Əliyev İsmayıl Hüseyn oğlu

19:30 / 16.04.2019
Baxılıb: 4294

"Respublika" qəzetində AJİ üzvü Məlahət İsmayılqızının "Göyçənin rəmzi Göyçə gölüdür" və "İtirilmiş cənnət yaxud Göyçə rəmzləri" kitablarından "Göyçə itirilmiş cənnətməkan" başlığı altında məqalə dərc olunmuşdur.

Məqalənim müəllifi Zümrüd Qurbanqızı Kitablarda adı gedən Göyçə mahalının görkəmli ziyalılarından olan peşəkar pedaqoq, partiya və təsərrüfat rəhbərliyində fəal çalışan, eyni zamanda jurnalist qələmi ilə tanınmış İsmayıl Əliyev haqqında önəmli məlumatlar vermişdir. Məlahət İsmayılqızı kitablarında dəyərli tarixi hadisələrdən, İsmayıl Əliyevin həyat və fəaliyyətindən söhbət açır: "Mən bu yazımda belə kişilərdən biri- Atam Əliyev İsmayıl Hüseyn oğlundan danışacağam. O mənim üçün həm ata, həm də idealdır! Bu gün adı el içində məhəbbət və ehtiramla xatırlanan ziyalıdır. Elə isə, İsmayıl Əliyevin həyat yoluna nəzər salaq:

22.06. 1927-ci ildə Göyçə mahalının Sədənəxaç-Hacı Qərib ( sonralar atamın təşəbbüsü ilə kəndimiz Güney adlandırıldı və bu sənədlə təsdiq olundu). Sadə, zəhmətkeş bir ailədə üç qardaş, bir bacı olmuşlar. Babam Alı uzun illər kolxoz təsərrüfat işlərində briqadir işləmişdir. Onu da qeyd edim ki, atam öz atasını, anası Həlimə xanımı qeyri-adi bir məhəbbətlə sevmiş və onları ömrünün son günlərinədək ehtiramla yad etmişdir. Hətta həyatının son aylarında mənə atası ilə bağlı xatirələrini danışarkən bu sözləri əlavə etdi: "Qızım, bu gün mənim özümün 83 yaşım olmasına baxmayaraq, atamdan, anamdan danışarkən gözlərim dolur. Elə bir günüm yoxdur ki, mən onları xatırlamayım, ata-ana sevgisi ölümsüzdür!..

Atam Əliyev İsmayıl ilk təhsilini 1932-39-cu illərdə Güney kənd yeddillik məktəbində almışdır. 1939-42-ci illərdə İrəvan Türk Pedoqoji texnikumunu bitirmişdir. Güclü hafizəyə, yaddaşa malik olması, eyni zamanda texnikumda oxuyarkən rus və erməni dillərini mükəmməl bilməsi ona “eksterni” imtahan verib 4 illik təhsili 3 ildə başa vurmasına səbəb olmuşdur. 1942-ci ildə, 15 yaşında ikən həyat yoluna atılan İsmayıl Əliyev Dərə, Pəmbək, Güney kənd yedillik məktəblərində dərs hissə müdiri və müəllimlik etmişdir. 1942-ci ildə Sovet ordusu sıralarına getmək üçün ərizə ilə müraciət etmişdir. Müharibəni (1941-45-ci illər) Polşa cəbhəsində başa vurmuşdur. 1946-cı ilin noyabr ayında ordu sıralarından tərxis olunan bu istedadlı gəncin qarşısında yeni yollar açılmışdır. Bu illərdə, 1948 –ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat-filologiya fakültəsinə daxil olur.

Təhsilini qiyabi davam etdirməklə Güney, Pəmbək, Şişqaya kəndlərində məktəb direktoru işləmişdir. Güclü məntiqi, natiq-aratorluq qabiliyyəti, ensiklopedik biliyə malik olması, zəngin mənəvi aləmi və yüksək təşkilatçılığı, iti qələmi İsmayıl müəllimi bir şəxsiyyət kimi yetişdirir. 1954-64-cü illərdə Basarkeçər rayonunda “Yüksək məhsul uğurunda” (Bolluq uğurunda) qəzetində redaktor kimi fəaliyyətə başlayır. Artıq, 1948-ci ildə KP sıralarına daxil olması, partiya komitəsində təlimatçı kimi çalışması, güclü qələmi, iti müşahidə qabiliyyəti ona SSRİ miqyaslı bir sıra mətbuat orqanları ilə əməkdaşlıq etməyə imkan verir. “Pravda”, “İzvestiya”, “Uçitelskaya qazeta” kimi ittifaq əhəmiyyətli qəzetlərdə, “Oqonyok” jurnalında maraqlı və sanballı məqalələrlə çıxışlar edir. Bütün bunların nəticəsi olaraq, İsmayıl Əliyev 1959-cu ildə SSRİ jurnalistlər ittifaqına üzv seçilir. Bu siyahını uzatmaq da olar, ancaq hansı sahədə işləməsindən asılı olmayaraq, öz millətini, xalqını, yurdu Göyçəni qəlbəndə sevgi ilə saxlamışdır.

Otuz səkkiz il İsmayıl müəllim Basarkeçər rayon sovetinin deputatı olmuş, Ermənistan Ali Sovetində isə xüsusi dinləyici kimi iştirak etmiş, nəticədə güclü bir iqtisadçıya çevrilmişdir. Təsərrüfat və torpağın dilini çox gözəl bilirdi. Nərimanlı, Pəmbək, Babacan, Güney, Ağkilsə və Sarıyaqub kəndlərində uzun illər kolxoz sədri işləmişdir. Qeyd etdiyim kimi, hansı sahədə işləməsindən asılı olmayaraq, o, əsil ziyalı idi, öz camaatına, doğma Göyçəsinə xidmət etmişdir. Yeri gəldikcə, dərin zəkası ilə erməni şər xislətlilərinin də ağzından vurmağı bacarmışdır...

1962-64-cü illərdə Ermənistan KP-nin göndərişilə Bakı Ali partiya Məktəbinə daxil olur. Burada oxuduğu illərdə həm müəllimlərin, həm də dost və tələbələrin hörmət bəslədiyi, əqli, düşüncəsi ilə rəğbət doğurmuş, öz səliqə-səhmanı ilə seçilmişdir. Ali partiya məktəbində təhsil aldığı illərdə institutun rektoru Danil Quliyev, müəllimlərdən Əzizə Cəfərzadə, Mirzə İbrahimov, Ələşrəf Bayramov, Əli Vəliyevlə, tələbə yoldaşlarından Nürəddin İsmayılov, Teymur Əhmədov, Qəşəm Aslanov, Mayis Əhmədovla və s. ziyalılarla çox yaxın, səmimi dostluq münasibətində olmuşdur.

Bu illərdə İsmayıl müəllimin şəxsi dostluq münasibəti saxladığı şəxslərdən biri kimi publisist, tənqidçi, satirik Qulam Məmmədli ilə dostluğundan söz açmaq yerinə düşər. Apardığı tədqiqat işləri ilə əlaqədar tez-tez Göyçəyə səfərlər edən Qulam Məmmədli bizim evdə qonaq olurdu. O, İsmayıl müəllimin müdrik ağlına, güclü zəkasına heyran idi. Dəfələrlə onu Bakıya dəvət etdi, lakin atam o zamankı Göyçə mühitini, qardaşlarını, tez-tez erməni təzyiqlərinə məruz qalan soydaşlarını qoyub getmədi. Qulam müəllimə deyirdi:- Mən burada daha çox lazımam. Ancaq Qulam müəllim sonra yenə də deyirdi: - İsmayıl, Bakıda daha çox lazımsan; bu mühit bir intellekt-ziyalı üçün çox dardır...

Allah atama çox şeylər bəxş etmişdi: yüksək intekllet, eridusiya, güclü məntiq, zəngin bilik, insanpərvər daxili aləm, saf ürək bəxş etmişdi. Onun Bakıda yüksəklərə qalxmaq şansı vardı...İsmayıl müəllimin Türk müdriklərinin xalq təfəkküründə yaradılmış obrazı görkəmi vardı: Zəngin daxili aləmilə bərabər ziyalılara məxsus davranışı, işıqlı siması, mavi gözləri nəcib soy-kökündən xəbər verirdi. Ali partiya məktəbini fərqlənmə ilə bitirən vaxtlar İsmayıllı rayonuna maarif şöbəsinə müdir göndərmək təklifini qəbul etməmişdi, Göyçə mahalını, sadə insanları, erməni daşnaqlarının təzyiqi altında yaşayan həmvətənlərini tərk etməmiş, Qərbi Azərbaycana –Göyçə mahalına qayıtmışdır.

Çox keçmədən Ağkilsə kəndinə (Aşıq Ələsgərin doğulub yaşadığı kəndə) kolxoz sədri vəzifəsinə təyin olunur. Təbii, erməni rəhbərlərin “gözdən saldısına” baxmayaraq, bu vəzifə məsuliyyətli olsa da, İsmayıl müəllim daha yüksəklərə layiq idi. Bu dövrdə də jurnalist fəaliyyətini davam etdirərək “Sovet Ermənistanı”, ittifaq əhəmiyyətli “Pravda”, “İzvestiya” və s. kimi mətbu orqanlarda samballı və kəsərli məqalələrilə çıxış edirdi. Daha sonralar Pəmbək, Babacan, Şişqaya kəndlərində sədr kimi fəaliyyət göstərir. Təsərrüfat rəhbəri işləməklə respublika plenumlarında, seminarlarında, rayon partiya büro və iclaslarında özünün yüksək nitq mədəniyyəti, natiq-aratorluğu sahəsində də işlədiyi sahələrin bilicisi olduğu özünü açıq-aşkar büruzə verirdi.

1972-ci ildə erməni daşnaklarının və erməni xislətli pisliklərin qurduğu qurğu nəticəsində vəzifədən uzaqlaşdırılır. Lakin bu pisliklərə baş əymədən Güney kənd səkkizillik məktəbində sıravi müəllim işlədikdən sonra, bilavasitə təşəbbüs və bacarığı sayəsində məktəbi orta təhsil müəsisənə qaldırırmaqla 15 il həmin məktəbin direktoru vəzifəsində çalışır. Bu illərdə İsmayıl müəllimin yüzlərlə yetirmələri olur ki, onlar ali məktəblərə öz bilikləri ilə daxil olurlar. O, həm də çox səriçtəli pedaqoq idi. 1988-ci ilin dekabrında Göyçə mahalını axırıncı tərk edənlərdən biri də İsmayıl Əliyev olmuşdur. Azərbaycan xalqına ağır bəlalar gətirən ”Qarabağ düyünü” Göyçədən də yan keçmədi, el-oba pərən-pərən düşdü. Sən demə, taledə doğma yurdu itirmək yazısı da varmış!.. Çox çətin günlər yaşandı, İsmayıl müəllim bu illərdə bir sıra mətbu orqanlarda , xüsusilə “Qarabağ”, “Vətən səsi”, “Kəndin səsi”, “Azərbaycan”, “Aydınlıq” və s. kimi müstəqil qəzetlərdə işlədi, erməni yalanlarına qarşı (İsmayıl Hüseyoğlu adı ilə) dəyərli məqalələr yazdı. Erməni məkrini, rus-erməni şovnizmini, onların saxtakarlıqlarını açıb ortaya tökdü. Bu günkü gəncliyə özünüdərk üçün tarixi sənədli açmalardır o yazılar.

İsmayıl müəllim Erəmistandakı mühiti, “Daşnakstyun” və “ Qınçaq” partiyalarının fəallarını, qatı millətçilərini çox gözəl tanıyırdı. “Xilasımız nədədir”, “Göyçə həsrəti-Göyçə nisgili” ,”Oxucu sözü”, “Oxucu iradı”, “Təxribatçılığa qarşı nə etməli?”, “Mən kiməm-Azərbaycanlı, yoxsa Türk”, “ Nədən narahatam”, və s. onlarca məqalə və publisist yazıların müəllifidir. Bu sənədli yazıların hamsında Vətən Azərbaycanın taleyindən narahatlıq və Qərbi Azərbaycanın tarixi yatır! Son durumda Azərbaycan xalqını bu ağır durumdan, Qarabağ kimi dəhşətli düyündən qurtarmaq üçün öz güclü məntiqilə Heydər Əliyevə böyük ehtiyac və zərurət oldğunu deyərək bir sıra məqalələr yazmışdı. Bu fikirlərini “Aydınlıq” qəzetinin redaktoru Babək Hüseyoğluna yazdığı məktubda əks etdirmişdir...

Zəngin daxili aləmi, əməllərində və elmində məntiqinə əsaslanmaq, yüksək mənəviyyatı, insanlara xeyirxahlıq və kömək eləmək eşqilə yanan böyük ürəyi vardı İsmayıl Əliyevin! Tanrı ondan heç nəyi əsirgəməmişdi. Çoxlarının həsəd aparacağı ömrünü şərəflə yaşadı. Altı övlad, on dörd nəvə, iki nəticə babası oldu. Üstəlik də həyat yollarında ermənilərlə, erməni xislətli pisliklərlə mübarizədə ömür-gün yoldaşı Süsənbər xanım daim onun yanında oldu. “Hər güclü kişinin arxasında bir güclü qadın dayanır”-deyiblər. Əlli yeddi il İsmayıl müəllimə ömür-gün yoldaşı kimi dayaq olan Süsənbər xanım kimi xanımlara eşq olsun!"

NİFTALI GÖYÇƏLİ

GOYCE.AZ


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər