Dastan haqqında

19:00 / 11.05.2019
Baxılıb: 24834

Aşıq sənətinin yaradıcılıq kamilliyini göstərən tərəflərindən biri də dastan yaradıcılığıdır. Əsrlərdən bəri Azərbaycan aşıq sənətində zəngin ənənələrə malik olan dastançılıq mədəniyyəti formalaşmışdır. "Oğuznamə", "boy", "nağıl", "qissə" və s. adlar altında ayrı-ayrı dövrlərdə intişar tapmış dastan janrı çoxəsrlik tarixə malikdir.

Dastan çoxhissəli ədəbi – musiqi əsəridir. Dastanın məzmunu nağıl şəklində ifadə olunur, qəhrəmanların monoloqları mahnı epizodları ilə verilir. Azərbaycan dastanları mövzu etibarilə əsasən qəhrəmanlıq və məhəbbət dastanları kimi təsnif edilir.

"Kitabi-Dədə Qorqud", "Qara Məlik", "Koroğlu", "Qaçaq Nəbi", "Qaçaq Kərəm", "Səttarxan" və s. qəhrəmanlıq dastanlarında xalqın mübarizəsi, tarixi keçmişi ayrı-ayrı qəhrəmanlıq səhifələri yüksək bədii inikasını tapmışdır. Belə ki, "Kitabi-Dədə Qorqud" dastanında VII-X, "Koroğlu"da XVI-XVII, "Səttarxan" və "Qatır Məmməd" dastanlarında isə XX əsrin əvvəllərinə məxsus tarixi olaylar dastançılıq ənənəsinə uyğun olaraq təsvir edilmişdir.

Aşıq sənətinin çox dərin köklərə malik, tarixi təkamül sayəsində yaranan bu sənət inciləri Azərbaycan milli mədəniyyətinin inkişafında müstəsna rola malik olmuş və xalqımıza məxsus qeyri-maddi epik mənəvi abidələr sırasında öz layiqli yerini tutmuşdur. Hər hansı bir müəyyən janrı təmsil edən bədii yaradıcılıq nümunəsi insanların ictimai tələblərini nümayiş etdirir. Bir tərəfdən insanların mənəvi - estetik tələbatını ödəyən, digər tərəfdən isə bəşər tarixini, xalqın genetik yaddaşını özündə yaşadaraq, dünyanın inkişafını tərənnüm edən bu nümunələr ümumbəşəri mədəni irsin ən kamil nüsxələridir.

Bütün bu deyilən xüsusiyyətləri təmsil edən, epik rəvayət kimi meydana çıxmış dastanlar Azərbaycan xalqının mübarizəsi haqqında car çəkən unikal sənət nümunələridir. Dastanın müxtəlif funksional istiqamətləri (kommunikativ, tərbiyəedici və təbliğedici) özündə birləşdirməsi də bununla izah olunur. Epik tablolar sırasında ən layiqli və şərəfli yerlərdən birini tutan "Koroğlu" dastanı öz bədii-tarixi əhəmiyyətinə görə "Kitabi-Dədə Qorqud", "Manas", "İqor polku haqqında dastan" və s. möhtəşəm epik abidələrlə müqayisə oluna bilər.

Xalq arasında yayımlanması etibarı ilə bu dastana tay olan ikinci bir epik əsər tapmaq çətindir. "Koroğlu" dastanı təxminən otuza yaxın qoldan ("Alı kişi", "Koroğlunun Ərzurum səfəri", "Durna teli", "Dərbənd səfəri" və s.) ibarət irihəcmli silsiləvi epik əsərdir. İfaçılıq təcrübəsində bu qollar ayrı-ayrılıqda səslənsə də, onlar ümumi süjet xətti ilə birləşən vahid bir kompozisiya təşkil edir. Səciyyəvidir ki, Azərbaycan aşıq sənətində "Koroğlu" dastanının özünəməxsus ənənəvi havaları ("Bozuğu Koroğlu", "Cəngi Koroğlu", "Döşəmə Koroğlu", "Koroğlu müxəmməsi", "Nəfəsçəkmə Koroğlu" və s.) mövcuddur.

Yüksək tessiturada zil səslə oxunan "Koroğlu" havalarının mahir ifaçıları xalq arasında "koroğluxan" adlanır. Məşhur koroğluxan Hüseyn Bozalqanlının (1860-1941) yetirməsi Ələkbər Ələsgərovun məlumatına görə, keçmişdə "Koroğlu" qolları ifa edilərkən yalnız bu dastana məxsus havalar oxunmalı idi. Azərbaycan aşıqlarının dastan yaradıcılığının böyük bir hissəsini məhəbbət dastanları təşkil edir. "Əsli-Kərəm", "Novruz-Qəndab", "Tahir-Zöhrə", "Aşıq Qərib" kimi məhəbbət dastanları buna misaldır.

Təbii ki, XIX-XX əsrlərdə yeni tarixi şəraitə uyğun olaraq dastanların quruluşunda, onların mövzu dairəsində mühüm dəyişikliklər müşahidə olunurdu. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan aşıqlarının repertuarında həm təşəkkül dövrü orta əsrlərlə bağlı dastanlar, həm də XIX-XX əsrin məşhur aşıqlarının həyatı ilə bağlı olan dastanlar mühüm yer tutur. Bunlardan "Aşıq Alının Türkiyə səfəri", "Aşıq Alının İran səfəri", "Aşıq Ələsgərin Qazax səfəri", "Şəmkirli Aşıq Hüseyn və Reyhan xanım", "Lətif şah" və s. dastanları göstərmək olar. Dastanı başlamazdan əvvəl aşıqlar bir qayda olaraq üç ustadnamə oxuyur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgərin və digər məşhur ustad aşıqların fəlsəfi, tərbiyəvi fikirlərlə zəngin ustadnamələri oxunarkən onların xatirəsi yad edilir.

Qeyd etmək lazımdır ki, dastanın başlanğıc məqamında hər bir aşıq məktəbinin müəyyən mədəni-tarixi amillərdən meydana gələn özünəxas musiqi qurumu təşəkkül tapmışdır. Belə ki, Göyçə aşıqlarının apardığı məclislər adətən ustad aşıqların şeirlərinə oxunan "Divani", "Təcnis", "Sallama gəraylı" havaları ilə başlanır ki, bu da həmin aşıq məktəbinin klassik aşıq sənəti ilə sıx bağlılığına, onun zəngin poetik ənənələrinə malik olmasına dəlalət edir. Gəncəbasar aşıq mühitinin nümayəndələri isə bir qayda olaraq ustadnamələri "Divani", "Təcnis" və "El havası" ("Qaraçı") havaları ilə ifa edirlər. Göstərilən aşıq mühitləri ilə müqayisədə Şirvan aşıqları tərəfindən aparılan məclislərin başlanğıcının musiqi düzümü daha çox dəyişkənliyə, variantlığa malikdir. Belə ki, Şirvan aşıqlarının məclislərində birinci ustadnamə "Pişro" ("Peşrov") havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir "Şikəstə" növü istifadə edilir.

"Dastançılıq" anlayışının əhatə etdiyi janrlardan biri də qaravəllidir.

Yaxın keçmişə qədər bəzi hallarda iki-üç gecə söylənilən dastanların ifası zamanı əsas süjet xətti ilə bağlı olmayan, intermediya səciyyəli qaravəllilər söylənilirdi. Məzmunca yumoristik-satirik xarakterli olan qaravəlliləri bəzi hallarda dastançı aşıq, çox vaxt isə onu müşayiət edən balabançı söyləyirdi. Dastanın təhkiyəsi prosesində qaravəlli həm hadisələrin sonrakı inkişafına dinləyicinin diqqətini cəlb etmək, həm də dastançı aşığa qısa müddətli istirahət verilməsi üçün istifadə edilirdi. Məhəbbət dastanlarının ifası bir qayda olaraq duvaqqapma adlanan bölmə ilə tamamlanır.

Duvaqqapma bilavasitə dastanın məzmunu ilə bağlı olmayan müxəmməsdən ibarətdir. Beləliklə, əksər hallarda məhəbbət dastanları məşhur ustad aşıqların şeirlərinə oxunan "Baş müxəmməs" və ya "Orta müxəmməs" havalarının nikbin sədaları ilə bitir. Aşıq yaradıcılığının ali janrı sayılan dastanda bu sənətə məxsus olan bütün özəl cəhətlər aydın şəkildə təzahür etmişdir. Belə ki, şifahi ənənəyə əsaslanan digər sənət növlərinə xas olan improvizə, kontekst, invariant, variant və d. anlayışlar dastançılıq mədəniyyətinin də təməl məfhumları sırasına daxildir. Dastançılıq ənənəsinə aid olan bütün bu anlayışlar "dastançı aşıq" məfhumu ətrafında cəmləşir.

XIX əsrdə Aşıq Alı, Aşıq Musa, Aşıq Ələsgər, Şəmkirli aşıq Hüseyn, Varxiyanlı aşıq Məhəmmədin və s. ustad aşıqlar tərəfindən məzmun və forma etibarilə zəngin dastanlar və yeni aşıq havaları yaranmışdır. Digər tərəfdən ustad sənətkarlar özlərindən əvvəlki dövrlərdə də yaranmış dastanları da cilalamış, bəzi hallarda isə onların yeni qollarını yaratmışlar. Bu baxımdan dastanlar bir tərəfdən ayrı-ayrı ustad aşıqların əsəri, digər tərəfdən isə neçə-neçə aşıq nəslinin kollektiv yaradıcılığının bəhrəsi hesab etmək olar.

Goyce.az


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər