Laçın! Qartallar yurdu, Sarı Aşığın, Həmzə Sultanın, Sultan bəyin, Xosrov bəyin, Nurməmməd bəy Şahsuvarovun, Əvəz Verdiyevin, Mürsəl Həsənovun, Muradxan Cabbarovun, Şərqiyyə Vəliyevanın, Şahbaz Muradovun vətəni! Füsunkar gözəlliyinə, mərd insanlarına və qonaqpərvərliyinə görə sənə deyilən xoş sözləri və adları saymaqla qurtarmaq olmaz.
Mənfur qonşular isə sənə 1988-ci ildə “Qarabağın qara” qapısı, 1992-ci ildə “Laçın koridoru”, 1993-cü ildə isə “Berdzor”, dağlar gözəli Laçının tacı Qaragölə “Sevlic”, bəyliyin mərkəzi babamızın yadigarı Həmzə Soltan sarayına Melikatun adlarını vermişdilər. Lakin bunların heç biri sənə yaraşmırdı. Bunu nə dağların, çayların, bulaqların, nə də qoynuna sığınan 60 min əhalin qəbul etmirdi. Onlar səni 1988-ci ildən 1992-ci ilə qədər qorudular. Arxalı düşmənin hücumlarına sinə gərərək, bir qarış torpaq da vermədilər. Dörd il Laçın və laçınlılar həm öz yurdlarını, həm də Qarabağı qorudular.
Lakin həmin dövrdə səriştəsiz, idarəetmə qabiliyyəti olmayan, vəzifə hərsləri olan respublika rəhbərlərinin ciddi səhvləri ucbatından 1992-ci ilin may ayının 8-də Şuşa, ayın 18-də isə Laçın düşmənə təslim oldu.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. İnzibati rayon kimi 1924-cü ildə təşkil olunmuşdur. Sahəsi 1835 km2, əhalisi 60 min nəfər (1992-ci il) idi. Rayonda 1 şəhər, 1 qəsəbə və 125 kənd vardır. Rayonun qərb sərhəddi 120 km Ermənistan Respublikasının Gorus və Sisian rayonları ilə, şimaldan 60 km məsafədə Kəlbəcər rayonu ilə, şərqdə 120 km Xocalı, Şuşa və Xocavənd rayonları ilə, cənubda isə 16 km Qubadlı rayonu ilə həmsərhəddir. Rayonun ümumi sərhəd xəttinin uzunluğu 316 km-dir.
Kiçik Qafqazın cənub-qərbində yerləşən Laçın rayonu təbii şəraitinə görə mürəkkəb xarakterə malikdir. Rayon respublikada sıx çay şəbəkəsinə malik olan rayonlardan biridir. Mənbələrini yeraltı sular və yüksək dağ buzlaqlarından alan Ağoğlan, Hoçazsu, Şəlvə çayları, cənubda birləşərək Həkəri çayı adlanır. Rayon ərazisində müxtəlif tektonik mənşəli 20 göl vardır. Bunlardan ən füsunkarı Laçının tacı sayılan Qaragöldür. Göl dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşir. Uzunluğu 1.7 km, eni 1.3 km-dir. Suyu şəffaf və şirindir. Göl Ermənistan Respublikasının Gorus rayonu ilə sərhəddə yerləşir. Bu gözəlliklərə paxıllıq edən nankor qonşular zaman- zaman xəritələrdə saxtakarlıq edərək sərhəd xəttini gölə doğru çəkirdilər. SSRİ-nin aiddiyyəti qurumlarının yaxından köməkliyi sayəsində 1968-ci ildə təsdiq olunmuş xəritəyə əsasən sərhəd xətti “Kiçik İşıqlı” əvəzinə “Dəmirdaş”dan keçərək 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə daxil olur. Nəticədə rayonun Qaragöl yay otlaqlarının sahəsi 250 ha azalır və gölün böyük bir hissəsi Ermənistan SSR-nin ərazisində qalır. Burada güclü su nasosları qurulur və gölün suyu Gorus şəhərinə və ətraf kəndlərə vurulur. Bütün bunlar yerli əhalinin ciddi narazılığına səbəb olur. 1973-cü ildə 29-30 avqustda ərizə və şikayətləri yerində həll etmək üçün Moskvadan komissiya gəlir. 1927-1929-cu illərin sənəd və xəritələrinə əsasən gölün Azərbaycan SSR ərazisində olduğu təsdiqlənir. Lakin həmişə olduğu kimi, bu dəfə də qərəzli nəticəyə gəlirlər. Qərara alınır ki, siz də bir su nasosu qurub sudan istifadə edin. 1986-cı ilin avqust ayının 7-də Moskvanın göstərişi ilə hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur və qərara alırlar ki, respublikalararası Qaragöl Dövlət Təbiət Qoruğu yaradılsın. Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti “Qaragöl” və “Sevlic” Dövlət Qoruğu yaradılması haqqında 17 noyabr 1987-ci il tarixdə 408/717 saylı qərarlar qəbul edirlər. Qərara əsasən gölün 90% “Sevlic”qoruğu, 10% isə “Qaragöl” Dövlət qoruğuna aid edilir. Eyni zamanda Qırxqız yaylağını əhatə edən Laçın yasaqlığı da Qaragöl Dövlət Təbiət Qoruğunun tabeliyinə verilir. Qaragölün belə insafsızcasına bölünməsi nankor, özlərini dost kimi göstərib, çörəyi dizi üstündə olan qonşularımızın Laçına vurduğu ziyanlarından biridir.
Rayonun ərazisi zəngin flora və faunaya malikdir. Zəngin heyvanat aləmini qorumaq üçün rayonda yasaqlıq və qoruq yaradılmışdır. Burada forel, qızıl, göy balıqlar, müxtəlif quşlar, qaban, cüyür, dağ keçisi (bezuar), ayı, bəbir və sairə nadir heyvanat növləri vardır. Rayon ərazisində 37.000 hektardan artıq meşə örtüyü vardır. Bu ərazinin 20%-ni təşkil edir. Meşələrdə 250-dən artıq ağac və kol növləri yayılmışdır. Palıdın müxtəlif növləri, xüsusilə qırmızı palıd, vələs, ağcaqayın, göyrüş, müxtəlif meyvə və dərman bitkiləri bitir.
Laçın respublikanın ən böyük heyvandarlıq rayonu idi. Burada 110.000 qoyun, 23.000 baş mal-qara bəslənilirdi. Rayonun 74.000 hektar yay otlaqlarında heyvandarlıq təsərrüfatları ilə yanaşı, respublikanın 10 rayonu bu yaylaqlardan yay otlağı kimi istifadə edirdilər.
Rayon ərazisində çoxlu sayda mineral bulaqlar və turşsular vardır. Bunlardan Minkənd İstisuyunu, Əhmədli kəndində olan mineral bulaqları, Ağanus, Tığik, Yığın və Hacıxanlı mineral bulaqlarını göstərmək olar. Bunların əksəriyyəti tərkibinə görə müalicəvi əhəmiyyətə malik olan sulardır. Əksəriyyəti Narzan tipli mineral bulaqlardır. Minkənd İstisuyu Çexiyanın “Karlovı-Varı” suyu ilə tərkibcə eynidir.
Laçın rayonu ərazisində 100-dən artıq tarixi abidələr vardır. Bunlar qəsrlər, saraylar, məbədlər, türbələr, qəbiristanlıqlar, körpülər və müxtəlif daş fiqurlardan ibarətdir. Bunlara misal olaraq, “Ağoğlan” qəsrini (V-VI əsrlər), Sultanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il) və dünyanın ən böyük “Gün-Güm” daşı, Zeyvə kəndində Soltanbaba türbəsi, Qarıqışlaq kəndində Dəmirovlu Pir-Məbədi (XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XVI əsr), Pircahan kəndində Kafir qalası (XII əsr) və başqalarını göstərmək olaq. Bu abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır. Toponimlər hamısı türk mənşəlidir. Yer adlarının qədimliyi və türk mənşəli olması Sarı Aşığın bayatılarında öz əksini tapır:
Mən aşiq Güləbirdə,
Şeh düşüb gülə bir də.
Bir quş olub uçaydım,
Qonaydım Güləbirdə.
Qədim tarixi abidələrlə yanaşı, rayon ərazisində təbiət muzeyləri və təbii abidələr də geniş yayılmışdır. Karst mağaralar, yeraltı keçid tunellər, şəlalələr, körpülər, insanabənzər heykəllər sanki insan əməyinin məhsuludur. Bunlardan “Şahid”, “İlan”, “Qızıl”, “Hoçaz”, “Nərdivan” qayalarını göstərmək olar. Eyni zamanda Laçın rayonu respublikanın ən çox faydalı qazıntılarla zəngin olan bölgələrindəndir. Bunlardan mis, qızıl, uran, sink, qurğuşun, molibden, xrom, nikel, civə, kobalt, perlit, kopal (kəhrəba), mərmər, əhəng daşlar, müxtəlif çınqıl, pinit, realqar və sairlərini göstərmək olar.
1930-cu ildə Moskvada çap olunan “Oqonyok” jurnalındakı krossvordun suallarından biri Laçına aid idi. Sual belə idi. SSRİ-də bir küçəli şəhər? Sualın cavabı Laçın idi. Laçın bir küçəli şəhərdən çox küçəli şəhərə çevrilmişdir. Ancaq şəhərdə ünvanı məhəllələrlə soruşurdular. Şəhərin mərkəzi, Şəhərin ayağı, Qabaq küçə, Arxa küçə, Yuxarı məhəllə, Qalalılar məhəlləsi, Yuxarı Laçın, Köhnə Hamam məhəlləsi, Dünyamalının dərəsi, Poçt məhəlləsi, Hoçazlılar məhəlləsi, Köhnə Sallaqxana məhəlləsi, Ardıclı məhəlləsi, RTS məhəlləsi, Abdallar, Qızılca məhəlləsini misal gətirmək olar. Şəhərin adı rayon mərkəzi təşkil olunanda Tağı Şahbazi Simurğun təklifi ilə Laçın dağının adı verilir. Mənası ən yuxarıda uçan quş - şahin deməkdir.
I Qarabağ müharibəsində Laçın 264 şəhid verdi. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar Oqtay Güləliyev, Qorxmaz Eyvazov, İsrafil Şahverdiyev, Kamil Nəsibov, Fazil Mehdiyev, Ələsgər Novruzov Laçının igid və qəhrəman oğulları idilər. Eyni zamanda II Qarabağ müharibəsi başlanan vaxtdan yüzlərlə laçınlı könüllü olaraq vətənin müdafiəsinə qalxdılar.
İşğala qədər 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi, müxtəlif sənaye obyektləri və sairə fəaliyyət göstərirdi.
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində işğal altında olan torpaqlarımızın hamısı azad olundu. “Məğlubedilməz” erməni ordusu darmadağın edildi. Bir yumruqla Qarabağı azad etdik, inanırıq ki, ikinci yumruqla da qədim Azərbaycan torpaqları olan Zəngəzur və İrəvanı azad edəcəyik. Möhtərəm Prezident atası ulu öndərə və rəhbərlik etdiyi 17 ildə xalqımıza verdiyi bütün vədlərə əməl etdi. O, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Ermənistanı hərb yolu ilə, dünyanı isə siyasi yolla yerində oturtdu. Bizi 28 illik həsrətdən qurtardı, artıq biz məcburi köçkün deyilik!
Qələbə ardınca qələbə gəlir. Artıq Şuşaya yol çəkilir. 1988-ci ildən Laçında başlayan və 1992-ci ildə işğala səbəb olan o dəhşətli, qanlı-qadalı, heç vaxt unudulmayan günlərə şəhidlərimizin qanı bahasına müzəffər ordumuzun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində 1 dekabr 2020-ci ildə Laçının özündə qələbə ilə son qoyuldu. Bu günlərdə ən böyük arzum 43 ildən sonra yenə də Laçının küçə və məhəllələrində bir gün də olsa poçtalyon kimi qəzet paylamaqdır.
Əziz laçınlılar, dörd ildən sonra 2024-cü ilin oktyabrında Laçın şəhərinin 100 yaşı tamam olur. Amma bizə, laçınlılara elə gəlir ki, biz də, Laçın da dünyaya yenidən gəlmişik və o tarixi gün 1 dekabr 2020-ci ildir. Arzu edək ki, 2024-cü ildə Laçın şəhərinin 100 illiyinə həsr olunacaq bayram tədbirlərini Ali Baş Komandanımızın iştirakı ilə birlikdə Laçında qeyd edək.
Laçın bizimdir!
Qarabağ Azərbaycandır!
Nəriman ZEYNALLI,
“Azərmətbuatyayımı” ASC-nin
böyük təlimatçısı, Laçın şəhər sakini.
Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020Polkovnik leytenant Rasim İbrahimov
24.11.2020“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev
21.11.2020