MƏN KİMƏM, AZƏRBAYCANLI, YOXSA TÜRK?

15:00 / 02.12.2018
Baxılıb: 2438

Bu ölkədə türk dilinin kökünü kəsmək lazımdır

“ MƏN KİMƏM, AZƏRBAYCANLI, YOXSA TÜRK? ”

“ Mən Şumer köklü, iskit soylu, sak ləyaqətli, hun əzəmətli, oğuz nəsilli, türk əsilli türkəm! Bununla da fəxr edirəm! Millətim türk, dilim türk dili, Vətənim Azərbaycandır ”. E.Əlibəyzadə.

(Öz kökü, soyu ilə bağlı, milli mənsubiyyətilə bağlı məsələlər, problemlər İsmayıl Hüseynoğlunu təkcə peşəkar jurnalist kimi deyil, Vətəni Azərbaycanı sevən, onun ağrı- acılarını öz ağrı-acısı bilən bir vətəndaş kimi, daim bütün həyatını erməni faşizminə qarşı mübarizə yolunu əxz etmiş bir Ulu Göyçə fədaisi kimi həmişə məşğul etmiş, Onu düşündürmüşdür. Əziz oxucularımıza təqdim olunan bu məqalə 4 fevral 1993-cü ildə “ Şimali Azərbaycan ” qəzetində dərc edilmişdir. Milli mənsubiyyətlə bağlı yazılar seriyası kimi də təqdim oluna bilər. Eyni zamanda “ Mən Kiməm? publisistik yazısının daha bir variantı kimi də təqdim olunur- M. İsmayılqızı).

Suallar, suallar... Birdimi, beşdimi, yüzdümü? İki yüz ilə yaxındır ki, torpağımız da, özümüz də zaman-zaman parçalanmış, bölünmüş, hücumlara məruz qalmışıq. Kimdir müqəssir? Bəlkə bu miskinliyə səbəb Tanrının bizə bəxş etdiyi alın yazısıdır? Bəlkə yadellilərə qarşı qılıncımızın korş, mübarizə əzmimizin aşağı olmasıdır? Bəlkə təbiətimizdəki həlimlik və sadəlövhlükdür? Yox, min dəfə yox... Mənə elə gəlir ki, bu sualların hamısı da millətimizin bəsirətiylə yoğrulsa da, bütün dərdlərimiz “ Mən kiməm? " sualına cavab tapmamağımızdan doğur. Bu gün üçün qəribə görünsə də, zaman baxımından özünü dərk etməyə başlayandan bəri məni həmişə “ Mən kiməm? Azərbaycanlıyam, yoxsa Türkəm? ” sualı narahat etmişdir. Narahat edir ona görə ki, bir çox minilliklərdən bəri, lap belə demək cayizdirsə, İnsan dünyaya “ qədəm qoyduğu ” vaxtdan bəri əcdadlarımız, necə deyərlər, yeddi arxa yox, lap yüz arxa dolananlarımız Türk olmuşlar və Türk də adlanmışlar.

Axı, tarixin heç bir qatında nə “ Azərbaycanlı ” adında millət məfhumu, nə də “ Azərbaycan dili ” məfhumu olmuşdur. Mahmud Kaşğarinin yazmasına görə, “ Türk peyğəmbər Nuhun oğlunun adıdır. Tanrı türklərə “ Mənim ordum ” dedi, türkləri bütün zamanlar üçün Xan- Xaqan qıldı. Hər kim muradına yetmək istərsə, türklüyə bağlı qalsın. Çünki türklülük təmizürəklik, mərdlik, mərhəmət, ədalət və haqqı tanımağın xəmiriylə yoğrulub. Bu xislətlər Türkə Tanrının töhfəsidir ”. Bu töhfədən Türkəm deyənin hamısına pay düşmüşdür. Buna görədir ki, həmişə əcdadlarımız türk olmaları ilə qürurlanmış, fəxr etmişdir. Bu, irsən hamımıza keçmişdir, ətimizə-qanımıza hopmuşdur. Lakin pasportuma baxanda milləti qrafasında “ Azərbaycanlı ” sözünü oxuyanda məni nəhayətsiz bir dəhşət bürüyür, miskin bir vəziyyətə düşürəm, yazıqlığımı bir daha dərk edirəm.

Düzdür, Azərbaycan kəlməsini coğrafi bir məfhum kimi, torpağımızın, məkanımızın, məmləkətimizin adı kimi hamımız sevirik. Bu bizim hamımızın və ayrılıqda hər birimizin səcdəgahımız olsa da, millətimizin halal Türk adı əvəzinə zorla “ pərçim ” edilmiş “ Azərbaycanlı ” kəlməsi qəlbimizi dərinliklərinə qədər silkələyir, üşüdür. Əcəba bu qədər də zorakılıq, sünilik olarmı? “ Yalan ayaq tutar, yeriməz ” deyiblər. Lakin düz 54 ildir ki, xalqımıza “ pərçim ” edilmiş bu “ yalan ” ayaq tutub yeriyir...

Düzdür, bu yaxınlarda Milli Məclisimiz Azərbaycanda dövlət dilinin Türk dili olması haqqında qərar qəbul etmişdir. Bu, əlbəttə, elə bir yenilik, kəşf deyil. Sadəcə olaraq Milli Məclisimiz respublikada milyonların arzusunu təmsil edərək 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının varisliyini (Üç rəngli bayrağımız və Dövlət himnimizdə olduğu kimi) bərpa etmişdir. Lakin bu məsələnin bütöv həlli demək deyil. Nədənsə, milli mənsubiyyətimiz haqqında hələ də susurlar. Bax adamı dəhşətə gətirən də elə budur.

Çox uzağa getməyək, yaxın keçmişimizə aid real bir faktı nəzərinizə çatdırmaq istəyirəm. 1934-cü ildə yazılmış və möhürlənmiş, - atama aid bir arayış – Basarkeçər rayon torpaq şöbəsinin verdiyi sənədi dönə-dönə gözlərim önündən keçirir, hərfbəhərf oxuyuram: “ Qəhrəmanov Hüseyn Əli oğlu ”, iki dildə, həm erməni, həm də türk dilində milliyyəti qrafasının qarşısında həm erməni qrafikası, həm də latın qrafikası ilə “ Türk ” sözü yazılmışdır. Yaxud 1935-ci ildə Şişqaya kənd şurasının anam Qəhrəmanova Həlimə İbrahim qızının adına yazdığı arayışda da milliyyəti qrafasının qarşısında yenə də “ Türk ” yazılmışdır. Elə bəla da burasındadır. Atam və Anam türk ola-ola, mən dönüb olmuşam “ Azərbaycanlı ”(?)

Görəsən, birdən-birə nə baş verib? Deyək ki, öz xeyməsində rahatca yatan bir ərəbə sabah açılanda deyəsən ki, sən bundan belə “ ingilis ” adlanmalısan, inanın ki, bu sözdən sonra o, heyrətdənmi, vahimədənmi, sarsıntıdanmı dəli ola bilər. Amma biz çox dözümlü adamlarıq, dəli-zad olmadıq. Hələ bir azca da “ sığalladılar ” ki, bəs deməzsənmi millət torpağın adıyla, yəni coğrafi adla adlansa daha yaxşı, daha fəzilətli olar.

Beləcə də düz 54 ildir ki, coğrafi adla “ Azərbaycanlı ” deyə adlandırılmağa başlamışıq. Deyirlər ki, Allahın səbri böyükdür - 40 ildir. Amma biz Allahın türk bəndələri totalitar rejimin təsiri nəticəsində bu apegeyi çoxdan ötüb keçmişik. Lakin hələ də dözürük. Desəm ki, bu dözümlülüyün özü də Türkə xas olan böyüklükdür, yəqin ki, səhv etmərəm. Rəvayətə görə, türk övladı dünyaya gələndə öz Tanrısından üç şey diləyir:

Birincisi- Güc və qüvvət. Bu ona görə lazımdır ki, özünə və yaxın adamlarına, bütovlükdə millətinə gərəkli olasan, xeyirxahlıq göstərə biləsən, vətənin işinə yarayasan, yeri gələndə öz canın və qanın ilə onu müdafiəyə qalxasan, düşməninə qarşı amansız və mübariz olasan!

İkincisi- Səbir və təmkin. Bu da ona görə lazımdır ki, hər iki halda (həm xeyirxahlıq, həm də mübarizə baxımından) güc və qüvvət çatmayanda səbr və təmkinini itirməyəsən, ruhdan düşməyəsən, məyusluğa qapılmayasan- məqam gözləyəsən.

Üçüncüsü- Müdriklik. Bu isə ona görə lazımdır ki, güc və qüvvət göstərməyin, yaxud səbir və təmkinliliyin yerini məqamlara görə düzgün ayırd edə biləsən. Bunlar müəyyən mənada türkü səciyyələndirən əlamətlərdir. Doğrudan da, Azərbaycanımızın çoxəsrlik tarixi onu göstərir ki, türk övladına elə bir müdriklik müyəssər olmuşdur ki, o, nə vaxt, hansı məqamda güc və qüvvət göstərməyi, yaxud əksinə, səbirli və təmkinli olmağı məharətlə, bir zərgər dəqiqliyi ilə ayırd edə bilir. Burada gecikmək zərərli olduğu kimi, tələsmək də bəhrə verməz. Burada hər hansı təkzibə ehtiyacı olmayan məlum bir faktı- tarixi həqiqəti xatırlayaq ki, Stalin, Mikoyan, Beriya güruhu xalqımıza zorla “ pərçim ” etdikləri “ qondarma ” Azərbaycanlı adını Prokrustcasına geyindirməklə əl çəkmədilər.

Bu güruh nə az, nə çox üç dəfə əlifbamızı dəyişməyə, soydaşlarımıza “ ov ”, “ yev ”, “ ski ” və s. “ peyvəndlər ” etməyə müvəffəq oldular. Və hər dəfə də bu “ əməliyyatlar ” sürəkli alqışlar altında aparılırdı. Bu mənəvi sarsıntıya çətinliklə də olsa, xalqımız duruş gətirə bildi. “ Beynəlmiləlçilikdən ” məst olmuş bir çox “ başbilənlərimizin ” hakimiyyəti illərində dövlət orqanlarında çoxlu aparıcı vəzifələri tutmuş erməni daşnak ünsürləri respublikada bu “ əməliyyatlara ” qarşı etiraz səslərini qaldıran yüzlərcə, minlərcə ziyalılarımızı- böyük zəka sahiblərini, həm də 1918-1920–ci illərdə daşnakların törətdiyi genosidə qarşı döyüşlərdə fədakarlıq göstərən igid oğul və qızlarımızı, çoxlu dövlət xadimlərimizi “ xalq düşməni ” adı ilə güdaza verdilər.

Özləri meydan sulamaqdan ötrü respublikanı zəka yoxsulluğuna düçar etdilər. Ötəri də olsa burada kiçik, lakin xarakterik bir faktı xatırlamaya bilmərəm. Respublikamızın paytaxtında, onun şəhər və kəndlərində olduğu kimi onun hüdudlarından uzaqlarda, indi Ermənistan adlandırılan qədim türk-oğuz torpaqlarımızdan olan Ulu Göyçədə də millətimizin adının dəyişdirilməsi “ mərasimi ” qurbansız keçmədi. Kommunist ləbbadəsinə bürünmüş erməni daşnaklarının əllərinə çoxdan gözlədikləri bir məqam düşmüşdü.

Göyçənin başqa kəndlərində olduğu kimi bizim kiçik Hacı Qərib kəndində də 1918-19–cu illərdə daşnaklar Göyçəni və onun silahsız əliyalın adamlarını oda qaladıqları vaxt Gədəbəy könüllülərinin başçısı Seyyid Abuzərin dəstəsində düşmənə qarşı vuruşmalarda şücaət və fədakarlıq göstərən, xüsusilə Göysu- Şişqaya-Ağkilsə xəttində daşnak nizami ordusunun bir bölməsini pərən-pərənə salıb məhv edən, daşnaklardan bir kiçik çaplı top, bir neçə at arabası, xeyli silah və başqa hərbi sursatı qənimət kimi götürən qabaqcıl Vətən övladlarını- Kərbəlayı Məmməd oğlu Vəli (Göyçədə bu “ Yekə Vəli ” adı ilə məşhur olmuşdu) və Bağır oğlu Yusifi Xalq düşməni ” kimi  “ damğalayıb ” gedər-gəlməzə göndərdilər.

Nəhayət, 1956- cı ildə ölümlərindən sonra bunların hər ikisinə “ bəraət ” verildi. Məlim oldu ki, millətin “ Türk ” adının “ Azərbaycanlı ” adlandırılması vaxtı etiraz etdiklərinə görə iki nəfər erməninin, kənddə nalbənd işləyən Assatryan və Akopyanın izahatı əsasında gedərgəlməzə göndəriliblər. Əlbəttə, verilən “ bəraət ” övladları üçün təsəlli olsa da, mərhumların buna heç bir ehtiyacı yox idi.Bu qəbildən olan misallar çox-çoxdur. Lakin biri ilə kifayətlənirik. Göründüyü kimi, “Daşnaksütyun” partiyası gizli qaydada olsa da, həmişə bolşeviklərlə “ ittifaqda ” olmuş, bölgənin türk əhalisinə qarşı əlbir hərəkət etmişlər.

Təsadüfi deyildir ki, “ Daşnaksütyunun ” keçmiş liderlərindən biri olan O. Kaçaznuni 1923-cü ildə Buxarestdə çıxış edərkən bu məsələni açıqlayaraq demişdir: “ Hazırkı tarixi mərhələdə partiya (yəni Daşnaksütyun- İ. H.) öz vəzifəsini yerinə yetirmişdir, onun apardığı mübarizəni, indi daha uğurla bolşeviklər aparırlar ”.Doğrudan da, belə olmasaydı, Ermənistanın Basarkeçər (Vardenis), Dərələyəz (Mikoyan), Vedi (Ararat), Üçkilsə (Eçmiadzin), Qəmərli (Artaşat), Allahverdi (Tumanyan), Hamamlı (Spitak), Calaloğlu (Stepanavan), Gümrü (Leninakan), Qarakilsə (Kirovakan), Axta (Hrazdan), Dərəçiçək (Sevan), Ellər (Abovyan), Çəmbərəkənd (Krasnoselo), Ağbaba (Amasiya), Aşağı Qaranlıq (Martuni), Kəvər (Kamo), Qarabağlar (bu rayonu sonradan bölüb ləğv etdilər- İ. H.) kimi əhalisinin böyük əksəriyyəti türklərdən ibarət olan bu bütöv rayonlar tədricən, lakin son hesabda tamamilə “ erməniləşməzdi ”. Bu mənəvi sarsıntılara xalqımız mərdliklə sinə gərdi, təntisə də, yıxılmadı, özünü cılızlaşmaqdan qoruya bildi, millətin əsl Türk adı embrional vəziyyətə qaytarılsa da, bunu qəlblərdən çıxarmaq mümkün olmadı. Bu türk xislətinin nəticəsidir, türk böyüklüyünün bəhrəsidir. Bütün bu təbədülatlara, təlatümlərə baxmayaraq, Azərbaycan türkləri rəsmən “ Azərbaycanlı ” adlansalar da, həmişə də, bu gün də uşaqdan-böyüyə qədər iç dünyasında özlərini ruhən türk hesab edir və türk olmaları ilə fəxr edirlər. Təbiidir ki, məkan baxımından bunun azərbaycançılığa heç bir zərəri və mənfi təsiri yoxdur və ola da bilməz. Azərbaycanda yaşayan rus da, ukrayın də, ləzgi də, yəhudi də, talış da, kürd də, tat da, tatar da, gürcü də və başqa etnik qrupların nümayəndələri də, bütövlükdə Azərbaycan türkləri də haqlı qaydada “ azərbaycanlı ” sayılır və respublika milli çələngini bəzəyirlər. Lakin pasportda və başqa vətəndaşlıq aktı sənədlərində bu “ azərbaycanlıların ” hər biri ayrılıqda özünün milli adının daşıyıcısı olmalıdır. O cümlədən Azərbaycanda yaşayan və əhalinin böyük əksəriyyətini təşkil edən türklərə də bu hüquq şamil edilməlidir. Bunun heç kimə və heç bir millətə ziyanı yoxdur. Sadəcə olaraq məqsəd qondarma “ azərbaycanlı ” adından, bu konsesdən azad olmağımızdır, tarixi milli “ Türk ” adımızın bərpa olunmasıdır.Respublikamızda türk dilinin dövlət dili kimi qəbul edilməsi haqqında Milli Məclisin müvafiq qərarına baxmayaraq, millətimizin “ türk ” adı hələ bərpa olunmayıbdır. Bu, çox təəssüf, həm də təəccüb doğuran bir amildir.

Bu laqeydlik, görəsən, haradan gəlir? Bir qədər geriyə nəzər salaq. Milli Məclisdə dövlət dilinin müzakirəsi zamanı bəzi millət vəkillərinin, habelə bir neçə “ mütəxəssisin ” açıq-aşkar “ Bəlkə də qaytardılar ” mövqeyində dayanmaları adamda qanuni ikrah hissi doğurmaya bilmir. Çox təəssüf ki, səmimiyyətinə heç bir şübhəmiz olmayan, hörmətli xarici işlər nazirimiz T.Qasımov da bu sırada idi. Yaxud ustad Səməd Vurğunun “...Çadrasız, boyasız türk qızlarından...” məşhur kəlamını respublikada hamının əzbər bildiyi halda, bəzi millət vəkilləri necə olubdur ki, bilməyiblər!?...

SSRİ- nin bioloji ölümündən sonra demokratik hərəkatda ən çox sevdiyim iki böyük şəxsiyyət var və bu şəxsiyyətlər bütün parametrləri ilə dövrun ən kamil siyasətçiləri kimi həm də bir- birlərinə çox oxşayırlar, bunlardan biri İ. Qəmbərov, digəri isə Rusiya Parlamentinin spikeri Ruslan Xasbulatovdur. Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşdə İ. Qəmbərov çox qəribə, paradoks bir fikir yürütmüşdür:.. Bu gün Azərbaycan adında bir superetnosun ortalığa çıxması, öz adında müxtəlif millətləri birləşdirən bir superetnosun yaranması tarixin bizə bağışladığı nemətdir. Azərbaycanda yaşayan və azərbaycanlılığı qəbul edən bütün millətlərin nümayəndələrini birləşdirib bir yerdə Azərbaycan milləti kimi inkişaf edə bilərik ”.

Yox, İsa bəy! Yeni milləti uydurmaq heç bir elmi məntiqə, biogenetik qanunlara sığmaz şeydir, tarixi yaddaşımıza isə daban-dabana ziddir. Hörmətli İsa bəy, xalqımız Sizdən- öz ləyaqətli oğlundan, bütövlikdə Milli Məclisimizdən özünün tarixi “ TÜRK ” adının özünə qaytarılmasını tələb edir. Yaxud, başqa sözlə desək, Azərbaycan Demokratik Respublikasının millətimizin “ türk ”, dövlət dilimizin isə “ türk dili ” kimi təsbit edilməsini yenidən bərpa edəsiniz. Bunun heç bir rəy sorğusuna- referenduma da ehtiyacı yoxdur.

Millətimizin və dilimizin adının 1938-ci ildə bədnam qaydada dəyişdirilməsi vaxtı xalqdan heç bir şey soruşulmayıbdı... Nəzərə alınmalıdır ki, axı “ Türk ” adı iftixarımızdır, onun cahanşümül şöhrəti heç vaxt səngiməmişdir və səngiməyəcək də!( Təbii, İsmayıl Hüseynoğluna məxsus, onun peşəkar jurnalist qələmindən cilalanaraq mükəmməl şəkildə sizlərə təqdim olunan bu gözəl nümünədən sonra Millətimizin Türk adı ilə bağlı tarix elmləri doktoru Seyidağa Onullahinin “ Dilimz hansı dildir, Azərbaycan, yoxsa Türk? ” adlı məqaləsindən balaca bir parça təqdim olunsa, səhv etmirəmsə, çoxlarının ürəyincə olacaq. Elə isə buyurun...

Arif Qəzvini əsərlərinin birində yazırdı: “ Bu ölkədə türk dilinin kökünü kəsmək lazımdır ”. Göründüyü kimi, millətimizin qatı düşmənləri də “ Azərbaycan dili ” deyil, “ Türk dili ” sözlərini işlətmişlər. Qeyd etdiklərimizdən aydın olur ki, tarix boyu millətimizin adı “ Türk ”, dili isə “ Türk dili ” kimi qeyd edilmişdir. Yalnız 1939-cu ildən sonra 53 il ərzində millətimizi “ azərbaycanlı ”, “ azəri ”, dilimizi isə “ Azərbaycan dili ” və ya “ Azəri dili ” adlandırmaqla öz soyumuz və kökümüzdən uzaqlaşdırmağa cəhd göstərilmişdir.

Halbuki Azərilər vaxtilə fars ləhcələrindən birində danışan, azlıqda qalmış bir xalq olmuşdur. İndi də onların xələfləri Xalxal mahalının bir çox kəndlərində sakindirlər və “ Azəri ” dilində danışırlar.

İsmayıl Hüseynoğlu. SSRİ Jurnalistlər İttifaqının üzvü.


Etiket:
Xəbərlər

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023
Bütün xəbərlər