Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş, bir sıra əzəli Türk torpaqlarının düşmən tapdagından azad edilməsində əvəzsiz xidmətlər göstərən Kazım Qarabəkir Paşa haqqında Gülparə Bayram danışır. («Türk avazı_05/2018»)
Babək Xürrəmi, Şah İsmayıl Xətai, Fatih Sultan Mehmet, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk! Sadaladıgımız bu isimlər Türkün tarixidir. Abidələr, qalalar kimi dahi şəxsiyyətlər də tarixin yaddaşında əbədiləşir. Babək bir günlük azadlıgı qırx il kölə kimi yaşamaqdan üstün tutdu və özünü millətinə qurban etdi. Edamın dəhşəti belə onu yolundan döndərə bilmədi. Şah İsmayıl Xətai yeniyetmə ikən millətinə sahib çıxdı. Fatih Sultan Mehmet 21 yaşında İstanbulu fəth edərək 1000 illik Şərqi Roma İmperiyasını ortadan qaldırdı. Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk Demokratik Respublikanın bayragını qaldırdı. Mustafa Kamal Atatürk XX əsrın əvvəlində yoxdan bir var yaratdı. Dörd tərəfdən hücuma məruz qalan Türkiyəni yunanların, ingilislərin, erməninin, fransızın caynagından aldı və dünyaya demokratik düşüncəyə malik yeni bir Türkiyə təqdim etdi.
Yaxın Şərqdən Uzaq Şimala qədər kök atmış Böyük türk tarixinin əbədi yaddaşına həkk olunmuş görkəmli şəxsiyyətlər çoxdur. Onlardan biri də Atatürkün ən yaxın silahdaşı, Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş, bir sıra əzəli Türk torpaqlarının düşmən tapdagından azad edilməsində əvəzsiz xidmətlər göstərən, Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyaraq bu bölgənin xilaskarı kimi tanınan Kazım Qarabəkir Paşadır!
Kazım Qarabəkir Paşa 1882-ci ildə Konyada hərbçi Məmməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dogulub. Onun ata tərəfdən kökləri oguz türklərinin əfşar boyuna gedib çıxır. Atası məmur oldugu üçün Vanda, hətta Səudiyyə Ərəbistanında yaşamış, sonra İstanbula dönərək orta təhsilini burda bitirmişdir. 1905- ci ildə hərbi məktəbdən məzun olduqdan sonra almanca və ruscanı mükəmməl bildiyi üçün çalışdıgı işlərdə böyük ugurlar qazanmışdir. 1924-cü ildə, 42 yaşındaykən Aydınlı Camal bəyin qızı İclal xanımla evlənmiş, bu evlilikdən Həyat, Əməl və Timsal adlarında 3 qız övladı olmuşdur.
Kazım Qarabəkir Paşanın həyatı və mücadiləsi Osmanlı və Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli səhifələrini əhatə edir. Onun adı Qurtuluş savaşının bayraqdarı Mustafa Kamal Atatürklə qoşa çəkilir. Bu böyük şəxsiyyət yalnız bacarıqlı bir sərkərdə, qalib komandan deyil, həm də dövrünün qabaqcıl ziyalısı, maarifçisi, xeyriyyəçisi idi. Kazım Qarabəkir Paşa düşməndən azad etdiyi Türk torpaqlarında həm də yerli əhalinin maariflənməsinin qeydinə qalır, məktəblər açır, bu məktəblər üçün dərsliklər yazırdı. O, müharibələrdə yetim qalmış türk çocuklarını övladlıga götürərək bu uşaqları himayə edirdi. Qurtuluş savaşının sonunda Paşanın artıq 6 minə yaxın övladlıga götürdüyü bu cür uşaqlar vardı. Qızı Timsal xanım Qarabəkir atası ilə baglı söhbətlərinin birində deyir:”Atama qəhrəmansan deyəndə etiraz edib deyərmiş ki, qəhrəmanlıq vəzifə bitdikdən sonra başlayar, biz sadəcə vəzifəmizi yerinə yetirdik. Həmçinin deyərmiş ki çox ugurlarım oldu amma məni ən çox xoşbəxt edən Sarıqamışı bir uşaq qəsəbəsi halına gətirib, o qədər uşaga himayədarlıq etməyim oldu”.
”Alçıtəpə qəhrəmanı” və ya “Yetimlər atası” ləqəbi ilə tarixə düşən Kazım Qarabəkir Paşa Qurtuluş savaşının bitməsindən sonra 1924-cü ildə Tərəqqipərvər Cümhuriyyət Partiyasını yaradır. Lakin Paşanın siyasi fəaliyyəti ugurlu olmur. Türkiyə hökuməti bu partiyanı qanundankənar elan edir. 1926-cı ildə Atatürkə qarşı sui-qəsddə iştirak ittihamı ilə məhkəmə qarşısına çıxır və bəraət alir.1927-ci ildən istefaya çıxan Qarabəkir Paşa 1938-ci ilədək canından artiq sevdiyi məmləkətinin ictimai həyatından kənarda qalır. Ancaq bu illər ərzində də Qarabəkir Paşa vaxtını boş keçirmir,kitablar yazır,marşlar bəstələyir. 1938-ci ildə İstanbuldan Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ildən həyatının sonuna qədər isə Məclis başqanı olur. Mustafa Kamal Atatürk onun haqqinda deyib:” Qarabəkir Paşa qayət zəki, üstün əxlakli, namuslu,fevkaladə iyi huylu, tədbirli bir adamdır”
Kazım Qarabəkir Paşa yalnız Anadolu ellərində deyil, bütün Türk dünyasında hörmətlə anılan qəhrəmandır. Azərbaycanda, xüsusilə Naxçıvan torpagında xilaskar sərkərdə kimi xatırlanır. XX əsrin əvvəllərində erməni daşnak qüvvələri tərəfindən azərbaycanın ayrı-ayrı bölgələri işgal edilir,yerli əhaliyə qarşı böyük qırgınlar törədilirdi. Bu zaman qədim türk yurdu Naxçıvanın vəziyyəti daha acınacaqlı idi. Azərbaycanın əsas ərazisindən ayrı düşmüş bölgədə təkcə 1918-21- ci illərdə törədilən soyqırım nəticəsində yüzlərlə kənd dagıdılmış, yandırılmış, 75 minə yaxın dinc əhali qətlə yetirilmişdi.
“Naxçıvan türk qapısıdır. Bu xüsusu diqqətə alaraq onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni yapınız!” Atatürkün Naxçıvan üçün söylədiyi bu sözlər indi hər bir naxçıvanlının qəlbində yaşayır, sonsuz ehtiram və məhəbbət duygusu ilə xatırlanır. Bunun ardınca Kazım Qarabəkir Paşa ordusu ilə Naxçıvana yardıma gəlir. Naxçıvanlı müəllim, dəyərli tədqiqatçı və alimimiz, o günlərin çanlı şahidi Lətif Hüseynzadə xatirələrində deyır:” 3 günlük vuruşmadan sonra Şanlı türk ordusu Naxşıvana daxil oldu.Kazım Qarabəkir Paşanı yerli əhali böyük ruh yüksəkliyi ilə qarşıladı. Şəhərdə bayram tədbirləri başladı. Türk bayragının qaldırılması münasibəti ilə təşkil olunmuş izdihamda çıxış edənlərin hər biri xilaskar türk ordusuna sonsuz sevgilərini çatdırırdılar.
Kazım Qarabəkir Paşa Naxçıvanda tez bir zamanda nizami ordu yaradılması işinə başlayır.Bu baxımdan Qarabəkir Paşanın adını daşıyan Naxşıvan Rüşdiyyə məktəbinin ordu quruculugunda xüsusi yeri vardır. O illərdə bu məktəbin şagirdi olan Lətif Hüseynzadə xatirələrində yazır:”Paşa bir gün məktəbimizə gəldi. Onu hərbi vəziyyətdə qarşıladıq və salamladıq. O bizə marş öyrətdi. Marşın sözləri beləydi:
Ya istiqlal, ya ölüm
Vətənim, millətim, sancagım, evim
İstiqlalım yoxsa cahanda
Yoxdur yerim!”
Kazım Qarabəkir Paşa Naxçıvanda oldugu zaman görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə birgə bölgənin maarif və mədəniyyətinin inkişafına böyük səy göstərir. Naxçıvan teatrının inkişafında yaxından iştirak edir. Namiq Kamalın “Vətən və ya silistrə” tamaşasına rejissorluq edərək hətta səhnə tərtibatını da özü verir. Naxçıvanda türk klassik yazarları- Namiq Kamalın, Tofiq Fikrətin, Xalidə Ədibin, Əbdülhəq Hamidin, Yəhya Kamalın və digər türk klassiklərinin əsərləri toplanmış böyük, milli bir kitabxana yaradır.
Birinci Cahan Savaşında məglub tərəf olan Osmanlı İmperiyası Mudros barışıq sazişini imzalamaga məcbur olur. Sazişin 11-ci bəndinə əsasən Azərbaycan İngiltərənin nüfüz dairəsinə verilir, bütün yollar və neft mənbələri ingilislərin ixtiyarına keçirdi. İngiltərə hökumətinin diktəsi ilə hazırlanmış bu müqavilənin şərtinə görə Kazım Qarabəkir Paşanın 1-ci Qafqaz Kolordusu ləgv edilir, qəhrəman Paşa Naxçıvan torpagını tərk etməli olur. Naxçıvandan gedərkən o, “Harda oluramsa olum, Naxçıvanı köməksiz,arxasız qoymuyacagam. Var qüvvəmlə onu müdafiə edəcək, daşnaklara verməyəcəyəm”-demişdi. Sonrakı hadisələr Qarabəkir Paşanın həqiqətən bu torpagı unutmadıgını sübut etdi. 105 il yaşamış alim Lətif Hüseynzadə o günü belə xatırlıyır:” Kazım Qarabəkir Paşa 1918-ci il oktyabr ayının 31-də Naxçıvanı tərk edərkən bu torpagın xilası ugrunda şəhid olmuş Türk əsgərinin məzarı üstünə gəldi, məzar önündə baş əydi və belə bir şer parçası söylədi:
Yavrum bən gediyorum,sən rahat uyu bu toprakda,
Türk yurdudur,ana yurddur bu toprak da
Al kanından qızıl lalə, əlvan güllər bitəcəkdir bu toprakda!
Naxşıvandan ayrılarkən bu torpaga qılncı və qələmi ilə xidmət etmiş Kazım Qarabəkirin əlyazması şəklində Hüseyn Cavidə hədiyyə etdiyi “öyüdlərim” kitabı uzun müddət orta məktəblərdə dərs vəsaiti kimi istifadə edilmişdi.
1918-ci il noyabr ayının 3-də Kazım Qarabəkir Paşanın məsləhəti və köməyi ilə Naxçıvanda Araz-Türk Respublikası qurulur. Bu il 100 illiyini qeyd edəcəyimiz bu respublika çox az yaşasa da erməni quldur dəstələri tərəfindən Naxçıvanın işgalının qarşısını aldı. 1921-ci ilin fevralinda başlayan Moskva danişiqlarında bu quruma əsaslanaraq yerli əhalinin erməni idarəçiliyini qəbul etmədiyi göstərilirdi.
Zaman-zaman öz işgalçı planlarını həyata keçirən ermənilər 1919-cu ilin aprelində yenidən Naxçıvanın Şərur bölgəsini işgal edirlər. İngiltərə hökumətinin dəstəyi ilə Naxçıvanda erməni idarəsi qurmaq planlaşdırılır. 1919-cu ilin may ayının 24-də isə 6 min nəfərlik qoşunla Naxçıvanı işgal edirlər. Bu zaman Anadolu ellərində ermənilərə, yunanlara, ingilislərə qarşı savaşda olmasına baxmayaraq Kazım Qarabəkir Paşa yenə də Naxçıvanı tək qoymur. Agrıdag tərəfdən yardım üçün Naxçıvana 2 min nəfərlik əsgər göndərir.Elə ilk günlərdən xeyli itki verən ermənilər geri çəkilməyə məcbur olurlar.
1921-ci ilin oktyabr ayının 13-də 5 dövlətin- Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rüsiyanın iştirakı ilə Qars müqaviləsi imzalanir. Naxçıvanın siyasi statusu müəyyən edilən müqavilənin altinda Türkiyə tərəfdən Kazım Qarabəkir Paşanın imzası vardir. Qars müqaviləsinə əsasən Türkiyə hökuməti Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Respublika kimi təhlükəsizliyinə və yaşamasına təminat almiş oldu . Bu müqaviləylə Türkiyə ilə Naxçıvan arasında 11 kilomertrlik sərhəd xəttinin təsbit edilməsi bu bölgə üçün çox mühüm əhəmiyyət daşiyirdi. Əsrin sonlarına dogru 1990-cı ilin qanlı yanvar günlərində Azərbaycanın baş şəhəri Bakıda rus qoşunları qırgın törətdiyi günlərdə erməni daşnakları yenə Naxçıvana hücumlara başladılar. O zaman Naxçıvan rəhbərliyi Qars müqaviləsinə əsaslanaraq qardaş Türkiyə Respublikasından kömək istədi və Türkün Turana açılan qapısı Naxçıvan erməni işgalından qorundu.
Bu gün Naxçıvanda hər kəsin sevdiyi və tanıdıgı Kazım Qarabəkir Paşanın adini daşıyan yaraşıqlı, əzəmətli came ucalır. Xilaskar sərkərdənin şəninə şerlər, nəgmələr qoşulur. Qədim türk yurdu Naxçıvanı silahı və qələmi ilə qorumuş Paşanın bu torpaqda əbədi yaşamaq haqqı vardır.
Babək Cəfərov
GOYCE.AZ
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025