Azərbaycan təbiəti və Aşıq Ələsgər

12:09 / 08.07.2021
Baxılıb: 3976

1986-ci il baharın son ayı idi; hər yerdə sülh, əmin-amanlıq hökm sürür, dünyanın gül-çiçəkli, al-əlvan, bu sətirlərin sahibinin də oğlan vaxtıydı. Bəşəriyyətin ilk çörək ağaclarından olan çobanlarla yoldaşlıq, eşqinə düşüb, onlarla birlikdə dərin dərələrdən, qayalı yamaclardan, uca dağlardan keçməli oldum. Səhər Gülazar bulağından başlanan yol şər qarışan vaxtı Qoşqarın ətəyində başa çatdı, aləmi nura qərq edən Günəş batandan sonra yavaş-yavaş canlı aləm də mışıl-mışıl yatmışdı sanki. Sakit, səssiz başlanmışdı gecə çağı, elə bil az sonra hucuma keçdi qara donlu yağı, dolu yağdı, şimşək çaxdı, dərə boyu qanlı sular axdı. Sürülər ağ yumağ kimi açıldı, büküldü, çovğun vurduqca dərələrə doğru töküldü. Qaraca Çobanın davamçıları sürünün arxasınca qaçıb, Dəli Qoşqarın dəli təbiəti ilə savaş açdılar.

  Səhər heç nə olmamış kimi günəş yenidən doğdu, qapqara torpaq dəli suların səsini dərələrdə boğdu. Atlara minib Qoşqara doğru qalxıb, zirvələrdən üzü arana baxdıq. Üst yanımız dümağ qar-buz idi, alt yanımız isə al-əlvan, yam-yaşıl dərə, yamac, düz idi. Bu ağ, sarı, al, yaşıl rənglər bir-birinə yaraşırdı, sanki bir çəmən digəri ilə yarışırdı. Ətrafda rəngbərəng quşlar ötüşdü, yadıma Dədə Ələsgərin misraları düşdü.

Üstünə od yağsın, ay Dəli Qoşqar,

Yayın ortasında yağdırırsan qar...

  Özümü Qoşqarın zirvəsinə qədər açıq görə biləcəyim bir yamaca yetirdim, əlimə dəftər, qələm götürdüm, Dəli Qoşqarda gördüklərimi sözlə belə başlayıb, belə bitirdim:

Vəsfini yazmışdı Ələsgər babam,

Gəldim...gözlərimlə gördüm, Qoşqarım.

Atım yorulanda öz ürəyimi

Köhləntək zirvənə sürdüm, Qoşqarım.

 

Elə başladın ki, yağış, dolu, çən,

Vahiməyə düşdü hər yoldan keçən.

Bir qədim etiqad beşiyisən sən,

Sığınıb qoynuna girdim, Qoşqarım.

 

Bulud sənin üçün ağ kəlağayı,

Qəbul et Salmandan bir nəğmə payı.

Gül-çiçək yerinə yazın son ayı

Qardan, buzdan çələng hördüm, Qoşqarım.

  Qoşqardan adlayıb Qonur dağına doğru yol aldıq, dörd tərəfə nəzər saldıqca heyrətdə qaldıq. Sanki bütün dünya ayağımız altında, bizsə göyün yeddici qatında idik...

  Ən uca zirvədə biz dayanmışdıq. Vaxtı ilə ustad aşığın keçdiyi yollardan keçib, keçirdiyi hisslərə, duyğulara boyanmışdıq:

Mən Qonurun zirvəsindən baxmışam,

Çox gözəl görünür Göyçə mahalı.

Al-yaşıl zəmilər, al-toran dağlar

Verir bu yerlərə cənnət misalı.

 

Sarıyer ağ tüldü başının üstdə,

Xəzinə yatıbdı daşının üstdə.

Babam tarix yazdı yaşının üstdə,

Əgər keçmişindən olsaydın halı.

 

Ulu Göyçə gölü  -  səma rəngli şam,

Verir bu torpağa özgə ehtişam.

Salman, bu yerlərdən alıbdı ilham,

Ustad Ələsgərin eşqi,  xəyalı.

 

Bəli, Qonurun zirvəsinə çıxanda, bu zirvədən Gəncəbasara, Kəlbəcərə, Göyçəyə baxanda ilahinin necə böyük qüdrət sahibi olduğunu görürsən, ürəyini şəhdli-şirəli sözlə şan-şan hörürsən. İksir uca yaradanın rəhmətindədir, səxavətindədir, bu yerlərin təbiətindədir, insanların ülfət və məhəbbətindədir. O da ki, ola Ələsgər ruhu, Ələsgər ilhamı, hissi, duyğusu. Elə məhz bu yerlərdən keçib Göyçəyə gedəndə qocaman el sənətkarı dağın boranına düşür, 3 bəndlik bir iltimasla bu borandan sağ-salim ötüşür, Göyçəyə - ev - eşiyinə yetişir.

 

Gəzəllər seyrangahısan,

Görüm səni var ol, yaylaq.

Açılsın gülün, nərgizin,

Təzə murğuzar ol, yaylaq.

 

Gözüm qaldı siyah teldə,

Bülbül öldü meyli güldə.

Bir kəsim yox qürbət eldə,

Sən mənə qəmxar ol, yaylaq.

 

Mən sən görəndən bəri,

Sinəm oldu qəm dəftəri.

Öldür yazıq Ələsgəri,

Özün günahkar ol, yaylaq.      

  Aşıq bir ovsunçu kimi əvvəl dağın gözəlliyini öyür, sonra gül aşiqi bülbül olduğunu, qürbət eldə tək-tənha qaldığını deyir, sonda “Öldür yazıq Ələsgəri” deməklə dağın “baş-beynini yeyir”. Nəhayət, bu tufandan çarə tapır, atını yurduna doğru çapır.

   “Dağlar” rədifli iki qoşmadan biri “Bahar fəsli, yaz ayları gələndə”, digəri isə “Bir ay yarım növbahardan keçəndə” misraları ilə boşlayır, hər oxucu öz zövqünə uyğun şeiriyyəti xoşlayır. Ancaq birinci “Dağlar” ilahi gözəlliyə bükülmüş, “səngəri, qalası qüdrətdən çəkilmiş” ana təbiətə, ikinci “Dağlar” isə “halı pərişan”, “malları şülən”, “pulları xəzəl” olan, “yolları bağlı qalan”, aclıq, yoxsulluq çəkən, canına müharibə ağrıları çökən cəmiyyətə həsr olunmuşdur.

  Təcnis ustası olan Ələsgər haqla, övliyalarla ruhən girib təmasa, yeni bir sığal, yeni formalar, orjinal fikirlər daxil edib cinasa. Yazı yaza bilməyən el sənətkarı sinəsini ərəb hürufatı ilə hörübdü, yuxusunda Əliyül-Əlanı görübdü, onların vəsfi ilə sirr dolu, hikmət yüklü bir ömür sürübdü. “Ağlı çaşıb, səri qıj-qıj eyləyəndə” dərdini içində udar, nə nalə çəkər, nə də nara, gah baxar çən çəkilən qara dağlara, gah dağlar sinəsində qalan qara, gah da daşan çaylarda qıj-qıj edən daşlara, qayalara. Qəlbindəki qıjıltı ilə təbiətdəki qıjıltını bir-birilə bağlayır, şair ilhamı  çaylar kimi coşur – çağlayır:

 

Qeyz eyləyər, çən çəkilər dağlara,

Qəhrindən yelləri ay eylər qıj-qıj.

Qarşı gəlsə həsrət çəkən yar-yara,

Ağlı çaşar, səri ay eylər qıj-qıj.

 

  Dədə Ələsgər şair gözüylə baxanda görür ki, qışda dağlar ağ, yazda qara geyinir, təbiətin ilahi qurğusunu, nizamını bəyənir, gah əlini qızılgülə uzadan naşı bağbana deyinir, gah da təbiətdən, cəmiyyətdən savadı az olanlara dərs vermək qüdrətiylə öyünür.

  Dədəm Qorquddan üzü bəri el ozanları, söz yazanları dağları baba sanıb, bu şahanə duruşlu zirvələrin hər daşını, qayasını bir el-bir oba sanıb. Dədə Qorqud yadigarı Dədə Ələsgər də bu etiqada inanıb, dağların vəsfində öndə dayanıb:

 

Alagöllər, Qaraarxac,

Keytidi başın, Səfalı!

Səndə əylənən xan olur,

Gəlir peşkaşın Səfalı!

Çeşmələrin abi-həyat,

Mərcandı daşın, Səfalı.

Gözəllərin zinətidi

Alın, qumaşın, Səfalı.

Aşıq Ələsgər bəyənib,

Vəsfini dastan eyləyib.

 

 Hər sənətkar öz dünyasını bir cür açır, bir cür tökür. Rəssam rəsmi rənglə çəkir, şair sözlə deyir məna, deyir fikir.

  Ələsgərin sözlə rəsm çəkməyi ilahi məharətdir, dəyərə sahib bir zinətdir, zəmanə küləyinin poza bilmədiyi bir sənətdir.

  Şah dağına həsr etdiyi şeir janr etibarilə müxəmməsdir, özünə qədərki təbiət şeirləri içərisində yeni bir səsdir, nəfəsdir. Arxası dəniz (Göyçə gölü), ayağı Kür olan, boyağı qüdrətdən vurulan Şah dağında saatda yüz çiçək açır, hər rəngdən olan çiçəklər min bir qoxu, ətir saçır,  dara düşənlər pir kimi, ocaq kimi bu müqəddəs dağa qaçır, oxucu xəyalən qanadlanıb o gözəlliyə doğru uçur:

 

Hansı iyid dara düşsə,

Nəzir deyir, yada salır.

Yeddi kralın qaçağı

Pənahlanıb, səndə qalır,

Kor gələndə şəfa tapır,

Müztər gəlsə, mətləb alır.

Saatda yüz çiçək açır,

Hər biri bir irəng çalır.

Belə məlum, qüdrətdəndi,

Küpün, boyağın, Şahdağ.

 

 İyun ayı Qarabağın ən səfalı vaxtıdır. Şuşada qurulan taxt Azərbaycan taxtıdır. Azərbaycan və Türkiyə dövlətlərinin başçıları Şuşanı ziyarət etdilər, gələcək, görüləcək işlərlə, veriləcək qərarlarla bağlı məsləhət, məşvərət etdilər. Qarabağa uzanan xain əllərin kəsiləcəyini bildirdilər, ümidsiz ümidləri, qəmgin könülləri güldürdülər. Dünya bu ülfətə, bu məhəbbətə afərin dedi, düşmənin çürük dişləri öz qarabağrını yedi.

  Zəfər dolu bu günlərdə möhtərəm prezidentimiz Şeyx Nizamini də, Dədə Ələsgəri də yada saldı, insanlar qələbə sevinci ilə bərabər sözdən-sazdan da zövq aldı, sənət dünyamız söz – söz, misra - misra ucaldı:

Var olsun Qarabağ, əcəb səfadı,

Başa Xaçın axır, ayağa Qarqar.

Göyçə qar əlindən zara gəlibdi,

Muğan həsrət çəkər: a yağa qar-qar.

 

 Bu gün Qarabağa qayıdan Vətən oğulları günlərin bir günündə Göyçəyə, Vediyə, Ağbabaya da dönəcək, o torpaqlarda da qara tavar sazlar dinəcək, yeni-yeni zəfər dastanları söylənəcək. İstəməyən gözlər kor olacaq, istəyənlər var olacaq.

Kandarındayıq müqəddəs bir qapının, ulularımızdan qalan bir yolun.

     

Salman Balakişiyev

Göygöl RTŞ-nin müdir müavini


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər