Rusiya sovetləşmə müqabilində Zəngəzur, Göyçə, Dərələyəz mahalları Ermənistana vermişdir.

12:00 / 14.04.2019

Ermənilər I dünya müharibəsi dövründə fəallaşdılar. Daşnaksütyun partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış “Erməni milli bürosu” müharibə dövründə ermənilərin Rusiya tərəfindən müharibədə aktiv iştirak etməsi üçün geniş kompaniya başlatdı.

“Milli büro”nun tərkbinə Tiflis erməni burjuaziyasının rəhbəri yepiskop Mesrop, Daşnak partiyasının aktiv üzvü Al. Xatnsov, 1918-1920-ci illər daşnak hökümətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro və avanturist Adnronik daxil idi. Lalayev yazır: “Milli büro ilk növbədə bütün ermənilərin katolikosu V Gevork vasitəsilə çar Nikolaya müraciət edərək bildirirlər ki, ermənilər “onun sadiq oğullarıdır, çardan xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan “qardaşlarımızın əzabına” son qoysun”. Milli büroda erməni silahlı dəstələrinin (1600 nəfərdən ibarət) yaradılması razılaşdırılmışdır. Lakin Türkiyənin şərq vilayətlərini tezliklə zəbt etmək məqsədilə 10.000 nəfərdən ibarət silahlı dəstələr yaratdı.

Sonrakı dövrdə də Cənub-Qərb Demokratik Respublikasının və ADR-in süqutunda da ermənilərin “xüsusi xidmətləri” oldu. CQDR meydana gəlməsi (1918-1919) tarixi zərurətdən doğmuşdu. Çünki bu zaman erməni daşnaklarının Zəngəzurda və Qarabağda hücumları ilə bu respublikanı ADR-dən faktiki olaraq ayırmışdı. ADR buraya hər hansı bir yardım göstərməkdən məhrum idi. Qərbi Azərbaycan torpaqları ilə alveri bu dəfə ingilislər apardılar. Belə ki, ingilislər CQDR torpaqlarını Ermənistan və Gürcüstan arasında böldü. Respublikanın süqutunda bu dəfə gürcülər də fəal rol oynadılar. Gürcü qoşunları Axalsıx və Axalkala yezdində 45 kəndi, 22 məscidi dağıtdılar. Əhalinin mülkünü əlindən alıb, özlərini isə ata-baba yurdlarından qovdular.

Sonrakı dövrdə bu işi Stalin başa çatdırdı. Əvəzində Gürcüstan yeni bir “Qarabağ” problemi qazanmış oldu.

Çünki əvvəllər CQDR-ə daxil olan bu rayonlardan qovulan azərbaycanlılar və məshəti türklərinin əvəzinə ermənilər tədricən yerləşib say çoxluğu təmin etdilər. Qafqaz xalqlarının əsarət altına düşməsinin birbaşa baisləri olan ermənilərin ADR dövründə Bakıda, Şamaxıda, Gəncədə, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və s. bölgələrdə ağılasığmaz vəhşiliklər törətmişlər. Daşnaklar Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı vəhşiliklər törədir, dinc əhalini talayır və öldürür, bütöv kəndləri məhv edirdilər.Daşnaklar hakimiyyətə gələndə Ermənistanda 1 milyon 200 min erməni yaşadırdı.

İki il yarım davam edən kütləvi qırğın siyasəti nəticəsində 1920-ci ilin sonunda əhali 770 min nəfərə enmişdi. Daşnakların dövründə Ermənistan əhalisi 35,5 faiz azalmışdısa, bu müddət ərzində burada yaşayan türklərin sayı 77 faiz, kürdlərin sayı 98 faiz, yezillərin sayı 40 faiz azalmışdır. 1920-ci ill noyabrın 29-da “Ermənistan” sovetləşəndən az sonra – dekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və s. mahalları zorla alıb ona vermişdir. Əvvəlki 9 min kv.km üzərinə daha 20 min kv.km əlavə edilmiş, Ermənistanın ərazisi 29 kv.km olmuşdur. Ən ürək ağrıdan fakt odur ki, Bakıda oturmuş daşnak-bolşevik höküməti 1920-ci ilin yayında Ermənistanla ərazi mübahisəsini həll etmək üçün göndərdiyi “Azərbaycan” nümayəndə heyətinin tərkibində bir nəfər də azərbaycanlı olmamışdır.

Bu heyətin üzvləri Mikoyan və Laminadze olmuş və onlara rəhbərliyi milliyyətcə erməni olan Dövlətov etmişdir. 1929-cu ildə məşhur Nüvədi və daha 11 kənd Ermənistana verilmişdir və bununla da, Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olan “Ermənistan” dövləti yaradılmışdır. Bakıda hakimiyyət başında ruslar, yəhudilərlə yanaşı oturmuş Sümbətov, Qriqoryan, Markaryan, Qalstyan, Ohanesyan, markaryanlar Azərbaycan ziyalılarının sözün əsl mənasında kökünü kəsirdilər. 1937-1938-ci illərdə təxminən, 70-80 min Azərbaycan ziyalı nümayəndəsi ucdantutma məhv edildi. Bütün bunlar Azərbaycan millətini başsız qoymaq demək idi.

Bu məkirli siyasətin davamı olaraq 1948-1953-cü illər köçürülmə planı yerinə yetirilmişdir. Buna köçürülmə yox, repressiya demək daha düzgün olardı. Hələ 1943-cü ildə üç dövlətin (SSRİ, ABŞ və İngiltərə) Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V. Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. İ. V. Molotov elə oradaca İ. Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q. Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail olur.

Xaricdə yaşayan erməniləri Ermənistana köçürmək üçün azərbaycanlıların zorla köçürülməsi haqqında ilk qərar “Qolos Armeniya” qəzetinin verdiyi məlumata görə (11noyabr 1990-cı il), M. C. Bağırovun və Q. Y. Harutyunovun 3 dekabr 1947-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birincisi 29 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kalxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 № li qərar idi. İ. Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlənilməz zərbə idi, açıq repressiya idi.

Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa, olsun, azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu. SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarında isə birinci qərarın yerinə yetirilməsi üçün tədbirlər planı şərh edilirdi. SSRİ Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 4083 № li göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipləri əsasında SSRİ-də yaşayan 100 min kalxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü. “Könüllülük” ifadəsi xüsusi məqsədlə qərara salınmışdı, əslində bu qəti repressiya idi. Qərara görə 1948-ci ildə 10 min nəfərin, 1949-c ildə 40 min nəfərin, 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Mərkəzin Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərini tələsdirməsi, onların cəmi bir ay müddətində tədbirlər planı hazırlayın SSRİ Nazirlər Sovetinə məlumat vermələrini təkidlə tələb etməsi heç də səbəbsiz deyildi.

Bu tələskənliyin əsl səbəbi qərarın axırıncı 11-ci maddəsində aydın şərh edilmişdir. “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq, onların boşaltdıqları tikililərdən və evlərindən xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilmək üçün istifadə etsinlər.” Bütün bunlar tarixi həqiqətdir. Bəs əslində bu qərar necə yerinə yetirildi?

Əldə olan məlumatlara görə 1948-ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-ə1799 təsərrüfat, 7747 nəfər köçürülmüşdür. Həmin müddətdə 2834 nəfəri birləşdirən 429 ailə müxtəlif təzyiqlərə məruz qaldıqlarına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur olmuşlar. Beləliklə, 1948-ci ilin payızınadək gələnlərin sayı 10.584 nəfər olmuşdur. 1949-cu ildə qərarda nəzərdə tutulmuş 40.000 nəfər əvəzinə 15276 nəfər, 1948-1950-ci illərdə Ermənistan SSR-dən cəmi 8.018 təsərrüfatda birləşən 33382 nəfər köçürülmüşdü.

Bununla yanaşı, həmin illərdə 1000 təsərrüfatdan çox azərbaycanlı ailəsi (7 min nəfər) ictimai əmlaklarını Ermənistanda qoyub özbaşına Azərbaycanın müxtəlif yerlərinə qaçmalı olmuşdular. Bütövlükdə götürülərsə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 min nəfərdən çox adam zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Burada bir məsələni də qeyd edək ki, köçürülmə dövründə nəzərə alınmışdır ki, azərbaycalılar Ermənistanın dağlıq rayonlarında yaşadıqları üçün Azərbaycanda da ona uyğun yerlərdə yerləşdirilsinlər. Və belə də edildi. Ilk köçkünlər Şuşa, Qəbələ (Qutqaşen) və Şəki zonalarında yerləşdirilməyə başlandı. Nədənsə birdən-birə qərar dəyişdirildi. Bütün köçürülənləri Azərbaycanın aran rayonlarına daşımağa başladılar.

Çünki azərbaycanlıların Şuşaya və Qutqaşenə köçürülmələri Harutyunyanın xoşuna gəlməmişdi. O, Stalinin yanına gedərkən məsələ qaldırdı ki, M. C. Bağırov köçürülən azərbaycanlıları pambıq yığmağa deyil, kurorta aparır. Bununla da bütün planlar dəyişildi. Diktator göstəriş verdi ki, köçürülənlər yalnız pambıq rayonlarında yerləşdirilməlilər. Bu xalq axınının ikinci forması – repressiya yolu ilə köçürülməsi, sürgün edilməsi idi. Beləliklə, qısa müddətdə Ermənistanın dağlıq rayonları Əzizbəyov, Yeğəqnadzor, Sisyan, Vedi, Basarkeçər (Vardenis 1969) rayonlarından yüzlərlə azərbaycanlı kəndinin əhalisi (100 mindən çox ) zorla Azərbaycanın aran rayonlarına gətirilib töküldü. Qərarla köçürülən əhaliyə aşağıdakı “güzəştlər” edilməsi nəzərdə tutulurdu: köçürülən hər bir ailəyə pulsuz olaraq 2 tona yaxın ev əşyası və kənd təsərrüfatı heyvanları (yəni əmlaklarının müəyyən qismini), hər bir ailə başçısına o dövr üçün qiymətdən düşmüş pul ilə 1000 rubl, ailə üzvlərinə 300 rubl yardım göstərilməsi və s.

Qeyd edək ki, bu “güzəştlər” SSRİ MİK və XKS-nin 1937-ci il 17 noyabr tarixli müştərək qərarı əsasında repressiya edilənlər üçün nəzərdə tutulmuş qərarların əsasında edilirdi. Məhz elə bu qərarın “könüllülərə” şamil edilməsi bu köçürmənin deportasiya olunmasını bir daha sübut edir. Stalinin ölümündən sonra köçürülmə dayandırılmışdır. Bu zaman əks proses başlanmışdı. Axta, Qarabağlar, Yeğəqnazor, Əzizbəyov və b. Dağ rayonlarından zorla Kür-Araz vadisinə köçürülən əhalinin aqibəti daha kədərli olmuşdur. İqlim şəraitinə uyğunlaşa bilmədikləri üçün adi məişət uyğunluqları olmadığından köçürülənlərin üçdə biri aclıq və xəstəlik nəticəsində həlak olmuşdur. Arxiv sənədlərindən göründüyü kimi köçürülən əhalinin bir qismi tövlələrdə, bəzən isə hətta heyvanlarla bir yerdə yaşamışlar. Onlar üçün ayrılan vəsaitin cəmi 45-47 faizindən istifadə edilib, yaşayış evləri tikilməmişdir. Ermənistandan özbaşına köçənlərin böyük bir dəstəsi DQMV Martuni rayonunun Qişi və Xunuşnak kəndlərində məskunlaşmışlar.

Vilayətin erməni rəhbərləri Azərbaycan köçürmə komissiyasının rəhbərləri olan ermənilərin (Brutens, Sevumyan) köməyi ilə onları Martuni rayonundan müxtəlif bəhanələrlə qovmuşlar. 1948-1953-cü illərdə Ermənistandan köçürülən azərbaycanlılardan bir nəfər də olsun Dağlıq Qarabağda məskunlaşmağa qoymamışlar. Köçürülmə dövründə ikinci müsibət Ermənistandan gələn azərbaycanlıların elə 1948-ci ildən başlayaraq yenidən öz doğma yurdlarına qayıtması idi. 1948-50-ci illərdə 376 təsərrüfatın yenidən Ermənistana qayıtması xəbərini Ermənistan Nazirlər Sovetinin sədri S. Karapetyan (29 may 1950-ci il tarixli teleqramında) Ermənistan üçün faciə hesab edirdi.

Əslində bu ermənistana qayıtmağa məcbur olmuş didərgin azərbaycanlılar üçün faciə idi. Azərbaycana köçürülmüş ermənistanlı azərbaycanlıların salamat qalanlarının təqribən 40-45 faizi doğma yurdlarına qayıtmışdılar. Bu köçürülmə prosesi xaricdən gələn erməniləri yerləşdirməklə əlaqələndirilsə də, əsas məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək idi. Bu faciəli deportasiya dövründə Ermənistan ərazisində vaxtilə azərbaycanlıların yaşadıqları yüzlərlə kənd xarabalığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərildiyi kimi 476-dan çox kənd istifadəsiz qalmışdır. Ermənistandan azərbaycanlıların zorla köçürülməsində əsas məqsəd xaricdən gələn ermənilərin onların məskənlərində yerləşdirilməsi idi. Bu daşnakların əzəli arzusu olan təkmillətli Ermənistan respublika yaratmaq siyasətinin nəticəsi olmuşdur. 

Akademik Vəli Əliyevin “3 əsr əvvəl başlayan soyqırımı” (azvision.az) məqaləsi əsasında hazırlanıb.


Etiket:
Xəbərlər

Qərbi Azərbaycan (Ermənistan) kolanıları

24.04.2019

Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

23.04.2019

Səfəvilər dövründə Azərbaycan dili

23.04.2019

Bizim Kino - Qanlı Zəmi 

22.04.2019

Göyce.az Azər Abdullanın "Qəmərlidən keçən qatar"  hekayəsini təqdim edir.

21.04.2019

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

21.04.2019

Viktor Hüqo və onun "Paris Notr-Dam kilsəsi"

20.04.2019

Qəlbində vətən həsrəti inildəyən şair...

19.04.2019

Başlıbel qətliamından 26 il ötür - İşğaldakı Şəhid ruhlar məskəni...

19.04.2019

Özünü ölümə atıb əsgərlərini xilas edən komandir: Elnur Əliyevin həyat yolu- FOTOLAR

18.04.2019

Özündən 60 yaş böyük kişi ilə evlənən dahi qızcığaz

17.04.2019

URVATLI SÖZÜN İŞIĞINDA

17.04.2019

Əliyev İsmayıl Hüseyn oğlu

16.04.2019

Azərbaycandilli mətbuat Ermənistanda qadağaya məruz qalanda, Bakıda erməni dilində qəzet və jurnallar çıxıb

16.04.2019

"Böyük Ermənistan və ermənilərin xilası”: ABŞ nədən Azərbaycan Xalq Cümhuriyyətini tanımadı...

15.04.2019

BAĞLAYIN GÜNAHKAR PƏNCƏRƏLƏRİ
       (Məsum günahkar Elina üçün )

15.04.2019

Xain bəd qandırar a yara məndən-Növrəs İmanın şeirləri

14.04.2019

Rusiya sovetləşmə müqabilində Zəngəzur, Göyçə, Dərələyəz mahalları Ermənistana vermişdir.

14.04.2019

Kişilik məktəbi (Hekayə)

13.04.2019

Xatirə Həsrət Göyçənin şeirləri

12.04.2019

Erməni tarixçi ermənilərin qədim xalq olması barədə iddiaları alt-üst etdi – Video

12.04.2019

“BÜTÜN QƏLƏBƏLƏR – QAN RƏNGİNDƏDİR”

12.04.2019

XIX əsrin əvvəllərində Qarabağ və Gəncə xanlıqlarının inzibati vahidləri və əhalisi

11.04.2019

Müəllim ucalığı

11.04.2019

Ənəlhəqq həqiqəti...

10.04.2019

Namiq Məna: Meyxanada bədahətən şeir deyən elə adamlar göstərərəm sizə, özünə şairəm deyən bir ay evində oturub fikirləşsə, o sözləri yaza bilməz.

10.04.2019

Rəşid Göyçənin şeirləri

09.04.2019

AŞIQ ŞAHSOLTAN – 70   SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ

09.04.2019

17 nəfərin diri-diri yandırıldığı gün-AĞDABAN SOYQIRIMI

08.04.2019

İlk baxışdan ilk məhəbbət

07.04.2019

Füzuli Sabiroğlunun şeirləri

06.04.2019

Bir toponimin hikməti

06.04.2019

Richard Branson - Hər şeyi kənara qoy! GİRİŞ VƏ ET!...

05.04.2019

Sarınər gədiyinə varanda

05.04.2019

Göyçə gölünün pıçıltıları

04.04.2019

Aprel şəhidləri - Fotolorla

04.04.2019

İstedadlar sorağında - Rəşid Bərgüşadlı

03.04.2019

İtirdiklərimiz!...

02.04.2019

Gizlin dəfn edilən böyük aktyor - Adil İsgəndərovu niyə kimsə yada salmadı...

01.04.2019

Ləngərli kişi

01.04.2019

İşğalçı Rusların dərsini verən Səfəvi hökmdarı - II Şah Abbas

31.03.2019

1918-ci il azərbaycanlıların soyqırımı. Bakıda mart qırğınları

31.03.2019

Aşıq Alının yeddi divanisi

30.03.2019

"Mikoyan Dağlıq Qarabağ və Zəngəzurun Ermənistana verilməsinə ən kəskin etiraz edənlərdən olub"

30.03.2019

Bu torpaqda izin qaldı...

29.03.2019

“Erməni-qriqoryan kilsəsi XIX əsr ərzində alban irsini məhv edib, qarət edirdi”

28.03.2019

Vətən, başın sağ olsun

28.03.2019

İrəvan şəhəri və onun tarixi haqqında

27.03.2019

Ermənilərə qan udduran qaçaq qadın-“Kişi Tavat” - ARAŞDIRMA

27.03.2019

“Qorbaçov “peşka” idi, SSRİ-ni Andropovun adamları dağıtdı” - SƏS-KÜY YARADACAQ MÜSAHİBƏ

26.03.2019
Bütün xəbərlər