(Qaraçubuq)
Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 13 km. şimal-qərbdə, dəniz səviyyəsindən 2091 metr yüksəklikdə yerləşmiş bu kəndə məxsus qədim məzarlıqdakı daş kitabələr oğuz türklərinin bu obanı binələşdirməsinin azı 500 illik tarixinə şahidlik edən maddi sübutlardır.
Kəndin ən qədim tayfalarının şəcərələrindən də məlum olur ki, Qaraiman kəndinin əsasını Qaraqoyunlu dövlətinin əsas qüvvəsini təşkil edən qaramanlı tayfasının Ağqoyunluların təqibindən yaxa qurtarmaq üçün Göyçəyə pənah gətirmiş nümayəndələri qoyublar.
1555-ci ilə dair yazışmalarda bu kənd “Qaraçoban” adı ilə təqdim olunur və Səfəvi - Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil olan vahidlərdən biri kimi təsniflənir.
1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərə findən təsdiqlənərək tuğralanmış “ İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində aparılmış qeydlərdə isə kəndin adı “Qaraçubuq-Qaracaiman” kimi verilir və onun sultan xəzinəsinə illik Ödəncinin 5474 ağça həcmində olması göstərilir.
1826-1829-cu illərdə baş vermiş Rusiya - İran, Türkiyə - Rusiya müha ribələri zamanı Qaraiman kəndi də erməni-rus birləşmələri tərəfindən dağıdılaraq yerlə-yeksan edilsə də, qısa müddət sonra əzəli sahibləri doğma yurda dönərək onu yenidən abadlaşdırmışlar və bu tarixi gerçəklik rəsmi mənbələrdə əks olunmuşdur.
Z.Korkodyanın tarixi məxəzlərə istinadən verdiyi məlumata görə, Qaraiman kəndinin əhalisinin sayı 1873-cü ildə 418, 1886-cı ildə 569, 1908-ci ildə 1033, 1914-cü ildə 1079 nəfər ol muşdur. Təbii ki, bu cür sürətlə inkişaf edən, əhalisi əsasən Qaraqoyunlu dövlətinin ən döyüşkən tayfalarından birinin- qaramanlıların törəmələrindən ibarət olan belə bir kənd ermənilərin diqqətini çəkməyə bilməzdi.
1918-1920-ci illərdə Göyçədə soyqırımı siyasəti aparan daşnak hökumətinin qaraimanlılara qarşı xüsusi qəddarlığını yalnız bu konteksdən izahlamaq olar. Və bu vandalizm aktı o dövrün mətbuatının diqqətindən yayınmadı. ’’Azərbaycan” qəzeti özünün 17 may 1919-cu il tarixli sayında Azərbaycan Demokratik Cümhuriyyətinin Dağlıq zolağının beşinci sahə sinin müsəlman əhalisi üzrə müvəkkili İsmayıl Sultanova istinadən yazırdı ki: “aprelin 13-də Ararat Respublikasının qoşunları Qaraiman kəndinə hücum etmiş, kəndi talamış, ələ keçənləri öldürmüşlər”.
1922-ci ildə Ermənistan SSR rəhbərliyinin çağırışından və təhlükəsizlik barədə təminatından sonra qaraimanlı qaçqınların yarıdan azı cəmi 478 nəfər kəndə dönsə də, kəndin bərpası və inkişafı misilsiz sürətlə aparılmışdır. Amma...Kəndin ağsaqqalı Məşədi İsənin 1818-1819-cu illərdə ermənilərə qarşı döyüşlərdə göstərdiyi rəşadət bolşevik şinelinə bürünmüş daşnakların yadından çıxmamışdı və bu kindən qaynaqlanan qisas hissi özünü çox gözlətmədi.
Məşədi İsə xaincəsinə qətlə yetirildi. Vaxtilə Məşədi İsənin dəstəsində ermənilərə qarşı vuruşanların hamısının ailələrinə qarşı təqiblər başlandı. Və bu təqiblər o qədər ciddi xarakter aldı ki, XX əsrin otu zuncu illərində Qaçaq Cəmil qiyama başlayanda Məşədi İsənin oğlu Musanın başçılıq etdiyi Qaraiman igidləri az qala elliklə bu mübarizəyə qoşuldular. Qiyam qan içində boğulduqdan sonra isə erməni NKVD-si qa- raimanlıların az qala yarısını sürgünə göndərdi. Amma ermənilər qaraimanlıların mübarizə əzmini qıra bilmədilər...
1979-cu il siyahıyaalınmasının nəticələrinə görə, kənddə 2042 nəfər türk yaşayırdı. Bu qəbil sürətli inkişaf da erməniləri əndişələndirir, Qaraimanın daim təzyiqlərə məruz qalmasına səbəb olurdu. Kadrların sıxışdırılması ilə kifayətlənməyən erməni millətçiləri mənəvi təzyiqlərdən də çəkinmirdilər.
Ermənistan SSR Ali Sovetinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə Qaraiman kəndinin adının dəyişdirilərək “Sovetkənd” qoyulması o təzyiqlərin təzahürlərindən biri idi və bu qəbil oyunlar 1988-ci ildə özünün kuliminasiya nöqtəsinə çatdı. 1988-ci il noyabrın 28-30-da iki mindən çox əhali rəsmi orqanların birbaşa müdaxiləsi nəticəsində kənddən çıxarıldı, əhalinin və kolxozun əmlakı dövlət səviyyəsində talana məruz qoyuldu.
Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə “Sovetkənd” sözü də dəyişdirilərək, kənd “Kaxakn” adlandırılmışdır.
Qaraiman, ömrünü yurda çıraq etmiş dağdan ağır kişilərin, yurd yeridi.
Tədqiqtçı-jurnalist: SALMAN VİLAYƏTOĞLU.
Təqdim etdi: İlqar İSMAYIL
“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022