Ay, Türk adını elan üçün bir səmavi aynadır,
Türkün tarixi həm Yerdə, həm də Göydədir.
Hüseyn Cavid
Bu yaxınlarda Türkiyənin TRT1 telekanalında “Oturan Buğanın izində” sənədli filmi nümayiş etdirilirdi. Bir neçə bölümdən ibarət olan film Amerikanın şimalında yaşayan qızıldərililərdən (qırmızıdərililər) bəhs etdiyi üçün xüsusi maraqla izlədim, həmçinin müəyyən qeydlər götürdüm. Axı qızıldərililərin tarixin qədim zamanlarında Berinq boğazından Şimali Amerikaya keçmiş türksoylu toplum olduğu haqda nəzəriyyə mövcuddur.
Yüksək peşəkarlıqla hazırlanmış bu sənədli filmdə TRT1 qızıldərililərin türksoylu olmasını sübut etmək üçün heç bir cəhddə bulunmurdu. Təqdim olunan səhnələrə heç bir şərh verilmirdi. Sadəcə, TRT! tamaşaçını faktlarla baş-başa buraxırdı – Bax, özün müəyyən et!
Mənim də bu qeydləri sizə çatdırmaqda məqsədim, qızıldərililəri türk oğlu türk kimi təqdim etmək deyil. Sadəcə, filmdən götürdüyüm qeydlərlə sizləri tanış etməklə, yuxarıda qeyd olunan - qızıldərililərin türksoylu olması haqda tarixi iddianın gerçəyə nə qədər yaxın olduğunu birgə düşünməyimizi təklif edirəm.
Sənədli filmdə ABŞ-ın şimal ştatlarında yaşayan iki qızıldərili tayfadan bəhs olunurdu. Qəbilələrin adları belə idi:
Lakota və Yakota.
Lakota sözünün əski türkcədə hansısa sözlə yaxınlığını və ya eyni köklü olmasını araşdırmadan, Yakota sözünə diqqətinizi yönəltmək istəyirəm:
Yakot-yakut və ya Yakota-Yakutiya.
Bu qəbilənin adı türksoylu yakutlarla necə də səsləşir. Üstəlik nəzərə alsaq ki, yakutlar da Uzaq Şərqdə - Berinq boğazına yaxın coğrafiyada məskundurlar. Kim bilir, bəlkə də tarixin əski qatlarında o torpaqlardan Amerika qitəsinə köç etmiş yakutlar, mənsub olduqları ulusun adını yeni vətəndə öz qəbilələrinə veriblər. Buradaca qeyd edim ki, Yakota qəbiləsinə mənsub insanların sifət cizgiləri Uzaq Şərqdə yaşayan türksoylu xalqlarla – yakutlarla, tuvalılarla çox oxşardır. Xüsusən də, gözlərinin qıyıq olmaları ilə…
Tayfalardan biri “Kaya Siyu” adlanır. Bəlkə də “Qaya suyu” anlamıdadır. Türkiyədə “qaya”ya “kaya deyilir”. Hər halda, mən daha çox bu yozuma üstünlük verdim.
Bu yerdə aydınlıq üçün bir məqamı da vurğulayım. “Qəbilə”, “tayfa” deyəndə ilk ağıla Afrika cəngəlliklərində qəbilə halında yaşayan insan topluları gəlir. Amma yox, qızıldərililər öz inanclarına, milli adət-ənənələrinə sadiq olmaqla, ulu babalarının cəngavərlik xüsusiyyətlərini daşımaqla bərabər, müasir yaşam tərzinə malik insanlarıdırlar.
Qızıldərililərin yaşadıqları coğrafiyada toponimlərin adları türkcəyə çox yaxındır. Bəzi toponim adlarının mənasını isə ilk səslənişindən anlamaq olur.
Həmçinin insanların soyadları da bir çox hallarda türkcə ilə səsləşir.
Məsələn, sənədli filmdə danışanlardan birinin adı-soyadı belə idi: Vingent Kara Tüy. Mən yenə də belə yozdum: Kara Tüy - Qara Tük.
Yəqin ki, soyadı Qara Tük deməkdir. Anadoluda da “qara”ya “kara”, “tük”ə “tüy” deyilir. Elə Azərbaycan türkcəsində də “tük” sözü “tüyh” kimi tələffüz olunur. TRT1 müsahibinin adının Vingent, yəni ingilismənşəli olması isə sizi çaşdırmasın. Eyni dərd assimlyasiyaya uğrayan bir çox türk toplumlarında yaşanmaqdadır. Moldovada yaşayan qaqauz türklərinin soyadları türkmənşəli olsa da, adları slavyan və ya rumın mənşəlidir.
Qızıldərililərin adət-ənənlərində əski türk gələnəklərinə aid çoxsaylı oxşar nümumələr varmış. Onlardan biri ağaca əski (parça) bağlamaqdır. Daha çox şaman dininə məxsus olan bu ənənə qızıldərililərdə də geniş yayılıb. Ümumiyyətlə, ağac (xüsusilə tək ağac) qədim türk kültüründə inam, etiqad məqamı kimi qəbul olunub. Azərbaycanımızın bir çox bölgələrində tək ağaclara inam, xoş arzular diləyib ağaca adını yazmaq, əski parçası baglamaq kimi adətlər bu gün də yaşamaqdadır.
Qızıldərililərdə də Şaman var. Onların Şamanı daha çox şəfaverici missiyasını daşıyır. Şaman əlində böyük qaval Günəş rəqsi oynayır. Musiqiləri Uzaq Şərqdəki xalqların musiqilərini xatırladır.
Onlar da tək bir Tanrıya inanırlar. Dinlərinin yasaqlandığını bildirirlər. Böyük basqılara rəğmən bir çoxları hələ də xristianlığı qəbul etməyiblər. Deyirlər ki, ABŞ kimi sivil bir dövlətin vətəndaşı olsalar da, fərqli dinin daşıyıcıları olduqları üçün başları çox bəlalar çəkib. Soyqırımına məruz qalıblar dəfələrlə. 1979-cu ildə onların dini azadlıqları məhdud çərçivədə tanınıb. Törənlərə ancaq qızıldərililər buraxılır.
Nədənsə qızıldərililər babalarının nə zamansa bu torpaqlara gəldikləri haqda nəzəriyyəni yaxın buraxmaq istəmirlər. Bildirirlər ki, bu torpaqların əbədi və əzəli sakinləridirlər. Onu da qeyd edirlər ki, qızıldərililərin Amerika qitəsinə gəlmə olması haqqında iddia bir çox hallarda onlara ziyan gətirib. Çünki, əslində özləri yaxın tarixdə gəlib Amerikada məskunlaşanlar onlara “Siz bu torpaqlara gəlməsiniz” deyirlər.
Atı da müqəddəs sayırlar “Atlarımız müqəddəsdir” deyirlər. At və türk. Məncə, bu yerdə əlavə sözə gərək yoxdur.
“Ailələrimiz möhkəm təməl üzərində qurulur və ailə müqəddəsdir” deyir qızıldərililər. Nə qədər doğma dəyərdir bizim üçün.
Hə, filmdə ən maraqlı fikri isə dünya görmüş bir nurani qoca söyləyirdi:
“Ayda bizim qohum-əqrabalarımız var”.
Bu iddia necə tanış gəlirmi? Türklərin Yer planetinə başqa sivilizasiyadan gəlməsi haqda iddiaları yəqin ki, eşitmisiniz. Hətta Göytürklərin də “göydən gəlmiş türklər”ə bir işarə olduğunu söyləyənlər var. Qızıldərili ağsaqqal isə bir qədər də dəqiqləşdirir: “Ayda bizim qohum-əqrabalarımız var”…
Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025