Ardanış kolxozu və sədrləri

15:00 / 15.05.2019
Baxılıb: 1472

Ardanış kolxozu və sədrləri Sovet dövrünün siyasətinə uyğun olaraq, bütün ölkədə məcburi surətdə aparılan kollektivləşmə 1931-ci ildə Ardanış kəndində də həyata keçirildi, Ardanış kolxozu yaradıldı.

Uzun illər boyu fərdi təsərrüfatla məşğul olan əhali öz əmlakının bir hissəsini (kotan, cüt və öküz, yem, ot və s.) guya könüllü şəkildə kolxoza verərək bu kollektiv təsərrüfata üzv yazılmaq məcburiyyətində qaldı. Əslində isə kolxoza daxil olmaq istəməyənlər repressiyaya məruz qalırdılar. Ona görə qısa müddət ərzində əksər təsərrüfatlar kolxoza daxil oldu.

Kərbəlayi Məhəmməd İsmayıl oğlu, Hacı Qulu Məşədi Hasan oğlu kimi öz halal zəhmətləri sayəsində çoxlu var-dövlət sahibi olan insanlar təbii ki, kolxoz təsərrüfatına daxil olmaqdan imtina etdilər.

Amma qəddar sovet məmurları Hacı Qulunu bəhanə edərək həbs etdilər və əmlakını müsadirə etdilər. Kərbəlayi Məhəmməd isə bolşevik-daşnak məmurların özbaşınalıqlarına dözməyərək demək olar ki, ürəyi partladı, dünyasını dəyişdi.

Kolxoz təsərrüfatının mənfi və müsbət cəhətləri var idi.

Kolxoz əvvəllər kasıb və ya fərdi təsərrüfatı olmayan şəxslərə sərf edirdisə, böyük fərdi təsərrüfata malik olanlara isə sərf etmirdi. Üstün cəhətlərdən biri də o idi ki, kolxoz dövründə yeni məşğulluq sahələri yaradıldı və təsərrüfatın digər istiqamətləri (bağçılıq, arıçılıq, quşçuluq, tütünçülük və s. sahələr) inkişaf etdirildi. Tütünçülük və quşçuluq (toyuq fermaları) XX əsrin 40-cı illərindən, arıçılıq və bağçılıq isə əsrin ikinci yarısından etibarən inkişaf etməyə başladı. XX əsrdə Göyçə gölünün səviyyəsinin aşağı düşməsi nəticəsində yeni əkin sahələri (Çadır düzü və s.) əmələ gəldi. Əkinçilik üçün yararlı sahələr iqtisadiyyata müsbət təsir göstərdi. Ardanışda dənli bitkilərdən buğda, arpa, çovdar və vələmir, çoxillik ot bitkilərindən yonca və qorunca becərilirdi.

Bundan əlavə, tütün, qarğıdalı və çuğundur əkilib-becərilirdi. Kartof 50-ci illərdə “Yal” deyilən ərazidə əkilib və yüksək məhsuldarlıq əldə edilib. Bağçılığa gəlincə, bu sahə ictimai formada (kolxozun bağı) XX əsrin 50-ci illərində yaradılıb, lakin sovxoz təsərrüfatı formalaşanda bağçılıq ləğv edildi. Bunun əsas səbəbi isə taxılçılıq üzrə ixtisaslaşmış təsərrüfatda yeni əkin sahəsi əldə etmək (bağın ərazisində), nəticədə rentabelliliyi artırmaq olub.

XX əsrin 40-ci illərindən Ardanış kolxozunda quşçuluq kompleksi, daha doğrusu, toyuq ferması da fəaliyyət göstərib. Çox təəssüf ki, sonradan bu sahə də ləğv edildi. Ümumiyyətlə, gəlirli və nisbətən az əmək sərf olunan bütün təsərrüfat sahələrini erməni məmurlar müxtəlif bəhanələr altında ləğv edir, bu sahələri ermənilər yaşayan kəndlərdə yaradırdılar. Lakin bunlara baxmayaaq, azərbaycanlılar yaşayan kəndlərdə əhalinin güzəranı və evləri ermənilərin güzəranından və erməni kəndlərindən geri qalmayıb, əksinə, yüksək səviyyədə olub. Bu isə yalnız azərbaycanlıların əməksevərliyi və tarixən formalaşmış təsərrüfata və oturaq həyata bağlılıq hisslərindən irəli gəlib.

El-el, oba-oba, ölkə-ölkə gəzərək guya sənətkarlıqla məşğul olan, əslində isə türkün qapısında nökərçilik etməkdən şərəfli peşəsi olmayan ermənilər təsərrüfatda, əkin-biçində, eləcə də sənətkarlıqda (ermənilərin sənətkarlığından danışarkən pinəçilik və daşlar üzərində xaç çəkib torpağa basdırmaq bacarıqları ön plana çəkilməlidir.) azərbaycanlılardan irəlidə ola bilməzdi. Kənd təsərrüfatında texnika və maşınların geniş tətbiqinə Ardanışda XX əsrin 50-ci illərindən başlanıb. Lakin traktorların kəndin əkin sahələrində işləməsi ilk dəfə II Dünya müharibəsi illərinə (1941- 1945-ci illərə) təsadüf edir.

Rayonda yaradılan MTS-dən traktor kəndə göndərilirdi. Həmin dövrdə kişilər cəbhədə olduğundan traktorları qadınlar idarə etməli olurdular.

Şəkildə gördüyünüz “CTЗ” traktor 1930-cu ildən istehsal olunmağa başlamışdı və Ardanışa gətirilən ilk traktor da məhz bu traktorlardan olub. Həmin texnikadan keçən əsrin 50-ci illərinin sonlarına qədər istifadə edilib. Sonralar vaxtaşırı olaraq yeni texnika və avadanlıqlarla təmin olunan kolxozun gəlirləri, buna uyğun olaraq əhalinin güzəranı artmaqda davam edir, nəticədə kəndin siması dəyişir, sosial infrastruktur inkişaf edirdi.

1964-cü ildə Ardanış kəndində ilk dəfə olaraq 3,5 km uzunluğunda dəmir borularla su xətti, 1964-cü ildə su anbarı, 1965-ci ildə 450 yerlik klub binası kolxozun direktoru Əli Axundovun bilavasitə rəhbərliyi ilə tikilmişdi. Onun mühüm xidmətlərindən biri də Çəmbərək kolxozundan 400 hektar, Şorca kolxozundan 250 hektar ərazinin Ardanış kəndinin ərazisinə qatılmasına nail olmasıdır. Göyçə gölünün suyunun çəkilməsi nəticəsində yaranan sahə (Çadır düzü) onun sayəsində meşə təsərrüfatının balansındanalınaraq Ardanış kolxozuna verilmişdir. Ardanış kolxozunun qabaqcılları müxtəlif vaxtlarda o dövr üçün yüksək etimad sayılan Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinə (Moskva şəhərinə) göndəriş alırdılar. Qeyd etmək lazımdır ki, bu hallar yalnız rayon rəhbərliyində azərbaycanlıların təmsil olunduğu vaxtlarda baş verib. Sonralar erməni rəhbərlər belə hallara imkan vermirdilər. Ardanışda ictimai təsərrüfatda istehsalat qabaqcılları çox olmuşdur. Onların bir çoxu o dövrün yüksək mükafatları (orden və medallarla) ilə təltif edilmişdilər. Medalla təltif edilən insanların sayı onlarla idi. Elə insanlar var idi ki, onlar hətta əmək sahəsində o dövrün ən yüksək mükafatı sayılan Sosialist Əməyi Qəhrəmanı adına da layiq idilər. Lakin ermənilər buna imkan verməzdilər və vermirdilər.

1977-ci ildə Ardanış kolxozu sovxoza çevrildi. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, kolxozun mülkiyyəti sovxoza verilərkən qanuna uyğun olaraq əhaliyə kompensasiya ödənilməli idi. Çünki kolxoz mülkiyyəti kənd əhalisinin mülkiyyəti əsasında formalaşdırılmışdı və illər keçdikcə həcmi artmışdı. Bu ermənilərin düşünülmüş siyasəti idi və təbii ki, kənddəki rəhbər işçilər, eləcə də kolxozçular etirazını bildirmək imkanından məhrum idilər.

Ardanış kolxozuna rəhbərlik edən şəxslərin hər birinin kəndin inkişafında müəyyən xidmətləri olub və onların əksəriyyəti dünyasını dəyişib.

Qasımov Əli Kərbəlayi Vəli oğlu,

Kazımov Qara İsmayıl oğlu 1937,

Mamedov Ramazan Hüseyn oğlu 1941,

Abdullayev Alısgəndər Abdulla oğlu 1941-1942,

Əhmədov Namaz Abbas oğlu 1938-1944,

İsmayılov Kərim Abdulla oğlu 1943,

Quliyev Ayvaz Hümbət oğlu 1946,

Alıyev Hüseyn Qara oğlu,

Alıyev İslam Ələs oğlu 1954-1961,

Axundov Əli Ələşrəf oğlu 1961-1967,

Alıyev Kazım Əsgər oğlu 1967-1974,

Kərimov Abbasəli İsmayıl oğlu 1974-1977.

Mənbə: Əli Vəliyev, Vaqif Kərimin "Göyçə mahalının Ardanış kəndi" kitabı

Goyce.az


Etiket:
Xəbərlər

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

19.01.2020
Bütün xəbərlər