Könül Bünyadzadə: “ Fəlsəfənin dili, yəqin ki, elə ruhun dilidir. ”

19:09 / 19.11.2018
Baxılıb: 2758

Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə ilə müsahibə

 

 
– Biz İslam dünyasının tərkib hissəsiyik və həmin məntiqdən çıxış etsək, bizim fəlsəfə də İslam fəlsəfəsinin bir tərkib hissəsi olmalıdır. Ən azından formal məntiq bunu deyir. Adi oxucunun başa düşə biləcəyi tərzdə İslam fəlsəfəsi haqqında nə deyə bilərik? Yəni Sizin fikrinizcə, adi insan, filosof olmayan azərbaycanlı İslam fəlsəfəsi haqqında nəyi bilməlidir?

– İslam fəlsəfəsi islamın mahiyyətini dərk etməkdir, islamı qana-qana yaşamaqdır. Yəni söhbət hansısa formal cümlələr qurub cövhərdən, aksidensiyadan (Aksidensiya –  latın sözüdür, təsadüfi yaranan deməkdir. Yunan dilinə Aristotel tərəfindən gətirilmiş və əşyanın  müvəqqəti, qeyri mühüm xassəsini nəzərdə tutan fəlsəfi termindir – red.) danışıb sonra da bunu bəh-bəhlə təqdim etməkdən getmir. Söhbət qısa müddətdə dünyanı – Asiyada Hindistandan, Malayziyadan və İndoneziyayadan tutmuş, Avropada İspaniyaya qədər məkanı mənəvi baxımdan fəth edən dünyagürüşündən gedir. Fəth qüvvəsinin nədən ibarət olduğunu dərk etdikcə o qüvvəni özündə tapmağa başlayırsan. Təbii ki, bunu mən bir müsəlman olaraq deyirəm. Yəni bir var, balın şirinliyindən danışırsan, bir də var bu balı dadırsan və sonra onu təsvir etməyə  başlayırsan.

 
– Təcrübədən sonrakı.

 
– Bəli. Bu baxımdan islamın fəlsəfəsini də onu yaşayaraq yazan daha dəqiq yaza bilər, nəinki onu yaşamayan, ona kənar bir obyekt kimi baxan birisi. Bəziləri İslam fəlsəfəsini Kindidən, bəziləri Fərabidən, Şərq peripatetiklərindən (Peripatetiklər – yunanca gəzinti deməkdir. Aristotelin  öyrənciləri və ardıcılları idilər – red.) başladığını deyir, bəzilərinin fikrincə isə İslam fəlsəfəsi Aristotelin fəlsəfəsinin başqa cür yozumudur. Bilirsinizmi, əslində belə deyil. Kindidən də əvvələ gedəndə İslamın fəlsəfəsi nə idi? Peripatetiklər sadəcə Aristotel fəlsəfəsinin təfsiri etmir, onun yeni – İslam işığında təqdim edirdilər və fəlsəfələrində bir çox yeni ideyalar ehtiva edirdilər. Bundan başqa, məncə, İslam fəlsəfəsinin mahiyyətini  başqa bir dünyagörüşdə – təsəvvüfdə (təsəvvüf – İslamda geniş yayılmış ezoterik-mistik dini və fəlsəfi cərəyan – red.) axtarmalıyıq. Mən təfsirlərə getmək istəmirəm. Çünki təfsirləri fəlsəfə  hesab etmirəm, məhz təsəvvüfün üstündə durmaq istəyirəm. Əgər islamın mahiyyətində insansevərlik, sevgi, kamilləşmə prosesi, insanın ucaldılması və iradəsinin möhkəmləndirməsi varsa, İslam fəlsəfəsi elə budur. Bu baxımından, islam fəlsəfəsi bu gün də aktual olmalıdır. Bu yaxınlarda mən “Müsəlmana açıq məktub” (https://525.az/site/?name=xeber&news_id=103490#gsc.tab=0) adlı bir yazı yazdım. Bu məqalə “525-ci qəzet”də çıxdı və sonra başqa saytlarda da onu yaydılar. “Müsəlmana açıq məktub”u niyə yazdım? Bu yazını mən Pakistana səfərim zamanı yazmağa başlamışdım. Orada İslam dünyasının fərqli tərəflərini tanıdıqca, o müsəlman mühitini gördükcə yavaş-yavaş bir açıq məktub yazmaq qərarını verdim. Çox qəribədir ki, o yazıya qarşı olan əks reaksiyalar yenə də özünə müsəlman deyən, özünə fanat deyən kəslərdən gəldi. Təəccüb elədim. Niyə islamı olduğu kimi qəbul etmək bu qədər çətin görünür? Niyə islamın fəlsəfəsi deyəndə hansısa ərəzdən (ərəz – əslində olmayıb sonradan əmələ gələn, cismin mahiyyət və məzmunundan başqa, digər xüsusiyyətləri, forması – ), cövhərdən  (cövhər – mahiyyət – red.) danışmaq daha rahatdır? Nə üçün İbn Sinanı təkrar təfsir etmək daha rahat, daha cazib görünür? Amma XXI əsrin insanı olaraq İslamı təkrar təhlil etmək olmaz? Hansısa fransıza, ingilisə olar, amma bizə olmaz?

– Özümüz daha yaxşı yazmalıyıq əslində, yaza bilərik.

– Əlbəttə, axı biz bunu bilirik. Məsələn, bir konfransda fransız alim Qurani Kərimin təhrif olunmağı barədə, orada olan yanlışlıqlar barədə uzun bir məruzə etdi. Konfransdakı müsəlman tələbə və alimlər ona sual verdilər ki, siz hansı cürətlə Quran haqqında belə danışırsınız? O çox rahat və sakitcə cavab verdi ki, sizin Quranınız bütün təhlillərə açıqdır və mən istədiyim kimi onu təhlil edə bilərəm. Haqlıdır. Quran doğrudan da bütün təfsirlərə, təhlillərə, tənqidlərə və yeniliklərə açıqdır. Qurani Kərim hər kəsi düşünməyə dəvət edir. Qurani Kərim, islam buna imkan verir. Müsəlman qardaşım, bəs sən niyə düşünmürsən? İslam fəlsəfəsi məhz düşünən müsəlmanın ortaya qoyduğu fəlsəfədir.

– Adi insan İslam fəlsəfəsi dedikdə qorxmamalı, çəkinməməli, meydandan qaçmamalıdır. Əksinə onu elə Sizin tərif verdiyiniz formada da dərk etməlidir.

– Mütləq.

– Bu dərketmə nə səviyyədədir? İslam fəlsəfəsi ilə bağlı elementar baza bilikləri hansı arealı əhatə edir? Yəni insanlarımızın nə qədəri bu mövzuda 4-5 dəqiqə danışmaq iqtidarındadır?

– Mən həmişə gənc kadrlara inanmışam. Rusca, ingiliscə, farsca, ərəbcə yazan gözəl kadrlarımız var. Deyim ki, onlar da çalışırlar ki, islam adına nə isə etsinlər.

– Alimlərimizi nəzərdə tutmuram. Bəs adi insanlar?

Adi insanlarımızın əksəriyyəti, təəssüf ki, daşlaşmış, şablon təsəvvürlərə malikdir. Yəni cəmiyyətimizdə mariflənmənin zəifliyi özünü göstərir. Onlar islam deyəndə məhz qüsulun necə alınmasını, çoxarvadlılığı, saqqalın və paltarın hansı uzunluqda olmasında danışırlar. İslam deyəndə, təəssüf ki, bunlar başa düşülür. İndi mən maraqlı bir söz deyim. Avropada yeni yayılmağa başlayan və hələ zəif olan fəlsəfi məsləhətləşmə, fəlsəfi psixologiya adlanan yeni bir sahə var. Bu bir növ məişət, ruhi, mənəvi problemi olan insanların psixoloqa deyil, filosofa müraciət etməsi, filosofdan məsləhət almasıdır. Biz bu istiqamətdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Bakı-Amerika mərkəzi ilə bərabər fəlsəfi seminarlar təşkil edirik. Bu seminarlarda mən həftədə bir dəfə söhbətlər aparıram.

– Dinləyicilər kimdir?

– Hər kəs.

– Yəni tələbələr deyil. Kim istəsə gələ bilər.

– Bəli. Biz elan veririk, daha doğrusu, həmin Bakı Amerika mərkəzi elan verir və müxtəlif peşə sahibləri, fərqli yerlərndən ora insanlar gəlir. Məsələn sonuncu dəfə Şirvan məktəbindən müəllim və şagirdlər gəlmişdi. Yəni auditoriyamız fərqli olur. Bu seminarlarda mən ruhdan, insanlıqdan, gözəllikdən, musiqidən danışıram. Bir dəfə dinləyicilərdən bir nəfər məndən soruşdu ki, sizin anlatdıqlarınız fəlsəfədirmi? Dedim onu sən bilərsən fəlsəfədir,  yoxsa yox? Çünki, mən kifayət qədər sadə bir dildə həyatın hər sahəsindən danışmağa çalışıram. Gələn hamı filosof deyil axı. Sonra həmin şəxs başqa maraqlı bir sual verdi ki,  Sizin dediyiniz dinə aiddir hə? Dedim bəli, dinə də aidiyyatı var. Amma daha çox insanın öz mənasına aiddir bu. Sual verən şəxs dedi ki, başqaları islamı belə izah etmir axı? Siz dediyiniz fərqli islamdır, çox rahat islamdır. Mən belə islam görməmişəm axı? Siz nə baş örtüsündən, nə siğədən, nə mütədən, nə də ehkamlardan danışmırsınız. Bu necə islam olur? Dedim, zatən onlardan danışanlar kifayət qədərdir. Mən də bunlardan danışıram. Yəni, bilirsinizmi, artıq şablonlaşmış söhbətlər var ki, islam dedikdə onlar gəlib yada düşür.

– Bəli, stereotiplər.

– Bəli. Bəs uduzan kim olur? Mən deməyəcəyəm ki, İslam uduzur. Xeyr, İslam uduzmur.

– Qətiyyən.

–  Həmin o bilməyən şəxsimiz, vətəndaşımız uduzur.

– Nəzəri cəhətdən demək olar ki, politologiyanın dili ingilis, dəbin dili fransız dilidir. Əvvəllər deyirdilər, fəlsəfənin dili də alman dilidir. Çünki alman dili çox zəngin dildir. Amma mən belə başa düşürəm ki, İslam fəlsəfəsinin də dili ərəb, qismən də fars dilidir. Bizim bu  elmə gələn insanların dil biliyi sizi qane edirmi?

– Əslində fəlsəfənin dili yəqin ki, elə ruhun dilidir. Mən fəlsəfənin dili alman dilidir deyib, öz millətimi fəlsəfəsiz qoymaq istəmirəm. Ruhun hansı dildə danışırsa, həmin fəlsəfəni də o dildə çatdırmağı bacarırsan. Yetər ki, dilin və təfəkkürün bir-birini tamamlaya bilsin. Yəni söhbət ruhun dərkindən, ruhun ifadəsindən gedir. Gənc kadrlarla bağlı onu deyə bilərəm ki, bəzən görürsən ki, dil bilən gənclərimiz fəlsəfəyə gəlmir, fəlsəfəyə gələnlər isə dili bilmir. Yəni tarazlılıq pozulub. Ərəb dilini bilənlərimiz azdır. Nəyə görə azdır deyirəm. Axı, Şərqşünaslıq fakültəsinin kifayət qədər məzunu var.

– Bəli, Sovet dövründən qat-qat çoxdur.

– Mənim vaxtımda Şərqşünaslıq fakültəsinə cəmi 3 nəfər qəbul olmuşduq. İndi onların sayı 30-a yaxındır. Amma fəlsəfəyə gələn varmı? Yoxdur.

– Səbəb ümumilikdə elmin cəlbedici olmamasıdır?

– Yəqin ki. Digər səbəb isə odur ki, Ərəb ölkələrində oxuyub gələnlər İslama fəlsəfədən uzaq, bir başqa cür yanaşırlar. Yəni daha çox kəlamı, təfsiri əsl İslam bilirlər və nəticədə yenə fəlsəfə uduzur, yenə ortada kimsəsiz qalır. Axı cəmiyyətin düşünə bilən bir insana ehtiyacı var. Ərəb dilini bilən Quranda kəlamları sayıb, hansı sözün neçə dəfə işləndiyinin statistikasını aparır, Quranda muta sözünün işlənib işlənməməsini, qüsulun dirsəkdən aşağı, yoxsa yuxarı alınmasına dair dəlil axtarır, hansı isə Quran təfsirçisinin həyat və yaradıcılığını öyrənir. Yəni İslamı məişət səviyyəsinə endirir. Bunlar da lazımdır yəqin ki, ancaq bu, fəlsəfə deyil.

– Publikaya da o maraqlıdır.

– Yox, pubilkaya bunlar bir və ya iki dəfə maraqlı ola bilər. Sonrakı mərhələdə bir-birilərini kafirlikdə ittiham edirək təhqirə gedib çıxırlar. Burda artıq nə ortaqlıqdan, nə də ümumi bir düşüncədən söhbət gedə bilməz. Amma, əsl islamda, əsl fəlsəfədə məhz ümumi bir nöqtə var. Bax ondan danışanda gəlib o ümumi nöqtəyə çatanda, bir də baxırsan ki, qarşındakı elə can qardaşındır ki. O da elə sən deyəni deyir ki. Maraqlıdır ki, həmin nöqtədən danışanda heç müsəlman olmayan bir insanla da ortaq dəyərlərə sahib olduğun məlum olur.

– Amma o nöqtəni tapmaq lazımdır.

– Bəli. Mən həmişə belə bir misal çəkirəm. Təsəvvürünüzə gətirin ki, bir adam binanın üçüncü mərtəbəsində, digəri isə zirzəmisində yaşayır. Bəzən zirzəmidə yaşayan şəxs üçüncü mərtəbədə baş verənlərdən ağızdolusu danışır, məsləhətlər verir, iradlar tutur. Bilmir, amma danışır.

– Olmayıb heç orada.

– Heç olmayıb. O heç zirzəmidən çıxa bilmir. Amma üçüncü mərtəbədəki bilir ki, o zirzəmidən düz üçüncü mərtəbəyə qədər nələr baş verir, hansı mərtəbədə kimlər yaşayır, hər mərtəbənin hansı problemləri var. İslam fəlsəfəsi üçüncü mərtəbədə oturan şəxsin dünyagörüşüdür. Zirzəmidə oturan isə məişət səviyyəsində olan və özünə müsəlman deyən bir fanatdır. Yəni həmin şəxs İslamın mahiyyətini bilmədən ən yüksək dəyərlər barədə öz düşüncəsi səviyyəsində danışmağa başlayır, hətta qərar da verir. Sözügedən “Müsəlmana açıq məktub” məqaləsindən sonra siz bilsəniz mənə nələr yazdılar, necə ittihamlar elədilər? Mən demirəm üçüncü mərtəbədəyəm, amma  ən azından zirzəmidə deyiləm.

– Amma zirzəmidə yaşayan zirzəmidə yaşadığını etiraf etmir axı.

– Etiraf etmir. Onun ümumiyyətlə zirzəmidə olduğundan xəbəri yoxdur. Bu zirzəminin heç pəncərəsi də yoxdur axı. Nə olar bir dünyaya çıx, dünyanı da gör. Problem məişət səviyyəsinin ali həqiqət kimi insanlara çatdırılmasındadır.

– Siz gözəl bir məqama toxundunuz ki, ərəb dünyasında bizim insanlarımız müxtəlif ali təhsil müəssisələrini bitirirlər.

– Bizim xaricdə ali təhsil alan çox gözəl məzunlarımız var. Yenə də deyirəm kifayət qədər intellektli, savadlı, dünyagörüşü geniş olan gənclərimiz var. Ərəbcə, farsca məqalələr yazırlar,  təhlillər verirlər, yəni çox gözəl gənclərimiz var.

– Ciddi alimlər.

– Bəli ciddi alimlərimiz var.

– İslam fəlsəfəsi şöbəsinin fəaliyyətinin adi oxucumuz üçün maraqlı olan tərəfləri hansılardır?

– Ən maraqlı tərəfi odur ki, yeni yaranmışıq, biz təqribən fevraldan fəaliyyətə başlamışıq. O vaxta qədər din fəlsəfəsi şöbəsi var idi. Mən şəxsən Universiteti bitirib Akademiyaya gələndə din fəlsəfəsi şöbəsində işə başlamışam. Daha sonra o bağlandı, başqa bir adla təkrar açıldı, sonra bir də adı dəyişdirildi və nəhayət fevral ayında mən o şöbənin müdiri təyin olundum. Şöbəmizdə hələ ki, 4 nəfər elmi işçi var. Qüvvəmiz azdır, amma mən İslam fəlsəfəsi ilə məşğul olan gənclərimizi, alimlərimizi tanıyıram deyə şöbəmizdəki adi bir müzakirəmizə də mütləq onları dəvət edirəm. Çalışıram ki, mümkün qədər çox adam, mütəxəssis iştirak etsin.

– Şöbənizin əməkdaşları arasında Sizin yetirmələriniz də var təbii ki.

– Xeyr, onların arasında mənim yetirməm yoxdur. Yaşca məndən böyükdürlər. Yalnız biri aspirantımdır. Amma bayaq dediyim kimi müzakirələrimizə özümün inandığım, hörmət etdiyim alimləri kənardan dəvət etməyə çalışıram. Şöbədə həqiqi fəlsəfi təhlilə şərait yaradıram, əməkdaşları xarici konfranslara getməyə təşviq edirəm. Allah rəhmət etsin İlyas müəllimə (İlyas Babayev – red.). O bu işləri çox gözəl bilirdi və çox düzgün qeyd edirdi ki, elm şöbə müdirinin çiynindədir, gərək onu aparmağı bacarasan.

– Bu yaxınlarda oxudum ki, Sizin “Metafizika” jurnalı nüfuzlu beynəlxalq indekslərdə qeydiyyata alınıb.

– Bəli, bizim jurnal “İdealonline” beynəlxalq indeksində qeydiyyata alınıb. Bu qeydiyyata əsasən, rüblük nəşr olunan akademik jurnal “EBSCO” (EBSCO – dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarının ən böyük aqreqatorudur. Şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir – red.)  beynəlxalq informasiya xidmətinin loqosu ilə çap ediləcək. Bundan başqa, jurnalımız həm də TEİ (Turkish Educational İndex), DIIF (Directory of Indexing and Impact Factor), İndex Copernicus və DRJİ (Directory of Research Journals Indexing) kimi nüfuzlu indekslərdə də qeydə alınıb və bu yöndə fəaliyyətimiz davam edir.

– Siz “İslam fəlsəfəsi” şöbəsi ilə əməkdaşlıqğa yalnız Azərbaycan alimlərini dəvət edirsiniz?

– Təəssüf ki, hələlik yalnız Azərbaycan alimlərini dəvət ediə bilirik

– Aydın məsələdir ki, şöbənin imkanları xaricdən mütəxəssis cəlb etməyə imkan verməyə bilər. Amma “Metafizika” jurnalının bazasında o sintezə nail ola bilirsinizmi? Türkiyə, İran, lap elə Rusiya alimləri ilə əlaqələr, müştərək layihələr(elmi araşdırmalar, məqalələr və s. – red.) gerçəkləşdirə bilirsinizmi?

– Jurnalımızın 3 sayı işıq üzü görüb. Yeni olmasına baxmayaraq nəşrimiz artıq bir neçə nüfuzlu indeks alıb. Məqsədimiz bu jurnalda məhz siz dediyiniz sintezə nail olmaqdır. Əvvəla jurnalın Redaksiya Şurasının demək olar ki, səksən faizi ilə şəxsən tanışam və onlara əməkdaşlıqla bağlı özüm müraciət etmişəm. Redaksiya şurasının üzvlərinə misal olaraq ABŞ-dan Olqa Luçakovanı,  hazırda Avstraliyada yaşayan yapon alimi Alison Tokitanı göstərə bilərəm. Bu alimlərin hər biri ilə mənim müəyyən mənada əməkdaşlığım olub. Indi isə istəyirəm onlarla bizim alimlərimizlə yaxından təmasda olsunlar, bizim yazılarımızı oxusunlar.  Digər tərəfdən fəlsəfi və fənlərarası jurnalımızın Metafizika (yunanca meta – sonra, fizika isə -təbiət, fizika deməkdir. Təbiətin və dünyanın strukturu haqqında fəlsəfənin bölməsi – red.) adlandırılması da təsadüfi deyil. Bütün fənlərin hansısa yüksək fəlsəfi zirvəyə qalxdığı bir nöqtə var ki, biz o nöqtəyə qalxa bilən məqalələri qəbul edirik. Baxmayaraq ki, məqalə toplamaq çox çətindir. Amma yenə də seçirik. Eyni zamanda məqalələri 5 (Azərbaycan, ərəb, fars, türk, və ingilis  – K.B.) dildə çap edirik və bununla Şərq və Qərb arasında intellektual körpü olmaq iddiasındayıq.

– Bir məqalə 5 dildə nəşr edilir?

– Bir cildin içində məqalələr müxtəlif dillərdə çap edilir. Bu eyni zamanda beynəlxalq indekslərin tələblərinə uyğundur.

– Yəni bu məqalələr tərcümə deyil. Biri ingilis dilində çıxır, biri ərəb dilində.

– Bəli. Məqalə hansı dildə yazılıbsa, kimin ruhu hansı fəlsəfi dildə danışırsa, həmin dildə də veririk. Yetər ki, oxusunlar. Bununla yanaşı, mütləq hər bir məqalənin Azərbaycan və ingilis dilində xülasələrini veririk.

– Jurnalınız xaricdə necə yayılır?

– Jurnalın hər sayı Redaksiya Şurasının üzvlərinə göndərilir. Eyni zamanda, nəşrin elektron versiyasını “Metafizika” jurnalının saytında yerləşdiririk. Beynəlxalq standartın tələbinə görə hər məqalə ayrıca pdf şəklində olmalıdır ki, onun neçə dəfə oxunması qeydə alınsın.

1905.az


Etiket: Fəısəfə
Xəbərlər

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023
Bütün xəbərlər