Mən Göyçəsiz, Göyçəliyəm
(Məndən "haralısan" deyə soruşanlara)
Soruşmayın, haralıyam!
Mən də Vətən yaralıyam!
Səsi Vətən haraylıyam,
İndi eşiyi, çölüyəm,
Mən Göyçəsiz, Göyçəliyəm!
Ən füsunkar çağımdadır,
Mənim varım-yoxumdadır,
O, hər gecə yuxumdadır,
Gerçəyin nağıl diliyəm,
Mən Göyçəsiz, Göyçəliyəm!
Yüz paradan bir para mən,
Ən dərin, köklü yara mən,
Axıram hardan-hara mən,
Göz yaşının gur seliyəm
Mən Göyçəsiz, Göyçəliyəm!
Əzəlimdi, sonum deyil,
Hələ ki, bu günüm deyil,
O, mənimdi, mənim deyil,
Sanıram, diri ölüyəm,
Mən Göyçəsiz, Göyçəliyəm!
***
Sağalmaq bilmir yaramız,
Dönük çıxdı bəxtimiz də!
Dərd bizi tapandan sonra,
Silah görmədi əlimiz
Oyuncaq sapanddan sonra.
Gen düşdü yayından oxlar,
Birləşib od oldu “ah”lar.
Qol – budaq atdı günahlar
“Baltanın sapı”ndan sonra.
Bağlayıb gözünü hamı,
Udur düz sözünü hamı,
İtirib özünü hamı
Kökündən qopandan sonra.
Torpaq dərdini “toz” bildik,
Kədərin üzündən sildik,
Hər şeyin qədrini bildik
İtirib, tapandan sonra.
Bir hava çallıq hərəmiz,
Qalıb yadlara çarəmiz.
Sağalmaq bilmir yaramız
Erməni qapandan sonra.
***
Hamının oldu,
Hər kəsi düşündü.
Tək mənim olmadı,
Tək məni düşünmədi.
Yaxının da,
yadın da
dərdinə yandı.
Yükləndikcə yükləndi,
Paylandıqca paylandı.
Çəkdiyi ağrılardan
özü ağrı tapanda,
Yalnız onda
Mənim oldu-
ürəyim.
***
Kirpiklərimlə od götürdüm,
Çiyinlərimdə
özümdən ağır yük!
Zülmlə,
zillətlə gəldim bu yolu.
Gəldim!
Fəqət
sonuna çatanda gördüm ki,
hələ də bu yolun
əvvəlindəyəm!
Bu dəfə
kirpikləri qarsalanmış,
bir də
çiyinlərimdən ürəyimə
düşən yük!
***
Göyçə Gölüm
Dörd yanını dağlar tutub,
Yolunu yağılar tutub,
Dilini ağılar tutub
Səntək gözəl-göyçək gölün,
Göyçə Gölüm!
Haqqı danır sağ-solumuz,
Çidarlıdır əl-qolumuz,
Ayrılıbdı bir yolumuz
Bizim yercə-göycə, gölüm,
Göyçə Gölüm!
Həsrət qaldım bal suyuna,
Bizlərə halal suyuna,
Sehr et, məni sal suyuna
Olum səntək göyçək, gölüm,
Göyçə Gölüm!
Yetişəcək əlim sənə,
Hər bir ayım, ilim sənə,
Qovuşacaq elim sənə
Düşmən gözün oycaq, gölüm,
Göyçə Gölüm!
Göyçə Gölüm!
***
İllərə
Ay illər, boşuna keçməyin belə,
Məni də alın yel qanadınıza!
Aparın, tərk edib gəldiyim elə,
Nə olar, salmayın inadınıza!
Aparın, tərk edib gəldiyim elə,
Yiyəsiz dağlardan, daşdan ötürün!
Siz məni götürün, mən isə sizdən
Gedib dönməməyi ibrət götürüm!
Cənnəti viranə görüb son kərə
Üzümü əriyən daşına sürtüm!
Yaşıma köçməyin siz də o gündən
Orda qalaqlanıb üstümü örtün!...
İllər, alın məni qanadınıza!
***
İndi yaşamağa hünər gərəkdir,
Bir də ki fərasət, əmək yox, Allah!
İndi ağlayana dəsmal verirlər,
İndi ağlayana kömək yox, Allah!
****
Bu gün şeirlərim uşaqlaşacaq
(Nəvələrimə).
Bu gün dünya yenə mənim olacaq,
Nəvələrim bizdə olacaq bu gün!
Əsil istirahət günüm olacaq
Nəvələrim bizdə olacaq bu gün!
Evimizə gülüş, şənlik dolacaq,
Gündəlik işlərim sona qalacaq.
Bütün əşyalarım yerdə olacaq
Nəvələrim bizdə olacaq bu gün!
Bu gün qayğı məndən uzaqlaşacaq,
İstəyim sevgimlə qoşalaşacaq,
Bu gün şeirlərim uşaqlaşacaq
Nəvələrim bizdə olacaq bu gün!
***
Ömürdən-gündən saymıram
Boş qalan, dolmayan vaxtı.
Bir də lapdan çıxmaya iş
Vaxtımın olmayan vaxtı.
***
Qılınc susur hələ də,
Qələmimdən qan damır.
Kəsilir budaq-budaq
Qılınc çaldığım ömür.
***
Desən, qane olar bircə “sağ ol”la,
Dar qəfəsdə dünya qurub ürəyim.
Hər bir işi o, yarıdar sağ əllə,
Amma nədən solda durub ürəyim!?
***
Hər zaman öz aldığıyla
Qalana dərd oldu – ölüm!
Amma haqqı dananlara
Ən humanist yoldu – ölüm!
***
Gedirik, gəlmək üçün,
Yerinə dolmaq üçün,
Ən vacib istək budur
Bizə, VAR olmaq üçün.
***
Baxanda,
hər şey yerindədir.
Amma yenə narahatam...
Hardasa, nə isə
yerində deyil!
Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu
20.02.2019Zəki İslamın şeirləri
19.02.2019 19.02.2019Fəlsəfə - Aşiq buddistlər
19.02.2019YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında
18.02.2019“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
18.02.2019Məcnun Göyçəlinin şeirləri
16.02.2019Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu
16.02.2019Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur
15.02.2019HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
14.02.2019Balaca İsmayılın böyük istedadı
13.02.2019Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI
12.02.2019İstedadlar sorağında - Rəşid Bərgüşadlı
12.02.2019Eynulla Sadıqın şeirləri
11.02.2019Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi
11.02.2019 11.02.2019Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi
11.02.2019Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR
09.02.20191988-1989-cu illər deportasiyası
09.02.2019“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər
08.02.2019Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA
08.02.2019Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri
07.02.2019Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…
07.02.2019İstedadlar sorağında - İlahə İmanova
06.02.2019Ardanış haqqında tarixi oçerk
06.02.2019Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR
06.02.2019Əli Məhərrəmovun şeirləri
05.02.2019Göyçə nisgili, Göyçə dərdi
05.02.2019Mübarəksən, cənab Leytenant
03.02.2019İsmixan Didərginin şeirləri
02.02.2019Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ
02.02.2019ISSIQ YAZISI
01.02.2019Şeyx Şamil
01.02.2019Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu." 1-ci hissə
31.01.2019Rəsulzadədən sitatlar
31.01.2019Yusif Bayramov əzəməti
30.01.2019Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır
30.01.2019Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
29.01.2019USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ
29.01.2019Fəlsəfə - Bertrand Rassell
29.01.2019DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT
28.01.2019İstedadlar sorağında - Qafar Şövqi
28.01.2019Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri
28.01.2019Düşmənin qorxulu röyası
26.01.2019Unudulmaz izlər - Firudin bəy Köçərli
26.01.2019Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi
25.01.2019Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.
25.01.2019Tarixdə baş vermiş qəribə müharibələr
25.01.2019Səyyarə Məmmədlinin şeirləri
24.01.2019Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...
24.01.2019