Firudin Cəlilov:"Bizim tariximizin böyük hissəsi erməni qrobar dilində yazılmış mətnlərdədir"

16:00 / 04.12.2018
Baxılıb: 2426

SON DEPORTASIYADAN 2O IL....

Bu il qışın ilk günləri xalqımızın sonuncu dəfə dədə-baba torpaqlarından qovulmasının, deportasiya olunmasının 20 illiiyinə təsadüf eləyir. Bəli sonuncu deportasiya və 20 il. Bu rəqəm çox şeyləri söyləyir. Mənim yaddaşımda o günlərin indi ancaq alatoranı qalır. Amma taleyimizə vurulan zərbələrdən danışmaq nə sözə sığar, nə sığala gələr. Bu ağrılar uzun zamanlara ölçülüdü. Elə ona görə də unudulmağı çox ağırdı. Böyük Sokrat deyir ki, çalışın alimlərlə çox ünsiyyət saxlayın, çünki onlar sizə yalnız xəzinə verə bilər. Doğrudan da bu belədir.

Sokratın kəlamıyla yolu əlimə alıb xəzinə axtarışına çıxdım.Tanınmış tədqiqatçı alim, filologiya elmləri doktoru professor Firudin Cəlilovla görüşdüm. Öncə hal-əhval tutduq, onunla görüşümün niyyətini nə səbəbdən doğulduğunu söylədim. Əslində onu bu qarlı-şaxtalı qış günündə arayıb-axtarmağımın səbəbləri də bu ağrılardan-üzüntülərdən gələnlərdi.

Beləliklə, diktafonu işə salıram və söhbətimizə başlayıram.

 

Firudin müəllim xoş gördük sizi. Sizinlə artıq ikinci dəfə görüşürük. Əvvəlki görüşümüzün təəssüratları çox xoş oldu. Bəzi məsələlərə aydınlıq gəldi. Efirdə gedən söhbətimizi mətbuat səhifəsinə çıxartmağı da lazım bildim. Efirdən səslənəcək bu görüşümüzü yenə də mətbuat səhifələrinə çıxartmağı lazım bilirəm. İlk öncə soruşmaq istəyirəm vaxtınızı almıram ki?

 

-Xoş gördük, Savalan bəy. Mən də sizi ilk öncə salamlayıram və ünvanladığınız sualları məmnuniyyətlə cavablandırmağa hazıram. Vaxtımı almırsan, mənə dinləyicilərlə də, oxucularla da görüşmək çox xoşdur.

 

Çox sağ olun, minnətdaram. Bildiyimiz kimi, erməni vandolizminin xalqımıza qarşı törətdiyi ən axırıncı cinayətdən, deportasiyadan 20 il ötür. Yurdlarımızdan 1988-ci ilin köçürülmələrini Qərbi Azərbaycan türklərinin deportasiyasını nəzərdə tuturam. O, ağrılı-acılı günlərdən 20 il ötsə də biz hələ o illərin faciəsini lap isti-isti yaşayırıq. Sualı da belə qoymaq istəyirəm. O vaxtdan bəri itirdiklərimizin maddi-mənəvi tutumu, miqdarı, miqyası ölçüyə gələndimi, bunu necə ifadə etmək olar?

 

-Əlbəttə, milli təqvimdə bayram günləri də olur, tarixi-dəyəri olan milli günlər də olur. Təbii ki, belə qara günlər də olur. Son beş-üç ilin faciələrini sadalasaq 20 yanvar faciəsi, Xocalı soyqırımı və başqa belə ağrılı-acılı günlərimiz olub. Bu ağır günlərdən biri də deportasiyayla bağlıdır. Bayaq siz də qeyd etdiniz. Bu il deportasiyanın 20 ili tamam oldu. 1988-ci ilin bu aylarında dekabrın 4-5-də demək olar ki, artıq ermənilər deportasiyanı son köçürülmələri başa çatdırdı. Azəri türklərinin qədim Oğuz türk yurdu İrəvandan tam köçürülməsini beləcə həll edə bildilər. Əslində deportasiyanın tarixi çox qədimdi, bunu bilirik, 1988-ci il sonuncusu oldu. Bu səkkiz rəqəmi elə bilin deportasiyanın boynuna biçilib. Bu 1948-ci ildə də oldu. O vaxtlar Stalinin və SSRİ Nazirlər Kabinetinin qərarı ilə dövlət səviyyəsində insanlar İrəvan xanlığından köçürüldü. Bir az əvvələ getsək bu hadisə bir də 1918-ci ildə olub. Əslində 1915-ci ildən, 1918-ci ilə qədər davam elədi. O vaxt köçürülən soydaşlarımızın bir qismi Türkiyəyə, bir qismi İrana addadı. Bugün İqdır ərazisində yaşayanların çoxu Arazın bu tayından köçüblər. Özləriylə bağlı yer-yurd adlarını da aparıblar. Bu axırıncı deportasiya dövlət səviyyəsində, yəni SSRİ-nin nəzarəti altında olmadı. Bu qəsdən nəzarətdən çıxarıldı. Əlbətdə SSR-nin barmağı altdan işlədi, onlar ermənilərə şərait yaratmadılar. Qarabağ məsələsini ortaya atmaqla, Ermənistanı mono dövlətə çevirməkdən ötrü ordan türkləri deportasiya etdilər, qovdular. Didərgin düşən yurddaşlarımız Azərbaycanda yerləşdilər. O vaxtlar çox ağır günlər idi. Qışın soyuğunda, qarda, çovğunda, ayaqyalın, başıaçıq o dağları aşıb bu yana keçirdilər. O illərin şəkillərinə baxanda adamın ürəyi ağrıyır. Çox ağır şeydi. Bir bölgənin vətəndaşı neçə dəfə deportasiya olar?  Bir dəfə, iki dəfə, üç dəfə, yəni bu sanki hər nəslin boyuna biçilibdi. Sonuncu dəfə üç yüz min civarında soydaşımız Azərbaycana gəldi. Burda onları yaxşı qarşıladılar. Bakıda, Bakı ətrafı kənd və rayonlarda yerləşdilər. O vaxt bizim səhvlərimiz çox oldu. O vaxtın iqtidarına şəxsən mən də təklif eləmişəm ki, ordan gedənlər Qarabağda yerləşdirilsin. Ancaq o vaxt buna dövlət səviyyəsində razılıq olmadı, bugün də o səhvin cəzasını çəkirik.

 

İrəvandan deportasiya zamanı yəni 1988-ci ildə, demək olar ki, Qarabağ qırğınları da başladı. Bu iki qanlı hadisə, erməni paqromları planlı şəkildə aparılırdı. Bizlər isə tamam xəbərsiz, əlimiz yalın. Münasibətinizi bilmək istərdim.

 

-Əlbətdə, bu bir ssenari idi. Bu ssenarinin görünən tərəfləri idi. Dəhşətlisi də odur ki, ssenarinin görünməyən tərəfləri də var. Bilirsiniz SSRİ dağılmaq üzərə idi və bunu bilən qüvvələr var idi. Fikirləşirdilər ki, SSRİ dağılacaq, respublikalara ayrılacaq və bu ayrılmalarda xəritələr yenidən cızılmalıdı. Və xəritələr yenidən cızılacaqsa təbii ki, ermənilər bizdən həmişə ayıqdı. Çünki tarixi gözəl bilirlər, tarix boyu ideologiyanı yaşadırlar. Bizdə milli ideologiya formalaşa bilmirsə, ancaq onlarda 1000-1500 ildir ki, ideologiya formalaşıb. Hər doğulan erməni körpəsi gözünü açanda xəyalən olsa « Böyük Ermənistanı » kəlməsini eşidir. Tarixdə fürsət düşdükcə erməni həmişə öz xeyrinə bəhrələnib. SSRİ vaxtı da öz xeyirlərinə gözəl istifadə etdilər. Son fürsətdə 20 faiz torpaqlarımızı tutdular, əhalimizi öz dədə-baba yurdumuzdan çıxartdılar. Xalqımız öz vətənlərində qaçqınlıq yaşayırlar. Bu görünməyən bir şeydir. İnsan öz torpağında qaçqın düşsün. Bəli, bütün bunlar planlı şəkildə aparıldı. Bu gün dünya ictimaiyyəti, dünya dövlətləri deyək ki, Minsk qrupuna aid olan dövlətlər bir dəfə də ağızlarına alıb demir ki, Ermənistan işğalçı dövlətdir. Bu sözü işlətmirsə məsələ bəllidi, məqsədləri də aydındı. Uzadıb-uzadıb məsələni çürütmək istəyirlər. İkili standart sözü işlədilir, əslində bu sözü o qədər də bəyənmirəm. Standart ancaq birdi, onu da bizim millətimizə, xalqımıza qarşı tətbiq edirlər. Müxtəlif dövlətlər bəziləri xristianlıq, bəziləri imperialist təəsüfkeşliyi ilə, bəziləri rusların qurduğu planlara uyğun şəkildə bu işğalın gerçəkləşməsində birbaşa iştirak edirlər. Özlərini neytral göstərsələr də bu belə deyil. O torpaqlar əvvəl-əvvəl qayıdacaq. Nə vaxtsa İrəvan xanlığı ərazisindən deportasiya olanlar, eləcə də Qarabağdan qaçqın düşənlər öz dədə-baba yurdlarına qayıdacaqlar. Bunlar olacaq, beş ilə on ilə. Super dövlətlərin də öz planları var. Amma tarixi həqiqət öz yerini tutacaq.

 

Ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər çoxdur. Di gəl ki, toponimlərimizin dəyişdirilməsinə tam nail ola bilmirlər. Dilimizin, mədəniyyətimizin təsiri altında, özləri də bizə qənim kəsilmis düşmən.

 

-Onların bizim dilimizdə danışmaları da normaldı, mədəniyyətimizin təsiri altında olmaları da ona görə ki, vaxtı ilə Gəncədə, Bakıda, əksər çox rayonlarımızda yaşayıblar. İndi İrəvanda olan ermənilər də, yəni dili bilib bizə qarşı informasiya müharibəsi eləyənlər də həmin ermənilərdi. Bu erməni dediyimiz haylairın 70-80 faizi azərbaycanca bilir. Bu dildə də düşünür. Amma bizim nöqsanımız ordadır ki, biz universitetlərdə erməni fakültələr açmamışıq. Bunların qəzetlərini, televiziyalarını izləmək üçün və onlara cavab vermək üçün bu lazımdı. Onlar bizim dili bilir və hardasa bizə qarşı dil müharibəsi də aparırlar. Biz onların dilini öyrənmək üçün mütəxəssislər yetişdirməliyik. İndi az sayda erməni dilini bilən adamlar var, onlar da dünyalarını dəyişsələr biz bu informasiya müharibəsində də tam uduzacayıq. İki cür erməni dili var. Biri yeni, biri də qədim. Qədim erməni dilinə qrabor deyilir. Bizim tariximizin böyük hissəsi həmin o qrobar dilində yazılmış mətnlərdə var. Məsəl üçün Alban tarixi həmin qrabor dilində əlimizdədi. Bunu oxuya bilən mütəxəssislər lazımdı. Rəhmətlik Mirəli Seyidov bu qrabarı bilirdi. Elə mütəxəssislər vaxtında istifadə edə bilmədik.

 

Indi düşmən tapdağı altında qalan yurd yerlərimizdə nə qədər pirlərimiz, müqəddəs ocaqlarımız, ulularımızın uyuduğu qəbirlər qalıb. Siz « Azər xalqı » kitabında bu barədə geniş yazmısınız. İndi istərdim soruşam o düşmən tapdağı altında qalan müqəddəs yerlərin taleyi ilə dünya niyə maraqlanmır? Axı bizim milli mədəniyyətimiz həm də ümumdünya sivilizasiyasının göstəricisidi.

 

-Savalan bəy, maraqlı sual üçün təşəkkür edirəm. Doğrudan da çox ciddi sualdı. Ümumiyyətlə təkcə işğal olunmuş ərazilərdə ocaq və pirlərimiz deyil, mədəniyyət abidələrimiz məktəblər, tədris ocaqları amansızcasına dağıdılır. Ən vəhşi cəhət odur ki, qədim pir ocaqlarımız, hətta məscidlərimiz bizə aid olan Adban kilsələri dağıdılır və adları dəyişdirilir. Bildiyimiz kimi Alban dövləti vaxtında türklərin xeyli hissəsi xristian idi. O, Alban abidələri də bu gün erməniləşdirilir. Yəni qədim türkcə yer adlarımız dəyişdirildiyi kimi, mədəniyyət, dini abidələrimiz də dəyişdirilir. Kilsələrin üzərlərinə özlərindən yazılar həkk edirlər. Qədim türk qəbirlərinin baş daşlarına özlərindən tarix qoyurlar. Əlbətdə bu cinayətdi. Təsəvvür edin Alban kilsələrindəki xaçın formasını dəyişirlər. Qədim atributları tarixdən silirlər. Fiziki baxımdan əhalini köçürdüblər, işgəncə veriblər, qəbirləri, abidələri dağıdıb yox eləməknən, həm də əhalinin mənəviyyatına da təcavüz ediblər... Özləri xristian olmaqla bizə aid olan qədim Alban kilsələrindəki xristian abidələrimizi də məhv edirlər. Bu təftiş, bu varvarlıq dünyanın mizanına təsir edir, dünyanı iflasa aparır.

 

Sizə novbəti sualımı ünvanlamaqdan ötrü bir az tələsirəm. Ona görə ki, verəcəyim bu suala müxtəlif cavablar verənlər olur. Bu barədə avropalı alimlərin də maraqlı fikirləri var. Elə erməni alimlərinin özünün də. Bizləri qane edən cavablar da var, etməyən cavablar da. Sualım da belədir. Erməni adının mənşəyi haqqında geniş izahata bir daha ehtiyac var. Bu barədə sizin tədqiqatlarınız elmi cəhətdən çox aktualdı.

 

-Sualınız aydındı, Savalan bəy. Erməni sözünün, mənşəyi etimologiyası barədə bizim də, avropa alimlərinin də fikirləri var. Eləcə də rus, erməni alimləri də fikir yürüdüblər. Ancaq mənim qənaətimə görə erməni alimləri bu sözü daha elmi şəkildə tarixi qaynaqlara görə izah edirlər. Erməni alimlərinin fikri budur. Van gölü ərazisində Armu boyları olub. Bunlar da əslində Subar boylarıdı. Həmin Armu boyları da Urartu ərazisinə düşüb. Urartu dilində də uni şəkilçisi var. Armuni Urartu dilindən keçən addır. Yəni Armu boylarının Urartuca adıdır. Uni şəkilçidi. Misal üçün İrubuni, armeni. Yiyəlik halı ifadə edir. Tayfa, yer adlarına qoşulur. Bunu erməni alimləri söyləyir. Bu armiləri erməni alimləri hay hesab etmirlər. Deyirlər ki, bunlar yerli xalq idilər, həmin armeni adı ortalığa çıxanda bölgənin adı da Armeni idi. Qədim fars Əhəməni qaynaqlarında həmin bölgə artıq erməni bölgəsi adı kimi gedirdi. Yunanlar da ordan götürüb Armeni elədilər. Erməni, Armeni sözü o dövrdən işlənir. Ancaq erməni alimləri sübut edirlər ki, bunun erməniyə aidiyyatı yoxdur. Bu yerli xalqın torpağı, adıdır. Qədim fars dilində sözü erməni işlənib, ordan da yunan dilinə keçib. Sonradan bura Hay tayfaları gəlib və həmin armenilərlə qaynayıb qarışıblar və qonşu xalqlar da bu haylara armeni deyiblər. Amma haylar bugün də özlərinə armeni demirlər. Bu tarixi həqiqətdi. Çünki bunlar haydılar, özlərini haykın nəvələri hesab edirlər. Bunlara qonşular armeni deyir. Bunlarözləri üçün hay tarixi yazıllar, ancaq rus dilinə sevirəndə süni şəkildə « istoriya armeniya » eləyirlər. Belə süni şəkildə armeni sözü bunlara şamil olunur. Ancaq armeni sözünün kökü, qədim Subar boylarıdı. Subarlar da İki çay arası Mesopotomiyada yaşayan ən qədim türklərdi. -Bəs bugün özlərini hay adlandıran ermənilərin « Armeniya » ölkəsinə aidiyyatı yoxdu. Bu haqda böyük Nizamidə də məlumatlar var.

Herodat ilk erməni ölkəsini belə qeyd edirdi; uzunluğu 750 km, eni 300 km. Bu kiçik bir ərazidi, Van gölündən yuxarıda. Sonrakı tarixdə həmin armen boyları biraz Qafqaza tərəf çəkilir və ərazisi bir az böyüyür. Hətta indiki Ermənistandakı bəzi ərazilər də Ərməniyyə aiddir. Dedik ki, o, Ərməniyyənin də indi ki, ermənilərə qəti dəxli yoxdu. Xristianlıq dövründəki, həmin alban ərmən boyları xristianlığı qəbul edirlər, artıq ərməni sözü o, dövrlərdə xristian anlamında işlənir. Yəni erməni sözü xristian anlamını verir. Nizaminin əsərlərindəki Şirin təmiz türk qızıdır. Çünki Şirinin bibisi Məhənbanu buna deyir ki, sən Əfrasəyib soyusan, onlar Keykabusdu. Yəni, Xosrov farsdır, sən türksən. Şirinin özünün də sözləri var. Xosrova deyir ki, mən o türk qızlarından deyiləm ki, yalnız filan dilləri biləm. Özünü türk qızı kimi təqdim edir. Bu da aydın məsələdi. Başqırdlarda da, macarlarda da ərmi boyları indi də var. Bunlar qədim türklərdi.

 

Firudin bəyin bu gün Türkiyədə bir qrup adamlar tərəfindən təşkil olunan ermənilərdən üzr istəmə aksiyasına münasibəti necədir?

 

-Necə olacaq, bizə tolerant xalq deyirlər. Tolerantlıq nədir? Yəni bütün ətrafa eyni gözlə baxmaq, heç kimə təcavüz etməmək. Bu əlbətdə yaxşı xüsusiyyətdir. Bunun da bir həddi var, o həddi aşanda millətə böyük ziyan dəyir. İndi də Türkiyədə 5-6 adam « Aydınlar », « Ziyalılar » adıyla başlayırlar soy qırımıyla bağlı ermənilərdən üzr istəməyə. Guya erməniyə soyqırım olub. İndi də onun üzürü üçün kompaniyaya başlayıblar. Görün nə qədər başsız insanlardı. Əvvəla tarixi bilmirlər, ikincisi də bugün gözümüzün qabağında Xocalı, 20 yanvar və digər soyqırımlar elədilər. O, « ziyalılar »dan soruşun görək hansı erməni, hansı erməni ziyalısı bizdən üzr istədi? Bu insanlar yaşadığımız tarixə qiymət verməyən insanlardı, axtarsan bunların kökləri heç türk deyil. Əgər üzr istəmək lazımdırsa 1915-ci ildə türklər erməniləri qırmayıb, əksinə ermənilər türkləri qırıb. Sadəcə olaraq onlar hiyləgərcəsinə tarixə şişirdilmiş rəqəmlərlə soyqırım əlavə ediblər. Bilirsiniz erməni 5-10 ölüsünün qədrini bilir, biz bilmirik. Onlar 5-10 ölünün sayını milyon eləməkdə ustadırlar. Deyək ki,Türkiyədə bir milyon yarım erməni yaşayırdı. Bunlar əvvəl bu rəqəmi 300 min elədilər, sonra 500 min, sonra bir milyon, indi də milyon yarıma çatdırıblar. Belə çıxır ki, türk o vaxt hayların kökünü kəsib. Yaxşı kökünü kəsibsə bugün ki, Ermənistandakı ermənilər hardan çıxdı. Doğrudan da, gülüncdü. 1915-ci ildə erməni qırğınından sözgedə bilməz. Çünki onlar o vaxt Türkiyənin ayrı-ayrı şəhərlərində bugünkündən yaxşı yaşayırdılar. O vaxtda ayrı məktəbləri, qəzetləri var idi, indi də var. 1915-ci ildə necə soyqırım ola bilərdi ki, Türkiyədə 2 erməni naziri, 10 millət vəkili var idi. Yəni bu türk osmanlı dövlətinin erməniyə olan münasibətiydi. Bu münasibətin sonu da göz qabağındadı.

 

Firuddin bəylə bu yerdə hələlik söhbətimizə son qoymaq istəyirəm. Amma deyiləsi izaha ehtiyacı olan məsələlər çoxdur. Bunları bizlərin bilməsi vacibdi. Tariximizə sahib olmaq da burdan başlayır.

 

2008 ci il dekabr

Savalan Talıblı


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər