Qaçaq Nəbini xanəndə Hacı Hüsü ilə nə bağlayırdı?

12:00 / 26.12.2018
Baxılıb: 3896

Məclisin şirin yerində kimsə qışqırdı: - “Vay dədə, vay, Qaçaq Nəbi bura gəlir”.

Tacir və bəylər, xüsusilə pristav təşvişə düşdülər. Nəbi salona daxil oldu. Məclisdəkilərin narahat olduğunu görən Nəbinin dostu Kəblə Məmməd:

- Camaat, heç nədən qorxmayın, Nəbi buraya Hüsünü dinləməyə gəlib.

Gözəl yay günlərindən biri idi. Moskvanın geniş və yaraşıqlı salonlarından birində Şuşa sakini Camharov İvan öz oğlu üçün toy məclisi düzəltmişdi. Qonaqların əksəriyyəti Qarabağdan idi.

Məclisin başında musiqi üçlüyü əyləşmişdi. Xanəndə oxuyurdu. Onun məlahətli səsindən xoşlanan qonaqlar yerbəyerdən “Qarabağ şikəstəsi” oxumasını xahiş edirdilər.

Xanəndə guşa gəldi:

Mən aşiqəm Qarabağ,

Qara salxım, qara bağ,

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Xanəndə bu sözləri incə xallar və coşqun zəngulələrlə oxuduqca dinləyicilər xəyalən özlərini səfalı Qarabağda hiss edirdilər. Hər tərəfdən: “Ay can, ay can”, “sənə nənəm qurban”, “sağ olsun xanəndə” sədaları ucalırdı. Yalnız məclisdə əyləşmiş bir neçə musiqişünas dərin fikrə dalıb xanəndəni dinləyir, arabir də bir-birlərinə mənalı nəzər salırdılar. Xanəndə şikəstəni qurtaran kimi professorlardan biri məclis əhlinə müraciət edərək dedi:

- Ağalar, biz bütün ömrümüzü musiqiyə həsr etmişik. İnsanda bu incə, təravətli səs nadir hadisədir. Mənə elə gəlir ki, burada isə bir sirr vardır.

Kimsə söz atdı:

- Yəqin ki, ağzında nə isə tutub oxuyur.

Məclisdə qızğın mübahisə başlandı. Vəziyyəti belə görən məclis sahibi qonaqları sakit edərək dedi:

- Canım, mübahisə nəyə lazımdır. Əgər xanəndənin səsinə şübhəniz varsa, onun boğazını yoxlaya bilərsiniz.

Məclisdə əyləşən bir həkim xanəndənin ağzına və boğazına baxdı. Əlbəttə, heç nə tapılmadı. Xanəndəni yenidən alqışladılar. Bu xanəndə, öz sənəti və zəngin səsi ilə bütün Qafqazda, Yaxın və Orta Şərqdə məşhur olan böyük müğənni Hacı Hüsü idi.

Hacı Hüsü Niftalı oğlu Şuşanın “Çölqala məhəlləsi”ndə papaqçı ailəsində anadan olmuşdu. Böyük sənətkar ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdı.

Gənc Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdi. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə, Hacı Hüsünün müəllimlərindən biri də Şərq muğamlarını gözəl bilən Mirbaba Mirabdulla oğlu (Yusif Vəzir Çəmənzəminlinin atası) olmuşdu. 

Xarrat Qulu Hacı Hüsünün gözəl səsini və oxumaq qabiliyyətini nəzərə alıb onu özü ilə bərabər məclislərə aparırdı. Bu məclislərdə Hacı Hüsü zil və incə səsi ilə hamını heyran qoyardı. Hələ gənc ikən böyük müğənnini dinləyən məşhur xanəndə Cabbar Qaryağdı oğlu Hacı Hüsünün səsinə qiymət verərək yazmışdı:

“Hacı Hüsünün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı başlayıb oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zilə qalxardı. O, “Orta mahur” oxuyanda bütün musiqiçiləri heyrətdə qoyardı”.

Bir çox mənbələrdən və böyük sənətkarların xatirələrindən aydın olur ki, XIX əsrin ən böyük və məşhur müğənnisi Hacı Hüsü olmuşdur. Lakin hələ XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Şuşada - Qarabağda tanınmış bir çox sənətkarların adlarına rast gəlirik. Bu sənətkarlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Həsənçə, Qaraçı Əsəd, Kosa Məhəmməd bəy, Tükverdi Həsən, Mirzə İsmayıl və başqa müğənnilər klassik musiqini əhali arasında yayaraq Şuşada xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrün məşhur tar çalanı Əli Əsgər (Sadıqcanın müəllimi) və gözəl kamança çalanı Qaraçı Hacıbəy, qoşanağara çalanı isə Qapançı oğlu Kərim idi. Şübhəsiz ki, Hacı Hüsünün kamil bir ustad kimi yetişməsində bu böyük sənətkarların həlledici rolu olmuşdu.

Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə “Xandəmirovun teatrı” binasında “Xeyriyyə gecəsi”ndə çıxış etmişdi. Cabbar Qaryağdıoğlunun yazdığına görə, həmin gecədə Hacı Hüsü tarzən Sadıqcanın müşayiəti ilə “Çahargah” oxumuşdu.

Bu məclisdən sonra onun şöhrəti hər yana yayılır. Müğənnini tez-tez qonşu ölkələrin toy şənliklərinə dəvət edirlər. Hacı Hüsü nəinki Zaqafqaziyada, Rusiyada, hətta Yaxın və Orta Şərqin bir sıra ölkələrində də şöhrət tapır. Bu ölkələrin kübar ailələri, varlı əyanları onu öz ziyafətlərinə, toy məclislərinə çağırmışlar. 1880-ci ildə İran hakimi Nəsrəddin Şah oğlu şahzadə Müzəffərəddinin toyuna Hacı Hüsünü də dəvət etmişdir. Hacı Hüsü bu toya məşhur tarzən Sadıqcan, kamançaçı Bağdəgül oğlu Ata ilə birlikdə getmişdi. Toy Təbriz şəhərində təşkil olunmuşdu. Həmin toyda İranın ən məşhur oxuyan və çalanları Hacı Hüsü ilə birlikdə çıxış etmişlər. Məclisin axırında şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilmişdi. Həmin məclisdə-müğənninin gözəl səsi və muğamları böyük ustalıqla oxuması, Sadıqcanın isə tarı sinəsi üstündə çalması iranlıları heyrətə gətirmişdi.

Hacı Hüsü sadəcə xanəndə deyildi. O, klassik Şərq və Azərbaycan muğam və təsniflərinə dərindən bələd olan musiqişünas və gözəl bir müəllim kimi də çox məşhur idi. Hacı Hüsü Mir Möhsün Nəvvabla birlikdə Şuşada ilk “Musiqişünaslar məclisi”nin əsasını qoymuşdu. Müəllimi Xarrat Qulunun ölümündən (1883) sonra isə Qarabağ xanəndələrini öz ətrafına toplayıb “Xanəndələr məclisi” yaratmışdı.

Bu məclisin məqsədi yeni xanəndələr yetişdirmək, xanəndəlik sənətini kütlə arasında yaymaq və klassik Azərbaycan muğamlarını inkişaf etdirmək idi. Həmin dövrdə bu məclis musiqi məktəbi və yaxud “Xanəndələr ittifaqı” rolu oynamışdır. Məşədi İsi, Keştazlı Həşim, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları bu məclisə daxil idilər.

Hacı Hüsü klassik muğam musiqisinin təkmilləşdirməsi üzərində işləyərək “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara yeni-yeni variantlar, guşələr əlavə etmiş, həmin muğamlar əsasında təsniflər və mahnılar yaratmışdı. Hacı Hüsü eyni zamanda bir neçə muğamların yaradıcısı kimi də məşhurdu. O, “Kürdü” muğamına “Şahnazı” əlavə edərək birlikdə “Kürdü-şahnaz” oxumuşdu. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü “Qatar” muğamını Sadıqcanın tarda müşayiəti ilə yaratmışdı.

Hacı Hüsü gözəl Azərbaycan şairəsi Xan qızı Natəvanın ən sevimli xanəndəsi idi. O, Natəvanın sarayında qurulan məclislərin bəzəyi və yaraşığı olmuşdu. Hacı Hüsü eyni zamanda məşhur musiqiçi kimi şöhrət qazanmış şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez dəvət edilərdi. Xalqımızın mərd oğlu Qaçaq Nəbi də Hacı Hüsünün sənətini çox sevərdi Məşədi Müseyib Daşdəmirov (Hacı Hüsünün oğlu İsmayılın da yaxın dostu) belə bir maraqlı əhvalat söyləyirdi: “Bir gün Şuşada Bala Hacısadığın toyu idi. Hacı Hüsü oxuyurdu. Mənim olardı 14-15 yaşım. Çıxmışdım pəncərəyə. Məclisin şirin yerində kimsə qışqırdı: - “Vay dədə, vay, Qaçaq Nəbi bura gəlir”.

Məclisdə əyləşən tacir və bəylər, xüsusilə pristav Mahmudbəy Ağabəy oğlu təşvişə düşdülər. Nəbi salona dörd nəfər ilə daxil oldu. Məclisdəkilərin narahat olduğunu görən Nəbinin dostu Kəblə Məmməd üzünü məclisə tutub dedi:

- Camaat heç nədən qorxmayın, Nəbi buraya Hüsünü dinləməyə gəlib.

Toyun “padşahı” şair Mirzə Ələsgər Növrəs üzünü Hacı Hüsüyə tutub dedi:

- Hüsü, əziz qonağımızın ürəyi nə istəyir, onu oxu.

Qaçaq Nəbi “Bayatı-kürd” oxumağı xahiş etdi. Hacı Hüsü elə oxudu ki, nə deyim... toy olmasına baxmayaraq hamını ağlatdı...”

Lakin böyük xanəndənin ömrünün son illəri çox pərişan keçmişdir. O, Ərəbistandan qayıtdıqdan sonra mollaların təzyiqinə məruz qalaraq Göhər ağanın məscidində minacat verməyə məcbur olmuşdu.

Respublikamızın əməkdar artisti Cəlilbəy Bağdadbəyov öz xatirələrində yazır: “Qış mövsümü, yuxunun şirin olmasına baxmayaraq Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsünün uzun nəfəsi olmaqla bərabər zənguləsinin misli-bərabəri yox idi. O, “Üzzal” oxuyarkən Qövsü Təbrizinin:

Sınıq səbudə su tutmaz qərar, mey durmaz,

Şikəstə könlümə böhtəm ki, qan ilən doludur.

rədifi ilə başlanan qəzəlini tez-tez oxuyardı”.

Hacı Hüsü ömrünün son illərində ehtiyac içində yaşamışdır. O, 1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdir.

Azərbaycan vokal incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan Hacı Hüsü sözün həqiqi və tam mənasında böyük xanəndə idi. O, xanəndəlik sənətində yeni bir dövr açmaqla, eyni zamanda bu sənəti yüksək bir pilləyə qaldırmışdı. Hacı Hüsü nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad idi. O, qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevirdi. Şərq, eləcə də Azərbaycan səhnəsi Hacı Hüsünün səsindən də qüvvəli, lirik-dramatik tenor tipli səslər çox görmüşdü. Lakin bütün Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik olan ikinci bir incə və təravətli səs olmamışdı.

Fizioloji cəhətdən Hacı Hüsünün səsi fenomen deyildi. Lakin bu səs bədii fenomen kimi təkrarolunmazdı.

Hacı Hüsü olduqca zəngin və hərtərəfli yaradıcılıq diapazonu olan müğənni idi. Onun böyük sənəti təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə məşhur olmuşdu. Onu başqa sənətkarlardan ayıran cəhətlərdən biri də onun son dərəcə təbii istedada malik olması idi. Hacı Hüsüdə olan zəngin ifaçılıq fantaziyası və improvizo elementləri başqa xanəndələrdə olmamışdı.

Hacı Hüsü qoca Şərqin Sədi, Hafiz, Ömər Xəyyam və Füzuli kimi nəhəng klassiklərinin lirik əsərlərini ilham və məhəbbətlə oxumuşdu. Onu gözəlliyin və azadlığın çarçısı adlandırmışlar. Hacı Hüsü el arasında məşhur olduğundan xalq yaradıcılığında onun haqqında çoxlu nağıllar, əfsanələr və rəvayətlər yaradılmışdı.

Deyilənə görə, Hacı Hüsü Sadıqcan ilə “İsa bulağı”nda çalıb oxuyarkən onun incə səsindən ruhlanan bülbüllər gəlib onun çiyninə, papağına, tarın üstünə qonar və oxuyarmışlar...

 

Mərhum musiqi tarixçisi Firudin Şuşinskinin Hacı Hüsü ilə bağlı yazdığı maraqlı əhvalat

Karabakhmedia.az


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər