Azərbaycan xalqının etnik və siyasi tarixində önəmli yeri olan, Alban eli e.ə. IV əsrdə Arazdan yuxarıda müasir Şimali Azərbaycan ərazisində formalaşıb 1000 ildən artıq davam etmişdir. Bəzi çağlarda Dağıstanın cənub, Gürcüstanın şərq və Ermənistanın şərq bölgələrini də içinə alan və müxtəlif dilli qaynaqlarda Alban, Aran və Alvan (Ağvan) adlanan bu ölkə və dövlət haqqında son yüz ildə çoxlu elmi- tədqiqat işləri yazılmışdır. Ancaq bu ölkədə yaşayan albanların etnik kimliyini hələ də tam aydın və gerçək izah edə bilən araşdırma yoxdur. Alban elinin etnik tərkibindən

danışan tədqiqatçıların çoxu burada qafqazdilli, irandilli və guya sonradan gələn türk boyları olduğunu yazır. Guya III-IV əsrdən başlayaraq bura gələn türklərin təsiri ilə buradakı qafqazdilli və irandilli tayfaların dili dəyişib türkçə olmuşdur. Bu fikri irəli sürənlər dilçilik qanunlarını gözdən qaçırmışlar, çünki "qafqazdilli albanlar" kütləvi şəkildə türk dilinə keçsəydi,onda çoxlu dini ədəbiyyatı və məktəbləri olan albanların dilində " türkləşmə" olayından sonra yerli substratlar qalmalı idi. Halbuki azər türkçəsində belə substratların izi yoxdur.
Albaniyanın ari ölkəsi olmadığını yazan Markvart və Hübşmann kimi alimlərin fikrinə haqq qazandıran V.F.Minorski də Şimali Azərbaycana irandilli boyların köçməsini onların Sasani sağında tikilən müdafiə zolaqlarına yerləşdirilməsilə bağlayır. Türk etnosunun isə Alban elində qədimdən varlığı şübhə doğurmur. Belə ki, ölkədə antropoloji tipin və arxoloji kulturun davamlılığı; bölgə haqqında ilkin yazılı qaynaqların verdiyi bəlgələr, qədim onomadtika və ən azı burada e.ə. VIII -VII əsrlərdən saqa- qamərlərin qayıdışı ilə başlayan türk boylarının yerləşməsi diqqətə alınmalıdır.
İslamaqədər Azərbaycan tarixindən yazan tarixçilər Albaniyanın xristianlaşmasından danışsalar da; nədənsə, buradakı xristian türklərdən bəhs etmirlər. Halbuki, bir çox alban(türk) boyları xristianlığı, bəziləri isə xəzərlər kimi yəhudiliyi (iudizm) qəbul etmişdi. Xristianlıq Alban elinə Suriyadan aramey dilində gətirildi. Ərəblər VIII əsrdə Albsn kilsələrini Erməno dini mərkəzinə tabe etdi; ruslar isə 1836 cı ildə ümumiyyətlə Alban xristian məbədlərini fəaliyyətinə son qoydu. Alban eli haqqında yazılı qaynaqlar yunan, latın, pers, arami, ərəb, hay; gürcü dillərindədir. Yerli Alban qaynaqları isə bizə hay (qrabar) dilinə tərcümə olunmuş şəkildə gəlib çatmışdır.
Tərcümədə hayların xeyrinə edilən dəyişikliklər isə problemlər yaratmışdır. Alban şəxs adlarının mənalarına qiqqət etsək, böyük əksəriyyətinin türk mənşəli olduğunun şahidi oluruq:
O R O Z, O R O Y S -(e.ə.I əsrin 60 cı illərinin Alban çarı). Başqa türkdilli xalqlardakı Oruz, Uruz, Oruc şəxs adları ilə müqayisə oluna bilər. "Kitabi Dədə Qorqud" eposundakı Uruzbəy adını xatırlayın. Bu ad qədim türkcə "xoşbəxt" (başqırdca IRIS "əmin amanlıq" ) sözlərilə müqayisə oluna bilər.
KORİS - Oruzun qardaşı, sərkərdədir. Türkcə kozik "qütb ulduzu" sözündəndir.
Z O B E R - e.ə 36 cı ildə Alban çarının adı. VI əsrdə Avropada türkdilli kutiqur tayfa birliyinin başçısı Zaberxan və X əsrdə türkdilli peçeneqlərin başçısının adı Sebar şəxs adları eynidir.
A R A N - I əsrin ortalarında Alban çarı. Ərən sözündəndir . "Döyüşçü" "igid" Dədə Qorquddakı Alp-Ərən şəxs adı ilə müqayisə olunur. III əsrdə Hun hökmdarının adı da Eran olmuş.
A R A T A N - (V əsr) . Qədim türkcə ƏR "kişi", "sərrast atıcı" və TƏN isə "bərabər" "elə bil" sözündəndir.
A B İ K A Z- ( V əsr) qədim türkcə abuqaz "əmi" anlamındadır. "Dədə Qorqud " eposunda Kan-Abkaz adını xatırlayın.
B A K U R- (V əsr). Qədim türk dilində Bək "kinyaz" "qəbilə başçısı"və Ur (uru) "oğlan" bütünlükdə Bəy-oğul anlamındadır.
U R N A Y R - (IV əsr Alban çarı) URUN "yaraşan; "uyğun gələn" və Ər "igid" sözündəndir. Urnayr adının qədin hay dilində "ayr" hissəsi həmin dildəki Ayr "kişi" sözünə uyğunlaşdırılmışdır. Əslində bu ad URUNƏR olmuşdur.
Q A Z A N -(V əsr) bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmışdır. Kazan adlı türk tayfaları da olmuşdur. S A T O. (V əsr) qədim türkcə Satay, Saday "sevimli" "yaxın" sözündəndir. VII əsr Uyğurların başçısının adı da Sato olmuşdur.
D Ə V D Ə K- (VII əsrdə alban çarı Cavanşirin ölümünə elegiya yazmış alban şairi). Qədim türkcə Day "ananın qardaşı" və Tək "onun kimi" "sanki" sözündəndir. Bütövlükdə Dayıtəkin , dayı kimi mənasındadır. Dəvdək adında "y" əvəzinə " v" yazılmasə təəccüblü deyil. Belə əvəzləməyə çox rast gəlmək olur .
Nəhayət, XII əsrdə Dağlıq Qarabağda Xaçın kinyazlığının hakimi HƏSƏN CƏLAL haqqında. Bu alban hakimin adındakı "Cəlal" sözü orta əsrlərdə Şərqdə geniş yayılmış " Cəlal-üd-Dövlə" titulunun qısaldılmış formasıdır. Lakin ermənicə Hasan kimi verilmiş bu hakimin ərəbmənşəli Həsən adı ilə heç bir əlaqəsi yoxdur. Cəlal Həsənin adı ermənicə əvvəlinə əlavə olunmuş "h" hərifindən və türkcə Əsən.
ESƏN - "sağlam", "gümrah" sözündən ibarətdir. Həsən Cəlalın anasının adı Arzu Xatun oğlu Ağbuğa; nəvəsinin adı Tursun, Aytin adlanması
məlumdur.
Beləliklə 1000 ildən artıq mövcud olmuş Qafqaz Albaniyasının türkdilli etnosların əzəli vətənləri olduğuna heç bir şübhə qalmır.
Son zamanlar bu mövzuda dəyərli alimlərimiz Firudin Cəlilov və Bəxtiyar Tuncayın apardığı tədqiqatlar albanların türkdilli qıpçaklar olduğunu bir daha təsdiqləyir.
Şahlar Hacıyev
təqiqatçı
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025