Qəşəm Novruz oğlu Aslanov 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Pedaqoji Texnikumu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-68-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. Əmək fəaliyyətinə “Sevan” qəzetində müxbir kimi başlayıb.
Sonra həmin qəzetin redaktoru, Basarkeçər Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-72-ci illərdə “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, 1972-75-ci illərdə Şuşada birinci katib, 1975-84-cü illərdə Abşeron-İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. “Saymazovun salamı”, “Qeyrətin nağılları” adlı kitabları çap olunub, “Eloğlu” imzası ilə şeirlər yazıb.
Məni fikirli görsən, demə ki, bir qəmim var
Mən vəcd aləmindəyəm, əlimdə qələmim var.
Məni fikirli görsən, demə ki, möhnətdəyəm,
Sükutuma toxunma! Xalqımla söhbətdəyəm.
Mirvari Dilbazi Son mənzili Fəxri Xiyabandır. Ruhu bütün Azərbaycanı dolaşır. Onun haqqındakı xatirələr ağızdan-ağıza keçərək nağıllaşır, əfsanələşir, cilalanaraq əbədiyaşarlıq haqqı qazanır. Əziz oxucu, gərək bu yazını 25 il bundan əvvəl yazaydım. Nə illah eyləyirdim fikirlərimi toplayıb sözə çevirə bilmirdim. İnsanın bildiklərində elə hekayələr var, onu başqalarına danışmasa rahatlıq tapa bilmir.
Qəşəm Aslanovu təsadüfən iki dəfə görmüşəm. 1982-ci ildə tələbə idim. İnstitutdan İsmayıllı rayonuna təcrübə keçməyə göndərmişdilər. Birinci dəfə onu İsmayıllı rayonunda yol qırağında yerləşən “Bədo” adlanan bulağın yanında gördüm. Avqust ayının isti bir günü idi. İki nəfər tələbə yoldaşımla birlikdə bulağa su içməyə getmişdik. O, yanındakı adamlarla bulağın üstünə gəldi. Sadə, şirin yazıçı dili ilə kənkan haqqında, suyun mənbəyi, su damarları, su quyuları haqqında elə incə detallarla danışırdı ki, elə bil, özü əli ilə su quyusu qazmışdı. Suyun küsməyini, su damarı qaçanda nə etməyi, “su murdarlıq götürmür” deyimini bütün təfərrüatı ilə izah edirdi. Sonradan bildim ki, Şuşa şəhərinə Xan qızından sonra su kəmərlərini Qəşəm Aslanov çəkdirib.
İsmayıllıda işləyərkən əksər kəndlərin suya olan ehtiyacını həll eləmişdi. Özümüzdən asılı olmayaraq biz də onun söhbətinin iştirakçısına çevrilmişdik. Adlarımızı, hansı institutda oxuduğumuzu soruşub “Əli Bayramov” sovxozunda sizə yaxşı şərait yaratmalıdırlar, eləmi?!” deyib, bizimlə mehriban sağollaşıb getdi. Üçümüz də bu mənzərədən donub qalmışdıq. İnsafən, birinci katibin dediyi kimi idi. “Əli Bayramov” kolxozunda bizə yaxşı baxırdılar. İkinci dəfə onu 1984-cü ilin avqustunda (yenə də avqustda) Abşeron rayon mədəniyyət sarayında gördüm. Rayon təşkilatlarında işləyən gənc mütəxəssislərlə görüş keçirilirdi.
Yadımda qalan o oldu ki, bütün görüş boyu danışmadı, dinlədi. Mütəxəssislərin pasport qeydiyyatı, mənzil növbələri, əmək haqqına aid problemləri elə yüngül həll olunurdu ki, iştirakçıların uçmağa qanadı yox idi.
“İnsanlığı yaşadan, onu cazibədar və sevimli edən, ayrı-ayrı fərdlərin, şəxslərin insanlıq kəhkəşanına silinməz naxışlar vurması, minlərlə insanın ehtiramla yad etdiyi şəxsiyyət səviyyəsinə yüksəlməsidir”.
Həmin görüşün sonunda Q.Aslanov böyük bir çıxış elədi. İclasın sonu olsa da, zalda bir stul belə boşalmamışdı. İsmayıllıda sudan danışan Qəşəm müəllim Abşeronda təhsildən, kitab evlərindən, qəzet köşklərindən, mədəniyyət müəssisələrindən danışırdı. Son cümləsi dəqiqliyi ilə yadımdadır. “Mənə istənilən kənddə, qəsəbədə yaxınlaşıb sözünüzü, problemlərinizi deyə bilərsiniz”.
Q.Aslanovun yazdığı gündəlikdən bəzi fikirləri xatırlamaq məncə yerinə düşər: “Mənim “Hökmran” olduğum bir auditoriyadan belə dinləyicilər həyəcansız çıxmayıblar... Hər kəs istəyir ki, yaxşı bir işin başlanmasında, görülməsində onun payı olsun, izi qalsın... İnanıblar ki, biz tərifləyəndə, irəli çəkəndə təmənnasız olduğumuz kimi, tənqid edəndə, cəzalandıranda da qərəzsizik”. Bu fikirlər onun hansı amallarla yaşamasına sübutdur. Ayrıca insanın, bəzən cəmiyyətin özünün də “müalicəyə” ehtiyacı olur.
Konkret olaraq, Q.Aslanovun timsalında çoxlu “müalicə” üsullarından bu gün də faydalana bilərik. Yazılarının birində qəhrəmanın dili ilə, əslində öz dili ilə, yaşam kriteriyalarını göstərir: “...bir qismət çörəyə möhtac qaldığım günlərdə də süfrənin ətrafına toplaşan yüzlərlə adama çörək verdiyim, saysız-hesabsız adamın çörək sahibi olmasına səbəb olduğum günlər də olub. Lakin heç vaxt nə özüm alçalmışam, nə də başqalarının alçalmasına imkan vermişəm. İnsan öz mənliyini, öz insan ləyaqətini heç nəyə qurban verməməlidir. Nəinki özünün, başqalarının da izzəti-nəfsi keşiyində durmalıdır. Sən başqalarının alçalmasına dözürsənsə, deməli, yeri gələndə, özün də alçalırsan. Başqasının sənə yarınmasına imkan verirsənsə, yeri düşəndə, özün də bu rolda çıxış edirsən. Birinin sənə xəbər gətirməsinə dözürsənsə, bununla həmin adamı özündən başqasına xəbər aparmağa da sövq edirsən. Unutma ki, sən cəmiyyətin fövqündə durursan, ətrafının zibillənməsinə, üfunətə qərq olmasına dözürsənsə, özün də çox şey itirirsən. Axı, sən də ümumun birisən, bu ümumi havadan udursan. Odur ki, sən özünün və başqalarının zahiri üçün cəmiyyətin təmizliyi, sağlamlığı və ictimai atmosferin saflığı uğrunda mübarizəyə qoşulmalısan”.
Qəşəm Aslanovu Abşeron rayonunda ikinci dəfə görəndən sonra bir daha onu görmədim. Qəzetlərdən oxudum ki, avtomobil qəzasında həlak olub. İşimlə əlaqədar Azərbaycanın rayonlarında, kəndlərində müntəzəm olmuşam. Çox məclislərdə onun haqqında danışılan söhbətlərin şahidi olmuşam. Hər söhbət Qəşəm müəllimi geri qaytarıb. O, müsbət ideyalarla yaşayan ayrıca götürülmüş bir fərd deyildi. Onun yeddi arxa dönəni də müsbət əməl sahibi olub. İşlədiyi rayonlarda yüksək vəzifə tutarkən atası ilə məsləhətləşib, məktub yazıb atasına, onun öyüdlərini eşidib.
Gündəliyinin bir yerində yazır: “Bu gün Basarkeçərə telefon etdim. Dədəmlə danışdım. “Yoldaşlarınla mehriban ol, dostluq elə”. Məni xeyirxahlığa, alicənablığa səsləyir. Dədəmin səsi gümrahlığından xəbər verir. Eşq olsun sənə! Sənin mənəviyyatına! Vəzifən böyük olmasa da, böyük, işıqlı ürəyin var. Kaş, mən də insanlıqda sənin yüksəkliyinə qalxa biləm, sənin kimi ali duyğular sahibi olam, dədə”.
Gündəlikdən gətirdiyim bu fikirləri gəlişi gözəl sözlər kimi yazmıram. Eşitdiklərimə istinad edərək belə qənaətə gəlirəm ki, Q.Aslanovun ürəyində insanlıq odunu qalayan nəcabətli nəsil dayanıb, Göyçə mühiti dayanıb, göz yaşı kimi duru olan Göyçə gölü dayanıb. Bir də deyirlər ki, böyük əməl sahibləri ictimai ehtiyacdan yaranır. Elə ailə də belədir, dövlət də belədir. Hər bir müstəqil dövlətin tərəqqi etməsi, qüdrətlənməsi dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün onun milli ideologiyasının təməli yaxşı qurulmalıdır. Q.Aslanovun əmək fəaliyyətində olduğu illər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə düşür.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün illərdə istedadlı, qabiliyyətli işçilərin yetişməyinə, yüksəlməyinə həmişə şərait yaradıb, dayaq olub. O dövrdə sayı yüzlərlə olan kadrlar kimi Q.Aslanovun da yüksəlişində Heydər Əliyevin danılmaz xeyirxahlığı olub. Məhz Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi Q.Aslanovun timsalında öz məzunlarını yetişdirib.Q.Aslanovun yaradıcılıq fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Bugünkü mətbuat mühitimizin formalaşmasında vaxtilə həsr olunan və cəmiyyətin bütün təbəqələri tərəfindən birmənalı şəkildə qəbul edilən “Azərbaycan gəncləri” qəzetinin rolu danılmazdır. 1970-72-ci illərdə bu qəzetin daha oxunaqlı olmağında, yazı dilinin ədəbi dil ilə şirinləşməyində Q.Aslanov öz töhfəsini verib. O dövrdə qəzetin nəzdində yaradılan “Müjdə” ədəbi birliyinin üzvləri indi tanınan qələm sahibləridir. Ədəbi birlik Q.Aslanovun təşəbbüsü ilə yaranmışdı.
Vüqar TAPDIQLI
Xalq qəzeti
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024