "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı monoqrafiyası nəşr olunur. Burada alim Ulu öndər Heydər Əliyevin təkcə kitabxana işinə deyil, Azərbaycan təhsilinə və mədəniyyətinə diqqət və qayğısını şərh edib. Monoqrafiyanın davamı olaraq professorun 2009-cu ildə nəşr olunan "Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir" adlı monoqrafiyasında artıq prezident İlham Əliyevin kitabxana işinə qayğısı və diqqəti öz əksini tapıb. Həmin ildə alimin işıq üzü görən növbəti monoqrafiyası "Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində" adlanır və burada Bakı Dövlət Universiteti Elmi Kitabxanasının 90 illik tarixi əhatəli tədqiq edilib.
2011-ci ildə "Kitabxana və cəmiyyət" adlı kitabı və "Məqalələr toplusu (1990-2011-ci illər)" kitabı çapdan çıxıb. Qeyd edək ki, alim 2010-cu ildə kitabxanaşünaslığın, kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübi problemlərinə dair elmi məqalələri dərc edən nüfuzlu elmi jurnal olan Kitabxanaşünaslıq və informasiya" adlı elmi-nəzəri və praktiki jurnalı təsis edib.
Professor Abuzər Xələfovun elmi irsinin tərkibinə daxil olan "Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər" adlı kitabı və "Kitabxanaşünaslığın tarixi və metodologiyası" adlı dərsliyi 2014-cü ildə, "Kitabxanaşünaslıq kafedrası" və "Biblioteçnoe delo v Azerbaydjanskoy Respublike. İstoriə, teoriə, praktika" adlı monoqrafiyası 2015-ci ildə, "Türk dünyası milli kitabxanaları" adlı monoqrafiyası və "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" adlı dərsliyi isə 2016-cı ildə işıq üzü görüb. Sonuncu adı qeyd edilən dərsliyin ilk nəşri 2007-ci ildə oxucuların istifadəsinə verilib.
Ümumiyyətə, professor Abuzər Xələfovun elmi irsi 1991-2016-cı illərdə 5052 səhifə, 315.75 çap vərəqi həcmə malikdir. Qeyd edək ki, bura alimin ancaq müəllifi olduğu kitablar və dərs proqramları daxildir. Eyni zamanda, həmin illərdə alimin təxminən 205 adda elmi və publisistik məqaləsi, müsahibələri, eləcə də ön söz yazdığı, redaktoru olduğu, rəy verdiyi kitablar, dissertasiya işləri, elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitləri, metodiki göstərişlər, dərs proqramları çap olunmuşdur, onlar da kifayət qədər həcmə malikdir.
Beləliklə, alimin 1950-2016-cı illəri əhatə edən elmi irsi Azərbaycan kitabxanaşünaslıq elminin tarixini əks etdirməklə yanaşı, onun inkişafı ilə sinxronluq təşkil edir.(525.az)
Aysel HƏSƏNOVA
ADMİU-nun Kulturologiya fakültəsinin müəllimi
Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev
21.01.202120 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
20.01.2021Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020