OĞUL oğlu - KOROĞLU

19:00 / 30.12.2018
Baxılıb: 2872


Yol boyu tövşəyə-tövşəyə sevincək birisi qaça-qaça harasa tələsirdisə, yəqin ki “ muştuluq aparır ” deyərdilər. Muştuluqçu üz tutduğu ünvana yetişdikdə: “ Ay filankəs, muştuluğumu ver, filankəsin oğlu olub! ” deyərək, bu şad xəbərə muştuluq alardı. Oğlan uşağının dünyaya gəlməsi övlad sevincidir, buna söz yox; oğulun dünyaya gəlməsi isə böyük səadətdir! 
Bəzən İlahidən insanlara oğuldan da təpərli qız övladı da pay verilir. Oğulluğunda “ düşmən toxmağı ” olmaq qüdrətini saxlayan oğul da hər kişinin qisməti deyil. Xoş o atanın halına ki, yurdunun tüstüsü qeyrət əli ilə qalanmış ocaqdan çıxar.
...Günlərin birində bir dostumuzun evində qonaqlıqda idik. Sağlıqlar, şeirlər, qəzəllər deyilir, xoş rəftar münasibətlərlə məclis axarı ilə gedirdi. Bir yoldaşa telefon zəngi gəldi. Telefon söhbəti zamanı bu yoldaş danışdığı adama gözaydınlığı verərək, şad olduğunu bildirdi! Söhbət bitdikdən sonra, “Əşrəfin oğlu olub!” deyərək xoşhallığını camaatla bölüşdü. Təzə dünyaya gəlmiş uşağın şərəfinə xeyir-dualı sözlər, sağlıqlar deyildi. Masadan aralıda nurani, çöhrəsindən müdriklik yağan bir ağsaqqal da oturmuşdu. Aramlı tərzdə soruşdu: 
-A bala, kimdən söhbət gedir? 
Dədə, dostumuz  Əşrəfin oğlu olub! 
Ağsaqqal təmkinlə başını aşağı salıb, buyurdu: 
- A kişi, qoy bir gəlib 25 yaşına çatsın görək bu doğulan oğuldu, ya nədi? Niyə belə tələsirsiniz ona oğul deməyə. Deyin ki, Əşrəfin evində bir oğlan uşağı dünyaya gəlib.
Bu sözdən sonra araya sükut çökdü. Mən belə başa düşdüm ki, ağsaqqal kişi bu doğulan uşağın gələcəkdə hansı yolun yolçusu olacağına təminat verə bilmədi. Həzrəti Əlinin belə bir kəlamı var: “ Övladlar valideynlərindən çox, zəmanəyə oxşayar! ” Ona görə də ağsaqqalın simasında bir müəmma hiss olunurdu - görəsən dünyaya gələn bu uşaq oğul olacaqmı?!

...Hər gözəldə ağıl olmaz,
Hər söz şirin nağıl olmaz,
Hər doğulan oğul olmaz, 
Doğan ana ANA gərək.

Təbii ki, dünyaya övlad gətirə bilən hər bir ana-zərif məxluq möhtəşəmdir, gözəldir, əzizdir. Tibbi-bioloji-astronomik müşahidələr təsdiq edir ki, hər bir fərdin xarakteri onun valideynlərinin xarakteri ilə üzvü və ayrılmaz şəkildə bağlılığa malikdir. Bu nöqteyi-nəzərdən övladların ananın qanı, südü ilə aldığı genetik kodların əsasını formalaşdıran bütün xasiyyətləri əvvəlki nəslin əlamətlərini daşıyır. Köhnə zamanlar bu amilə çox fikir verərdilər. Hətta ailə qurmağın ən mühüm sayılan şərtlərindən biri, yaxşı oğul dünyaya gətirə bilən xanım seçməklikdə igid və cəsur olan namuslu xanımla izdivac məsələsi idi. 
Bari həml dövründə ananın xasiyyətinin əksəriyyəti, yaşadığı hisslər də övlada köçür və daimilik qalır:

...Ana çox əzizdir, çox müqəddəsdir,
Ancaq ömrün hər pənahı atadır.
O ürəkdə qandır, candır, nəfəsdir,
Ailənin məbədgahı atadır.

O kəslər ərənlər, azmanlar, igidlər sırasına qoşula biliblər ki, atasının və anasının soyundan götürdükləri, zatından gələn irsi, möhtəşəm xasiyyətləri qoruyayaraq sonrakı nəsilə ötürə biliblər. Oğul uşağı “ ağciyər ” olmamağı atasından öyrənər. Atasının gücündən, qüdrətindən stimul alar. Zaman keçdikcə atasının yolunu tutar. Bu məsələ tarixin bütün dönəmlərində belə olmuşdur. Dədələr dədəsi böyük ƏLƏSGƏRİN təbirincə desək:

...Yaxşı oğul əkər, bir yaxşı ata,
Ölüncə kimsəyə yetirməz xəta.
Yeri gəlsə xeyir verər elata,
Onun arxasından qaçma dünyada.

Yaxşı kişidən törəyən oğul pis ola bilməz! Pis kişinin yaxşı oğlu ilə dostluq etməkdənsə, yaxşı kişinin pis oğlu ilə dostluq etmək yaxşıdır. Pis kişinin yaxşı oğlu 5-10-20 illik dostluq dönəmində bircə dəfə dədəsinə çəkəcək. Bu sevdanın iflasına elə bu da bəs edir. Yaxşı kişinin oğlu isə, nə qədər şuluq görünsə də zatına çəkəcək, namərdlik edən deyil, arxayın ol!
Bu arada olmuş,  tarixi bir həqiqəti sizə rəvayət etmək niyyətimin zamanı çatdığını zənn edirəm:

Paşa bəy (Sultan bəyin atası) adlı tarixi şəxsiyyətlərimizdən birinin yaylağı varmış. Yaşadığı kəndin arası o yaylaqla 13-14 kilometr uzaq məsafədə yerləşirmiş. Paşa bəy saxsı borularla 13-14 kilometrlik  məsafədən kəndə torpağın altı ilə su çəkib, xeyirxah işlərlə məşğul olan adam olub. Türkiyə dövlətinə bağlı olduğundan bu adamın topu, tüfəngi, bütün sursatı Türkiyədən gələrmiş...
Bir gün bu Paşa bəyin bir oğlu olur. Yağıntılı da gün imiş. Nökərin biri qaçaraq palçığın-zığın içərisində sevinə-sevinə gəlir, çatır Paşa bəyin evinə. Buna xəbər verirlər ki, Bəy sağ olsun, bir muştuluqçu gəlib. Deyir, bala, nə məsələdi, xeyirdimi, bu nə muştuluqçusudur? Deyirlər ki, bir oğlun olub, muştuluq istəyir. Bəy buyurur ki, onu dəvət edin içəri. Muştuluqçuya deyillər, gəl içəri, bəy səni evə dəvət edir. Muştluqçu gəlir içəri, bəy deyir, ə, o atın yəhərinin üstündə bir şallaq var, onu mənə gətirin! Gedirlər atın yəhərinin üstündən şallağı gətirirlər bəyə. Paşa bəy çıxır çöldə bu muştuluqçunu o ki var döyür.
- Bəy sağ olsun, məni niyə döyürsən?
- Axırda deyəcəm, hələ dayan: Sən bir balaca ət parçasına oğul deyirsən, oğuldu o?!
Bunu bir təhər yalvara -yalvara alırlar bəyin əlindən. Ağlıya- ağlıya, söyə-söyə qayıdır geri, tanış-bilişə başına gələnləri danışır: Getmişdim muştuluğa, muştuluq əvəzinə məni döyüb yola saldı. Özü də Paşa bəy, Paşa bəy! Hanı Paşa bəy?!

Aradan nə qədər keçir həmən bu Paşa bəyin oğlu - Soltan da bəy olur. Hələ evlənməyibmiş. Erməniləri qırır. 74-75 erməninin başçısı gəlir bunun yanına ki, mənə yol ver, Qaladərəsindən çıxım gedim, sənə də bir belə haqq-hesab verəcəm.
Deyir: - Hə, oldu.
Andraniklə danışır, deyir, filan yolla gedərsiniz. Elə həmin dərədə də bunların hamsını öldürür. Özləri ilə gətirdikləri atlarını, silah-sursatlarını isə qənimət kimi ələ keçirir. Andranikin də qulağının birini kəsir qoyur cibinə. Özünü də sağ buraxır, deyir, bunu aparın qalan ermənilərə də deyin ki, farağat dursunlar, bir də araya ixtilaf salmasınlar. Bunu salamat buraxır, Andaranikə də adam qoşur ki, birdən öldürüb məhv edərlər. Zəngəzur yoluyla sağ -salamat gedib çatsın mənzilinə. Sultan bəyin özü isə hadisə yerindən Andranikin qulağının  biri cibində gəlir öz  kəndinə.
Xəbər çatır Paşa bəyə. Deyir ki, o vədə Sultan olanda muştuluğa gələn adamı tapın gətirin mənim yanıma. Gəlib bu muştuluqçu kişini tapırlar, görürlər ki, indi daha qocalıb muştuluqcu.Ömrünün ahıl, axır çağlarını yaşayır. Deyirlər səni Paşa bəy çağırır. Deyir, ə, mən ölüm gedin o yana, Paşa bəy məni neyniyir? Deyirlər, nə bilək, çağırır. Deyir o vədə də getdim muştuluğa məni döydü, öldürdü, bir ay başımı düzəldə bilmədim. 
Bəyin adamları inad edib əl çəkmirlər, bunu gətirirlər Paşa bəyin yanına. Gələndə Paşa bəy buna nə qədər pul, nə qədər at, nə qədər qoyun, nə qədər mal, daha hər şey verir...Deyir buna mənim hesabıma hardan desə bir yaxşı ev tikin verin. Ev də tikib verirlər.
Onda bəy muştuluqçuya deyir: " Hə, indi olar sənə muştuluq, bax indi olar. İndi oğuldu Sultan. O vədə bir parça ətə oğul deyirdin."

... Ovçu olan bəslər alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı.
Bir oğul atadan artırsa işi,
El içində ona “tavar” deyərlər.

Sözümün məğzini ata-baba yolunu zamanın əsən küləyinin istiqamətindən asılı olmayaraq qoruyub saxlayan-səxada, vəfada, dost-qohum yolunda cəfada, süfrəsində səfada üstün olan dostum Becan oğlu Koroğlu üzərində cəmləyəcəm. 
O, anadan olanda Becan əmi əsgərlikdə imiş. Koroğlunun dünyaya gəlməsi ilə iki böyük nəsilin şadlığı neçə muştuluqlarla qarşılandı. Kim kimi görübsə, “ Becanın oğlu olub! ” deyib. Yeyib -içən kim, qonaqlıq verən kim, aşıq oxutduran kim, hamı qarışıb bir–birinə. Becana teleqram vuran kim?! Bu əhval -ruhiyyə Becan Qasımovun gənc yaşlarında qazandığı el hörmətinə göstərilən münasibət idi. Camaat onun xətrini çox istəyirdi. Hamının hər işində daim öndə olub, böyük-kiçik yerini bilib, ağsaqqal yolu gözləyib, qarasaqqala yol göstərib. Hər işi xeyir, hər əməli səmərəli olub. Ona görə də el gözündə Becan kimi də ucalıb. Becan əminin adı da nadir adlardan olmaqla bərabər, boyu–buxunu, saza-sözə vurğunluğu, aşıqlığı və müğənniliyi kamil şəkildə bacarmağı, qoldan qüvvəli olmağı, qorxaqlıqdan uzaqlığı, mərdliyi onu tək Nərimanlıda deyil, ətraf kəndlərdə də yaxşı tanıtdırmışdı. Nə qədər böyüklükdə mağar qurulsaydı, Becan Qasımovun səsi, zənguləsi o mağarı tam doldurar, hətta uzaqlardan da onun oxuduğu mahnını aydın dinləmək olardı. Hər cavan bu hörməti qazana bilməzdi. Allah-taala bu insanı seçilmişlər sırasında qərar vermişdi.
Koroğlunun anası Sevil xanım da məxsusi insani keyfiyyətlərə malik nəcabətli bir xanımdır. Bütün məclislərdə ünsiyyətli, şirindil, ürəkli, ağıllı qəraralar çıxaran, uzaqgörən, süfrəsi bərəkətli, canıyanan, qeyrətli olmaqlığı ilə Sevil xanıma məxsus bir yol qoyaraq, çox izzətlə sayılanlardandır. 
Zaman–dövran hansı küləkləri əsdirməsindən asılı olmayaraq Koroğlu Becan oğlu soyundan gələn ərənliyi bütünlüklə qoruyub saxlayan şəxsiyyətlərdəndir.
Uşaqlığı zahirən fiziki cəhətdən nəhəng götünməsə də, onun girişdiyi məsələlərə ancaq nəhəng adamlar girişərdlilər. Düşüncə və münasibət tərzi yaşlı adamların halına daha çox uyğun gələrdi, nəinki yeniyetmə.
Hər bir valideyn qəlbində yaşatdıqları ilə var olur bu dünyada. Becan Qasımov oğlunun adının Koroğlu seçilməsi bu soyun hansı hisslərlə yaşamasının nümunəsidir. O zamanlar adları ancaq ağsaqqallar seçər, yaxud qoyulmasına razılq verərdilər. 

...Elin ağsaqqalı əhli hal olsa, 
El içində ad çıxarar balası.
Elin ağsaqqalı pürkamal olsa,
Düşmən qabağında uçmaz qalası.

Ağsaqqallarının təpərində tutduqları Koroğlu amili, Koroğlunun adını qoymaqla culğalaşmışdır. Çox vaxt hər kəs övladına öz idealının adını qoyur. Koroğlunun da adı bu elə məhz bu cür könül mənbəyindən seçilərək, dillərə keçmişdir. İnsana qoyulan adın mənəvi-psixoloji aspektdən baxdıqda onun inkişafında böyük rolu vardır. Maraqlıdır ki, cəmiyyətdə də, ictimai münasibətlər çərçivəsində də insana göstərilən münasibət şüuraltı yolda onun adı ilə həmahəng olur.


O, uşaqlıq dövrlərində də hamının sevimlisi idi. Həmişə heç kəsin gözləmədiyi, yaşından xeyli qabaq olan maraqlı fikirlər söyləyər, qoçaqlığı və operativliyi ilə dəyərləndirilərək əzizlənərdi. Orta məktəb illərində arabir şuluqluq etsəydi belə, onun bu hərəkəti elə bir şirin tərzdə olurdu ki, buna görə heç vaxt onu məzəmmət etməzdilər. Özünün içindəki koroğluluq elə hamının dediyi Koroğlu şəxsiyyətinin formalaşması üçün bir özül idi.
Koroğlu Becan oğlu heç vaxt islanmış geyimini namərd küləyinə qurutmadı. Üstünə gədə sözü götürmədi, nadan məclisində çörək kəsmədi, çörəyini də kişi bildiyi adamlarla bölüşdü.
Tələbəlik illərində milli hissləri güclü olan dostlarının əhatəsində öz sanbalının ağırlığı ilə urvatlandı. Harda ürəkli, sözünü deyən, qabağından yeməyən, prinsipal uşaqlar var idisə, onlar yer alırdı Koroğlu Qasımovun yanında. Bu sözləri yazmaqda fikirim Koroğlu Becan oğlunu sadəcə vəsf etmək deyil, onun şəninə tərif etmək istəyim də var. Bu kitabı gələcək nəsillər oxuyub tanış olduqda, onlar da öz ata-baba yollarını istiqamətində hansı xüsusiyyətlər olduğunu qoy mənim dilimdən də görsünlər. 

Tələbəlik dövrünü bitirdikdən sonra Qasımov Koroğlu Becan oğlu əmək fəaliyyətinə polis işçisi kimi başladı. Əməliyyat şəraitini yüksək peşəkarlıqla müəyyənləşdirdiyinə görə, daim rəhbərliyin ehtiyac duyduğu sayılıb-seçilən bacarıqlı müvəkkil kimi tanınırdı. Ağır və məsuliyyətli əməliyyat planlarının hazırlanması zamanı ən birinci Koroğlu yada düşürdü. Çünki dəqiq və operativ yolların hamsını kamil şəkildə bilirdi. Onun polis sıralarında işlədiyi illərin bir hissəsi daxili və xarici qüvvələr tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin təhdidlə üzləşdiyi, vətəndaş müharibəsi təhlükəsinin qaldığı çətin və mürəkkəb dövrləri əhatə edir. O zamanlar ölkəmizin bacarıqlı polis işçilərinə çox böyük ehtiyacı var idi. Gəncəbasar kimi bir ərazimizdə isə demək olar ki, qarmaqarışıqlıq hökm sürürdü. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti tam formalaşdırması üçün sağlam qüvvələr tələb olunurdu. Dövlətçiliyimizin qorunması üçün o dövrə uyğun gələn hər nə zəruri idisə, Koroğlu Qasımov bir polis nümayəndəsi kimi hamsını mahir uyğarlıqla icra etdi. Neçə-neçə cinayətkar qrupları və fərdləri zərərsizləşdirdi. Çoxlu sayda cinayət əməlləri törətmiş adamların həbs olunaraq, cəzalandırılmasını təmin etdi. Ölkədən qaçıb kənardan qarışıqlıq törətməyə cəhd edən bütün qrupları çox riskli yollarla ifşa edərək, Azərbaycana gətirdi. Bu əməliyyatların icra olunması üçün çox vaxt öz həyatını risklər altına atmasına baxmayaraq, onun üçün Vətən, Dövlət, Bayraq anlayışı o qədər əziz və müqəddəsdir ki, dövlət atributlarımızın və dövlətimizin yaşaması üçün Koroğlu “of” demədən ölümün də üzərinə qəhrəmanlıqla gedirdi. Uca Allahın mərhəməti ilə getdiyi yolların hamsından üzüağ və salamat qayıdırdı.
Azərbaycandan kənarda yaşayan soydaşlarımızın öz aralarında, yaxud digər millətlərin nümayəndələri ilə ortaya çıxan bir çox problemlərinin həllində Koroğlunun sonsuz əməyi var. Dəfələrlə belə məsələlərdə saysız -hesabsız qanlar yatırılmasında öz insanlıq töhvəsini verib.
Cəmiyyətdə olan nüfuzu ilə hər kəs onu dinləyib, hörmətini saxlayıb kompromis yolunda onun dediyindən çıxmayıb. O da baş qoşduğu məsələlərdə bütün tərəflərin maraqlarının sağlam şəkildə qorunmasına, ədalətli münasibətlərin tənzimlənməsinə vəsilə olub.
Erkən yaşlarından qazandığı nüfuzun üzərinə, nüfuz gətirdi Koroğlu müəllim. O, heç bir dairədə etimadının itməsinə yol vermədi. İndi də bu cür həyat tərzi onun ömür mayakıdır. Ömrünün 50 illik hesabatı dövründə mənfilərlə müsbətlərin imtahanını özü–özünə verən Koroğlu özü haqda heç bir rəy bildirməsə də, biz bilirik onun ortaya qoyduğu nəciblikləri.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən bir cinayətkarı, satqını, şərəfsizi tutub cəzalandırmasında onu nahaq sayanlar da tapılmışdır. Cəmiyyət üçün zərərli, ana-bacısının şərəfini qorumayan birini tutub cəzalandırdıqda, bu səhnəni dramatikləşdirənlər də olmamış deyildir. Lakin vicdan və ləyaqətlə qeyd edə bilərəm ki, Koroğlu Qasımov heç vaxt, heç yerdə şərəfini, ləyaqətini, namusunu, vicdanını, elinin-obasının təəssübünü, əxlaqını qoruyan heç kəsin qəlbinə belə dəyməmişdir. Əksinə bu cür insanlara sonsuz hörmət göstərərək onlara yardımçı olmuşdur. Onun bu möhtəşəm, kişi xasiyyətləri ilə öyünməmək olmaz!
Düzə-düz prinsipləri həyatının yaşam hədəfini müəyyənləşdirir. Bu baxımdan müşgül məsələlərin müzakirəsinin insaflı yolunu bütün tanıyanlar Koroğlu ilə bağlayırlar. Tanıyanlardan hansının işi ona düşsə sorğusuz öz işini atıb, ağız açan adamın işiləri ilə məşğul olmağa başlayır ki, ayıbdır, ağız açıb. Tam qarşılıqsız.

Çox sevindirici bir təbiətinin şahidi olduğumu da gizlətmək istəmirəm. Ona səbəbsiz yerə, bəzən də paxıllıqdan mənfi münasibətdə olan az sayda adamların haqqında da belə, heç vaxt pis olacaq bir nəsə düşünməyərək, əksinə elə adamlara da hamıdan əvvəl öz köməkliyini edir. Bu Koroğlunun indiki zəmanədə başqalarında az rast gəlinən, fərqli xarakteridir, həyati məziyyətidir.
Koroğlu Qasımov elin-obanın heç bir məclis və mərakələrindən qalmaz. Qohumlara münasibətdə sileyi-rəhmi yaddan çıxarmaz. Lazım gəldikdə gizlin və aşkar formada maddi və mənəvi dəstəyini bütün ictimai işlərə göstərər. Harda kasıb görsə ehtiram edər, əlindən tutmağa çalışar. Atasının ad- sanını, ucalığını qorumaq üçün bütün çətinliklərə dözməyə hazır olar, ailəsinin, doğmalarının, qardaş-bacının, bütün dostlarının, elinin, camaatın müvəffəqiyyət qazanması üçün özündən asılı olmayanı da  etməkdən yorulmaz, hər cür əziyyətə qatlanar.
Onunla ünsiyyətimiz fonunda gəldiyim qənaət budur ki, Koroğlu Becan oğlu üçün ən gözəl istirahət məkanı öz ailəsi ilə birlikdə olmaqdır. Ailəyə bağlı olmaq isə təəssüb hissinin birinci əlamətidir. İnsanlıq xislətinin ən başlıca meyarı ailəyə bağlılıqdır. Odur ki, həyat yoldaşı, ağıllı və gözəl insan Vüsalə xanımın pedaqoqluq psixologiyasının dəstəyi ilə gözəl, cəmiyyətə yararlı, savadlı, namuslu övladlar böyütmüşdür. Bu gün onun övladlarının cəmiyyətdə mövqeyi Koroğlu Qasımovun qürur yeri olmağa zəmanət verməkdədir. Çox vaxt övladların mövqeyi valideynin şərəfinin hər şeydən çox ucaldar. Bu yerdə şair belə deyir:

...Açılarmı çiçək solsa? 
Çay qurumaz suyu bolsa. 
Övlad əgər, övlad olsa ,
Möhkəm olar dədə dostu.

Koroğlu Becan oğlu dərin nüfuza malik iş adamıdır. Özünə hörmət qoyan, özünü tanıyan insanlar əhatəsində cəmləşməklə onun ictimai mühitdə nüfuzunun kütləsini artırır. İnsanlığa münasibətdə ədalət prinsiplərinə münasibətinin və qurduğu rabitələrin sağlamlığı onun ömür yolunun qayəsini təşkil edir.
Koroğlu Qasımov haqda yazılmış bu kitabın məğzini onun 50 illik həyat yoluna - ailəsinin, qohumlarının, dostlarının, ictimai xadimlərin bir qisminin verdiyi qiymət təşkil edir. Bunlar sadəcə insanların münasibətidir. Güman edirəm ki, axirətdə onun əməl dəftəri sağ əldən təqdim olunanlar sırasına düşəcək.

Hacı Abbas Əli oğlu Bağırov 
həkim, provizor, tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzinin direktoru


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər