Stalinin şəxsən partbilet təqdim etdiyi yeganə azərbaycanlı-Aydın Məmmədov

14:40 / 21.03.2019
Baxılıb: 5538

Onun . İ.V. Stalinlə şəxsi münasibəti sayəsində təkcə özünün rəhbəri olduğu Böyük Qaraqoyunlu kəndində yox, demək olar Basarkeçər rayonun türk-müsəlman kəndlərini yarıdan çoxunu, sürgündən, aclıqdan, səfalətdən xilas etmişdir.

Ulu Göyçə mahalında adı həmişə ehtiramla çəkilən, xoş əməlləri ilə elin-obanın rəğbətini qazanmış, tanınmış el ağsaqqalı Aydın Abdulla oğlu Məmmədov 1909-cu ildə Göyçə mahalının qədim kəndlərindən olan Böyük Qaraqoyunlu kəndində anadan olmuşdur. Aydın Məmmədov dərin erudusiyası, təşkilatçılıq qabilyyətinə görə çobançılıqdan SSRİ Ali Sovetinin deputatlığına qədər yüksəlmişdir.

Gənclik illəri İkinci dünya müharibəsinin və Böyük Vətən müharibəsinin gərgin illərinə təsadüf edən Aydın Məmmədov 2 çağrış (1937-1947) SSRİ Ali Sovetinin deputatı, 1947-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmiş; 1938-1940-cı illərdə Basarkeçər rayon sovetinin icraiyyə komitəsində təlimatçı, 1940-cı ilin ortalarından 1954-cü ilə kimi boya-başa çatdığı Böyük Qaraqoyunlu kəndində kolxoz sədri; 1954-1969 illərdə isə Kəlbəcər rayonun müxtəlif kəndlərində kalxoz sədri, kolxoz partiya təşkilatının katib vəzifəsində çalışmışdır.

Aydın Məmmədovun 1937-ci ildə yüksək etimad göstərilərək SSRİ Ali Sovetinin deputatı seçilməsi, Qərbi Azərbaycan türklərinin ilk qələbəsi idi. SSRİ Ali Sovetində milli prinsipallığı ilə seçilən Aydın Məmmədov yeganə türk idi ki, kommunist olmadan deputat seçilmişdir. Bu məqam onun taleyini başqa insanların taleyindən fərqləndirmişdir. Bu, fərqli tale sahibi Aydın Məmmədova Tanrı öz tarixi missiyasını həyata keçirmək üçün əlavə bir şans da verdi; Moskvada birinci çağırış SSRİ Ali Sovetinin birinci sessiyasında ona Sov. İKP üzvü olmaq təklif olunur. O, bu təklifin adi bir təklif olmadığını hiss edir, orada partiyaya daxil olmaq barədə ərizə yazıb, düzgün qərar verir. Həmin unudulmaz məqamda çoxlarının ağlına gəlməyəcək bir möcüzə baş verir: A.Məmmədova partiya biletini İ.V.Stalin şəxsən özü təqdim edir. İllər keçdikcə İ.V.Stalin Ermənistan rəhbərlərindən öz gənc partiya yoldaşını xəbər alır və imkan yarandıqca sessiyalar zamanı, iclaslar arası fasilədə şəxsən partiyaya qəbul etdiyi deputatla – Aydın Məmmədovla hal-əhval tutur.

Məlum məsələ idi ki, Stalin bu cür davranışı ilə partiyaya keçməsi üçün zamin durduğu şəxslərin taleyinə biganə olmadığı barədə rəy formalaşdırırdı. Stalinin şəxsən partbilet təqdim etdiyi Aydın Məmmədovun sözünün qarşısında ikinci bir söz demək heç də Ermənistan rəhbərliyinin ağlına belə gəlməzdi. Aydın Məmmədov bu şanslardan, vəzifəsindən həmişə kişilik qanunları çərçivəsində yararlanmışdı. Azərbaycan türklərinin milli maraqlarını kəskin çıxışları, dönməz iradəsi ilə müdafiyə edən Aydın Məmmədov, dəfələrlə öz el-obasının təəssübkeşliyi naminə o vaxtkı Ermənistan hakimiyyətində, eləcə də Moskva hakimiyyətində olan erməni və ermənipərəst qüvvələrin qarşısında öz taleyi və karyerası ilə risq etdiyinin fərqində idi. Onun vətəninə, elinə olan bağlılığı öz vəzifəsindən, karyerasından üstün olduğu üçün belə riskli addımlar atmağa məcbur olmuşdur.

Böyük Qaraqoyunlu Göyçə mahalında, bəlkə də keçmiş SSRİ məkanında yeganə kənd idi ki, 1937-1953-cü illərdə Aydın Məmmədovun rəhbərliyi dövründə keçmiş NKVD (нородный комиссариант Внутренних дел СССР) bu kənddən xalq düşməni kimi heç kimi sürgün edə bilməyib. Onun . İ.V. Stalinlə şəxsi münasibəti sayəsində təkcə özünün rəhbəri olduğu Böyük Qaraqoyunlu kəndində yox, demək olar Basarkeçər rayonun türk-müsəlman kəndlərini yarıdan çoxunu, sürgündən, aclıqdan, səfalətdən xilas etmişdir.

1948-ci ildə Stalinin birbaşa müdaxiləsi ilə indiki Ermənistan olan əzəli dədə-baba torpağından – Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası başlayanda açıq şəkildə ilk etiraz edənlərdən biri də Aydın Məmmədov olmuşdur. Bu etiraz, Aydın Məmmədova baha başa gəlsə də, o, milli mövqeyindən dönməmiş, həmişə öz fikrini qətiyyətli şəkildə bildirmişdir. Hakimiyyətdə olan erməni və ermənipərəst qüvvələr növbəti seçkilərdə onun Stalinlə görüşməyinə imkan verməmiş və SSRİ Ali Sovetinə deputat seçilməsinə mane olmuşdular. Buna baxmayaraq Stalinin ölümünə qədər Ermənistan hakimiyyəti və Moskvada olan erməni və ermənipərəst qüvvələr Aydın Məmmədovla haqq-hesab çəkə bilməmiş, həmişə onunla ehtiyatla davranmışdılar. İ.V.Stalinin ölümündən sonra ermənipərəst qüvvələrin əlinə fürsət düşmüş, A.Məmmədova qarşı məkrli planlar qurub, təqiblər başlatmışdılar.

Hər bir işdə düzgün qərar verən müdrik Aydın Məmmədov Azərbaycana – qonşu Kəlbəcər rayonuna köçməyi qərar almış, orada əmək fəaliyyətini müxtəlif kəndlərdə təsərrüfat rəhbəri, partiya təşkilat katibi kimi davam etdirmişdir. Göyçə mahalında olduğu kimi, Kəlbəcər torpağındakı fəaliyyəti dövründə öz əzimkarlığı ilə fərqlənən Aydın Məmmədov el-oba arasında böyük nüfuz sahibinə çevrilmişdir. O, 1969-cu ildən doğma Göyçəsinə dönərək 1988-cil deportasiyasına qədər zəngin alp çəmənliklərlə, nəğməkar bulaqlarla, əhatələnmiş axarlı- baxarlı doğma Böyük Qaraqoyunlu kəndində yaşamışdır.

Aydın Məmmədov tanınmış ictimai xadim, fədakar insan, müdrik el ağsaqqalı olmaqla bərabər, həm də gözəl ailə başçısı olmuşdur. Bu gün onun ocağının od qoruyan övladları, nəvələri, nəticələri şərəf və ləyaqətlə vətəninə, millətinə xidmət edir, öz babalarının tutduğu müqəddəs yolu uğurla yaşadırlar. Həyatın hər bir çətinliyinə, vəzifənin əsdirdiyi sərt küləklər qarşısında mərdanə dayanan Aydın Məmmədov təəssüf ki, canından əziz bildiyi Göyçəsinin həsrətinə dözə bilmədi. Həsrət-hicran içində yüzlərlə yurddaşları kimi 1994-cü ildə onunda məzarı qürbətdə - Bakı torpağında qazıldı. Məzarı boyda Göyçə torpağına çevrilən Aydın Məmmədov onun tanıyanların, doğmalarının qəlbində daima bu dünyanın əbədi sakini kimi xoş xatirlərələ anılacaqdı.

Allah rəhmət eləsin!

İlqar İSMAYIL


Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər