Göyçə mahalı qədim tarixdən bu yana

12:00 / 25.03.2019
Baxılıb: 4764

Qərbi Azərbaycanın İrəvan xanlığının Göyçə mahalı ulu Türk diyarlarından biri olaraq, özünəməxsus iqtisadiyyata və mədəniyyətə malik olmuşdur.

Bu məkanın tarixi, etnoqrqfiyası haqqında son dövrlərdə, 1828-ci il məlum “Türkmənçay” müqaviləsindən sonra erməni yazılı mənbələrində qərəzli şəkildə təqdim olunmaqla erməniləşdirilsə də, tarixin təkzibolunmaz həqiqətləri arxeoloji və paleoqrafik formada qalmaqdadır. Mən erməni yalanlarını qabartmaq fikirində deyiləm, çünki o uydurmaları birinci erməni yazarları, eyni zamanda mütərəqqi bəşəriyyət çox yaxşı bılir. Odur ki, dünyaya məlum olan qədim dövrlərdən başlayaraq, alimlərimizin, tarixçi mütəxəsislərimizin Qərbi Azərbaycanın İrəvan xanlığı ilə bağlı yazılarına istinadən Göyçə mahalı haqqında tarixi mövzu açmaq imkanlarımız elmi dəlillərə əsaslanmaqla məntiqi əhəmiyyət kəsb edəcəkdir.

Göyçə mahalı haqqında əsasən geniş və elmi məlumat tarixçi alimimiz Qiyasəddin Qeybullayevin eramızdan əvvəl Urartu mənbələrini araşdırarkən toponimlər, hidronimlər əsasında əldə etdiyi təqdimatlardır. Tarixçi alim Göyçə toponimlərinin və yaşayış məskənlərinin adlarındakı türk morfemlərini qrammatiq məcrasına qaytarmaqla bir çox müasir məna kəsb edən yer adlarını bərpa etmişdir.

Bunlardan nümünə üçün: “Urtexli”-“Ördəkli” bir kəndin Göyçə gölünun qərb sahilində 1920-ci illərə qədər mövcudluğundan bəhs edir. Buna bənzər bir çox nümunələr göstərir. Erməni tarixçilərinin (əldəqayırmalar) Göyçə mahalının eradan əvvəlki dövrdə guya ermənilərin yaşayış məskənlərindən biri- “Qelakunu” olması fikirini irəli sürmələri də Qiyasəddin Qeybullayev tərəfindən elmi dəlillərlə rədd edilmişdir. Tarixçi alim göstərir ki, “qel-göl, uni-ölkə” olmaqla mənası “göl ölkəsi” deməkdir və həqiqətən də Urartu dövründə Göyçə mahalının Göyçə gölü ətrafında bir neçə şəhər-qala dövlətlərinin olmasını Urartu paleqrafiyası təsdiq edir.

Hələ Şumer sivilizasiyasından ayrılan Urartu mədəniyyəti də qədim türk təfəkkürünün icad etdiyi mixi yazılarndan istifadə edərək qayaüstü salnamələrlə müasir dövrə informasiyalar ötürmüşdür. Bir şeyi də qeyd etmək lazımdır ki, bütün bəşəriyyətin indiki dövrdə də məskən adlarının çoxunda “ur” morfemini işlətməklə insan nəslinin ilk başlanğıcda Uruk, Ur şəhərlərindən doğulub-törəməklə yer səthinə yayılması dil bazasında ana məkanının adını təkrar etməsindən irəli gəlir. Bunları deməkdə məqsədim odur ki, Göyçə mahalı bəşər yaranan dövrdən Türk məkanı olmuşdur. Türk xalqlarının dillərində “ur” morfeminin daha çox işlədilməsinin və dünyada hər bir coğrafi ərazidə “ur” morfemli şəhərlərin, qəsəbələrin, köylərin mövcudluğu dünya sivilizasiyasının başlanğıcının Türkdən qaynaqlanmasını təsdiq edən inkaredilməz dəlildir. Göyçə mahalında yaylaqların əksəriyyəti “yurd” sözü ilə bağlıdır: “Taxça yurd” kimi çöxlu toponomik ifadələrdə “ur” morfemi də dediyimiz fikiri təsdiq edən amillərdən biridir. Bu fikir barəsində məsləhətçi redaktor Əlirza Amənbəyli ön sözdə “Qədim Turan eposu”nda da xeyli izahatlar vermişdir...

Göyçə mahalının hazırkı dövrdə göl ətrafında yerləşən hər bir kəndin ərazisində dağətəyi yerlərində tarixi bilinməyən qəbirstanlıqlar mövcuddur. Bu qəbirlər əvvəl-alban qəbirləri,-deyə , sonralar –yunan qəbirləri və bəzilərinin üzərində erməni əli gəzdikdən sonra qədim erməni qəbirləri kimi təqdim olunmuşdur. Halbuki, erməni millətinin erməni xalqı olaraq tarixə düşməsi 1828 “Türkmənçay” müqaviləsindən sonra Piterburq məxvi idarəsinin təşkil etdiyi plan üzrə X. Abovyanın özündən quraşdırdığı “qrabar və naxar” alban ləhcələrinin qarışığından istifadə etməklə yazdığı “Ermənistanın yaraları” əsərinin kilisələrdə tədrisindən sonra baş vermişdir.

Kilisədə təhsil alan erməni uşaqları və onlardan törəyənlər qrammatik quruluşu və altmış faizi türk sözlərindən ibarət müasir erməni dilinin formalaşmasında mühüm rol oynamışlar. Erməni əlifbasının da tərtibçisi alban əlifbasına düzəlişlər edərək ortaya atan məhz X. Abovyanın özü olmuşdur. Sual oluna bilər ki, bəs qədim mənbələrdə erməni dili və əlifbası dəlilləri hardandır? Burada elə bir çətinlik yoxdur: o zaman dediyimiz kimi, bu işdə xristian tərəfi dövlətlərin müsəlman türklərə qarşı olması ilə əlaqədar belə saxta yolla “qədim yazılar” dan tərtib edib siyasi maraqlar məqsədilə ərazilərindəki kitabxanalarda, kilsələrdə yerləşdirmişlər. Qayıdax əvvəlki mətləbə, yəni Göyşə mahalının qədim tarixinə. Son məlumatlara əsaslanaraq Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim( ad bildirən) üzrə yanaşmalarda tarixinə baxaq. “Kitabı- Dədə Qorqud” dastanlarında Baybecan adı çəkilən oguz igidlərindən biridir. Kəndin ərazisi ehtimal ki, Baybecanın düşərgəsi, və ya yaylaq yeri olmuşdur.

Sonralar tarixi münaqişələr, müharibələr, yaşayış məskəninin başqa-başqa tayfaların əlinə keçməsi və şivələrin təsirindən adının deformasiyaya uğraması halları baş vermişdir. Bu səbəbdən də “Baybecan-Babacan” şəkilinə düşmüşdür. Məlumdur ki, Bay-bəy titul, Becan-uca deməkdir. Qədim zamanlarda türklər atı əhliləşdirdikdən sonra yer səthinə yayılma prosesində ən çox çadır-ev yaşayış vasitəsindən istifadə etmişlər. Hər hansı bir ərazidə məskunlaşan zaman yüz, yüz əlli çadırdan ibarət hər birir çadırda bir ailə olmaqla qurulan “evlər-çadırlar” köy adlanmış və bu cür köylərdən ibarət çoxluluq da “yurdlar”, yurd çoxluqları isə “El-ölkə-dövlət" adlanmışdır.

Daş binalar tikib içində yaşamaq o zamanlar üçün Göyçə ərazisində səmərəli olmamışdır. Heyvandarlıq əsas yaşayış təminatı olmaqla sürülər, ilxılar, mal-qara qış fəslində Kür və Araz ətrafındakı qışlaqlara, yaz və yay aylarında Göyçə yaylaqlarına sürülmüşdür. Belə bir şəraitdə keçələrdən, kilimlərdən, xalçalardan, eyni zamanda aşılanmış qoyun dərilərindən, xəz dərilərdən ibarət məişət əşyalarınından istifadə edilməklə çadırlar qurulmuş və həyat sürülmüşdür. Belə olan halda daş evlər tikib içində yaşamaq zərurəti yaranmamışdır. Ən qədim dövrlərdə insan öldükdən sonra yandırmaq, ölünü dərin dərələrə atmaq kimi dəfn adətlərdən savayı qəbirdə dəfn etmək adətləri də möcud olmuşdur.

Göyçə mahalının kəndlərinin hamsının dağətəyi, dağın sinəsi tərəflərində baş daşları qara tuflardan ibarət qəbirlər üç min tarixdən əvvəllərə dirənən əlamətlərilə indi də mövcuddur. Pəmbək kəndinin Şivri dağının ətəyində kəndin “Duzdaq” adlandırdığı qədim qəbirsanlıqda eni 80sm, qlınlığı 60sm, uzunluğu 1m olan tuf daş vardı. Daş üzərində baş tərəf küncündə günəş və şüalarının xətlərlə görüntüsü verilməklə, ortada at üstundə dayanmış başı dəbilqəli, əli belində bir döyüşçü, aşağıda günəşə tərəf əllərini qaldıran insan şəkli həkk olunmuşdu.

Həmin qəbirsanlıqda buna bənzər nisbətən kiçik daşlarla bərabər xaçlı alban qəbir daşları da var idi. Bu mövzulu başqa kəndlərin də ərazilərində qəbirsanlıqlar vardır. Sonralar erməni axeoloqları həmin daşlar üzərində, əsasən Alban qəbir daşlarının xaçlarının qurtaracaq hissəsindəki ayşəkilli əyriləri silib düz kəsik halına salmaqla “Qiriqoryan”laşdırırdılar... O zamanlar əfsuslar olsun ki, həmin daşların foto şəkillərini çəkib saxlamaq ağılımıza gəlməyib...Yuxarıda dediyimiz tarixi mövzular haqqında bu az həcmili yazıda geniş danışmaq imkanı məhduddur, odur ki, keçək miladdan bu yana. “Kitabı- Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələr, Dərbənddən Qara dərya arası və Böyük Qafqazdan Kəngər körfəzinə qədər bir məkanda yaşayan Oğuz tayfalarının ictimai-sosial həyat tərzi Göyçə mahalına da aiddir.

Mehranilər, sacilər, şəddadilər, atabəylər, qaraqoyunlular, ağqoyunlular hakimiyyətləri dövründəki yaşam tərzi və hərbi-siyasi hadisələr də Göyçə mahalından yan keçməmişdir...

Qaraqoyunlu adında Göyçə mahalında qədim kəndin sakinlərinin şəcərəsi yeddi-səkkiz yüzillik tarixə malik idi. Qaraqoyunlu hakimiyyətindən sonra başqa-başqa hakimiyyət dəyişmələri olsa da, həmin kəndin tayfalarından qalan insanlar o məkanda uzun müddət qərarlaşa bilmişdilər. Ən böyük oğuz tayfalarından olan “Töstülülər” tayfası Göyçə kəndlərinin əksəriyyətində var idi və həmin tayfadan törəyənlər sonralar zaman-zaman başqa tayfa adları götürmüşdülər: mehtililər, zubannılar. qaşqalılar, gəlməlilər, şəbəndəlilər və s. Bu yazıda əsas məqsəd Göyçə mahalının Səfəvilər dövründən bu yana tarixi ilə əlaqədar mədəniyyəti, iqtisadiyyatı ilə bağlı yazılı və şifahi mənbələrə istinad etməklə nəzərdən yayınan, vaxtı ilə əhəmiyyət verilməyən tarixini xatırlatmaqdan ibarətdir. Azərbaycan ərazisində XVI əsr tarixi hadisələri Şah İsmayıl Xətainin Səfəvilər dövlətini qurması ilə əlaqədar ictimai-siyasi mühitlə bağlıdır. O zamanlar Göyçə mahalı da Səfəvilər dövlətinin tərkibində İrəvan xanlığının tabeçiliyində coğrafi ərazi kimi qeyd olunmuşdur. Göyçə mahalının həmin dövrdə idarəçiliyinin forması haqqında məlumat verən yazılı sənəd əldə olmamasına baxmayaraq, ağızdan-ağıza gəlib müasir dövrə çatan şifahi məlumatlar vardır.

Səfəvilər dövlətinin ideoloqlarından biri , bədii yaradıcılıqda Miskin Abdal adı ilə tarixə məlum olan dövlət xadimi Lələ Heseynin Göyçə mahalının Sarıyaqub kəndinin ərazisində torpaq mülkiyyəti olmuşdur. Həmin torpaqların ərazilərini Şahdağ silsiləsindəki yaylaqlar və Göyçə gölü sahilindəki düzənliklər təşkil etmişdir. Lələ Hüseynin tayfası “Töstülülər” adı ilə mahalda geniş yayılmışdır və Lələ Hüseynin torpaq mülkiyyətinə həmin tayfanın ağsaqqalları başçılıq etmişdir. Əsasən əhalinin istehsal məşğuliyyəti heyvandarlıq və əkinçilik sahəsi olmaqla feodal iqtisadi münasibət formasında birgəyaşayış qaydaları şəraitində kəndlərdə məskunlaşmış insanlar İslam qanunları ilə idarə olunmuşlar. Hər bir kəndin əhalisinin tərkibini yaxın qohumluq xətti təşkil etmişdir və birgəyaşayış qanunları tayfa içərisindən çıxan ağsaqqallar, təhsil almış ruhanilər tərəfindən tənzimlənmişdir. O dövrdə Göyçə gölünün hər iki sahilində təqribən qırxa qədər ailə sayı etibarı ilə orta hesabla əlli-altmış evlərdən ibarət kəndlər vardı. Göyçə mahalında Səfəvilər dövründə insanlar arasında yüksək bir haqq-ədalətin hökm sürdüyü zaman olmuş və həmin münasibətlər sosial həyatda ictimai-iqtisadi münasibətləri də öz məcrasına yönəltmişdir. Qohumluq əlaqələrinin güclü təsiri altında insanlar hər kəsin qabiliyyəti və bacarığı əsasında yaşamasına şərait yaratmışdır. Kimsəsiz qocalara, başsız ailələrə, əlil və şikəstlərə varlılar tərəfindən daim qayğı göstərilmişdir. Göyçə dağlarında yaylaqların, otlaqların genişliyi və göl ətrafındakı əkin sahələri üçün yararlı olan düzlərdə kəndlərin əhalisinin bacardığı qədər əkib-becərmək imkanı olmuşdur. Həmin dövrlərdə Göyçə mahalında əsasən İslam dininin şiə məzhəbi bütünlüklə qəbul edilmış və kəndlərdə uşaqlara şəriət dərsləri keçilmişdir.

Beləliklə, insanlar arasında ərəb əlifbasında yazıb oxuyanlar Qurani-Kərimin ayələrindən və İslam rəvayətlərindən sosial yığıncaqlarda, dini mərasimlərdə söhbətlər etməsi dini maarifləndirmə işini həyata keçirirdi. Hələ o zamanlarda hər bir kənddə imkanlıların təşəbbüsü ilə inşa olunan “Qara dam“lar, yəni uzunluğu altı-yeddi metr, eni dörd-beş metrdən, özülü qazmadan, üstü piramida formalı atmalardan ibarət evlərdə kəndin həm dini, həm də ümumi yığıncaqları keçirilirdi. Altı ay qarlı qış mövsümündə kənd əhli Qara damlarda aşıq məclislərində dastanlara qulaq asıb mənəvi həyat yaşayırdılar.

Təsərrüfat işləri: əkin-biçin, yaylaq-mənsil mövsümü mart ayından başlayıb sentyabr ayında tamamlanırdı. Hər kənddə iki-üç varlı adam olardı və onların naxır, sürülərinə çobanlıq edənlər tayfa qohumlarından ibarət olurdular, eyni zamanda həmin çobanların da sürünün daxilində iyirimi-otuz heyvanı, naxırlarda isə beş-on baş inəkləri vardı... Ümumiyyətlə, Göyçə mahalında tayfa ağsaqqaları arasında hörmət və ehtiram ənənəvi olaraq nəsldən-nəslə ötürülürdü. Bir kəndin ağsaqqalı başqa bir kəndə xeyir-şər məclislərinə gedərkən kənd camaatı həmin ağsaqqalla ikiəlli görüşüb xoş münasibət bildirirdilər. Çox nadir hallarda kimsə elin qaydalarını pozardısa, birinci növbədə ağsaqqallar həmin pozuntuya müdrikcəsinə yanaşıb həll edərdilər və zərurət olardısa, haqq-ədalətlə cəzalandırardılar.

Niftalı Göyçəli


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər