Məcnun Göyçəli –Bir bahar zambağı açmışdı könlüm, Dövranın fırçası dərdimi çəkdi!

17:00 / 25.03.2019
Baxılıb: 2798

Qərbi Azərbaycan Türk şairlərindən olan Göyçədilli, Göyçətəbli şair Məcnun Göyçəlinin “Rübailər, Ocaqyalı” kitabının titul vərəqində kitabın redaktoru Əli Rza Xələfli Məcnun Göyçəlininin yaradıcılığı haqqında qısa bioqrafiq məlumatı belə təqdim etmişdir:

“Məcnun Göyçəli milli ruha köklənmiş, çağdaş poeziyamızın sayılan-seçilən nümayəndələrindəndir. Şairin “Seçilmiş əsərləri”nin birinci cildinə zaman-zaman qələmə aldığı müxtəlif janrlı bədii nümünələr, o cümlədən iki poeması daxil edilmişdir. Məcnun Göyçəli yaradıcılığında təxəlik, poetik duyum, səmimiyyət, doğma el-obaya məhəbbət, yurd həsrəti, didərginlik həyatı, övlad dərdi başlıca yer tutur. Kövrək ruhlu, zərif duyğulu, incə deyimli ifadələr, gözlənilməz bədii sonluqlar şairin yaradıcılığına xas olan axar-baxarlı poetik lövhələr oxucu yaddaşında silinməz izlər buraxır, insanın mənəvi aləminə təzəlik və təravət gətirir.

Yetər ki, səbrinizə yer göstərib, bu dəyərli şairimizi ağıl-kamal gözü ilə, ürəklə oxumağa girişib zəngin poeziyası ilə dərdləşəsiniz. ”Bəli, bir oxucu kimi “Rübailər, Ocaqyalı” kitabını vərəqləyib oxumağa başladım. Kitabın birinci səhifəsindəki:

“Bir bahar zambağı açmışdı könlüm,

Dövranın fırçası dərdimi çəkdi!” bu iki misra proloq əvəzi başdan yazılımışdır. Əlbəttə şair hələ neçəki Göyçə yağı caynağına keçməmişdi, sevgidən, məhəbbətdən, gözəlliklərin al-əlvan boyalarından yazırdı, lakin “Göyçə dərdinə” düçar olandan sonra nisgilli, kədərli şeirlər yazmağa başladı- “əlinə dərd çəkən fırça” aldı- dərdli bədii lövhələr onun yaradıcılığını çulğadı.

Məcnun Göyçəlinin Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən” şeirinə cavabında zamanın haqq-ədalət tərəzisinin əyildiyi məqamını poetik lövhələrlə təsvir etdi və bu cavab şeri dillərdə dolaşmaqdadır...İndi mövzuya münasib şairin bəzi rübailərindən seçmələr edərək hikmətli misralarda əks olunan ustad nəsihətlərindən faydalanaq.

Namərd xalçasında gəl, qurma bardaş,

Canda qan ağladar atdığın hər daş.

Necə baş qoyasan soyuq torpağa?

Hər qazılan məzar gor deyil, qardaş!

Bəli, hər bir insan doğulduğu məkanda rahat uyuya bilər... Yad eldə qazılan məzar bir gün insanın öz kəndindəki, şəhərindəki məzərlıqda yenidən qazılır və onun goru-qəbri həqiqi məkanında qərarlaşır.

Paklığın aynasına şər örtüyü salma gəl,

Yamanlığa pul qoyub, yaxşılığı alma gəl.

Fələkqanad atını yüz il çapsan, nə fayda,

Xeyirünvan günlərin səfərindən qalma gəl.

Bu rübaidə də ustad sözü odur ki, “Yamanlığa pul qoyub, yaxşılığı alma gəl” rüşvətlə vəzifəyə keçib (məmur xalqa sədaqətli xidmət mərtəbəsidir) xalqı soyanlara işarədir...

Hərə öz bəxtinin təxtinə dönür,

Bir fikir aləmi yüz don bürünür.

Aslan dişlərində bərq vuran Günəş

Gör neçə ceyranın gözündə sönür!

Bu rübaidə də şair həyatın ədalətsizliyindən bəhs edir, təzadların reallığı da ədalət baxımından qəbul olunmaz hesab edərək etirazını bildirir. Bu cur yanaşma şair hümanizminin təzahürüdür və gözəlliklərin vəhşilər tərəfindən məhv olunmasının əleyhində dayanır...

Oyağın bir, yatanın yüz düşməni var,

İnsan oğlu dar məzarda yuxu tapar.

Baş qoyma gəl bu dünyanın balışına,

Vücudunu haqqa sarı oyaq apar.

Bu rübaidə də hikmət dərindir. Belə ki, elə bizim yuxulayıb çox bəlalara düçar olmağımız öz əksini tapır...Məcnun Göyçəli hərtərəfli dünyagörüşünə malik istedadlı şairlərimizdəndir, var olsun!

Niftalı GÖYÇƏLİ


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər