MİN  BƏZƏKLİ XALIYDI GÖYÇƏ...

11:27 / 12.02.2021
Baxılıb: 5384

Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir.  – Heydər Əliyev

Azərbaycan xalçaları sadəcə xalça deyil, YUN KİTABƏLƏRDİR-

Lev Qumilyov, rus yazıçısı, tədqiqatçı- tarixçi.

 

Naxışlı bir xalıydı Göyçə ...Və o xalı Azərbaycan türk mədəniyyətinin qaymağı hesab olunan Ulu Göyçədə mənfur düşmən tərəfindən ilmə- ilmə sökülməyə başlamışdı. Artıq erməni məkri neçə yüz illər idi ki, davam edirdi. Bizlər isə daha bərk yuxuya gedir, “ erməni kirvəliyindən”, qardaş erməni xalqından, xalqlar dostluğundan mədhiyyələr söyləyirdik.

  Hansı tərəfindən baxsan, daşında, torpağında, gözəl Göyçə gölünün hər bir halında min bir naxış, min- min ilmələr- ayrı bir dəsgah idin Göyçə.

  Gözlərimi dünyaya gözəllər gözəli Göyçə mahalında açdım. Ətrafımızdan tutmuş həyatımız belə bəzək- naxışlar içərisində idi.

 Bu mahalda nələr- nələr yox idi...Böyüklük, kiçiklik, ruzi- bərəkət, halallıq, maarif- təhsil, elm, biliklərə can atmaq bizlər üçün dünyanın paytaxtı hesab olunan Bakıya sonsuz sevgi və məhəbbət. Xüsusən də erməni kimi fitnəkarın içində yaşayarkən Azərbaycana - doğma məmləkətimizə olan sevginin sonsuzluğu heç nəylə müqayisə oluna bilməz.

  Mənim qismətim onda gətirdi ki, gözümü dünyaya ziyalı bir mühitdə açmışdım. Lakin o mühitdəki  KİŞİLƏR “dünən yaxud srağagün” dünyaya gəlməmişdilər. Köklü-köməcli bir dünya idi Göyçə. Min- min illərə uzanırdı türkün kökü-kötüyü. Uşaqlıq illərim Basarkeçər rayonu Güney- Sədanağac kəndində və  Dərə kəndində-nənə, babamın yanında keçdi.Babam Abbas Əhmədov, nənəm Məsmə xanım və dayılı- xalalı, əmili, bibili- daha doğrusu Güney kəndində də  qohum - əqrabalı bir dünya və bizim xalçalı- naxışlı dünyamız, bax ilkin müşahidəm oldu bunlar.

 Lap neçə illər öncə belə tədqiqatçılar Göyçənin tarixinin uzaq-uzaq minilliklərdən boylandığını yazırlar. Son nəticəyə görə türkün dünyaya gəlişindən xəbər verir bu oba, bu mahal. Və bu tədqiqatların tarixi 7 min illiyə söykənir. Dünya imperatoru Böyük İsgəndərin öz qoşunu ilə Göyçə gölü sahillərindən gəlib keçdiyi tarixi məxəzlərdə əks olunub. Ən qədim mənbələrdə belə, o cümlədən “Kitabi – Dədə Qorqud”da adı gözəlliklər diyarı kimi, ulu türkün  kökünün dərinlərə işləmiş kötüyü ilə rastlaşırsan. Türk qövmünün, türk millətinin dünyaya gəlişindən xəbər verir bu gözəl diyar.

  Mənim atalı- analı və Göyçəli dünyam onsuz da naxışlı idi. Lap Göyçənin xalı- xalçaları, gəbə-kilimləri kimi. İlkin şahidi olduğum ana nənəm- Məsmə mamamın xalça, palazlar toxumaq üçün qız-gəlinlərə verdiyi  məsləhət, boyaqlardan necə istifadə olunması qaydaları idi.  İplərin boyanması işlərinə özü nəzarət edər, təbii yollarla rənglərin necə alındığını gözəl bilirdi. Göyçə evlərinin demək olar ki, hamısında xalça-palazlar, Göyçə ibarəsi ilə desək, “gəbə”, kilimlər toxunar və evlərdə döşənərdi. Var- dövlət belə hesab olunurdu xalça- palazlı evlər.

 Qədim Türk mədəniyyətinin öncüllərindən olan bu mahalda dəmirçilik, toxuculuq, taxılçılq, heyvandarlıq kimi məşğuliyyət və sənətlərlə yanaşı türk elatlarına məxsus xalçaçılıq sənəti uzun illər yerli əhalinin dolanışıq mənbəyi olmuşdur. Evlərdə xalçalar toxunar, kilim, palazlar salınardı, hətta yaxşı toxuyan qız- gəlinlərə sifarişlər belə verilərdi. Məsmə mamamın anası Gözəl xanım (əslən Ardanış kəndindən idilər) özü də gözəl xalça, gəbələr toxumuş, minbir naxışlı kilimlərin ustası olmuşdur. Ancaq günü bu günəcən evimizdə saxlanan, keçən əsrin 50-ci illərində Atam İsmayıl Əliyevin adına toxunan xovlu xalça öz qeyri- adı gözəlliyi, sıx toxunuşu, çeşnilərin məharətlə vurulması olduqca gözəl bir sənət nümunəsidir. Onu da qeyd edim ki, bu xalçanı Dərə kəndində yaşayan Baratəli kişinin qızları Zəhra və Məsmə xanımlar toxuyub başa gətirmişdilər. Xalçaçılıq sənətini olduqca mükəmməl bilirdilər. Bu gün bu gözəl, zəhmətkeş insanlar həyatda olmasalar da, qoyduqları iz bütöv bir xalqın yaddaşında və yaratdığı nümunələrdə yaşayır. Ruhları şad olsun.

 Qədim türk xalçaçılıq sənətinə dayanan, kökləri ilə palaz- kilim, gəbə- xalçaların özünün də kökü-kötüyü naxışlar, ilmələr, butalar, çeşnilər, göllər, bütün bunların hamısının sorağı mililliklərdən gəlirdi. Naxışların, göllərin salınması, simvol və rəmzlərdən istifadə, əslində isə boyanın özü, onun hazırlanması  xüsusi ustalıq tələb edirdi. Bəzən hətta xana başında hər hansı bir gölün, çeşninin salınması barədə xalçaçılar arasında mübahisələr gedərdi.Yəni bineyi- qədimdən bu sənət türk ellərinə məxsus olmuş, xalqın içərisindən çıxmış, getdikcə daha da cilalanmış, daha da mükəmməlləşmişdir. Necə deyərlər, xanalarda toxunan hər bir xalça, palazlar, kilim, gəbə və s.Türk- Azərbaycan qadınlarının ağır zəhməti, əməyi ilə başa gələn böyük sənət əsərləri idi. Xalqın yaddaşından, ruhunun minilliyindən süzülüb gəlirdi. Və getdikcə də cilalanır, daha da büllurlaşır, daha da durulurdu.

 Lakin burada incə bir məsələni unutmamalıyıq, daha doğrusu, bu məsələni vurğulamalıyam, nədənsə dünyanın bütün nöqtələrinə getməyi bacaran Azərbaycan xalça ustaları, tədqiqatçıların yönü qədim türk eli olan bu mahala “düşmürdü”. Erməni kimi xəbis, məkrli bir düşmənin içərisində yaşamaq heç də asan məsələ deyildi. Erməni gədaları təkcə torpağımıza qəsb etmədi. Hələ neçə- neçə illər öncə qədim sənətlərimizə- musiqimizə, ədəbiyyatımıza, mətbəximizə əl uzadır, göz görəsi oğurlayırdılar. Keçən əsrin təqribən 60-cı illərindən etibarən ermənilər qapı-qapı Göyçənin kəndlərini gəzir, qədim, bəlkə də yaşı yüz illərlə olan xalça- palazları cüzi pul-para müqabilində alıb aparırdılar. Artıq 70-80-ci illərdə Göyçənin ziyalııları irəli durub əhalini bir qədər bu işdən çəkindirə bildilər. İsmayıl Əliyev, Məcnun İbrahimov, İbad İbrahimov, Hüseyn Qurbanov, Şamil Rüstəmov və s. kimi ziyalıların səyi nəticəsində insanlarla söhbətlər aparıldı. Bu məkrli siyasətin qarşısı bir qədər alınsa da, orda-burda bu qədim sənət nümunələrini çüzi pul müqabilində demək olar ki, “oğurlayıb” aparırdılar.

  Erməni adlı bu mənfur düşmən hər zaman türk xalqına aid məxsusi sənət nümunələrini- müsiqini, mətbəxi- yeməklərimizi, musiqi alətlərimizi “özününküləşdirib” dünyaya çıxarmaqla məşhurdurlar. Unutmayaq, erməni adlı millət OĞRUdur,  əslində isə bu mənfur millətdə heç bir zaman xalçaçılıq sənəti olmayıb. O zamanlar insanlarımızı bu işlərdən çəkindirmək üçün hətta onlara  M. Cəlalın “Bir gəncin manifesti” əsərindən Sona Ananın dilindən olan hekayəni danışır və “itə ataram, yada satmaram” deyimi ilə qol-qanad vermişdilər. Doğurdan da ibrətamiz hekayədir: Göyçə mahalında yaşanıb bu hadisə. O da yadımdadır ki, xalçası olan, lakin dolanışıq ucbatından satmaq istəyənlər belə bu fikirdən birdəfəlik daşındılar. “Allah vurub ermənini – dedilər. Çürüdərəm, amma erməniyə satmaram”. Bax belə- belə işlər olurdu. Göründüyü kimi, İnsanlar yaşamış, yaratmış və mübarizə aparmışlar. Ləyaqətli bir mahalın halal insanları adınız tarixdə şərəf, qeyrət simvolu kimi yaşayacaqdır!

  Elə məntiq də burdadır. Nələr, nələr baş vermədi... Yerli əhalidən alınan xalılar, gəbələr, kilimlər, qədim sənət nümunələri bu günlər artıq qədim erməni sənət nümunələri adı ilə Avropada, dünyanın digər ölkələrində təqdim olunur. Sonda isə torpağımza əl qoydular. Musiqi alətlərimiz, mahnılarımız, yeməklərimiz... nəhayətində isə Qarabağ – Qərbi Azərbaycanda daxil olmaqla 52%- dən çox torpaqlarımız, qədim yurdlarımız, zəhmət çəkib əziyyətlərlə özlərinə ev- eşik tikmiş insanlarımız qaçqın-köçkün adı ilə yollara düşdü.

 1988-ci ildən başlanan, ürəyimizə, ruhumuza nisgildən damğa  vuran Göyçə aşiqliyi qəlblərdən çıxmır ki, çıxmır! Artıq 32 ildir ki, yurdumuz erməni tapdağında inləyir.

  Görəsən tarix bunu bizə bağışlayacaq? Bəs bizlər necə, özümüz-özümüzü bağışlayacağıq!?.

  Bir haşiyə çıxım: Analarımız qızlarını gəlin köçürərkən mütləq əl xalçası cehiz qoyardılar.  Çünki, sexlərdə toxunan xalça, gəbələrdən çox, yun əriş-arğaclı əl işləri- xanalarda toxunan əl xalça-palazları daha hörmətli və dəyərli hesab olunardı. Və göründüyü kimi, “el gözü tərəzidir”.

  Göyçə mühitində landşaftın orjinallığı çox asanlıqla xalq təfəkküründə  xalça sənətində palitranın rəngarəngliyinə gətirib çıxarmışdır. Yeri gələndə bu sənətdə folklor, milli ornamentlər, buta kimi rəmzlər öz əksini tapır. Harmoniya, ritmin və rənglərin estetikası əks olunurdu bu xalı-xalçalarda. Lakin bunlar az idi, estetik gözəllik, milli atributlar, əski türk inancları, milli ornamentlər, butalar öz əksini tapırdı bu sənət nümunələrində. Bəzən toxunan xalçalar, kilimlərə vurulan çeşnilər fəlsəfi məzmun belə daşıyırdı: gəlimli- gedimli dünyanın gedişatını, həyat fəlsəfəsinin danılmaz olduğunu, hardan gəlib hara getdiyini, ömrün fani olduğunu anladır və İnsanlığı bir daha düşünməyə səsləyirdi.

  Göyçədə toxunan xalçaların simvolları əski türk inanclarına söykənirdi: tanrıçılıq, şamanizm, əyə inancı- Ocaq haqqı- Tanrı haqqı,  Qaraçuxa isə tale- bəxt tanrısı idi. Və bütün bunlar Dədəm Qorquddan belə üzü o yana və bu yana simvollar kimi Göyçə xalçaçılıq məktəbinə təzahür etmiş, onun naxış- kompozisiyalarında  yaxından əks olunmuşdur. Toxunan bu xalçalarda inanclara söykənən göllər- qurd ağzı, qurd ayağı və s. verilirdi. Əlbəttə bu Göyçə mühitinin özünün türk inanclarına, ocağına enmiş inamından irəli gəlirdi. Və sadə bir həqiqəti də qeyd etməliyəm ki, bizlərdə əski türk inanclarından irəli gələn Oçaqlara sitayiş- beyət çox güclü idi. Bunlar isə təbii yaranan sənət əsərlərində özünü göstərirdi.

  Ağrı-acılarımız musiqimizə qonduğu kimi minbir naxışlı xalça və sənət nümunələrində İnsanlığın sonsuz kədəri, həyatın keçici nəşəsi tədricən bu sənət nümunələrində əks olunmuşdur.Ancaq bu xalçaların bir üstünlüyü onda idi ki, toxunuş, naxış və rənglər insanı yaşamağa səsləyirdi. Xalçalrın bu qədər həssaslıqla və zərif toxunmasına heyran qalır və həyatın fəlsəfəsini anlamağa çalışırsan. Yəni bunlar sadəcə bir sənət nümunəsi deyildi. Böyük bir elin yaradıcılıq dünyası idi. Bu gün artıq gözəllər gözəli Göyçək Göyçə erməni adlanan həşaratların ayaqları altında tapdalanır. Təəssüf, min yox, milyonlarca təəssüf...

 Dədə Qorqud məskəni olan Göyçə mahalının xalça sənətkarliğı  min illiklərə enir. “Kitabi- Dədə Qorqud” dastanını özündə xalı, xalça, gəbə, kilim adlarına dönə- dönə rast gəlinir.  

  “Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuşdur. Qafqz xalçaları kimi şöhrət qazanmış xalça kompazisiyalarının 90%-ni Azərbaycan ustalarının kompazisiyaları təşkil edir – Lətif Kərimov”.

 Və göründüyü kimi xalçaçılıq və digər tətbiqi sənət nümunələrində istifadə edilən əriş, arğac, xalça, gəbə, kilim, palaz, keçə və s. kimi sözlər sırf türk mənşəlidir. Göyçə mahalını xarakterizə etmək üçün onun tarixi, təbiəti, yaşam tərzi, geyim mədəniyyəti min bir naxışlı xalıydı və bu naxışlar, bəzəklər, rənglər tədricən xalq sənətində özünə yer etmişdir.:

          Sarı Nərdən, Qoca Dağdan əsən yellərdir Göyçə...

          Çalınan saz, Miskin Abdal, Alı- Ələsgər ruhlu,

         “Göyçə gözəlləməsi”, “Yanıq Kərəm”, “Göyçə gülü”,

          Göy çəmən, gəbə, güllü  xalı- xalçalardır Göyçə,

           Bizim dənizimiz, uzun hörüklü Göyçək Göyçə.

           Dünyanın Cənnət məkanı,

                           bağışlayın bizləri...

                                 Qoruya bilmədik Sizləri!...

  Mahalda, o cümlədən bizim Sədənağac- Güney kəndində kənd qadınlarının əsas məşğuliyyətlərindən birincisi, bəlkə də ən önəmlisi idi xalça- gəbə toxumaq, xana qurmaq. Sadə halında Göyçədə qışın oğlan çağında oraların Sibir soyuğu kimi kəskin şaxta- qarını düşünsən, isti yundan toxunmuş jaketlərin, corablar, əlcək və yun şallar və üstəgəl əski türk inanclarına söykənən, minilliklərə enən türk mifoloji təsvirləri bu sənət nümunələrində əks olunurdu. Təbii ki, burada bu sənətin – xalçaçılıq sənətinin heç də asan olmayan proseslərdən keçdiyini deməklə bu xanımların, ana- bacıların ağır əməyini bir daha gözlər önünə gətirmiş oluruq. Yunun qırxılmasından başlamış, onun yuyulması, təmizlənməsi, dəmir daraqlarla daranması, əyrilməsi- ip halına salınması, təbii otlardan hazırlanmış boyaqlarla boyanması və s. heç də asan olmayan ağır zəhmət, səbir tələb edən işlər idi. Bütün bunlarla yanaşı xalça toxumaq özü zövqverici bir sənət idi. İş prosesi başa çatdıqdan sonra kəndin bilici qadınları yığılar, həna- xana kəsilərdi. Məhz o zaman bu zəhmətkeş insanlar öz işlərinə baxar, təkcə zövq almaq deyil, məsuliyyətli bir peşənin öhdəsindən gəldikləri üçün qürur duyardılar. Sanki çiyinlərdən ağır yük götürülərdi... Ah, gözəlim Göyçə... yağı erməniyə Vətən oldun...

  Xalçaçılıq sənətində iplərin boyanması işi özü də xüsusi ustalıq tələb edərdi. Adətən ipliklər xalq üsuli ilə, təbii yollarla bitki mənşəli boyaq tərkibləri ilə boyanırdı. Əslində bu iş sadə görünsə də boyaqçılardan xüsusi məharət tələb edirdi. Bu məharət Göyçə ana-bacılarının bu sənəti uzun zamanlardan bəri mənimsədiklərini göstərirdi. Belə ki, kənddə ayrıca boyaqçılar olmurdu. Kənd ərazisində, istərsə də mahalın özündə bitən müxtəlif bitkilərin yarpağı, çiçəyi, qabığı, kökü, oduncağı, meyvəsi, toxumu boyaq məhsullarının hazırlanmasında ən əla vasitə hesab olunurdu.

  Bütövlükdə bu mahalda xovlu xalçalarla yanaşı xovsuz sənət nümunələridə məişətdə özünə yer eləmişdir: kilim, cejim, xurcun, ayaqaltı palazlar, zili məfrəş, taxtüstü, çarşaf, yəhərüstü, çömçədan və s. toxunurdu. Xovlu ya xovsuz- bu sənət əsərlərində əski türk elementləri- xalqın qan yaddaşından, genindən axıb gələn mifoloji süjetlər əks olunurdu. Göllərin salınması, naxış- bəzəklərin vurulması, simvol və atributların verilməsi və bütün bunların ornamentlərdə təsviri və əks olunması türk mənəviyyatından bəhrələnmişdi. Və bütün bunlar minilliklərə enən, qopmaz- qırılmaz tellərlə bağlı olduğumuz ocaqlarımıza, kökümüzün-kötüyümüzün nə qədər dərinlərə işləmiş olduğundan xəbər verir.

 İsayev M. D. Petrov V.Q.Puralov və s. kimi XIX- XX əsr rus tədqiqatçıları ümumən Azərbaycan xalçalarının boyanma üsullarının zənginliyi və onlara təkrarolunmaz gözəlliklər verən koloriti bitki mənşəli təbii boyalardan, heyvan və mineral mənşəli üsullardan istifadə olunduğunu göstərirdilər. Bu rus tədqiqatçıları Azərbaycanın Qərb, Şimal və Cənubuna , təbiətin spesifik xüsusiyyətlərinə yaxşı bələd olduqlarına görə bu xalçaların Azərbaycan mənşəli olması, köçəri türk tayfalarına xas sənət nümunəsi kimi verilən bu məlumatlar xüsusi elmi dəyərə malikdir. Xarici tədqiqatçıların əsas bilgisinə görə, Azərbaycan xalçasına marağı ilkin olaraq hələ çox-çox əsrlər öncə onlar oyatmış, Azərbaycan xalçaçılıq məktəbinə xas ecazkar xalçaçılıq sənətinin estetika və fəlsəfəsini onlar açıb bəyan etmişlər. Əlbəttə bu belə olsa da, ancaq gözəl sənət nümunələrini yaradan xalq idi və bu Azərbaycan xalqının təfəkkürü idi .Və bu sənət nümunələrini yaradan bu xalq  əsərlərlə müdriklik dərsi vermişdir insanlığa.

  Göyçə mahalı özlüyündə böyük bir ərazini əhatə etməklə orada yaranan sənət və sənətkarlıq nümunələrini, o cümlədən xalçaçılıq və digər toxuma sənətləri ilə öndə olmuş, Göyçə aşıq məktəbi- saz- söz sənətinin ilkin mənbəyi olduğu kimi, xalçaçılıq da ilkin mənbə olaraq qeyd olunmalı, tədqiqat işləri aparılmalıdır. “Qafqaz xalçalarının əksəriyyəti, onların naxışları və bədii ənənələri ilə köçəri türk tayfalarının sənəti ilə bağlıdır- Denini B. P”. Maraqlı bir məlumatı da qeyd etmək istədim, belə ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində Rusiya imperiyası ərazisində əhalinin siyahıya alınması nəticələrinə əsasən İrəvan quberniyasının 76 % -i Azərbaycan türklərindən ibarət olanlar idi. Və yerli istehsal xalçaçılıq olmuşdur. Əsasən kənd yerlərində xalçaçılıq sürətlə inkişaf edirdi. Bu məlumatlardan çıxardığım nəticə o oldu ki, İrəvan xalçaçılıq sənəti, o cümlədən Göyçə xalçaçılıq məktəbi -  məhz Qərb bölgəsində  mərkəz rolunu oynamışdır. Bunu danmaq heç bir vəchlə mümkün deyil.

   Hər bir sənətin biliciləri olduğu kimi bu mahalda da bu sənətin biliciləri vardı. Məs., Sədanağac- Güney kəndində Qəndab Mama (Mənim bibim) deyə hamının xitab etdiyi  Hüseyn qızı Qəndab xanım təqribən keçən əsrin 30 – cu illərindən etibarən xalçaların toxunmasında, kilim- palazların salınmasında, əriş- arğacın, xovlu xalçalar üçün hansı qoyun yununun üstün olması, ipliklərin boyanması, xanaların qurulmasınadək hər bir işə özü nəzarət edərdi. Bəzən Qəndab mamamı xana qurmaq üçün qonşu kəndlərə belə aparırdilar. “Demək olar ki, bütün xalçalar Azərbaycanlı ailələrində istehsal olunur. Ermənilər xalça toxumağı Azərbaycanlılardan öyrənməlidirlər” – Zergenidze, gürcü tədqiqatçısı. Böyük rus yazıçısı, tarixçi- tədqiqatçı Lev Qumilyov yazırdı: “Azərbaycan xalçaları sadəcə xalça deyil, YUN KİTABƏLƏRDİR”.

  Xovlu xalçaların toxunması bütün zamanlar üçün Göyçə xalçaçılıq məktəbinin ən mükəmməl dövrü hesab olunur.Bu sənət nümunələrində xalça ustalarından xüsusi məharət tələb olunurdu. Göyçə xalçaçılıq məktəbi öz toxunma funksiyalarına görə özünəməxsusluğu ilə fərqlənir və bəlkədə Qərbi Azərbaycanda öz dəsti-xətti olan mərkəz rolunu oynamışdır.Çox təəssüflər Azərbaycan- Göyçə xalçaçılıq məktəbi adına heç yerdə rast gəlinmir, bu məktəbin fəaliyyəti Gəncə-Qazax xalçaçılıq məktəbi içərisində verilir. Ara- bir isə Göyçə adı handan-hana səslənir. Bu isə hər sahədə, saz-söz, şeiriyyət sənətində ilkin olduğu kimi, xalçaçılıq sənətində də ilkin olan bu gözəl diyar-  qədim türk torpağı olan bir mahalın taleyini və orada yaşamış, minbir zəhmətlə, halallıqla ömür sürmüş insanlarımızın, xüsusən bu xalça-palazları ərsəyə gətirən Ana- bacılarımızın ruhuna daha bir laqeydliyin təzahürüdür.

  Bəzi hallarda isə Qazax bölgəsi Qərb regionu kimi təqdim olunsa da, əslində Göyçə özü hər sahədə olduğu kimi xalça sənətində də bir məktəbdir. Və Göyçə Azərbaycan Türk mədəniyyətinin qaymağıdır və xalçaçılıq məktəbində də bir mərkəz rolunu oynamışdır. Bütün evlərində xalça-palaz, kilim, cejim, heybələr, zili və s. toxunan yaradıcı bir el, bir oba nədən unudulsun və digər bölgələrin içərisində “ əridilsin”?..Çünki, insanların haqqı olduğu kimi, məkanın- torpağın da haqqı var. O qədim yurda haqqı olanı gec də olsa verilməlidir. Çünki övliyalar, müqəddəslər məkanı olan, Dədəm Qorqud ruhu dolaşan böyük bir mahal yağı erməniyə Vətən olmayacaq. Sadəcə  geci-tezi var. Tanrı böyük və ədalətlidir. Uca Yaradanın hikmətindən kim baş çıxara bilər! 

  Onsuz da bu günlər əlimizdə olmayan, yağı erməniyə tapdaq olan Göyçə və ona aid olan xalçaçılıq sənətini bir-iki sətirlərə yerləşdirmək mümkün də deyil. İnanın, Göyçədə böyüyən, o yerləri yaxşı tanıyan, hər daşına, çınqılına, cığırına bələd birisi kimi, bu gün düşmən tapdağında inləyən torpaqlarımızın, nənə- baba, dədələrimizin məzarları bizi o yerlərə səsləyir. Qan yaddaşımız, ruhumuzla, genimizlə axan halallıq, oralarda qoyub gəldiyimiz ocaqlarımız bizləri  İNTİQAMA çağırır. Yurdumuza, torpağımıza sahib çıxın deyir. Bunlardan ağrılı daha nə ola bilər!?.

  Bir Azərbaycan vətəndaşı olaraq, bir Göyçəli olaraq verəcəyim bir cavab var: “Ulu Göyçəmizə qayıdış olacaqdır. Bu qayıdış labüddür. Bu qayıdış olmalıdır- İsmayıl Əliyev”. (“Göyçə nisgili, Göyçə dərdi”, “Qarabağ” qəzet, 25. 07. 91.)

R. S.  Onu da qeyd etməliyəm ki, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2010 –cu ildə “Azərbaycan xalçaçılıq sənəti” YUNESKO- nun Bəşəriyyətin Qeyri- Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

25. 04. 2020. Bakı ş.

R. S. 27 sentyabr, 2020—Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənabları, Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi, səyi nəticəsində işğal altındaki torpaqlarımız Azad olundu!

 Və günün birində qüdrətli Ali Baş Komandanımızın dahiyanə Sərkərdəlik bacarığı sayəsində, qeyrəti sayəsində  Ulu Göyçəmizə bir qayıdış Olacaqdır!

MƏLAHƏT İsmayılqızı

Publisist-tədqiqatçı

AYB-nin, AJB-nin üzvü

 


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər