Köklənmə və ya kainatla təmasda

11:47 / 23.11.2018
Baxılıb: 1602

Musiqi alətində hansısa havanı ifa etmək üçün, aləti kökləməlisən, kökləməsən havanı düzgün ifa etmək mümkün olmayacaq. Alət köklənəndən sonra nəzərdə tutulan hava düzgün çalınır, alətdən istədiyin səsləri ala bilirsən. İnsan da belədi: beynindəki fikrə köklənəndə, fikir başlayır addım–addım həyata keçməyə. Fikri beynə oturtmaq, onu beyində yaşatmaq o deməkdi ki, sən artıq o fikrə, o “ ideyaya ” köklənmisən, sən o kökdəsən.

Mükəmməlliyə gedən yol məhz burdan keçir, bir qədər də konkretləşdirsək, mükəmməlliyə yetmək üçün bu yoldan keçməlisən.Təbiətdə bizim onları görüb-görməməyimizdən, anlayıb-anlamamağımızdan, kəşf edib- etməməyimizdən asılı olmayaraq hər şey var. İndiyə kimi olanlar hamısı bizim onları dərk edib-etməməyimizdən asılı olmayaraq olub və olacaq. İstər Nyutonun qanunları olsun, istər Enşteynin nisbilik nəzəriyyəsi, istərsə də, Amerikanın kəşfi.

Yəni, Amerika onsuz da yerindəydi, var idi, indi də yerindədi, var! Təbiətin nəyinə lazım, sən onu kəşf etmisən, ya yox! Onu “ Amerika ” adlandırmısan, ya “ Hindistan ”. Yəni təbiətlə bağlı ən mürəkkəb hesab olunan və ya ən sadə görünən indiyə qədər kəşf olunan və bundan sonra kəşf olunacaq bütün qanunlar bizim ətrafımızdadı onlar gözlə görünəndi, fəhmlə duyulandı, bircə o qalır ki, sən öz varlığınla (ağlın, ruhun, hissiyyatın, intuisiyan və s.) təbiətlə vəhdət yarada, bir kökə köklənə biləsən. Bu məqamda sən İlahi qüvvənin bir parçası olan təbiətin bir parçasına çevrilirsən, davamı olursan, olanları və olacaqları hiss edirsən, qavrayırsan, təbiətin ötürdüyü informasiyaları almaq, qəbul etmək üçün həmin əlaqə xəttinə qoşulursan. Və məhz bu anda, bu məqamda insanla təbiət arasında gözlə görünməyən qarşılıqlı əlaqə, informasiya mübadiləsi yaranır, başqalarının duya, hiss edə bilmədikləri sənə aydın olmağa başlayır.

...Heyvanlar isə təbiətlə eyni kökə köklənib, ona görə də insanlardan fərqli olaraq zəlzələ, fırtına və s. kimi təbii fəlakətləri qabaqcadan hiss edir, hətta öz dillərində biz insanlara xəbərdarlıq da edirlər. Şüur sahibi olan insanlar isə, öz köklərində olmadığından, bütün bunları hiss edə bilmir. İnsanlar kosmosa peyklər göndərirlər, nə qədər qəbuledicilər, aparatlar və s.lər istehsal edirlər, amma onlar bu sadalananları və sadalanmayanları dəqiq hiss edə bilmirlər. Ona görə hiss edə bilmirlər ki, bir var təbiətin yaratdığı, bir də var, təbiətin yaratdığının (bu halda, insanın) yaratdığı. Təbiətin yaratdıqları idealdı, bitkindi, insanın yaratdığı isə nə qədər mükəmməl olsa belə təbiətin yaratdıqları ilə müqayisəyə gələ bilməz.

Təsadüfi deyil ki, seçilmişlər də, həqiqəti dərk etmək üçün, təkliyə çəkilirdi, özüylə baş-başa qalırdı, özünə qapanırdı, özünə köklənirdi. Şüur mane olmayandan sonra, necə deyərlər, həqiqətin qapıları onların üzlərinə açılırdı, yəni, onların daxili köklənməsi ilə təbiətin köklənməsi vəhdətdə olarkən həmin o mükəmməl əlaqə yaranırdı.

Bu İlahi köklənmə olanda, sən öz hissiyyatınla, varlığınla dünyanın, kainatın özü boyda olursan. Və bu qədərində olduğundan dünyada olanları, olacaqları görürsən, duyursan, anlayırsan və qavrayırsan. Çünki sən artıq təkcə olanların deyil, həm də olacaqların içindəsən. Necə ki, əlini, ayağını hiss edirsən,bütün dünyanı da eləcə hiss etməyə başlayırsan. Əgər dünənəcən sənin bədəninin, canının, bütün varlığının sərhədləri dırnaqlarına, saçına, dərinə qədər idisə bundan sonra sən dünya, kainat boyda sərhədsizlik, hüdudsuzluq qazanmış olursan. Və bu İlahi məqamlarda sən dəyişiklikləri öz bədənin kimi hiss edirsən, təbiətin səsini eşidirsən, olanların və olacaqların mehləri, dalğaları (informasiyalar) səndən xəbərsiz sənə ötürülür, sənə çatdırılır. Səndə olan informasiyalar da ətrafa göndərilir, ötürülür, çatdırılır: nə qədər, hansı biçimdə lazımdısa, hara və necə lazımdısa eləcə. Bütün bu ismarıcları təbiət özü tənzimləyir.

Ağıl, şüur olan yerdə tam bağlantı, əlaqə yaratmaq mümkün deyil. Şüur insanı təkcə idarə etmir, idarə edə-edə çaşdırır, ikiləşdirir, İlahi əlaqədən sapdırır. Nəticədə insanın kainatla bağlantısı içindəki xaosda əriyib itir.

...Təbiətdə insandan başqa hər şey öz kökündədi, təbiətdəki bu köklənməni pozan bir varlıq varsa, o da insandı. Bu mənada, bəzi mülahizələr özünü doğruldur. Bəli, ola bilsin ki, insan bu yer üzünə yersiz əlavədi, başqa dünyaların məhsuludu, bu yer üzünə məhz nizamı pozmaq üçün göndərilib.

Və ya lap əvvəldən hansısa bir qüvvə insanın həyat yolunu, yaşayış tərzini, tamam səhv bir istiqamətə yönəldib, onu öz təbiiliyindən çıxarıb. Tarix başqa yolla getsəydi, böyük cəmiyyətlər, dövlətlər qurulmasaydı, dinlər, təriqətlər yaranmasaydı çox güman ki, bu günün insanı da tamam başqa cür olardı. O, təbiətin dilini mükəmməl biləcək, onun bir parçası olacaq, sözün əsl mənasında bugünkü süni, qurama, riyakar cəmiyyətlərin yox, yaranışından milyard illər keçsə belə öz bəkarətini qoruyan kainatın vətəndaşı olacaqdı.

...İnsan dünyaya gələndən şüuru ( bəlkə də, şeytan deyilən şey elə şüurdu) formalaşana qədər İlahi köklənmədə olur.

Heyvanlarda bu ilahi köklənmə əvvəldən sona qədər pozulmur. Ona görə də, hər heyvan öz payına düşən “ heyvan ” ömrünü yaşayır-yəni dovşan dovşan ömrü, pələng pələng ömrü, qarışqa da qarışqa ömrü yaşayır. Hər dünyaya gələn insan isə sırf insan ömrü yaşaya bilmir. Ona şüur hakim kəsiləndən sonra kökü (köklənməsi) davamlı olaraq pozulmağa başlayır. Az sayda insan olur ki, onlar bu prosesdən cüzi fəsadlarla çıxır və çoxluq da onları ya dahi, ya da dəli adlandırır.

Bir qədər də uzağa və dərinə getsək, dünyanın, deməli, o cümlədən bütün kainatın milyard illər boyunca yaşamasının səbəbi də planetlərin bir-biri ilə və ümumilikdə kainatla sabit, pozulmaz bir köklənmədə olmasıdı. Bu köklənmə azacıq belə çat verərsə, bu, əlbəttə ki, son olacaq.

Bəli, şükürlər olsun ki, dünya yaranışından indiyəcən eyni köklənmədədir. Ayrı-ayrı planetlerin özlərində hansısa fəsadlar, hadisələr baş verə bilər, amma planetlərin bir-biriləri arasındakı köklənmə pozula bilməz.

Bizim sakinləri olduğumuz Yer kürəsinin də, bütün kainatla dəyişməz, sabit köklənməsi var. Və Yer kürəsinin özündə-onu təşkil və əhatə edən flora və fauna adlandırdığımız canlılar və cansızlar aləmi arasında da bir köklənmə var.

İnsan həm də yeganə varlıqdı ki, özü ilə təbiət arasındakı köklənməni pozduğu kimi, bir-birləri arasındakı köklənməni də davamlı olaraq pozur və bu uçurum get-gedə daha da dərinləşir. Bütün bunlar izsiz və təsirsiz ötüşməyəcək. İnsanlararası köklənmənin pozulması kainatın varlığında insan varlığının nisbəti nə qədərdisə, o nisbətə uyğun olaraq kainatdakı ümumi köklənmənin pozulmasına davamlı şəkildə təsir edir. Və neçə min, bəlkə də milyon illərdən sonra o cüzidən-cüzi təsirlərin kainatdakı ümumi köklənməyə çox əsaslı təsiri olacaq. Digər canlılara gəlincə, mövcudiyyətlərindən bu günə qədər onların nə hərəkət və instinktlərində, nə də yaşam tərzlərində hansısa bir dəyisiklik baş verib. Və əgər nadir hallarda onlar da nəsə İlahinin yazdıqlarından kənara çıxırsa, bu da insanların günahı ucbatından, onların müdaxiləsi nəticəsində baş verir. Bəli, insan şüuru bütün canlı və cansız varlıqların ümumi evi olan Yer adlı bu planetə öz yerli-yersiz müdaxilələriylə bədbəxtliklər gətirir. Çayların məcrasının dəyişdirilməsi, meşələrin qırılması, nüvə sınaqları və s. kimi insan əliylə törədilən hadisələr nəticədə təbiətin əks-reaksiyasına, təbii fəlakətlərə yol açmış olur.

Məlumdur ki, insan, beyninin imkanlarından hardasa cəmi 5 faiz istifadə edə bilir. Bu rəqəmdən bircə faiz artıq istifadə edə bilənlər isə Napoleon, Enşteyn kimi dahilik zirvəsinə yüksəlirlər. Bir təsəvvür edək ki, insan bu imkanların hamısından istifadə edə bilir. Onda nələrin baş verə biləcəyini yalnız qeyri-adi fantaziyaya sahib olanlar təxmin edə bilərlər.

Bəli, İlahi varlıq insana sərhədsiz imkanlara malik beyin bəxş edib. İnsan bu imkanlardan istifadə edə bilmirsə, görünür, bunun özünün də hələ ki, bizim o “5 faizlik ” beynimizin dərk edə bilmədiyi tutarlı səbəbləri var. Və bu səbəblərdən biri də ola bilsin ki, insanın, insan cəmiyyətinin inkişaf yolunun düzgün olmayan istiqamətə yönəlməsi və ya qəsdən yönəldilməsidi. İnsan o reallıqda yaşamağa məhkum olub ki, beyninin imkanlarını açmaq üçün uyğun şərait olmayıb. Məsələn, necə ki, Azərbaycanda iqlim və şərait münasib olmadığından banan bitmir. Buna uyğun şərait yaradılarsa, əlbəttə ki, burada banan, yaxud ananas yetişdirmək problem olmaz.

Milyardlarla sərmayələr yatırılır, Yerdən kosmosacan pullar səpələnir ki, təbiətdə baş verə biləcək kataklizmlərdən öncədən xəbər tuta bilək, bu məqsədlə peyklər, aparatlar istehsal olunur, amma hətta ən uitramüasir texnika belə təbiətlə bağlı informasiyanı adicə bir siçan qədər tam, düzgün ötürə bilmir. Deməli, Yerdən kosmosacan səpələnən o pullar tam məqsədə uyğun xərclənmir.

Bəlkə də bu sərmayə İlahi qüvvənin yaratdığının (insan) yaratdığına (dəzgaha) yox, özünə qoyulsa insanın beyninin imkanlarının açılması istiqamətində ciddi işlər görülsə, bu sahəylə bağlı qapalı və ya açıq müəssisələr, elmi institutlar, laboratoriyalar yaradılsa insanın gücü kənarında olanları, mümkünsüz görünənləri reallaşdırmaq mümkün olar.

Bəli, təəssüflər olsun ki, başı milyon kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub.

...Həmin İlahi qapının açarı isə insan varlığının düzgün köklənməsindən keçir.

Rüstəm Dastanoğlu 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər