Hörmətli Ustad! Hər dəfə əlimə qələm alıb nə isə yazmaq istəyəndə, ulularımıza yön çevirib deyirəm;
Nə yaxşı ki, bizim Nizamimiz, Füzulimiz, Nəsimimiz var! Nə yaxşı ki, böyük şair-aşıq Ələsgərimiz var! Hələ sağlığında klassikləmiş dövrdaş şairlərimiz var! Elə buna görə də özümü daha xoşbəxt hiss edirəm, Azərbaycanlı olmağımla qürur duyuram. Nə yaxşı ki, mən də Azərbaycan xalqının oğluyam.
Məhəmməd peyğənbər (ə.s) əbəs yerə deməyib ki, “İnsan beşikdən, qəbir evinəcən oxuyub-öyrənməlidir”! Bu baxımdan düşünürəm ki, Aşıq Ələsgər yalnız keçmişin deyil, bu günün və gələcəyin çox böyük bir söz adamıdır.
Onun hər bir şerini hər dəfə yenidən oxuyanda, yeni bir məna duyuram. Elə bilirəm ki, böyük ustadla yenidən üzbəsurət görüşürəm. Mən Aşıq Ələsgərin bir məclisdə bədahətən dediyi “Yüküm” rədifli divanisindən bəzi məqamları dərk etdiyim kimi öz mülahizələrim əsasında açıqlayıb ustadların münasibətini öyrənmək istərdim. Çün ki, illər boyu bu divanini aşıqlar başqa bir anlamda izah ediblər. Bu cürəti özümdə hiss etdiyim üçün isə, bəri başdan qüdrətli söz ustadlarından üzr istəyirəm. Səhvim olsa bağışlamanızı təvəqqe edirəm. Axı atalarımızın da belə bir deyimi var:- “Qul xətasız olmaz, Ağa kərəmsiz”!...Hörmətlə Yusif Hüseyn..
YÜKÜM
Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,
Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Zəhmətdə zəhri həlayil, ləzzətdə baldı yüküm.
Nütfəsindən əyri olan, tez göstərir isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qıymatın,
Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Gəl, ey biçarə Ələsgər, sığın şahi-Heydara,
Onun damənindən tutan, məhşərdə yanmaz nara.
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,
Sərrafısan, aç baxğınan, gör nə cəlaldı yüküm.
1-ci beyt:
Ələstidən bəli dedim, nə xoş kəmaldı, yüküm,
Beş gözəlin aşiqiyəm, vəsfi-cəmaldı, yüküm...
Uzun illər bu beyt aşıqlar tərəfindən belə yozulurdu:- Bu beş gözəl:
1-ci Məhəmməd peğənbər (ə.s)
2-ci Cənab Əli
3-cü İmam Hüseyn
4-cü İmam Həsən
5-ci Fatmeyi-Zəhra.
Düzdür, bu müqəddəslərin hər biri ayrı-ayrılıqda bizim üçün çox əzizidir. Amma mənə elə gəlir ki, bu beytdə Ustad Aşıq Ələsgər onları nəzərdə tutmaqla bərabər, kamil insanda təcəlla tapan beş əsas xüsusiyyətdən bəhs edib.
Məlumdur ki, insanda zahiri forma görünüşdən başqa beş əsas məziyyəti qiymətləndirir ki, bunlar da aşağıdakılardır:-
İnsanın beş hiss etmə üzvünü, orqanını nəzərdə tutub:
1. Görmə-- gözlər
2. Eşitmə--qulaqlar
3. Dad bilmə--dil
4. Qoxu bilmə--burun
5. Lamisə--toxunma, təmas.
Haşiyə:
a) Rəbbimiz yaratdığı, dünyanın əşrəfi sayılan insanı simmetrik şəkildə elə yaradıb ki, onun mübarək görkəmi göz oxşasın. Fikir versək, sağ və sol ətrafların, gözlərin, burun deşiklərinin, qulaqların simmetriya oxu ətrafındakı gözəlliyi- insanın zahiri gözəlliyidir. Hətda əllərin və ayaqların barmaq saylarına kimi. Özü də hər əldə və hər ayaqda beş olmaq sayı ilə barmaqların gözəlliyi də buna misaldır.
b) İnsan beyininin sağ və sol yarımkürrələri, görünməmək şərti ilə. Oxuduqlarımızdan və öyrəndiklərimizdən:-Sağ yarımkürrə insanın bütünlüklə sol tərəfini idarə edir. Sol yarımkürrə isə insanın sağ tərəfini idarə edir ki, bunlar da əks qüvvələrdir ki, bir-birini tarazlayır və insanın nisbi tarazlığını yaradır.
c) İnsanın tərəfləri 6 rəqəmini təcəssüm etdirir və tamamlayır.
1. Ayağının altı- Yer kürrəsi, ulularımızın uyuduğu torpaq.
2. Başının üstü—Göy qübbəsi, İlahi varlıq
3. Sağ tərəf—uzaqlar,
4. Sol tərəf—yaxınlar, (ürəyə yaxın olduğu üçün)
5. Qabaq tərəf—qənşəri, görünən tərəf,
6. Arxa tərəf—görünməyən tərəf, (ötənlər, keçmişlər) və bu kimi maraqlı təzadlar...
Yenə də qayıdaq mövzuya. Mənə elə gəlir ki, Ulu Ələsgər birinci beytin ikinci misrasında insanda olan beş ilahi gözəllikdən, insanların hissetmə üzvlərindən bəhs edir. Rəbbimizin verdiklərinə şükranlıqla deyir ki:-
“Beş gözəlin aşiqiyəm, vəsfi cəmaldı yüküm”- Gördüklərimi o qədər gözəlliklə görürəm ki, onları həmin gözəllikdə də tərənnüm edib insanlara çatdırıram. Açıqlaması belədi: -Onsuz da bütün gözəllikləri hər bir kəs görməsi üçün Allah onlara da bu beş gözəlliyi verib. Amma bu beş gözəlliyi mənə ikiqat artıq verib ki, mən bütün gözəlliklərin və gözəllərin bu mübarək cəmallarını yenidən bütün gözəlliyi ilə vəsf edib insanlara çatdırıram. Yəni şairliyim İlahi bir vergidir. Bax, budur şükranlıq. Bu beş gözəlliyin açıqlaması aşağıdakı kimidir:-
1. Gördüyümü o qədər kamil görürəm ki, yaxşını pisdən ayıra bilirəm. Ona görə də həqiqəti yazıram.
2. Eşitdiyimi İlahi bir vergi kimi saf-çürük edirəm, tez və düzgün qərar çıxara bilirəm. Düzü-düz, əyrini əyri yazıram. Bu da Haqqa bağlılığımdır.
3. Dünyanın dadının və təamının necə olduğunu yaxşı dərk edirəm ki, bunlar da şeriyyətimdə görünür.
4. Qoxunun yaxşı və ya pis olduğunu hiss edirəm.
5. Lamisə- toxunmaq, bağlılıq, təmas.—Sazla o qədər ilahi bir qüdrətlə təmasım yaradılıb ki, taxta parçası bu qüdrətdən bütün gözəlliyi ilə dil açıb, insan kimi danışır. Bu da mənim ürəklər fəth etməyimdir. Ürəklərə yolumdur.
Mənaların sadə izahı belədir:-
1. Göz mayıf ola bilər. Amma düzgün görməlisən! Göz kor olsa, vicdan görməlidir. İnsanın bəsirət gözü açıq olmalıdır. Vay o gündən ki, insanın vicdanı kor ola. Bəsirət gözü bağlı ola.
2. Qulaq ağır eşidə bilər, amma düzgün eşitməlidir.
3. Dildə pəltəklik, kəkələmə ola bilər. Amma dadı-tamı olduğu kimi hiss etməlidir. Dediyimin mənasını düz deməlidir.
4.Qoxubilmə- Burun əyri ola bilər, amma qoxunu düzgün, olduğu kimi almalıdır.
5. Lamisə-təmas.. Əlbətdə aşığın təması tut taxtasından hazırlanmış sazla olmalıdır. Özü də dürüst. Bənnanın təması qara daşla olmalıdır.
Mənim qənaətimcə ustadımız Aşıq Ələsgərin deyimi belə açıqlanır:- Bütün gözəlliklərdən ərsəyə gələn şeirlərimin mənasını yalnız bu sadaladığım, saydığım beş kamil gözəlliyə malik olanlar duya bilərlər.
Aşığın divaninin birinci sətirindəki “nə xoş kamaldı, yüküm”- insan kamilliyinin mükəmməl dərəcəsi deməkdir.Yenə də şeirin birinci bəndinə qayıdaq.
Birinci beyt:-
Ələstidən bəli dedim, nə xoş kamaldı, yüküm,
Beş gözəlin aşiqiyəm, vəsfi cəmaldı yüküm.
İkinci beyt:-
Həm dərindi, həm dayazdı, həm şirindi, həm acı,
Həmi dürrdü, həmi gövhər, həm şəhdi-baldı, yüküm.
Açıqlaması:-
1. Sözün dərinliyi---məna dərinliyi
2. Sözün dayazlığı—mənasızlığı
3. Sözün şirinliyi---dadı, ləzzəti
4. Sözün acılığı—tənəli sözlər, həcvlər
5. Həmi dürrdü—qiymətlidir
6. Həmi gövhər—gözəl.
Baxın bu altılıq həm də insanın 6 tərəfinə işarədir. Aşıq deyir ki, özümə gəldikdə isə, hansı mətləbdən danışsam, oxusam, sözlərim şəkər, bal dadacaq. Mən kamil söz adamıyam, vergim ilahi vergisidir. Bu mənə Söz Tanrımdan ətadır. İlahi vergili adamın yükü nə ola bilər? Hikmətlə dolu sözlər!
Birinci misranın açması:- Cavabına bəli dedim, Hədyan sözə “bəli” cavabı vermək daha da gözəldir.
İkinci bəndin birinci beyti:-
Nütvəsindən əyri olan, tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Bu divani, Aşıq Ələsgərin məclisdə oxuduğu zaman özünü-sözünü bilməyən yüngül bir adamın atmacasına cavab olaraq, bədahətən söylənilmişdir. “Hər bir adam öz kökünə, soyuna çəkər”.
İkinci bəndin üçüncü misrası:- Hərcayı hədyana sayar, naşı bilməz qiymətin. Naşı adamın öz yerini, öz sözünü bilməməsinə işarədir. Mənası:- “Ay binəva, sənin kimi həcvi-hədyan danışanlar, mənim sözümün mənasını hardan dərk edə bilərlər?
İkinci bəndin dördüncü misrası:-Əhli ürfan məclisində, gövhər misaldı, yüküm! Mənası:- Bu məclis əhli-ürfan məclisidir, sənin kimi dayaz adamların yeri deyil. Mənim sözlərimin məna yükü dərindi. Məni ancaq ürfan əhli anlayar, ay binəva! Onlar bilir ki, ləl-gövhər nə deməkdir. Onlar dərk edərlər ki. “gövhər kəlam” nə deməkdir.
Üçüncü bəndin birinci beyti:-
Gəl, ey biçarə Ələsgər, sığın şahı- Heydara,
Onun damənindən tutan, məhşərdə yanmaz nara.
Beytin mənası:- Gəl ey əlacsız Ələsgər, yenə də belə hallarda Xudaya sığın! Mən belə hərzə, həcvi-hədyan danışığını bilməyənləri hansı əsaslarla anlatmağa çalışıram, İlahi?! Yenə də şairdə özünə inam və təvəzökarlıq meyarları açıq-aşikar oxunur. Axırıncı bəndin üçüncü misrası kimi:-
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara.
Mənası belədir:- Mənə Rəbbim tərəfindən əta olunub ki, mən bu məclisin məna daşıyıcısıyam. Söz sərraflarının mənəvi dünyasının bir parçasıyam. Mənim bazarımin xridarı Həzrəti-sözdür, ulu sözün dəyəridir.
Divaninin axırıncı bəndinin son misrası:- Sərrafsansa, aç baxginən, gör nə cəlaldı, yüküm?! Bax elə bu misra sübut edir ki, bu divanı-bağlamadı. Mənasını açmaq tələb olunur.
Misranın mənası belədir:- Əgər sən söz sərrafı olsaydın, özünü belə aparmazdın. Təmkinlə qulaq asıb özündə nə isə əxz eyləyə bilərdin. Yaxşı fikir versəydin görərdin ki, mənim sözlərim hansı cəlalın sahibidir.
Mənim “hikməti–söz” bazarımın “müştəriləri” “əhli-ürfan” sahibləridir. Kamil insanlardır, söz anlamazlar yox!
Ustadımız Aşıq Ələsgər son bənddə şerin məna zənginliyini daha da artıraraq, insanı “beşgünlük dünyanın” “qəflət yuxusundan” ayıltmağa çalışır. Aşıq deyir ki, aqilsənsə, bu hikmətimdən özünə ibrət götür. Unutma ki, “dünya malı dünyada qalandı”. Bütün bunlardan yüksəkdə söz ucalığı var ki, bu da “Həzrəti-sözdür”!
P.S.Yenə də qayıdaq beş rəqəminə.
Beş-5-Əla! Azərbaycan dilində mükəmməlliyin isbatsız ifadəsi. Görülən iş üçün insana verilən dəyər! Qısa, yığcam şəkildə qiymətin tərənnümü.
Atanın, yaxşı oğlu və qızının, ailəsinin gördüyü işin qiymətləndirilməsi.
Müəllimlərin şairdlərə-tələbələrə gözəl işləri üçün verdikləri ən yüksək qiymət.
Rəhbərin öz işçisinin yaxşı işinə verdiyi qiymət..
Bax bütün bunlar da özlüyündə dediklərimizi isbat etmirmi?!
Oxuyub öyrəndiklərimizdən:-
Hər bir insanda beş vacib şərt:-
1. Allaha ibadət.
2. Dövlətin rəhbərinə hörmət.
3. İdarədə öz rəhbərinə hörmət.
4. Ataya hörmət.
5. Anaya hörmət.
Beş əlamətlər öz sahibində olsa daha da təqdirə layiqdir:-
1. Şahlarda ədalət.
2. Alimdə elim.
3. Varlıda səxavət.
4. Kişidə vətən qeyrəti.
5. Qız-gəlində ismət-həya.
Deyilənə görə Nuşirəvan padişahın xəzinəsindən beş kəlam yazılmış bir daş lövhə tapılıb. Orada yazılmışdır:-
Ustada hörmətlə:
şair-tədqiqatçı Yusif Hüseyn
Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021