Zəki İslam 10 avqust 1939-cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşədi, kərbəlayi və hacıdır.
“Göyçənin tonqalı sinəmdə yanır”, “Əlim tanrı ətəyində”, “Ziyarətgahlarım mənim”, “Ziyarətgahlarım mənim”(fars əlifbası ilə), “Məktublar, cavablar, yeni şeirlər” kimi kitabların müəllifidir. Zəki İslam yaradıcılığında vətən mövzusu özünəməxsus yer tutur. Hər bir şeirində vətən həsrəti, iniltisi duyulur. Ulu Göyçəni qarış-qarış şeirlərində gəzən və Göyçəsiz Göyçədə yaşayan Zəki İslamın söz dünyası zəngin və cəlb edicidir.
Sən Göyçənin ellərinə,
Zimistanı çıxanda gəl.
Yamacda tütək səsinə,
Maral dönüb baxanda gəl.
Gəz Göyçəni başdan-başa,
Qon kəkliktək daşdan-daşa,
Zəki İslam yaşdan-yaşa,
Ömür yolu axanda gəl.
Göyçə, yurd, vətən, millət sevgisi şairin yaradıcılığının ana xəttini təşkil edir. Bu duyğular torpağa bağıllıqdan irəli gəlir. Yağı əlinə keçən yurdun dərdi Zəki İslamla yaşayır. Bu ağrılar ona bu düyada heç rahatlıq vermir. Xəyalı, amalı, niyyəti Göyçədir şairin.
Şair yazır:
Ata-baba məskənimsən,
Ana yurdum, elim Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim "Göyçə"!
Zəki qurban ocağına,
Dörd küncünə, bucağına,
Balan kimi qucağına,
Darıxıram gəlim, Göyçə!
Oxucunun diqqətini cəlb edən bir məqamda şairin yaradıcılığında Allah sevgisidir. Vətən və Allah sevgisini paralel şəkildə yaradıcılığında işıqlandıran Zəki İslam geniş oxucu auditoriyası üçün zəngin irs buraxıb. İndi əziz oxuyucuya Zəki İslamın dillər əzbəri olan və məşhur bir şeirini ərz edirik:
Özü birdi, adı min bir,
Qadiri-Subhan Bismillah.
Min Mustafa, Rəsul-Əkrəm,
Dini-iman Bismillah.
Doqquz yüz doxsan doqquzda,
Şiri Aslan Bismillah İbtidadı,
Aliəba, On dörd mənsuman Bismillah.
Yüz iyirmi dörd min Nəbi,
Allahı bir bilin dedi.
Bütdən sizə Tanrı olmaz,
Tanrınıza gəlin dedi.
"Quran"da yüz on üç surə,
Bismillahla dinin dedi.
Tək Ət-Tövbə surəsində,
Sirri-pünhan Bismillah.
Hər bir sözün əvvəlində,
Bismillah əzəl səslənir.
La-İlahə-İl-Ləl-Lah,
Necə gözəl səslənir.
Hər dəqiqə yaddaşımda,
Haqqa düzəl səslənir.
Zəki İslam sayə salsın,
Sahib-Əz-Zaman Bismillah.
Şairin yaradıcılığında diqqət kəsb edən məqamlardan biri də əcdadlara bağılıqdır. Anaya, ataya, övlada olan bağıllıq şarin yaradıcılığında müfəssəl şəkildə verilib. Ananı hər şeydən üstün tutan Zəki İslam yazır:
Şahların taxtından, tacından üstün
Ağıllı başların tacıdı ana
Evin bünövrəsi, isti nəfəsi
Təndiri, tavağı, sacıdı ana.
Ağsaqqal və Ağbirçəklərə gözəl məhəbbət bəsləyən oğullara tərif deyən Zəki İslam öz oğulluna müraciətlə deyir:
Oğlum, mənə verdiyinin,
Əvəzini verən versin.
Aləmlərin varlığını,
Öz gözünnən görən versin.
Addım-addım izlərinə,
Taqət versin dizlərinə.
Öz nurunnan gözlərinə
Nur çiləsin verən versin
Ata səsi haqq səsidi,
Arzuların nəfəsidi,
Zəki İslam görəsidi,
Xoş gününü verən versin.
Zəki İslam gözəl şair olması ilə yanaşı nurani bir ağsaqqaldır. Yaradıcılığı geniş oxucu kütləsi üçün cəlb edicidir. O dövründə tanınan və sevilən bir şairdir. Zəki müəllimin tanınmış şairlərlə olan məktublaşmaları və nəzirələri çox maraqlıdır. Şairə uca Allahdan uzun ömür və can sağlığı arzu edirik.
Mahmud Əyyub
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025