Bu gün Göyçə yenə yaman yadıma düşüb. Yadıma düşüb deyəndə ki, heç yadımdan çıxır ki... Heç bilmirəm bu gün onunçün niyə daha çox qəribsəmişəm. Sevimli peyğəmbərimizin ismini əzizləyib "Göyçək yer", "Göyçək məkan" adlandırdığı sevgili Göyçəm!...
Vaxtilə böyük öndər, şah babamız Şah İsmayıl Xətaiyə sığınacaq vermiş, onu öz isti qoynunda gizlətmiş etibarlı yurdum! Tarixə Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şıx Alı, Dədə Ələsgər, Növrəs İman və başqa dühalar bəxş etmiş əvəzolunmaz diyarım! Mahallar içində sayılıb-seçilənim, qibləgahım, güvəncim Göyçəm, gözəlim mənim. Nə yazıqlar ki, indi işğal olunmusan, azğın yağıların oylağına çevrilmisən, taxtı-tacı, səltənəti talan edilmisən. Bəxti sınıq, dərdi dərin, qəlbi nisgilli, qürbətdə qalan Vətənim - Göyçəm, göyçəyim mənim!
Yəqin ki, indi sən də bizim üçün darıxmısan. Səni canlarından çox sevən, sədaqətli, vəfalı övladların üçün. Vəfalımı?... Heyflər olsun ki, biz sənin qədrini az bildik, yetərincə dəyərləndirmədik, qoruya bilmədik. Bəlkə elə buna görə bəzən həsrətinlə qisas alıb, cəzalandırırsan bizləri! Yox, yox! Sən insanlar kimi yaddaşsız, unutqan, etibarsız ola bilməzsən! Unutmazsan, yaddan çıxarmazsan bizləri, başı bəlalı, ürəyi dərdli yurdum. Sənin taleyində, qismətində belə şeylər çox olub. Həmişə də heç nə olmamış kimi öz cənnət qucağını ana kimi geniş açaraq, övladlarını mehribanlıqla yenidən köksünə sıxmış, onları xəcalətdən qurtarmısan. Heyf, min heyf ki, biz səni göz bəbəyimiz kimi qoruya bilmədik, qüdrətimiz, cəsarətimiz çatmadı. Nə etməli? Özün yaxşı bilirsən ki, "arxalı köpək qurd basar". Müvəqqəti də olsa bu ağrı, bu niskil, bu qüssə ilə barışmalı, bir təhər dözməliyik! Axı biz dözümlü xalqıq. Əgər dözə bilsək!...
Sənin isti, ilıq qucağına qayıdanadək...Görəsən mavi gözlü, şux mələyim, Göyçə gölüm bu hicrana necə dözür, necə tablaşır? Eh, mənim nazlı-qəmzəli gölüm, boynu burux gözəlim... Yaxşı ki, Sən də insanlar kimi vəfasız, etibarsız olmadın. Ana Göyçənin köksü üstündə, qucağında məğrur dayanıb, öz saf, bakirə, ilıq nəfəsinlə talenin acı, amansız oyunlarından hiddətlənən çılğın ləpələrinlə onun yanan, alovlanan qəlbinin atəşini səngidir, yaralarına məlhəm olursan...Həmişə yuxuda görürəm dağları. Həmişə də hikkəli, kədərli, qəmli, qüssəli... Ərən igidlər kimi Göyçəni üzük qaşıtək əhatəyə alan, onu pis gözlərdən, yad nəfəslərdən, xain baxışlardan qoruyan məğrur dağlarım - Şahdağ, Qocadağ, Qaradağ, Maraldağ, Sarınər, Vəfadağı, Keyti...
Heç olmasa Siz sınmayın, əyilməyin, əriməyin düşmən qarşısında. Nə qədər çətin, dözülməz olsa da, başınızı dik tutun, qürurla dayanın. Qoymayın qəmlənsin, qüssələnsin, boynu burux, bəxti sınıq Göyçəm. Dərddən, qəmdən, ayrılıqdan az qala havalanmış eloğlularından birinin dediyi kimi:...
Ulu dağlar, kimə deyim dərdimi,
Göz yaşlarım Arazdımı, Kürdümü,
Dağlar, Sizə tapşırıram yurdumu,
Yalvarıram, fitnələrə uymayın,
Göyçəmizi darıxmağa qoymayın...
İndi fitnəkar, kafir ermənilərin ayağı dəydikcə özünü alçalmış, murdarlanmış sayan Keçəltəpə, Şivri, Sarıtap, Pirlik və b. təpələrim, Qarabattağı, Gözə, Hümbətbiçən, Qaranınqoruğu, Uçuqkom kimi yamaclarım, Sarınər, Ələs, Qoyundağı kimi yaylaqlarım, Şairrza, Cillik, Domyeri, Ağkilsə, Yumrutəpə və s. örüşlərim, yəqin ki, xəcalətdən tər tökür, əriyir, doğma övladları olan bizlərin yolunu, səbirsizliklə, hürkək baxışlarla hər an gözləyirlər. Hələ mən bulaqlardan danışmıram. Göz yaşı kimi dumduru, şərbət kimi şirin, buz kimi soyuq sulu, min bir dərdin dərmanı bulaqlarım - Sonabulağı, Maral bulağı, Pəricahanbulağı, Dəlibulaq, Pəribulağı, Qarabulaq...Görəsən Qocadağla Qaradağın arasında əzəmətlə, qürurla, məğrur dayanan, əkiz qardaşlar kimi baş-başa verən əzəmətli, vüqarlı şiş qayalar-Kiçik Şişqaya, Böyük Şişqaya, möhtəşəm, füsunkar Qaysafalar yerindəmi? Keşiyini çəkə bilirlərmi yurdumun? Yoxsa xəcalətdən ovulub-tökülüblər, yerlə yeksan olublar?...
Ey, ayrılığına, həsrətinə, qəm-qüssəsinə, nisgilinə, kədərinə-qəminə dözə bilmədiyim məmləkətim. Sənin haqqında yazmaq mənə çox çətindir, əzablıdır, zülmlüdür. Bilmirəm haradan başlayım, nədən başlayım, nədə qurtarım. Axı "hər şey yaddan çıxsa, unudulsa da, yaddan çıxmaz Vətən dağı". Vallah cismimizdə dözüm, ürəyimizdə təpər, ruhumuzda ilham qalmayıb. Bir zamanlar "Aşıq Pəri məclisi"nin sevilən üzvü, unudulmaz Tərlan Göyçəli öz ağrılı-acılı yazılarından birində qeyd etdiyi kimi:
Tarixin hökmünə mat qalıb zaman,
Dünyanın oxuna hazırdı kaman,
Belə bir dövrandan aman, əlaman!
Sındırdı belimi, tökdü didəmi,
Bir Vətən həsrəti, bir Göyçə qəmi!
Böyük Azərbaycanımızın cənnət guşələrindən biri, əsrarəngiz təbiətli müqəddəs Göyçəm! Sənsiz cismən diriyiksə, ruhən, mənən ölüyük. Axı Vətən vətəndaşın namusudu, qeyrətidi. Hər özünü sənin vətəndaşın sanan kəs, Səni qorumağı bacarmalıdır. Qisasını nankor düşməndən, amansız yağıdan almalıdı. Yəqin ki, o gün də gələcək. Əgər, qisas qiyamətə qalamasa! Özün bilirsən, yaramız çox dərindir, anam Göyçə! Bu yaranın göynərtisi həsrətimizi vüsala, qeyrətimizi silaha döndərməyənə qədər bizi tərk etməyəcək. Yenə eloğlularımdan birinin yaralı misraları düşür yadıma:...
Təbiblərdən məlhəm umma yarama,
Qazdır məzarımı Göyçəyə sarı...
Təki Sən yaşa gözəl, gözəl olduğu qədər də bəxtsiz, talesiz yurdum. Başını dik tut, əyilmə, sınma biz gələnə qədər qarı düşmən qarşısında. Səninlə görüşmək ümidi ilə. Səninlə sənsiz...
Ramiz HƏSƏNLİ
Texnika üzrə fəlsəfə doktoru
Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024