Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik yerli sakinləri – Azərbaycan türkləri olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə şöhrət qazanan Azərbaycan qədim və orta əsrlər dövründə şərəfli bir tarixi yol keçmişdir. Azərbaycan haqqında (həmçinin Cənubi Qafqaz) qədim Yunan tarixçisi Herodot (b.e.ə. V əsr), coğrafiyaşünas, tarixçi Strabon (b.e.ə. I əsr, b.e-nın I əsri), XVII əsrdə yaşamış səyyahlardan:
Alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, Fransız səyyahı C.Şarden, Rus tədqiqatçısı İ.N.Şavrov və s. öz əsərlərində tarixi əhəmiyyəti olan məlumatlar verirlər. Azərbaycanın ərazisi və orada əzəldən yaşamış qədim tayfalar haqqında ilk və geniş məlumat «Tarixin atası» adlanan qədim Yunan tarixçisi Herodotun «Tarix» əsərində verilmişdir. Mənbələrdə ən qədim türk tayfalarının Azərbaycanda b.e.ə. III-I minilliklərdə yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli və yerli sakinlərinin türk tayfalarından ibarət olduğu təsdiq olunmuşdur.
Təsadüfi deyil ki, Əməvilər sülaləsinin (661-750) 1-ci nümayəndəsi xəlifə Müaviyyə (661-680) türklərin Azərbaycanla əlaqəsini soruşanda, ona vəziri belə cavab vermişdir: «Azərbaycan qədimdən türk tayfaları tərəfindən məskunlaşmış ölkədir».
Tarixdən məlumdur ki, Azərbaycanın həmçinin Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olduğu halda, ermənilər isə bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır. İrəvan ərazisinə, o cümlədən Azərbaycanın dilbər güşəsi olan Qarabağa və digər ərazilərə XIX-XX əsrlərdə Rus imperiyası tərəfindən İrandan və Türkiyədən həmçinin XX əsrdə Yunanıstan, Suriya, Fransa və s. ərazilərdən köçürülərək yerləşdirilmişdi.
Bu barədə rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “1828-ci ildən «1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol (Gəncə) (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. “… 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400-min erməni köçürülmüşdür”.
Erməni tarixçisi M.G.Nersesyan belə yazırdı:
«… XIX yüz ilin 20-ci illərin sonunda bu bölgələrə, Şərqi Ermənistana 40000-dən çox İran, Türkiyədən isə 90000 erməni köçürülmüşdü».
1830-cu ildə Türkiyənin Ərzurum və Bəyazid ərazilərindən 45 min nəfər erməni köçüb gəlmiş və Göyçə mahalında məskunlaşmışlar. 1915-ci ildə Rus ordusu ilə Türkiyədən gələn 200 min nəfər erməni Cənubi Qafqazın müxtəlif ərazilərində, o cümlədən İrəvan qüberniyasında yerləşmişdi. Arxiv materiallarından aydın olur ki, 1831-ci ildə İrəvan əyalətində 50 min nəfər azərbaycanlı, 45,2 min nəfər isə gəlmə erməni vardı. Qərbi Azərbaycan kəndlərində ermənilərin sayı artsa da belə hələ XIX əsrin 2-ci yarısında Ermənistanda 2310-kəndin 1500-dən çoxu azərbaycanlılara aid idi.
Ümumiyyətlə, 1918-ci ildə Ermənistanda əhali 1.510.000 nəfərə çatırdı ki, bunun da 795.000 nəfəri erməni, 575.000 nəfəri müsəlman, 140.000 nəfəri isə digər millətlərdən idi. Keçmiş SSRİ dövründə 1946-cı ildə Suriya, Yunanıstan, Lübnan, İran, Bolqarıstan və Rusiyadan 50,9 min, 1947-ci ildə Fələstin Suriya, Fransa, ABD, Yunanıstan, Misir, İran və Lübnandan 35,4 min erməni qəbul edilərək Ermənistanda yerləşdirildi.
İrəvan ərazisinə ermənilərin gəlmə xalq olduqları barədə tarixçi-etnoqraf, tanınmış toponimist Q.Ə.Qeybullayev «Qədim türklər və Ermənistan» adlı kitabında belə yazırdı:
«…Ermənistan ərazisində azərbaycanlıların ulu əcdadları hələ eradan əvvəl VIII-VII əsrlərdə yaşayırdılar. O zaman ermənilər Kiçik Asiyada məskun idilər. Ermənilər indiki Ermənistan ərazisinə gəlmə olduqlarına görə erməni dilində Ermənistanda qədim toponimlər yoxdur. Buna görə də XIX əsrdə bütün əhalisi ermənilərdən ibarət olan kəndlərin və ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları kəndlərin adları da azərbaycanca idi.
Onlardan bir neçəsinin adlarına diqqət edək:
Babakişi, Karvansaray (Qarnıyarıq), Tayçarıq, Yaycı, Ağadək, Paşali, Ağamzal, Vərməzyar, Cənnətli, Zöhrablı, İmamşalı, Qulaməli, Təzəkənd, Tamamlı, Şirabad, Birəli (Pirəli), Şahab, Ağcaqala, Əlibəyli, Armudlu, Hacıqara, Köçərli, Cəfərabad, Zeyvə, Korpəli, Molla Bəyazid, Molla Dursun, Sərdarabad, Təpədibi, Uzunoba, Xatunarx, Çubuxçu, (Kamalabad), Böyük Şəhriyar, Kiçik Şəhriyar, Böyük Körpü, Hacı Bağır, Gözlü, Güllücə, Dədəli, İlançalan, Gülablı, Molla Qasım, Saçlı, Damcılı, Ələtli, Əlican, Əli-Qızıl, Daşburun, Qazıqışlaq, Nəcəfli, Xəlfəli, Abasgöl, Molla Kəmər, Ağbulaq, Əlixan, Arıq Vəli, Bəndovan, Baş-Göy, Boz-Abdal, Bazıkənd, Boz-Yoxuş, Güllü-bulaq, Dərbənd, Dərəgöy, Qaraqışlaq, Qanlıca, Qaçaqlı, Göygülü, Düzkənd, Qurdlubulaq, Mahmudcuq, Nalbənd, Palıdlı, Təknəli, Təpədolaq, Toy-Xaraba, Hacıqar, Hacınazqulu, Şiştəpə və b.» Qeyd olunan yer adları onu göstərir ki, ermənilər həmin kəndlərdə sonralar yaşamağa başlamışlar, çünki göstərilən kəndlərin ermənicə adları yox idi.
Ümumiyyətlə Ermənistan ərazisində qədim türk mənşəli toponimlər ilk dəfə b.e.ə. VIII-VII-əsrlərə aid Urartu mənbələrində qeyd olunmuşdu. Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması bir daha Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisinin qədim və yerli sakinləri olduğunu və orada əzəldən yaşadıqlarını sübut edir.
Deyilənləri nəzərə alaraq xanlıqlar dövründə (XVIII əsr) İrəvan xanlığının 15 mahaldan ibərət olması və həmin mahalların (həmçinin orada olan çay, göl, dağ və s.) adlarının (toponimlərin) Azərbaycan türkcəsində olması faktlarına diqqət yetirək.
Qırxbulaq mahalı 22 kənd
Zəngibasar mahalı 26 kənd
Qarnibasar mahalı 52 kənd
Vedibasar mahalı 21 kənd
Şərur mahalı 50 kənd
Sürməli mahalı 49 kənd
Dərəkənd-Parçenis mahalı 55 kənd
Saadlı mahalı 9 kənd
Talin mahalı 20 kənd
Seyidli-Axsaqlı mahalı 20 kənd
Sərdarabad mahalı 22 kənd
Kərbibasar mahalı 40 kənd
Aparan mahalı 39 kənd
Dərəçiçək mahalı 37 kənd
Göyçə mahalı 59 kənd.
İrəvan ərazisində əzəldən yaşayan və yerli əhalinin Azərbaycan türklərindən ibarət olması, ermənilərin isə həmin ərazilərə çar rusiyasi tərəfindən köçürülərək gəlmə xalq olduğu, həmçinin Qərbi Azərbaycanın İrəvan əyalətində mövcud olmuş qədim türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması onu göstərir ki, oradakı ərazinin ən qədim və yerli sakinləri Azərbaycan türkləridir. Azərbaycan türkləri “Tatar” adı ilə göstərilir. Maraq doğuran tarixi mənbələrdən biri də 1886-cı ildə E. Kondratenkoqunun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin azəri türkcəsində olmasıdır.
Misal: Sarvanlar, Arzu kənd, Sərdarabad, Güllücə, Daşvurun, Qazı-Qışlaq, Mehriban, Şirabad, Qəmərli, Kamalı, Molla-Göyçə, Yaqublu, Alagöz, Gözəl dərə, Qara xal, Xeyirbəyli, Əli Məmmədli, Baş-abaran, Göyçə gölü və s.
İrəvan quberniyasının xəritəsinə baxdıqda oradakı toponimlərin Azəri türkcəsində göstərilməsi faktı Qərbi Azərbaycan-İndiki Ermənistan ərazisini qədim və yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olması bir daha öz təsdiqini tapmış oldu.
Həmin xəritədə İrəvan quberniyasında yaşayan əhalinin tərkibi, say cədvəli və yer adları göstərilməklə yanaşı 7 xalqın adı çəkilir; erməni, tatar rus, yunan, aysor, kürd, mordva. (Xəritədə Azərbaycan türkləri tatar adı ilə göstərilir).
İrəvan quberniyasının xəritəsində tarixi əhəmiyyəti olan faktlarından biri də Cənubi Qafqazda və Qərbi Azərbaycan ərazisinə İran və Türkiyədən ermənilərin köçürülməsinə baxmayaraq İrəvan qüberniyasının mərkəzi şəhərində, xüsusilə İrəvan şəhərinin özündə və digər yerlərdə yaşayan, tatarların (Azəri türkləri) ermənilərdən sayca çox olmasıdır.
Misal:1. İrəvan şəhərində 7228-Tatar (Azərbaycan-türkü), 7142-erməni
İrəvan quberniyasının qəzalarında.İrəvan qəzasında 52880-Tatar, 36426-erməni.
Bundan başqa Aleksandropol şəhərində (Erkən və orta əsrlərdə Gümrü, Sovet dövründə Leninakan adlanıb) 881, qəzasında 4580, Novo-Bayazid (Yeni Bəyazid 1959-cu ildən Kamo adlanır) qəzasında 29523 və Eçmiədzin qəzasında-30203 və Surmalinski (Sürməli) qəzasında 34351 tatar (Azərbaycan-türkü) yaşayırdı.
Qərbi Azərbaycanda və Dağlıq Qarabağın ərazisində yaşayan yerli sakinlərin Azərbaycan türkləri olduğunu və ordakı toponimlərin türk mənşəli olduğunu təsdiq edən digər bir tarixi əhəmiyyəti olan sənədə-sonuncu Rus çarı II Nikolayın hakimiyyəti (1896-1917) dövründə 1903-cü ildə tərtib olunmuş və 1914-cü ildə çapdan çıxmış Qafqaz hərbi dairəsinin hərbi topoqrafik xəritəsinə baxdıqda diqqəti daha çox cəlb edən Qərbi Azərbaycanın ərazisindəki yer adları və Qarabağ ərazisindəki toponimlərin ermənicə deyil, məhz türkcə (Azərbaycan türkcəsi) olmasıdır.
Misal: Alagöz dağı, Göyçə gölü, Bazar çayı, Gözəldərə dağı, Qəmərli, Dəvəli, Çardaxlı, Qarabulaq, Karvansara, Dilican, Dərəçiçək, Qabıqlı, Mədinə, Çubuqlu və s.
Qeyd olunan hərbi xəritədə Qarabağın mərkəzi Xankəndi adı ilə göstərilir. Hərbi xəritədə Qərbi Azərbaycan ərazisindəki toponimlərin bütövlükdə Azəri türcəsində göstərilməsi, İrəvan ərazisinin əzəli və yerli sakinlərinin tarixən Azərbaycan türklərindən ibarət olduğu və həmin ərazinin (İrəvan) Azərbaycan türklərinə məxsus olduğu bir daha öz təsdiqini tapmış olur.
Buna görədə adı çəkilən, 1903-cü ildə tərtib olunmuş hərbi xəritəsi İrəvan ərazisinin yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən çox əhəmiyyətli, tarixi sənəddir. Göstərilən və adı çəkilən faktlarla yanaşı 1928-ci ildə Moskvada çapdan çıxmış, «SSRİ xalqlarının inzibati ərazisi və etnoqrafik atlası»nda da Zaqafqaziyanın tərkib həssəsi olan İrəvan ərazisindəki qədim yer adlarının (toponimlərin) türk mənşəli olması faktı göstərilərək həmin ərazilərin ilk və yerli sakinlərinin Azərbaycan-türkləri olması dolayısı ilə də olsa təsdiqlənir.
Misal:Qazançı, Uzunlar, Karvansara, Dilican, Dərəçiçək, Göycə gölü, Bazar çay, Basar-keçər, Qəmərli, Alagöz dağı və s.
Araşdırma nəticəsində aydın olur ki, ermənilər Qərbi Azərbaycanın İrəvan əyalətinə və b. ərazilərə gəlmə olduğundan eyni zamanda orada yaşayan yerli əhalinin Azərbaycan türkləri olduğundan oradakı (İrəvan) qədim yer adları ermənicə deyil, məhz Azərbaycan türkcəsindədir. Bundan başqa Qərbi Azərbaycanın yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanda orta əsrlərdə inşa edilmiş Azərbaycan-türk memarlıq abidələrinin olmasıdır. Qərbi Azərbaycan ərazisində inşa edilmiş orta əsr Azərbaycan-türk memarlıq abidələri İrəvanın tarixində əhəmiyyətli bir yer tutmaqdadır.
Deyilənlərə misal olaraq erməni müəllifləri tərəfindən yazılmış və 1968-ci ildə Moskvada nəşr olunmuş, Ermənistanın tarixindən bəhs edən «Erevan» adlı tarixi kitabdan bəzi sətirlərə diqqət edək: ….
«İrəvan qalası 1582-1583-cü illərdə Fərhad paşa tərəfindən inşa edilmişdi. 1760-cı ildə inşasına başlanmış və Hüseynəli xanın hakimiyyəti illərində (1764-1768) başa çatmış, Azərbaycan memarlığının ən yüksək incəsənət abidəsi sayılan, öz görkəmi ilə səyyahları heyran edən, İrəvan məscidləri arasında ən böyük məscid olan əzəmətli Göy-məscid, 1687-ci ildə tikilmiş Novruzəli xanın məscidi, 1725-ci ildə inşa edilmiş Rəcəb paşa məscidi, XVIII əsrin əvvələrində inşa edilmiş Abbas Mirzə Camesi, Paqos-Petros kilsəsinin yanında yerləşən Zal-xanın məscidi, XVIII əsrin sonlarında Mahmud xanın dövründə inşa edilmiş Sərdar sarayı və s. onlarca belə Qərbi Azərbaycan-ərazisində inşa edilmiş orta əsr Azərbaycan memarlıq abidələrini misal göstərə bilərik.
Xanlıqlar dövründə İrəvan xanlığının əsasının qoyulmasında və onun idarə olunmasında bir nəfər də olsun belə erməni iştirak etməyib. İrəvan xanlığı yalnız Azərbaycan xanları tərəfindən idarə olunub. Bu barədə milliyyətcə erməni olan Kahin Hovanes Şahxatunyan xronoloji ardıcıllıqla özünün tərtib etdiyi siyahıda məlumat verərək 1441-cı ildən 1828-ci ilədək İrəvanı idarə etmiş 49 azərbaycanlı hakimin adlarını çəkir. «Erevan» adlı kitabda da İrəvan xanlığının idarə olunmasında iştirak etmiş xanlar sırasında erməni adı göstərilmir.Beləliklə qeyd olunan faktlara əsasən İrəvandakı ərazilərin əzəli və yeri sakinlərinin Azərbaycan türkləri olduğu və ermənilərin isə gəlmə xalq olduğu sübut olunaraq tarixi sənədlərdə öz əksini tapmışdı.
Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq Rus imperiyası tərəfindən ora köçürülən ermənilər XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün Rus imperiyasının əli ilə özlərinin məkirli niyyətlərini həyata keçirdilər.
Belə ki, mərkəz (Moskva) ermənilərin maraqlarına uyğun olaraq 1948-1953-cü illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında Azərbaycanda məskunlaşmışlar.
Ermənilərin Azərbaycan-türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsil qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb, tarixi həqiqətləri üzə çıxarmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci ildə fərman verdi. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən dünya şöhrətli siyasətçi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdi:
«Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar».
Mirzəli Tağıyev
Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbin tarix müəllimi
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024