AŞIQ MUSA (1830-1912) Aşıq Musa Səfər oğlu Göyçə mahalının Ağkilsə kəndində təxminən 1830-cu ildə anadan olmuşdur. Deyilənlərə görə onun atası Cəfər XIX əsrin əvvəllərində Qazaxdan Zod kəndinə, sonra Ağkilsə kəndinə köçmüşdür. Aşıq Musa Aşıq Ələsgərə böyük ehtiram göstərmiş və şeirlərinə nəzirələr yazmışdır. Aşıq Musanın əldə olunan şeirləri İslam Ələsgər tərəfindən “ Aşıq Musa – Əsərləri ” adlı kitab halında 2013-cü ildə nəşr olunmuşdur. Goyce.az ustadın şeirlərini təqdim edir
DƏLİ KÖNÜL, SƏNDƏ NƏLƏR DOLANIR
Dəli könül, səndə nələr dolanır,
Biri qışdır, biri payız, biri yaz.
Üç əlamət gözəllərin nişanı:
Biri işvə, biri qəmzə, biri naz.
Coşqun çaylar kimi qaynadım, doldum,
Heyva tək saraldım, gül kimi soldum.
Gedər ikən üç gözələ tuş oldum:
Biri qarı, biri gəlin, biri qız.
Qürbət eldə kimdi halım soruşan,
Ağ üzündə qoşa xal verir nişan.
Üç şeydi ki, bu otağa yaraşan:
Biri Musa, biri söhbət, biri saz.
DİLİM
Sənə bu nəsihət, deyirəm, eşit:
Dünyanın malına sarışma, dilim!
Yəqin eylə, ölüm haqdı qabaqda,
Qiyamət oduna alışma, dilim!
Mənim sözlərimi saxla amanat,
Haqqınan dost olan tez tapar nicat.
İstəyirsən, sərin ola salamat,
Ağlına gələni danışma, dilim!
Sən uyma namərdə, gördüm səxasın,
İçməynən, zəhr olu mey piyalasın.
Hər kəs çəkər öz ağlının bəlasın,
Fitnəvü şərlərə qarışma, dilim!
Bir məclisə vardın, sən ol nöqtə hal,
Eşidənlər səndən dərk etsin kamal.
Dindirsələr, dillən, yoxsa da ol lal,
Hərcayı danışıb gülüşmə, dilim!
Musa eşqə alışmayıb, nə lazım,
Bibəfaynan qonuşmayıb, nə lazım,
Allah özü sirr açmayıb, nə lazım,
Sən bildiyin sirri gəl açma, dilim!
GÜLƏ-GÜLƏ
Xudam səni nə xoş gündə yaradıb,
Salıb bu cahana ay gülə-gülə.
Gözəllikdə Yusif sənə tay olmaz,
Alıbsan qüdrətdən pay gülə-gülə.
Çətindir ki, müşkül işlər düzələ,
Təbibimsən, gəl yaramı təzələ.
Mən nə deyim sənin kimi gözələ,
Eylədin ömrümü zay gülə-gülə.
Uca boylu, tuti dilli baxtavar,
Sənə qurban malım, mülküm hər nə var.
Aşıq Musa deyər, gül yanaqlı yar,
Sən gətir, mən içim çay gülə-gülə.
VARMI
Ala gözlü, uca boylu şahzada,
Şah sənsənmi, səndən qeyri şah varmı?!
Səni sevən malı neylər dünyada,
Qaşlarından özgə qibləgah varmı?!
Boyun görən candan keçər sərbəsər,
Dilim bir dəryadı, sinəm bir dəftər.
Camalın aləmi edib münəvvər,
Bundan şərafətli mehrü-mah varmı?!
Qamətin hüsnünə qılım ibadət,
Qaşların tağına edim ziyarət.
Zülfünün muyundan qurulsa Sirat,
Günahkar Musaya bir irah varmı?!
YATMIŞDIM, GUŞUMA GƏLDİ BİR SƏDA
Yatmışdım, guşuma gəldi bir səda,
Oyandım, əyləşib bir alişan şah.
Durdum salam verdim, mən oldum agah,
Dedi: - Nə yatıbsan, qumbeyi-zillah?!
Allahın izniylə mana “dur!” dedi,
Buyurdu Qəmbərə “ badə ver!” dedi,
Şahədət barmağın tutdu, “gör” dedi,
Göstərdi bir cavan, eylədi agah.
Qismətdən, qədərdən gələn varımı
Agah oldum mən görəndə yarımı.
Unutdum ağlımı, huşi-sərimi.
Dedi:- Qorxma-qorxma, mənəm Seyfullah!
Seyfullah deyəndə mən oldum bələd,
O dəmdə payına etdim ziyarət.
Ağıl çıxdı başdan, oldum bitaqət,
Dilimdə dolandı “ la ilahə illallah ”.
“ La ilahə illallah ” dilimdə bu gün,
Yerlərə ləngərdi, göylərə sütun.
Çəkib zülfüqarı, aşkar etdi din,
Haqqa dost olana göstərdi irah.
İrahınan gedən bulmaz müşkülü,
Bir ismi “ Həlalət ”, bir ismi “ Bəli! ”
Cəbrayılın ustasısan, Ya Əli!
Sirlərini kimsə bilməz cabəcah.
Cabəcah deməkdə haqqa aslansan,
Pərdeyi – hicabda alma bölənsən.
Meracın yolunda xatəm alansan,
Səni necə əziz xəlq etdi Allah!
Allahın şirisən, özün pürhünər,
“ Yahu ” deyib, zikr elərdi Zülfüqar.
Tamaşaya durdu göydə mələklər,
Hüsnündən dərc oldu nuri-təcallah.
Huru görən ömrü gedər yüz ilə,
Neçə qatar nər – mayası düzülə.
Bir saatda yüz min dəftər yazıla,
Vəsfin başa gəlməz vallahü billah!
Billahi, o sənsən vəsfə aşikar,
Dəstində paylanır saqeyi-kövsər.
Aləmə xəlq edən ya pərvərdiyar,
Səndə rəhm çoxdu, Musada günah.
BİR GÜN
Könül, ara dostlarını,
O da səni gəzər bir gün.
İki mirğəzəb əyləşib,
Xeyir-şəri yazar bir gün.
Ey yükü tunc olan kimsə,
Nağdısı vec olan kimsə,
Nütfədən kəm olan kimsə,
Doğru yoldan azar bir gün.
Yazıq Musa eylər dilək,
Bu qəm bizi qoymaz gülək.
Demədimmi, çərxi-fələk
Bu dövranı pozar bir gün.
NƏ GÜNAHI TELLİ SAZIN?
Məclisləri abad eylər,
Nə günahı telli sazın?
Məlul könüllər şad eylər,
Nə günahı telli sazın?
Yeki şəcər, yeki dəmir,
Ara vurmur, yalan demir.
Qazı kimi rüşvət yemir,
Nə günahı telli sazın?
Fikirini vermir qələmə,
Zülüm eyləmir aləmə.
Pulunu vermir sələmə,
Nə günahı telli sazın?
Yoldan çıxıb, yolun azmır,
İblis kimi ara pozmur.
Molla kimi cadu yazmır,
Nə günahı telli sazın?
Musa vəsfin söylər saza,
Ruh verir gəlinə, qıza.
Oxşamayır kələkbaza,
Nə günahı telli sazın?
SULTANIM
Bir bivəfa yar ucundan,
Yetişdim cana, sultanım.
Du çeşmi-xumar ucundan,
Düşdüm zindana, sultanım.
Üzündə qoşa xalını,
Əmim ləblərin balını.
Bir də görsəm camalını,
Gəlləm imana, sultanım.
Mən olmuşam bəxti qara,
Gül meylini verməz xara.
Rəhmin gəlsin, yetir yara,
Yazıq Musana sultanım.
AY ÜZƏ-ÜZƏ
(Təcnis)
Ay ağalar, çeşmim yaşı sel oldu,
Çalxanır sonalar ay üzə-üzə.
Mərd sözünü deyər mərdü-mərdana,
Namərd saxlar sözü ay üzə-üzə.
Nazlı dilbər əldə tutub nə saqı,
Dərd çəkənin nə bimarı, nə sağı.
Ala gözlər mənə eylər nasağı,
Kəc baxar, ömrümə ay üzə-üzə.
Aşıq Musa deyər, yetibdi dərdim,
Məni bu qürbətə atıbdı dərdim.
Səksəni, doxsanı ötübdü dərdim,
İndi də yetişib a yüzə, yüzə.
DE BİR ÜZ, BİR ÜZ
Arif olan, diqqət elə, fəhm elə,
Qövr elədi yaram de bir üz, bir üz.
Fələk saldı məni hicran xəstəsi,
Yatıram yan yerdə de bir üz, bir üz.
Yaralıyam, çətin qallam bu yaza,
Ərz eyləyəm dərdi-dilim bu yaza.
Yetir xəbərimi gərdən bəyaza,
Görünsün gözümə de bir üz, bir üz.
Aşıq Musa, səni dərd az alımı?
Görüm düçar olsun dərdə zalımı!
Dərmansız xəstədən dərd azalımı?
Loğmantək deyirəm de bir üz, bir üz.
DİVANİ QALMADI
Ey fələk, sənin cövründən,
Xanü xavan qalmadı;
Neçə danəndələr getdi,
Mətləb qanan qalmadı.
Çoxlarının baharını
Döndərdin zimistana,
Pozuldu bağı-bənövşə,
Soldu gülşən qalmadı.
Hər kimə ki şərab verdin,
Tez zəhirmar eylədin;
Zülmünən yıxdın evini,
Taxtını tar eylədin;
Beş gün xoşbəxt olanların,
Sonun bimar eylədin;
Nə xəstələr şəfa buldu,
Nə də Loğman qalmadı.
Kim ilə dostluq elədin,
Söylə görüm, başa-baş!?
Qəzəbindən xof elədim,
Didəm verdi qanlı yaş;
Sümüyümə lərzə düşdü,
Cismimdə yandı ataş;
Qəhrinə baş əyməkdən
Musada can qalmadı.
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024