İrəvan xanlığını 418 il idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub. Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub.
Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır. İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan erməni tarixçisi Yervand Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl tikilib, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də Toxmaq gölü deyir.
"Toxmaq” o zaman İrəvan hökmdarı olan Mahmud xanın ləqəbi idi.
1605-ci ildə Şah Abbas İrəvanı Osmanlılardan aldıqdan sonra Əmirqulu xanı buraya hökmdar təyin edib. Həmin dövrdə yaşayan tarixçi Zəkəriyyə yazır: Əmirqulu xan Yerevana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı. 1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: "Daşı-daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə yeksan olan şəhəri dirçəldənlər viranəlik-xarabalıq üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı."
İrəvan haqqında söhbət açan səyyah və tədqiqatçıların əsərlərində göstərilən yer adlarına diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə…
Şübhəsiz ki, əcnəbi səyyahların və tədqiqatçıların eyni işlətdikləri bu adların hər birinin öz tarixçəsi var. Bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyət fondumuza daxil edilməsi çox vacibdir. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi rəsmi sənədlərdə) öz adını qoruyub saxlayıb. Məsələn, İ.Şopenin verdiyi məlumata görə, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq.
Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi Şiləçi, Sabunçu, Boyaqçı adlarını daşıyır. İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan türkcəsinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını faktlar da sübut edir.
Matenadaran arxiv fondunda (Kilsə divanı, səh.290, 319) saxlanılan məktubu 1784-cü ildə kahin Qukas yazıb. Məktubda Gürcüstana – II İrakliyə, Bəyazidə – İsak paşaya göndərilən toxumların siyahısı verilib, miqdar və qiyməti göstərilib. Qəribə görünsə də, faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi toxumların, demək olar, hamısının adını azərbaycanca yazıb: "Buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül…
”Hüseyn xanın (1807-1827) vaxtında İrəvan xanlığı Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Dərəkənd, Saatlı, Sürməli, Talişə (Talin), Seyidli, Sərdarabad, Kərbibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarına bölünmüşdü. Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilib: "Arpa çayından Qızılkilsə kəndinədək…”, "Hacı Bayraməli kəndindən Qəbir dağadək…”, "Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək…”
Beləliklə, İrəvanın şəhərdaxili tarixi adlarına diqqət yetirək: Məhəllə adları: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dabbaqlar, Sallaqlar, Dəyirmanlar, Qəriblər, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəbiristan, Rüstəmxan. Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Əfşar, Şeyxilislam.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar.
Çaylar: Gedərçay, Zəngi, Məmur kanalı, Abihəyat çayı.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin Azərbaycan türkcəsində yazmasını da təsadüfi hesab etmək olmaz:
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xəracına qurban,
Bir Nerses xəlifənin etdiyi illacına qurban…
İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu ildə baş verən zəlzələ zamanı dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri sənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan böyük zövqlə bina edilən şəbəkəli, tağlı, dördkünc karvansaralar orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh edib, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılıb. Şəhərin o zamankı memarlıq simasına İrəvan qalası xüsusi rövnəq verib. Öz dövrünün yüksək memarlıq-bədii sənətkarlıq nümunələri olan qala, 50-60 bürcü, qala içindəki saray, güzgülü salon, bəzəkli qoşa-qoşa məscidlər, iki-üç mərtəbəli binalar, yüksək zövqlə tikilən kişi və qadın hamamları, mərmər hovuz, bəzəkli "Təbriz qapısı”, ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri səyyahların hamısını, eləcə də yazıçı A.S.Qriboyedovu, rəssamlar V.Moşkovu və Q.Qaqarini valeh edib.
İrəvanda xan sarayının rəsmlərini, otaqlarını və güzgülü salonun divarlarındakı süjetli kompozisiyaları XIX əsrin 50-ci illərində bərpa edən, Fətəli xanın, Abbas Mirzənin, Hüseynqulu xanın, Həsən xanın portretlərini yağlı boya ilə yenidən kətan üzərində çəkib divara yapışdıran həmyerlimiz Mirzə Qədim İrəvanini təsviri sənət məktəbimizin rəşidi-rövşəni kimi tanıyırıq. Təkcə memarlıqda, təsviri sənətdə deyil, əkinçilikdə və maarifçilikdə də İrəvanda yaşayan azərbaycanlılar tanınıb və ad-san qazanıblar. İrəvan Yaxın Şərqdə və Qafqazda mühüm şəhərlərdən biri olub. Burada məktəblər, mədrəsələr, azərbaycanlılar üçün gimnaziya və seminariya fəaliyyət göstərmişdir ki, onların tarixinin müəyyən məqamlarında dünya əhəmiyyətli alim və ixtiraçıların, maarif və mədəniyyət xadimlərinin yetişdirilməsində əzəli rolları danılmazdır.
İ.Şopen 1837-ci ildə "İrəvanda maarifin vəziyyəti haqqında” adlı məqaləsində İrəvan mədrəsəsi haqqında yazırdı: "Gənclər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdövsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsərlərini əzbərdən bilirdi…”
İrəvan xanları daim azərbaycanlılardan ibarət olub. 1860-cı ildə bir yerdə şəkilləri çəkilən 11 İrəvan xanının hamısı azərbaycanlıdır. Bu faktın özü də təsdiq edir ki, orada dominant millət yalnız azərbaycanlılar olub. Zülmkar hökmdarlara, talançı qəsbkarlara qarşı ardı-arası kəsilməyən döyüşlərdə həlak olan şəhid babalarımızın minlərlə məzarı bu ölkənin hər yerində, İrəvan dağlarının ətəklərində mürgüləməkdədir. Bu diyar dastanının bir üzü qəzəb oyadıb, könül dağlayan, o biri üzü nikbin səslənib ürəkdə iftixar çırağı yandıran hər səhifəsində əkib-biçən, qurub-tikən atalarımızın izləri duyulur. Bu torpağın insan əli ilə yaradılmış, hər bəzək-düzəyinin hüsnündə alın tərimizin, yalçın qayaların zümrüd sinəsindən keçən hər yolçunun ayaq səsində, çayların-çeşmələrin zümzüməsində hünərimizin, yorğun boylanan köhnə və təzə imarətinin divarlarında quruculuq-sənətkarlıq əzmimizin min bir hənirtisi eşidilməkdədir. İrəvan xanları qədim Şərq şəhərinin abadlığı üçün xeyli quruculuq işləri aparıblar.
XX əsrin 40-50-ci illərinədək gəlib çatan 7 məscid, onlarca karvansara, hamam, bazarlar, şəhəri iki hissəyə bölən Gedərçay adlı çay üzərində salınan tağlı daş körpülər ötən əsrlərin yadigarlarıdır.
Maarifçilərdən biri şəhərin möhtəşəm qalasını "Min yaşlı, min başlı div” adlandırırdı. Qədim şəhərin qəlbəyatımlı məhəllə adları da olub: Şəhər məhəlləsi, Hacı Novruzəli məhəlləsi, Dəmirbulaq, Təpəbaşı, Dədə kəndi, Çolmənçi, Toxmaqgöl, Şiləçi və s.
Erməni akademik B.S.Ovanesyan yazmışdır ki, XIX əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlılar, 25 faizi isə ermənilər idi. O zaman İrəvan şəhərində azərbaycanlıların 16 məscidi, ermənilərin isə iki kilsəsi olub. Hrand Martirosyanın yazdığına görə, 1829-cu ildə Ermənistanın şəhər və kəndlərində 85 faiz azərbaycanlı, 15 faiz erməni əhalisi olub, 1959-cu ildə isə Ermənistanda yaşayan azərbaycanlıların sayı 15 faizə düşübdür. 1829-cu ildə Ermənistandakı şəhər və kəndlərin coğrafi adlarının 95 faizi Azərbaycan dilində olduğu halda, 1959-cu ildə 45 faizə enmişdir. Qərbi Azərbaycanın azəri türkünün torpaqları, İrəvanın azəri türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda azəri türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir.
Kahin Hovannes Şahxatunyan "1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə edib” sualına cavab kimi aşağıdakı siyahını tərtib edib:
Əmir Səd – XIV əsrin axırı – 1410
Pir Hüseyn (Əmir Sədin oğlu) – 1410-1420
Pir Yaqub (Pir Hüseynin oğlu) – 1420-1430
Əbdül (Pir Hüseynin oğlu) – 1430-1440
Yaqub bəy (Cahan şahın əmri ilə) – 1440-1460
Həsən Əli Qaraqoyunlu – 1460-1471
Uzun Həsən – 1471-1475
Həsənbəy Bayandurun nəvəsi – 1475-1515
Div Sultan Rumlu – 1515-1539
Hüseynxan Sultan – 1539-1550
Şahqulu Sultan Ustaclı – 1550-1575
Lala Qara Mustafa paşa (Sultan Murad dövrü) – 1575-1577
Mahmudxan Toxmaq (Xudabəndə şahın dövrü) – 1577-1583
Fərhad paşa (Sultan Murad dövrü) – 1583-1604
Məhəmməd Şərif paşa – 1604-1605
Əmirquna Xan Qacar (Şah Abbas dövrü) – 1605-1625
Təhməzqulu (Əmirqunanın oğlu) – 1625-1635
Murtuza paşa (Sultan Murad bəy dövrü) – 1635-1636
Kəlbəli xan – 1636-1639
Məhəmmədxan xan (Çağata Götük) – 1639-1648
Xosrov xan – 1648-1652
Məhəmmədqulu xan (Lala bəyin oğlu) – 1652-1656
Nəcəfqulu xan – 1656-1663
Abasqulu xan (Əmirqunanın oğlu) – 1663-1666
Səfiqulu xan – 1666-1674
Sarıxan bəy (iki il əvəz edir) – 1674-1675
Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) – 1675-1679
Zal xan – 1679-1688
Murtuzaqulu xan (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) – 1688-1691
Məhəmmədqulu xan – 1691-1694
Zöhrab xan – 1694
Fərzəli xan (Əmirqunanın nəvəsi; Sultan Əhməd dövrü) – 1694-1700
Zöhrab xan – 1700-1705
Əbdül Məhəmməd xan – 1705-1709
Mehrəli xan – 1709-1719
Allahqulu xan – 1719-1725
Rəcəb paşa – 1725-1728
İbrahim və Mustafa paşalar – 1728-1734
Əli paşa – 1734
Hacı Hüseyn paşa (Əli paşanın müavini) – 1734-1735
Məmmədqulu xan – 1735-1736
Pirməhəmməd xan – 1736-1752
Xəlil xan – 1752-1755
Həsənəli xan Qacar – 1755-1762
Hüseynəli xan (Həsənəli xanın qardaşı) – 1762-1783
Qulaməli xan (Hüseynəli xanın oğlu) – 1783-1784
Məhəmməd xan – 1784-1805
Mehdiqulu xan – 1805-1806
Məhəmməd xan Marağalı – 1806-1807
Hüseyn xan Qacar qardaşı Həsən xanla – 1807-1827 (Erməni sovet ensiklopediyası, III c., s.571).
İrəvan vilayətlərini idarə edən hakimlərin siyahısından göründüyü kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycanın, hazırda "Ermənistan” deyilən torpağın aborigen əhalisi azəri türkləri olublar. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra azəri türkləri İran və Türkiyədən gələn erməniləri Qarabağın dağlıq hissəsində yerləşdirdilər. Ermənilər isə möhkəmlənəndən sonra Qarabağı erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib erməni adları verdilər. Beləliklə, 200 il rus hökmranlığı dövründə İrəvan xanlığının torpaqları tam erməniləşdi, orada bir nəfər də olsun azərbaycanlı qalmadı.
Bununla bağlı R.Caparidze yazmışdır: "Bu vaxtacan görmüşdük ki, adam adamın əşyalarını, malını-mülkünü oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir”.
Fazil Qaraoğlu Professor
Azərbaycan qəzeti, 20 aprel 2016
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024