Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

20:00 / 15.05.2023
Baxılıb: 1016

100 illik tarixi ərəfəsində böyük şəxsiyyətə dair yeni fikirlər o qədər az və o qədər də statistik tədbirlərin kölgəsində qeyd edildi ki, açığı, bütün bunların onun adına və xidmətlərinə layiq olduğunu düşünmürəm. Bəs mən nə düşünürəm:

1. Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
Bu raportdan qabaq, 8 noyabr günü Fəxri Xiyabanda ziyarət etdiyi şəxsiyyətin önündə beləcə demişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ali Baş Komandan şərq kültürünün ata-oğul tandemini, ata vəsiyyətinin müqəddəsliyini, günümüzdə aşılanan ailə dəyərlərini yeniləyib, ailə mənəvi bağlarını vətən bağına bülənd etdi.

2. Heydər Əliyev ilinin qiyməti o zaman daha dəqiq qiymətləndirilə bilər ki, ideoloqlar, texnoloqlar, beyin mərkəzi (əslində az da olsa var.) kontekstində 2023-cü ilin təsnifini ilin yüz ili, ayın yüz ili, günün yüz ili və qəribə məntiqlə əsrin yüz ili kimi qeyd etməli və tarixin 10 may günündən ibarət olmayacağını aşılamalı idilər.

3. 25 oktyabrın 2019-cu ilində prezident Əliyevin müsahibələrindən "Kommersant" qəzeti belə bir başlıq yazmışdı: XXI əsr türk əsri olacaq. Yüz il Təkcə ata Əliyevin fiziki yüz ili olmadı ki, Türkiyəmizin yüzilliyidir, Azərbaycanmızın yüz illiyidir.

4. 2023-cu il Heydər Əliyev ili, 100 illik isə onun Azərbaycan adlı əsəridir.
Heydər Əliyev:
- Azərbaycan xalqı iki ilin qısa sürən AXC-i dövrü istisna olmaqla, yaşanan 71 illik Qırmızı İmperiya idarəçiliyi daxil 163 il, təxminən, 5 nəslin, başqa sözlə əsrlərin və nəsillərin azadlıq arzusunu, siyasi və hüquqi mənada isə dövlət quruculuğuna Heydər Əliyev kimliyi ilə qovuşdu. O, iki əsrin, imperiyaların, tarixi tənəzzüllərin və amansız keçid dövrü ziddiyyətlərinin parlaq qalibi, azadlıq əldə edən dövlətin qoruyub saxlaması yolunda öz ömrünü şam kimi əridərək əldə edə bildi. Ziddiyyətlələrin keyfiyyəti tez-tez bir vəziyyətdən digərinə dəyişə bilər ki, onun da heç zaman və xüsusi qaydaları yoxdur. Çünki elmin həyata sıçramış təcrübəsinə görə zaman-zaman bir ziddiyyət qalib gələr, yaxud da digəri, eyni qaydada ziddiyyətlərin dağıdıcı təbiəti bizim üçün stalinizm dövrünün repressiyasını, torpaqlarımızın bir hissəsinin SSRİ rəhbərliyi tərəfindən əsrin əvvəllərində Ermənistana verilməsi kimi kəskin olaylar dövrün neqativ ab-havasının əsas çalarları olsa da, bu, nəticədə bizim yoxluğumuza deyil, Əliyev strategiyasının effektiv tətbiq olunmasıyla varlığımıza doğru apara bildi.

5. Ötən əsrin 60-cı illərindən etibarən SSRİ Azərbaycanını milli formaya və milli şüura qaytarmaqla qalmayıb, çoxlusayda ədəbi və mədəni sərvətlərlə milli oyanışın əsasını qoydu, Azərbaycanda dil məsələsi, yeni ədəbiyyatın formalaşması, ideoloji fikrin intibahı, milli kimlik üzərində başlanan tarixi diskursların təməlini atdı. O xüsusi idarənin generalı kimi də, SSRİ Olimpinin zirvəsində də, müstəqil ölkənin rəhbəri kimi də həmişə eyni libasda – azərbaycanlı kimliyi ilə görünməyi bacaran və haqqı çatan çox az adamdan biri və birincisi oldu. Onun dövründə ilk dəfə ötən əsrin 60-cı illərində siyasi, mədəni və sosial amillərdən qaynaqlanan və ölkənin tarixində baş verən hadisələr, etnik və mədəni müxtəliflik, dil siyasəti kimi təməl anlayışların geniş intibahı meydana çıxdı. Milli kimlik müzakirələri bir ölkə vətəndaşlarının özlərini necə müəyyənləşdirməsi, bir-biri ilə necə əlaqə qurması və sosial birliyin necə əldə olunması kimi fundamental məsələlər qədər genişləndi. Bir çox ölkə öz tarixi boyu milli kimlik müzakirələri aparsa da elmi mübahisələrin ilk dəfə meydana çıxması ədəbi intibahın kulminasiyaya çıxdığı 60-cılar nəslinin simasında daha çox görünürdü ki, onların böyük əksəriyyətinin əsərlərinin çapı və ya həbsdən xilas edilmələri Heydər Əliyev sayəsində baş tutmuşdu.

6. Onun zamanalararası dövrə istinad edən baxışları özündə yarım qalmış Səfəvi ruhunu, nakam AXC nostalgiyasını, 71 ilin formalaşıb möhkəmlənmiş Qırımızı Günəşin işığında da vahid mirasın ötürülməsinə hesablanmışdı - o, tarixi dövlərin, itirilmiş dövlətçiliyin bərpasının və yaşadılmasının varisi idi. “Tarixi irs bir ölkənin və ya cəmiyyətin mədəni, bədii, tarixi və təbii dəyərlərindən ibarət irsin bütünüdür” - deyirdi Ümummilli Lider. Bu irsə keçmişdə insanların yaratdığı və bugünkü cəmiyyətə miras qalan hər şey daxildir. Tarixi irsin qorunması tarixi və mədəni zənginliyin gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə vacibliyi təsbit edilir, bu irsin bir ölkənin kimliyini təşkil edən mühüm element olması və onun qorunub saxlanması ölkənin tarixini anlamaq və izah etmək üçün həyati əhəmiyyət kəsb etməsi əsas götürülürdü ki, onun dövründə yaradılan tarixi irs muzeyləri, tarixi yerlər, qədim şəhərlərin tapılması, rəsm qalereyalarının çoxalması, arxeoloji qazıntılar, əlyazmalar, qədim kitablar, tarixi sənədlər, tarixi tikililər və digər mədəniyyət sərvətləri kimi müxtəlif formaların tapılması, inkişafı həyata keçirildi. Tarixi irsin qorunması hökumətlərin və vətəndaşların birgə həyata keçirdiyi prosesdir. O bu missiyaya bütün xalqı səfərbər edərək, tarixi irsin qorunub saxlanması yolunda ölkənin kimliyi, tarixi və mədəni zənginliyi üçün son dərəcə vacib addımlar atdı.

7. Heydər Əliyevin özünün şəxsi bayrağı, himni, yeni dövlət arxitekturası ola bilərdi. Dağılmaqdan xilas etdiyi ölkədə onun buna tam haqqı çatdığını demək, heç bir halda yanlış deyil, lakin o, tarixdən gələn dövlətçilik mirasını xüsusi həssaslıqla, onların yarımçıq qalmış dövlətçilik ənənələrinə və proseslərinə sahiblik, körpü yolunu seçdi. Heydər Əliyev fenomeni tarixi hadisələrlə dövrləşdirilsə də, tarix deyil, onun fövqündə dayanan şəxsiyyətdir - o ötən əsrin 60-ı illərində də eyni şövq və məhəbbətlə sevilirdi, bizim əsrin günümüzə təsadüf edən illərində də eyni münasibəti görməkdəyik. Çünki Heydər Əliyev tarix yaradırdı, bu əsrin memarıdır- bu yüz ilin sinonimidir, öz əsrinin əsəri və arxitektorudur. Heydər Əliyev dövlət adamdır - o hakimiyyət deyil, o siyasi mənada heç partiya da deyil, çünki Heydər Əliyev əbədi yaşayacaq dövlətin özüdür, o dövrün dəyişən tendensiyalarına, trendlərinə aid deyil, həmişə öz zirvəsində dayanacaq qədər hakimiyyətüstüdür. Dövlət adamı ölkəsinin maraqlarını, ictimai marağı qoruyar, həmişə onsa sahib çıxar və Heydər Əliyevin bir dövləti vardı - hamımızın Azərbaycanı. Dövlət adamı kimi ölkənin tarixinə, mədəniyyətinə, dəyərlərinə sahib çıxır, özünün və ya gününü deyil, gələcək nəsillər üçün də ciddi öhdəliklər götürür, strateji planlar işləyir və icrasına başlayırdı.

8. Heydər Əliyev heç vaxt məğlub olmayıb
- Bir dövlət adamının hər zaman qalib gələcəyi və ya heç bir vaxt məğlub olmayacağı deyə bir məhfum olmasa da, Heydər Əliyev böhran dövrlərinin, məğlubiyyətlə yadda qalan 90-cı illərin birinci yarısının da yaralarının sarılmasının lideri idi, çünki ən çətin anlarda həlledici qərarlar verə bilmək yalnız ona xas müstəsna dahilik idi. Çünki həmişə qərarlarının məsuliyyətini şəxsən qəbul edirdi. O özünün (yaşamadığı halda) məğlubiyyətlərdən deyil, tarixin, dövlətin, ideyanın dövrünə görə məğlubiyyətindən nəticə çıxaracaq qədər dərin düşünürdü. Çünki bu liderin vəsiyyəti ölkə rəhbəri tərəfindən iki il əvvəl, 8 noyabr günü Şuşanın azad edilməsi ilə Şəhidlər Xiyabanında etdiyi Prezident İlham Əliyev: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" nidasında təzahür edən qələbədə idi ki, bu dəfə ata Əliyevin düşüncələri qalib idi.

9. Əliyevin tria punctumu

Heydər Əliyev xalq yaradıb
Heydər Əliyev dövlət yaradıb
Heydər Əliyev Tarix yaradıb

Heydər Əliyev xalq yaradıb

Effektiv liderlik çətin qərarlar qəbul etməyi, möhkəm əlaqələr qurmağı və bütövlükdə bəşəriyyətin daha böyük rifahı naminə işləməyi əhatə edir ki, Heydər Əliyev yaxşı bir lider daha geniş qlobal konteksti nəzərə alaraq, öz insanlarının ehtiyaclarını prioritetləşdirdi. O Azərbaycan xalqını sözün tam mənasında yaratdı.
Vaşinqtonun Amerikanı, Atatürkün Türkiyəni yaratdığı kimi.

Heydər Əliyev dövlət yaradıb

O Azərbaycan dövlətinin qurucu lideridir - Heydər Əliyev dövlətlə bağlı əsas töhfələrindən biri Azərbaycanın ərazi bütövlüyünə qəsdi dayandırmaq oldu. O, ölkənin müstəqilliyini qorumaq və qüdrətini artırmaq üçün bir sıra daxili və xarici siyasət addımları atdı. Bunların arasında iqtisadiyyatı müasir şəkildə təkmilləşdirmək, daxili qarşıdurmaları aradan qaldırmaq, xarici münasibətləri gücləndirmək və neft-qaz sahəsindəki resursların inkişafını təmin etmək kimi addımlar var.

Yekun: Heydər Əliyev tarix yaradıb

Heydər Əliyev Azərbaycanın tarixində önəmli xidmətləri sırasında bir çox kitab yazdırmış, tədqiqat apartdırmış və bu sahədə fəal işlər görmüşdür. O, Azərbaycan tarixinin müasir dönəminə aid bütün mərhələlərini inşa etmiş və bu tarixi diqtəni dünya ictimaiyyətinə tanıda bilmişdir.

Əziz Əlibəyli Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert


Etiket:
Xəbərlər

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023
Bütün xəbərlər