Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.
XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub.
Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
İtirdiyimiz tarixi yurdlar: Zəngəzur1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. Eyni zamanda, həmin dövrdə Ermənistan (daşnak) Respublikası Zəngəzurla bağlı torpaq iddiaları irəli sürüb. Bölgədə münaqişə, silahlı toqquşmalar olub. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub. Bu vaxt Ermənistan (daşnak) Respublikası Zəngəzuru anneksiya etmək üçün silahlı mübarizəni davam etdirirdi.
Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Bu arada bolşevik Rusiyası Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı idi.
Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxcıvanın və Qarabağın) Ermənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər. Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi.
Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak (Ermənistan) ilə hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti Azərbaycanın kommunistləri tərəfindən etiraz doğurdu.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı. Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər:
“Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi… (Azərbaycan müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır… Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər…“
Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Bu arada bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyidi. Erməni komministləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər.
1920-ci il noyabrın 29-da Ermənistnda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında 3-cü məsələ kimi “Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı“ müzakirə edildi və qərar çıxarılmışdı. AK(b)P MK Siyasi və Təşkilat bürolarının bu birgə iclasının (30.XI.1920) qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov. İclasın qərarının “v“ bəndində yazılırdı: “…
Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. Qərarın başlıca məqsədi onun mərkəzi bəndində (“q“) öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxcıvan sovet Ermənistanın tərkibinə keçirlər. Digər bəndlərdə isə yazılırdı:
d) Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir;
e) Sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən neft haqqında göstərilsin).
Qərarda həmçinin (“j“ və “i“ bəndləri) Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı. S.Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı məhz N.Nərimanov elan etməli idi. Nərimanov qərarın əleyhinə idi, xüsusilə, Naxcıvanla bağlı məsələyə qəti qarşı çıxırdı. Zəngəzurun isə bütünlüklə deyil, erməni əhalisinin çoxluq təşkil etdiyi qərb hissəsinin Ermənistana verilməsini mümkün sayırdı.
Qeyd edək ki, ermənilərin 1918-ci ildə Zəngəzurda həyata keçirdiyi qırğınlar nəticəsində burada azərbaycanlı əhalisinin sayı kəskin azalmışdı. 1920-ci l dekabrın 1-də Nərimanov Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasındın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurdan bəhs edirdi. Nərimanovun Bakı Sovetinin iclasında verdiyi bəyanat (rusca): «Советский Азербайджан, идя навстречу борьбе братского армянского трудового народа против власти дашнаков, проливающих и проливавших невинную кровь наших лучших товарищей-коммунистов в пределах Армении и Зангезура, объявляет, что отныне никакие территориальные вопросы не могут стать причиной взаимного кровопускания двух вековых соседних народов: армян и мусульман. Территория Зангезурского уезда предлагается Сов. Армении, и трудовому крестьянству нагорного Карабаха предоставляется полное право самоопределения; все военные действия в пределах Зангезура приостанавливаются, а войска Советского Азербайджана выводятся»
Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK/b/P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Əsasən kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.
3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Onu da qeyd edək ki, Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır. Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi. Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı prinsipial mövqeyini Mərkəzə (Leninə) bildirməsi Azərbaycanın bu tarixi torpağının Ermənistana verilməsinin qarşısını aldı. 1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı. Qarabağa gəldikdə isə, 1921-ci ilin iyulun 4-də RK/b/P MK Qafqaz Bürosunun Stalinin iştirakı ilə keçirilən iclasında “Qarabağ məsələsi“ müzakirə edilərək Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə qərar çıxarılsa da, Nərimanov buna qəti etiraz etdi.
Qərarla razılaşmayan Azərbaycan kommunistləri ilə ermənipərəst qüvvələr (Kirov, Orconikidze, Myasnikov, Fiqatner) arasında ciddi ixtilaf yaranır. Nəticədə səhərisi günü, 1921-ci il iyulun 5-də Qarabağ məsələsinə N.Nərimanovun qəti tələbi ilə yenidən baxaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlanması, Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilməsi qərara alınır. Bu qərar iki il sonra, 1923-cü il iyulun 7-də Azərbaycan SSR hökumətinin dekreti ilə rəsmiləşdi.
Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
azerbaycanli.org
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025