And iç
Hər kəs bizi sözlə döyərək eylədi aqqa.
Haqdan danışanlar bizə göstərmədi hoqqa?
Müşküldür inandırmaq onunçun bizi haqqa..
And iç sənə qurban, ona and iç, buna and iç.
And iç, ulu Şirvin kişinin ruhuna and iç.
İşsiz kişi bas-bağla, denen vergiliyəm, ah..
Daşla edirəm müalicə insanları vallah...
Daşqəlbli adamlar sənə şəkk eyləsə hərgah,
Daş başıva düşmüşdür, əyil sən daşa and iç.
Daşdan çıxarılmış çörəyə birbaşa and iç.
Ferz eylə düşübsən zibilə, bölmədəsən sən.
Öz haqqını isbat eləmək istəsən, hərdən,
And içmə, deyərlər sənə məsciddə deyilsən.
Dur get xarabanda uşağa, övrətə and iç.
İllərdi yaxandan yapışan qeyrətə and iç.
Şövqi, bilirəm ölməməliydi fəqət, öldü!
Şairlərə qan qusduracaq məmləkət öldü!
Əksinlə danış ki şeir öldü, sənət öldü!
Güzgü qabağında dayanıb üz-üzə and iç.
Şair baba, ver fatihə, mərhum sözə and iç.
Bismillah
Gecə cin çıxsa əgər qarşımıza, bismillah.
Hava gəlməzmi görən başımıza? Bismillah.
Kiçicik dərs otağından çıxan əlaçıya de:
Qələmiylə yaza başdaşımıza, bismillah.
Qorxunu məhv eləmək eşqinə nolar ki bəyəm?...
Bir adam öyrədə qardaşımıza, Bismillah.
Ölə kaş qonşuların gündə biri, kəfkiri biz
Böyük iştahla vuraq aşımıza, bismillah.
Uzadıb saqqalı din naminə məcnunluq edək.
Yapışaq "siyğəlik" oynaşımıza, bismillah...
Bu gedişnən nə bizi cənnət özü cəlb edəcək,
Nə cəhənnəm gələcək xoşumuza, bismillah.
Dilimiz zikrinə əzbərləsə toy-bayram olar.
Sora dildən köçə yaddaşımıza, bismillah.
Gözümüzdən qaçır hərdən ölümün vahiməsi,
Gəlib hərdən toxunur qaşımıza, bismillah.
Dikələn başları edam kötüyüyçün şişirib
Veririk baltanı fərraşımıza, bismillah.
Ağa gəl sürt əlini oğlumuzun boş başına.
Bəlkə təsir edə əyyaşımıza "bismillah".
Nə əcəb cin bizə girmir? Ya o bizdən qorxur
Ya da rəhm eyləyir az yaşımıza, bismillah...
Ağıllı ol
Ürək istər dəlilik eyləyə ta həşrə kimi.
Ayaq istər ki ağılla gedə yol, ağıllı ol.
Qatma gəl virtual hisslərimizi gerçəkliyə sən.
Bura dünyadı nə pinkod nə parol? ağıllı ol.
Buyurublar ki, "çörək bolsa, basılmazsan sən".
Basacaqlar, çörəyin olmasa bol, ağıllı ol.
Desələr maygülüsən, sorma nədir maygülülük?
O bir obrazdı, nə güldür nə də kol, ağıllı ol.
Kasıb olsan, evə getdikdə sıxar ev də səni.
Dirəşər üstdəki dam, altdakı pol, ağıllı ol.
Ürəyin sağdadı ya soldadı, sənçün nədi fərq?
Solu sağ bilmisən onsuz, sağı sol, ağıllı ol.
Qumara girmə həyatla, həyat öyrəncəlidir
Aça üç damana üç bığlı karol, ağıllı ol.
Fərqin eşşəkdən odur, eşşək adam olmuşdu.
Ona bir dəfə desəydik, "adam ol, ağıllı ol".
Şövqinin şeiri səninçün şeir olmaz yəqin...
Bu ya qappazdı ya pulsuz depazol, ağıllı ol.
Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025