Qırx günün həsrəti…

19:25 / 05.01.2019
Baxılıb: 3538

1988-ci ildə  indiki Ermənistan Respubilkasından - Qərbi Azərbaycandan  öz dədə-baba yurdundan didərgin düşənlərin vətən həsrətinin yaşı bu il otuzu haqladı. Otuz il əvvəl o torpaqda doğulan körpələr bu gün müstəqil ailə başçısı, oğul-qız sahibi, kök-nəsil davamçılarıdır. Yeni doğulan körpələrə, nəsil artıranlara baxıb nə qədər qürurlansaq da, itirdiklərimiz qazandıqlarımıza nisbətdə daha çox olub. Bu gün o torpaqların hər cığırına bələd olan, oranın sevgisi ilə yaşayan çalpapaq babalarımız, ağzıdualı nənələrimiz, bığıburma igidlərimiz  Qərbi Azərbaycandakı cənnətlərinin əvəzinə axirət dünyasındakı cənnətlərinə qovuşmaqdadırlar. Amma heç inanmıram ki, yurd-yuvasına tanrısı qədər bağlı olan o qərib ruhlar cənnətdə də rahat olsun. Keşkə rahat olaydılar!..

Loru-Pəmbək mahalının Qursalı kəndinin pərvanlərindən, yurdsevər dostum Vaqif  Namazovun maddi və mənəvi dəstəyi ilə çap olunan (Rəşid Namazovun həmmüəllifliyi ilə birgə)  “Pəmbək mahalının Qursalı kəndi”  kitabını oxuyub maraq üçün Vaqif  Namazovun yaddaşına səyahətə çıxdım. Hər görüşümüzdə Vaqif  Namazov yaddaşında qoruyub ütülədiyi xatirələri – Pəmbək dağlarının ətəyində yerləşən Qursalının şad-xürrəm günlərindən, sazlı-sözlü gecələrindən, qaçaq-qoçaq igidlərindən, adət-ənənələrindən, işıqlı ziyalılarından ağız dolusu danışıb məni o unudulmaz xatirələrə qonaq edir. Bu “qonaqlığın” hikmətini yurd-torpaq itirənlər daha çox anlayar.  30 ilin kədəri çökmüş bu xatirələr qədim yurdlarımız haqqında yazılmamış ən gözəl səlnamələrdən biridir. Müsahibim orta məktəb həyatından danışanda müəllimlərinə olan sevgisi dilində yağa-bala dönüb qarşısındakını elə ovsunlayar ki, bu sevgiyə heyrət etməmək mümkün deyil.

Qursalının ilk sakinlərindən Göy Məmməddin ocağının tüstüsünü zilləndirən, el-obanın ilk ali təhsil alan qaranquşlarından, neçə-neçə orta məktəb şagirdinə  əlifbanı öyrədən Məhərrəm Nəsibovun (1913-1975) adını çəkəndə gözlərindəki nisgilin dərinliyini görməmək mümkün deyil. 4-cü sinif şagirdi Vaqifin  müəllimi Məhərrəm Nəsibov dünyasını dəyişəndə tabutu üzərinə qoyduğu nərgiz  dəstəsi  aradan uzun illər keçməsinə baxmayaraq yenə də öz təravətini qoruyub saxlamaqdadır. Çünki  Məhərrəm müəllim elm çəmənliyindən dərdiyi o çiçəkləri dərs dediyi şagirdlərinin ürəyində əkmişdi. Vaqif  Namazovun əziz müəlliminə olan qənirsiz sevgisi ürəyimdə Məhərrəm Nəsibovun övladları ilə görüşmək arzusu oyatmışdı. Bu istəyimi Vaqif müəllimə deyəndə, çox sevindi. Məhərrəm müəllimin həkim oğlu Dilman Nəsibovla dostlarla birlikdə  görüşüb, xatirələr dünyasına qədəm qoymaq haqqında münasib gün arayırdıq ki, 3 gün sonra Vaqif  Namazovun həyacanlı zəngi üstümü aldı: Dilman dokturu itirdik!

Atalar yaxşı deyib: Sən saydığını say, gör, fələk nə sayır…

Baş tutmayan bu görüşümüzü həyata keçməyən istəklərimizdən biri kimi Dilman Nəsibovla bərabər  26 noyabrda ağırlayıb ölən arzularımızın yanında dəfn etdik.

Dilman Nəsibovun yas mərasimində iştirak edənlər onu əlləri şəfalı həkim, işıqlı ziyalı, nəcib xüsusiyyətlərə malik gözəl ailə başçısı, dostların sevimlisi kimi xarakterizə etmələri mənsub olduğu nəsilə, el-obaya ən böyük fəxarət idi. Dilman Nəsibovu başqa cür  təsəvvür etmək də mümkün deyildi. Çünki onun ulu babası Göy Məmməd, atası Məhərrəm müəllim Qursalı kəndinin, təhsilinin formalaşmasında xüsusi xidmətləri olmuş xeyirxah bir el adamı olmuşlar. Dilman həkim də o ailənin tərbiyəsi, halallığı ilə böyümüş nümunəvi bir vətəndaş idi. Onun  62 illik ömür yolunda unudulmaz məqamlar olduqca çoxdur.

Dilman Məhərrəm oğlu Nəsibov 2 fevral 1956-cı ildə oğuz türklərinin yuva qurub, yurd saldığı axarlı-baxarlı Hamamlı (Spitak) rayonun Qursalı kəndində ziyalı ailəsində dünyaya gəlmişdi. Atası Məhərrəm Nəsibov 40-cı illərdə əvvəlcə  Leninakan(Gümrü)  Süd Sənaye Texnikomunda, sonra isə İrəvan Pedoqoji Texnikomunda  təhsil almışdır. Saral, Qursalı kəndlərində müəllimlik etməklə bərabər, 1942-43 illərdə Qursalı kənd orta məktəbinə başçılıq etmişdir. Dilman Nəsibov da 1974 cü ildə atası Məhərrəm müəllimin dərs dediyi Qursalı kənd orta məktəbini  əla qiymətlərlə bitirib həmin il N.Nərimanov adına Tibb İnstitutnun “Müalicə-profilaktika” fakültəsinə daxil olmuş, 1981-ci ildə təhsilini başa vuraraq, təyinatla Dəvəçi rayon Dəmiryol Polikilinasında  həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1987-ci ilə kimi burada əmək fəaliyyətini davam etdirən Dilman həkim, az sonra Dəmiryol Polikilinasının baş həkimi olmuşdur. 1988-ci il də Ermənistanda yaşayan azərbaycanlıların sonuncu deportasiyası zamanı Bakı şəhərinə pənah gətirmiş qursalılara dəstək olmaq niyyəti ilə Bakıya köçmüşdür. 1988-ci ildən 1993-cü ilə qədər Bilgəh Kardioloji Sanatoriyasında şöbə müdiri vəzifəsini daşıyan Dilman Nəsibov 1994-cü ildən ömrünü sonuna -26 noyabr 2018-ci ilə kimi Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin “Tibbi-Sosial Komissiyası”nda həkim-ekspert  vəzifəsində çalışmışdır.

Həmişə insanlara ürəkli olmağı, ürəkli yaşamağı aşılayan Dilman Nəsibovun  da ürəyi ata, ana, qardaş, vətən nisgilinin ağuşunda dayandı. 40 gündür ki, Dilman həkim doğmalarına, Qursalıya qovuşmaq eşqiylə cənnət mələklərinin qanadlarında haqq dünyasında qovuşub. İndi onun qovuşduğu dünyanın içində Qursalıya getmək üçün heç bir sərhəd qoyulmayıb…Səfərin mübarək, Dilman həkim!

  QILMAN İMAN


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər