Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

18:48 / 10.05.2024
Baxılıb: 2142

goyce.az saytı 9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində keçirilən Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışını təqdim edir. Qeyd edək ki, tədbirdə Araz Yaquboğluna Qərbi Azərbaycan İcmasının vəsiqəsini QAİ-nin idarə heyətinin sədri Əziz Ələkbərli təqdim etmişdir.

Salam, çox hörmətli tədbir iştirakçıları, qonaqlar və həmkəndlilərim!

Sizləri birlikdə görməkdən çox şadam!

Bu günkü çıxışımda sizlərə Daşkənd ədəbi mühitindən danışmaq istərdim. Düzdür, bu bir nitqlə məhdudlaşa bilməz, çünki Daşkənddə çox zəngin ədəbi mühit formalaşmışdır. Heç şübhəsiz bu da Göyçə və Göyçədəki aşıqların, şairlərin, sinədəftər insanların çoxluğu ilə bağlıdır. Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi dühaları dünyaya bəxş edən Göyçə mahalı nə xoş bizlərə ki, bizim vətənimiz, doğma beşiyimizdir.

Bilirsiz ki, Göyçəlilər hər zaman ədəbi mühitə, saza-sözə böyük dəyər veriblər. Göyçədə saza, sözə o qədər sevgi olub ki, saz-söz sənətkarları elin nəzərində ən böyük, ən hörmətli şəxs hesab olunmuşlar. Hətta saz insanlar üçün and yerinə çevirilmişdir. Daşkənd ədəbi mühiti də Göyçə ədəbi məktəbinin tərkib hissəsi olduğundan kəndimizdə 30-dan çox aşıq və şair, onlarla incəsənət xadimi yetişmişdir.

Daşkəndin bizə məlum olan ilk ünlü şairi XIX əsrdə yaşayıb yaratmış Məmmədhüseyndir. Məmmədhüseynə el-oba arasında sadəcə “Şair” deyə müraciət edildiyindən onun şəcərəsindən olanlara da “Şairlilər” deyilmişdir. Son illərə qədər kitablarda yazılırdı ki, ilk dəfə şair Məmmədhüseynin adına F.Qasımzadənin 1956-cı ildə çap olunan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabında rast gəlinir. Şəxsən mənim uzun illər şair Məmmədhüseyn haqqında apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, hələ 1930-cu ildə Hümmət Əlizadə “Azərbaycan aşıqları” kitabında şairin tərcümeyi-halı ilə yanaşı “Tərsinə gedər” adlı cığalı təcnisini də çap etdirmişdir. Müstəqillikdən sonra şairin bir neçə kitabı çap olunsa da, ən mükəmməl versiya tərəfimizdən 2018-ci ildə “Nur çeşməsi” adı ilə nəşr olunmuşdur.

Kəndimizin Məmmədhüseyndən sonra ən çox tanınmış el sənətkarı Aşıq Nəcəfdir. Aşıq Nəcəf Dədə Ələsgərin ən sevimli şəyirdi olmaqla, əsrarəngiz ifaçılığa, zil səsə sahib olmuşdur. Aşıq Nəcəf mənfur qonşularımız olan ermənilər tərəfindən acınacaqlı şəkildə kürəyinə odlu samovar bağlanaraq öldürülmüşdür. 1919-cu ildə şəhid edilmiş Aşıq Nəcəf haqqında bu gün də dillərdə dastan olan həyatını heç vaxt heç kim unutmur. Daim o xatırlanır, şeirləri aşıqlarımız tərəfindən oxunur.

Aşıq Nəcəf haqqında ötən əsrin 70-ci illərində unudulmaz böyük şairimiz Şərraf Şiruyə “Aşıq Nəcəf və Gülüstan” dastanını yazmışdır.

Göyçənin mahir qələm ustadlarından olan mərhum şair Eldar İsmayıl tərəfindən isə “Nəcəf” poeması qələmə alınmışdır.

Daşkəndin hər sözü dillərdə bal olan şairi Həsən Xəyallı yaradıcılığı haqqında da kifayət qədər danışmaq olar. Onun xüsusən ustadnamələri, sərrast deyimləri zərb-məsələ çevrilmiş, müəllifinə geniş şöhrət gətirmişdir. O, XX əsrin əvvəllərində məhşur el qəhramanı Hacı Rəhimdən və Nərimanlı kəndindəki mədrəsədə görkəmli söz ustadları Növrəs İmanla, Bəhmən Qarayevlə birlikdə böyük din xadimlərindən dərs almışdır. Həsən Xəyallı zəngin yaradıcılıq irsiylə bərabər özündən sonra poeziyaya gələn qələm adamlarına stimul vermişdir. Həsən Xəyallının müasiri və əmisi oğlu olan Qəmgin Fəzi xüsusən dini məzmunlu şeirləri ilə el-oba arasında tanınaraq sevilmişdir. Hər iki şair həm də din xadimi kimi Daşkənd məclislərinin aparıcısı olmuş, camaatımız onları ağsaqqal kimi qəbul etmiş, onların bir sözünü iki etməmişlər.

Daşkənd ədəbi mühitindən, saz-söz sənətkarlarından danışarkən Aşıq Hacı Bayramovun da ifaçılıq, xüsusən dastan danışmaq məharətindən daha geniş danışmaq olar. 1981-ci ildə Aşıq Hacı Bayramov həmkəndlisi və şəyirdi Aşıq Nuriddin ilə birlikdə dövlət televiziyasında “Aşıq Alı” dastanını, 1985-ci ildə isə “Şəmkirli Aşıq Hüseyn” dastanını söyləmiş və hər iki dastanın lent yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Dastançı aşıq kimi tanınan Aşıq Hacı 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayına nümayəndə seçilmişdir. O, 1991-ci ildə Almaniyaya qastrol səfərinə getmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsi olduğunu göstərmiş, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.

Çox hörmətli qonaqlar və həmkəndlilərim!

Vaxtınızı çox almadan kəndimizin tanınmış bir neçə şairi haqqında da danışmaq istərdim. Azərbaycan poeziyasının tanınmış simalarından olan Alqayıt Xəlilov və Sərraf Şiruyə qoşa qanad kimi daim Daşkəndin adını zirvələrə qaldırmış, öz əsrarəngiz yaradıcılıqları ilə nəinki Azərbaycana, bütünlükdə türk dünyasına səs-soraq salmışlar. Onların imzası Daşkəndin ünvanına çevrilmişdir desək, yanılmarıq.

Bu gün də kəndimizin adını öz fəlsəfi şeirləri ilə şöhrətləndirən, müasir poeziyamızın sevimli imzalarından olan gənc şair Qılman İman da məhz bu məclisdə, bizlərin arasındadır. Onun yaradıcılığı hamımıza yaxşı məlum olduğundan bu barədə geniş danışmağa lüzum görmürəm. Nəinki kənd camaatı, eləcə də bütun poeziyasevərlər onu özünməxsus şeirlərinə görə bizlərdən daha yaxşı tanıyırlar.

Qeyd edim ki, haqqında danışdığım aşıq və şairlərdən başqa Aslan Məmmədsadiqoğlu, İsoy Qurbanov, Aşıq Əli Şairov, Aşıq Ziyad, Aşıq Abbasəli Xəlilov, Aşıq Abbasəli Nəzərov, Aşıq Səfiyar, Nohəxan Qəşəm, Muxayıl Göyçəli, Xasay Hacıyev, Xasay Zeynalov, Aşıq Firuddin, Aşıq Novruz, Firdovsi Xəlilov, Maksim Sarıqaya, İsrail Şairov, Aqil İman, Eldar Həsənli, Zahid Məcid, Aşıq Xəlil, Aşıq Xanlar, Aqşin Hacızadə, Əli Məhərrəmov, Cahad Nəzərov və başqalarının da haqqında danışmaqla vaxtınızı çox almaq istəməzdim.

Sonda təvazökarlıqdan uzaq olsa da deyim ki, 2008-ci ildə Folklor İnstitutu elmi şurasının qərarı ilə mənim 416 səhifəlik “Daşkənd aşıqları və şairləri” adlı kitabım çap olunmuşdur. Həmin kitabda Daşkənd ədəbi mühitinin nümayəndələri haqqında geniş yazılmış, yaradıcılıq nümunələri verilmişdir.

Çox hörmətli tədbir iştirakçıları!

Sizlərə Daşkəndli alimlər haqqında da qısa da olsa, məlumat vermək istərdim. Kəndimizin 2 professor, 8 dosent, 6 elmi işçi olmaqla 16 alimi vardır.

Nəinki Daşkəndin, Azərbaycanın adını öz elmi nailiyyətləri ilə şöhrətləndirən, Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı, tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar həkimi Qələndər Canbaxışovu hamınız çox yaxşı tanıyırsız.

Digər professorumuz Azər Kərimov texnika elmləri doktorudur. Onun səyi nəticəsində tanınmış şərqşünas alim, çexiyalı professor İvan Meznik və professor Çapka Azərbaycanda olmuş, Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından tanış olmuşdur. Azər Kərimovun rəhbərliyi ilə Maraviya Texniki Universitetinin nəzdində Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzi yaradılmışdır.

 Texnika elmləri namizədi, dosent əmioğlular Savalan və Əmirtarix Kərimovlar 50 ildən çoxdur ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrə ali təhsil verirlər.

Texnika elmləri namizədlərindən Azərbaycan SSR Yüngül Sənaye Nazirinin I müavini işləmiş Təvəkkül Hüseynov, hal-hazırda SOCAR-ın Təlim-Tədris Mərkəzində müdir müavini vəzifəsində çalışan Əyyam Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Osman Əliyev, rəhmətlik Lətif Əsədov haqqında da geniş danışmaqla vaxtınızı çox almaq istəməzdim.

Azərbaycan Dövlət Aqrar Universitetində çalışan, iqtisad elmləri namizədi Telman Musayevin də adını qürurla çəkə bilərik.

Fizika-riyaziyyat elmləri üzrə alimlərdən rəhmətliklər Səfxan Şamoyev və İlyas Hacıyevi də xatırlayır, onlara uca tanrıdan rəhmət diləyirik.

Ali təhsil müəssisələrində dərs verən kimya elmləri namizədi, dosent Fəxrəddin Əliyev, biologiya elmləri namizədi, baş elmi işçi Vidadi Xəlilov da kəndimizin sayılıb-seçilən alimlərindəndir.

German dilləri üzrə alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aytən xanım Allahverdiyeva da universitet müəllimi kimi gənclərimizin ali təhsil almasında xidmətlərini əsirgəmir. Qeyd edim ki, Aytən xanım doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsindədir.

İndi isə sizlərə iki səmimi, hamımıza doğma olan, nəinki bütün Daşkəndlilərin, eləcə də Azərbaycan xalqının sağlamlığı yolunda canla-başla xidmət göstərən qardaşlardan – Yuris və Rafiq Bayramov qardaşlarından da danışmaq istərdim. Hər iki qardaş Azərbaycan Tibb Universitetində müəllim işləyirlər. Hər ikisi də tibb elmləri üzrə fəlsəfə doktorudur. Bütün Daşkəndlilər, Göyçəlilər, ümumən xalqımız onların elmindən, mədəniyyətindən, səriştəsindən çox razıdır.

Sonda qeyd etmək istərdim ki, tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə Kiyevdə rayon partiya komitəsində və uzun müddət SSRİ Kimya Sənayesi Nazirliyində işləmiş, L.İ.Brejnevin yaxın dostlarından olan Məhəmməd Hacıyev də elmlər namizədi olmuşdur.

Çox hörmətli tədbir iştirakçıları!

Son olaraq deyim ki, 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasındakı görüşündən sonra doğma Göyçə mahalına dönəcəyimiz günün çox yaxında olduğuna inanırıq. İnanırıq ki, bizim pozulmuş hüquqlarımız bərpa ediləcək, haqq-ədalət öz yerini tapacaq və biz daşkəndlilər də öz doğma yurdumuza dönəcəyik.

Yeri gəlmişkən bir məsələni də demək istərdim. Daşkəndlilərin bu günkü, eləcə də digər tədbirlərinin, Yeni Daşkəndin 70 illik yubileyinin təşkilatçısı, Yeni Daşkənd kəndində tikilən möhtəşəm “Vətən şəhidləri” memorial abidəsinin ideya müəllifi olan Daşkənd icmasının sədri Fəzair Piriyevə şəxsən öz adımdan və sizlərin adından təşəkkür etməyi də özümə mənəvi borc bilirəm.

Hörmətli həmkəndlilərim!

Sonda Daşkənd icma sədri Fəzair Piriyevdən, eləcə də digər ziyalı və imkanlı şəxslərdən bir xahiş etmək istərdim. Bu görüşləri belə geniş tərkibdə olmasa da, heç olmasa 3 aydan bir olmaqla mütamadi şəkildə keçirmək lazımdır. Ən azı bu gün böyüməkdə olan uşaqlarımız, gənclərimiz bir-birini yaxından tanıyar, bir-biriləri ilə sıx təmasda olarlar. Bu bizim və kəndimizin tarixini yaşatmaq baxımından çox vacibdir. Bizlər kəndimiz haqqında bildiklərimizi onlara öyrətməli onlar da gələcək nəsillərə ötürməlidir.

Kəndimiz haqqında saatlarla danışmaq olar. Digər çıxışçıları da nəzərə alaraq burada fikirlərimi bitirmək istəyirəm.

Məni səbirlə və diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.

 

Hörmətlə,

Araz Yaquboğlu

 


Etiket:
Xəbərlər

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023
Bütün xəbərlər