Şair Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçənin qədim Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub.
Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən “Vətən, küsmə məndən” kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi, 14 müxtəlif şeiri, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərinin açması, 17 deyişməsi, 1 meracnaməsi, ”Əfqan və Tufan”, ”Bəhmən və Humay” dastanları toplanıb çap olunmuşdur.
13 noyabr 1976-ci il doğulduğu Nərimanlı kənd qəbirstanlığında dəfn olunub.
Olmasa
Deyirlər “cəhd çarıx yırtar”, bir bəxtin yar olmasa,
Dost dostundan üz döndərər bir etibar olmasa.
Tülək tərlan oylağında tez alar şikarını,
Qara quş kalı götürər, dayısı sar olmasa.
Mənim çoxdur söz sinəmdə, yeri gəlsə deyənəm,
Anlamazla işim yoxdu, qanana baş əyənəm.
Nə yetkinəm, nə ölgünəm, nə də kalam dəyənəm,
Bağban kimi qan tökərəm, bağımda bar olmasa.
Məndə gəldim bu cahana ayaq bastım bir qədəm,
Düçar oldum şairliyə hər yana çıxdı sədəm.
Yalançıya, yaltaqlara, yamanlara çox bədəm
Hamı durar düz ilqarda, yalançılar olmasa.
Nərimanlıdı şair Bəhmən, Göyçədi elim mənim,
Açılıbdı doğru sözə, öyrənib dilim mənim,
Əzəldən can deyən dostdan üzüldü əlim mənim,
Mərd namərdə möhtac olar, əlində var olmasa.
Bağlama
Bir şamdan görmüşəm, xeyli maraqlı,
Saydım, şölə verən çırağı beşdi.
Çox uca boyu var, həm də şirindi,
İyirmi qılçası, ayağı beşdi.
Ayaqdan başadək sanı bildirir,
Hökm eləsə dağı-daşı dəldirir.
Kimini ağladır, kimi güldürür,
Çox uzun dili var, qulağı beşdi.
Qulağın tutanın bəxti ucalır,
Nə dərdi-qəm çəkir, nə də qocalır.
Hörməti artırır, eldən güc alır,
Dostluqda əli var, barmağı beşdi.
Onun hökmündədi hər qurğu-busat,
Kimini mərd edir, kimini namərd.
Ona xidmət edir cəmi maxluqad,
Bir, iki, üç gedir, dörd tağı beşdi.
On, on beş sanımda hesaba düzdü,
Yaşını soruşdum: əllidi, yüzdü...
Bəhmənin dediyi çox doğru sözdü,
Kim tapsa əqlinin bucağı beşdi.
Yatır
Bir böyük sənətkar bu quru yerdə,
O, bilirmi yeni zamanda yatır.
Qapısız, bacasız, ensiz qəbrdə
Ələsgər də yatır, İman da yatır.
O mahir ustaddı, eldə söylənir,
Sözləri ağızda, dildə söylənir,
Məclislər içində, çöldə söylənir,
Bir belə hörmətli insan da yatır.
Ələsgər sazının o şah pərdəsi,
Getmir qulağımdan xoş züm-züməsi,
Bakı Bülbülünün şirin nəğməsi,
Səmədin ceyranı Muğanda yatır.
Aşıq Ələsgərin böyükdü adı,
Cəmi aşıqların odur ustadı.
Atalar deyibdi: fani dünyadı,
Gələnlər boş gedir, üryan da yatır.
Ələsgər ölməyib, uzaqda gəzir,
Ellərin içində, yığnaqda gəzir,
Sözləri dəhanda, dodaqda gəzir,
Özü də aşkara pünhanda yatır.
Çox sevir sözünü sənin hər millət,
Hər yanda adına saxlanır hörmət,
Məclisdə deyirlər: sənə irəhmət,
Ələsgər yurdunda Bəhmən də yatır.
(1963)
YA ƏLİ
Damandayam, dada yetiş şahimərdan, ya Əli!
Seyfullahsan, Əsdullah, şiri-yəzdan, ya Əli!
Ərşi-gürşü, ərzi-səma yox ikən sən var idin,
Bir ilahim xəlq eylədi səni nurdan, ya Əli!
Gəlməmiş dünya üzünə Salmanı aldın şirdən,
Tifil ikən mərcə girdin, pünhan oldun Xızırdan.
Gəzəndə çeşmə başında sən zahir oldun birdən,
Xəbər aldı İlyas səndən:"Gəldin hardan, ya Əli?!"
Ya Əli, isimin qurbanı, sənsən Qəzənfər ağa,
Həm Əlisən, həm Vəlisən, vəsfi peyğəmər ağa,
Babi-nüsrət, xofi-küfrət qatili əntər ağa,
Şəhrizərdə Salsal qorxdu, zülfiqardan, ya Əli.
Müxənnətin hiyləsindən, mən namərddən qorxuram,
Yalan şər-böhtan danışan mazarratdan qorxuram,
Bu dünyada, həm üqbada var siratdan qorxuram,
Xilas eylə sən Bəhməni qurtar dardan, ya Əli!
DEYİRƏM
Bu sinəmdə təb coşanda sözü peydər deyirəm,
Həqiqətdən, nəsihətdən gör nə qədər deyirəm.
Anlayana mətahımdı, ləli-gövhər simuzər,
Əgər ki, alan olmasa, onda hədər deyirəm.
Bu dünyanın qapısını əzəldən açandı söz!
Əhli-ürfan məclisində bil, ləli-mərcandı söz!
Anlamaz nadan yanında bir çubal samandı söz!
Bu misalla tut hesabı, gəlib-gedər deyirəm.
İnsanlığa qiymət verən elmdir ki, var olar,
Elmsizlər ah-vay çəkər, dərdə giriftar olar,
Bəhmən, səndə qəm eyləmə, sözlərin aşkar olar,
Bu dünyada çəkmə dərdi, etmə kədər deyirəm.
Bir üzüm-üzüm
təcnis
Payızda yetişən meyvə içində,
Dəhanda dadlıdı, bir üzüm, üzüm.
Bəslənir bir boyda, bəstə biçimdə,
İstədim bu bağdan bir üzüm üzüm.
Könlümün xanəsi bağı nə dərdi...
Yolçu, naşı bağban bağdan nə dərdi?
Sevgi çatsa sevgisinə nə dərdi,
Dəymədi canana bir üzüm, üzüm.
Bəhmənə açılan bağlı dərindi,
Kamil bağban, meyvə dəydi, dər indi!
Eşqin bəhrin mən gəzmişəm, dərindi,
Qəvvasıyam, indi bir üzüm-üzüm.
Aşıq Əsədin ölümünə
Dünya, sən nə beyvafasan,
Qoydun belə adət, getdi.
Bu yolda karvan əylənməz,
Gələnlər nabələt getdi.
Kimi olar, kimi ölər,
Kimi ağlar, kimi gülər.
Kimi bilməz, kimi bilər,
Kimi aşkar, xəlvət getdi.
Dünyanın işi qolaydı,
Kimi dərviş, kimi baydı.
Kimi gəldi günün saydı,
Kimi çəkdi ləzzət, getdi.
Ellərdə söylənən adı,
Söhbəti dil-dəhandadı.
Cəmi aşıqlar ustadı,
Heyif, aşıq Əsəd getdi.
Yatıbsan, yoxsa oyaqsan,
Gələnə, gedənə baxsan.
Bəhmən, sən də bir qonaqsan,
Eyləsən də xiffət, getdi.
“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025