Yusif Bayramov əzəməti

18:30 / 30.01.2019
Baxılıb: 4336

 

...Yay tətili bitdi. Artıq avqust ayının otuz biri çatıb, sabah isə sentyabrın biri olacaq. Dərs bölgüləri yekunlaşıb, müəllimlər müntəzəm olaraq müəllimlər odasına toplaşır, gündəliklərini və tədris proqramlarını qaydaya salırlar. Mənim məktəbə yolum hər gün düşdüyündən, müəllimlərimlə də müntəzəm olaraq görüşmək imkanım varıydı. Ancaq o zamanlar yaşımın azlığından, hələ lazımınca dəyərləndirə bilmirdim ki, bu insanlar-xislətinin, mənəviyyatının, amalının, məfkurəsinin, ziyasının, elminin ölçüsünü təyin edə bilməyəcəyimiz qədər yüksək dəyərdə olan, yerlərini özlərindən başqa digər kimsənin doldura bilməyəcəyi dahilərdir! Bəsit görünürdü hər şey mənə. Düşünürdüm ki, onlar daim bu həyatda qalacaqlar, əbədiyyətə qədər ölməzlik içərisində varlıqları ilə bizləri sevindirəcəklər.

Müəllimlərimiz o qədər böyük əzəmətdə görünürdü ki , biz elə düşünürdük bu insanlar heç nə yemədən, içmədən yaşaya bilirlər.
...Mən də müəllimlər odasındayam. Onlardan bəzisi ayaq üstə var- gəl edir, bəzisi şahmat oynayır, bəzisi müzakirə aparır, bəzisi yazı yazır, bəzisi də aram- aram siqaret tüstülədirdi. Kiçik yaşda bu mühitə düşmək və oradan tər basmadan çıxmaq ağıla gəlməyən bir məsələ idi. Fəqət mən öyrəşmişdim. Hər gün dərsdən sonra atama kömək etdiyim işimlə bağlı onlarla görüşürdüm deyə sərbəstləşmişdim. 
Kənddə ən zəhmətkeş şagirdlərdən biri, elə bəlkə də birincisi olduğuma görə, müəllimlərim məni sevirdi. Qəlbimdəki duyğularım, bir də Allah şahiddir ki, mən də onları çox sevirdim, indi də sevirəm ! Atam qədər sevirdim desəm, heç də səhv etmərəm. İndi-indi düşünürəm necə xoşbəxtəm ki, müəllimə, ustada, sabaha yol göstərənə, bağlı qapıların açarını sənə verənə qarşı uşaqlığımda ikən Allah- təala necə böyük sevgi hopdurubmuş içimə.
...Yaxınlaşıb dərs cədvəlimə baxıram, iki qoşa saat Azərbaycan dili, üçüncü dərs Tarix. Tarix müəllimimiz kim olacaq? Həyəcanla maraq edirəm... Yusif Əli oğlu Bayramov!
Buradan başladı istəklərin, dərsə hazırlığın, davranışın, əxlaqın, təhsilin səmtini onun sevdiyi, onun bəyəndiyi istiqamətə yönəltmək. Heç kəsə bildirə bilmədiyim sevinc qığılcımları daşdanır iç dünyamdan! Məsum sevgilərim sanki məni harasa tələsdirir. Əlimdə qəzet çantam məktəbi tərk edirəm, yol boyu özümə söz verirərm ki, Yusif müəllimin etimadını doğrultmalıyam!
Mən Tarixə hazırlaşmırdım, həkim olmaq istəyirdim. Hələ məktəbə getmədiyim dövrlərdən yanımda tarixi söhbətlər çox olmuşdu deyə Tarixi sevirdim. Lakin mənə isə məhz Yusif müəllimin keçdiyi tarix dərsi lazım idi. Təbii ki, bizə dərs keçməmişdən öncə  biz onu çox gözəl tanıyırdıq. Tanıyırdıq və sevirdik ! O, özünə xüsusi bir “qiyafə” düzəltmişdi. Həmin qiyafə ki, hər yaşdan, hər gözdən, hər yerdən baxdıqda həmin qiyafə ləkəsiz görünən Yusif Bayramov imicini saxlayırdı. Həmin qiyafə ki, hikmətin sözünü yaşadırdı Yusif müəllimin varlığında. Həmin qiyafə ki, piranilik, əhlihallıq, pürkamallıq gəzdirirdi Yusif Əli oğlunun ömür dünyasında.

Sabah üçüncü dərsimiz tarix dərsidir-Yusif müəllimin dərsi.

Mən çox tələsirəm ki, üçüncü dərs çatsın. (Onu qeyd edim ki, belə tələsmək halını mal-heyvan sırasına gedəndə, günbatan vaxtına yaxın keçirərdik ki, gün niyə tez batmır evə dönək!?). Budur zəng çalınır, şagirdlər hərə öz yerində əyləşib, sanki mənim daxili aləmimdə yaşadıqlarımdan xəbərsizdir. Mənsə qapını açıq saxlayıb qapıdan müəllimlər odasına doğru oğrun- oğrun baxıram, görüm Yusif müəllim gəlirmi?
Hər müəllim dərs keçəcəyi sinfin jurnalını götürüb müəllimlər odasını tərk edir, ürək döyüntülərim artır və sevinclə Yusif müəllimin bizim sinfə tərəf irəlilədiyini görürəm, dərhal qaçıb öz yerimdə əyləşirəm. O, ləngərli yerişi ilə sinif qapsından içəri daxil olaraq qapını içəridən örtür; “Salam uşaqlar !” deyərək, öz yerində əyləşir. Müəllim stolunun arxasında böyük bir dünya varmış kimi gəlir mənə. Öz aləmimdə "bu dünyanın içərisində həyatda lazım olan hər nə desən var"  deyə düşünürəm. Jurnalı açır, nömrələrlə uşaqların ad- familiyasını oxuyur, nəzakətlə başını qaldırıb hər uşaq ayağa qalxdıca ani baxışlarla onları süzür.

5 nömrə- Bağırov Abbas Əli oğlu- bu məlahətlə dolu olan, mənim üçün ən doğma səslərdən saydığım səsdən öz adımı eşitikdə qürur hissi ilə ayağa qalxıram. Lakin o, mənə başını qaldırıb baxmadı. Sakitcə öz ağıryana təbiətinə uyğun tərzdə gözünü jurnalda adımdan çəkməyərək, müdrik bir sima ilə nəsə düşünürmüş kimi göründü. Bir neçə saniyədən sonra məndən sonrakı şagirdlərin adını çəkməklə tanışlıq davamiyyətinə baxdı. Əlində qara rəngli, parlaq avtomat qələmi var idi, çernillə yazırdı. Şəhadət və orta barmaqları siqaret tüstüsndən açıq- qəhvə rənginə boyanmışdı. Səliqəli xətlə jurnalı yazdı, elə gözəl muncuq kimi yazısı var idi ki...

İlk dərsimiz olduğundan, dərs soruşmadan özü başladı dərsi danışmağa.
Anbaan bu gedişatı ona görə xatırlayıram ki, əzizimiz Yusif müəllimə qarşı çox həssas yanaşırdıq, hər halına, hər tərzinə fikir verirdik. Onun simasında hər görkəminə uyğun ayrı bir məna var idi. Yusif Bayramov qəbul etmədiyi hər hansı məsələyə dərindən nəfəs alıb, sakitcə köks ötürməklə münasibət bildirərək, sözünün dəyərini qoruyub saxlayardı. Sözünün qədir –qiymətini qorumaqla, öz mübarək ağsaqqallıq və təşəbbüskarlıq yerini onu tanıyanların hamsının qəlblərində parlaq hərflərlə silinməz yazıya çevirmişdir. Onun görkəmində hamının fikirini çəkmək kimi bir müdriklik vardı. Bu müdriklik onun qanına elmində, savadında, dünyaya baxışında və tədbirli olmağında ad- sanla seçilən atası Əli molladan keçmişdi.
Yusif müəllimin dərsini təhsildə passivlik göstərən uşaqlar da yaxşı oxuyurdu. Ondan hər kəs utanıb, ayıb edirdi. O, öz şəxsiyyətinə qarşı hörmət və maraq yaratmaq imkanında olan, xüsusi gözəllikllərə malik möhtəşəmlik pərdəsinə bürünmüşdü. Sinif otağındakı davranışı ən yüksək pedaqoqluq səviyyəsindəydi. Uzun və hamar, bir ucu da sivri, arxa, əldə tutulan tərəfi qismən yoğun, parıltılı göstəricisi vardı. Bəzən həmin göstəricini təpəmizə vurmaqla xəritədən əlavə, həyat yolunu da göstərmək məcburiyyətində qalırdı. Yusif müəllimin böyüklüyü onda idi ki, O, öz sözünü kimə necə və hansı şəraitdə deməyi gözəl bilirdi, heç vaxt onun dediyi söz təsirsiz ötüşmürdü. Bu təlim- tərbiyə metodu ilə onun saya-hesaba gəlməyən insanların elm öyrənməyində, fəzilət sahibi olmağında sonsuz zəhməti var. Yusif müəllim ucsuz- bucaqsız küləkli səhrada, gecə vaxtı yol tanımayan birinə aralıdan yanan işıq kimi görünürdü. Onun həyatının məziyyəti kasıb balalarının əlini çörəyə çatdırmaqdan ibarət idi.


...Dəniz boyu dövrə vuran dağların, 
Sərin bulaqların, göy yaylaqların.
Həvəslə salınan təzə bağların,
Zəhməti, zilləti ürəyimdədi...


Bəli, onun ürəyinin hərarəti ilə yetişdirdiyi bağların barını dadmaq idi həyatın ən gözəl təamı. Bu şeirdə həm əhalinin əkib- becərdiyi bağ- bağatın, həm də özünün mənəvi dünyasında yaratdığı barlı bağların təsviri qeyd olunub. Yusif Əli oğlu Bayramov yetirmələrinin müvəffəqiyyətləri ilə zinətlənən böyük, bəhrəli bir ömür bağ-bağçası salmışdı. Zəhmətinin yorğunluğu o bağın barını dərdikcə çıxırdı canından.
Yusif müəllimin elə gözəl dalğın baxışları var idi ki, gözlərini qırpdıqca , kiprikləri kipriklərinə xəfifcə toxunaraq dərin məna axını yaradırdı. Mötədil, bəlağəti aramlı və rəvan olduğundan O, danışanda hamı susardı. Hamıdan fərqli tərzdə, hamının yumoruna çevrilə bilən ara -sıra zarafatlar da edərdi. 
Kənddə toy şənliklərinin əksəriyyətində masabəyi kimi Yusif müəllimin iştirakı məclislərimizin urvatlanma səbəbi idi. O zamanlar toylarda hər kəs söz deyə bilməzdi, hər adamı masabəyi qoymazdılar. Bu məsələ yalnız və yalnız el ağsaqqallarının ixtiyarında mümükünata çevrilirdi. İndiki zəmanədəki kimi cavanlar ağsaqqallar yanında uzunçuluq edə bilməzdilər. Yusif müəllimin ağsaqqallığı ilə keçirilən toylar son dərəcə sakit, gözəl və mənalı keçərdi. Mikrofon, səsgücləndirici olmayan, 400-500 nəfərlik mağar toylarında elə bir sakitçilik hökm sürərdi ki, adi danışıq tərzi ilə hər kəs onu dinləyə, sözlərinə məhəl qoya bilirdi. Onun gözəl saz ifası duyğulu, nisgilli könüllərə məlhəm olmağı ilə bərabər, xalqın qan yaddaşını təzələyən amil kimi böyük təsir gücünə malik olurdu. Saza-sözə bağlılıq təbiətlə, Göyçənin füsunkar gözəllikləri ilə onun mənəvi dünyası arasında harmoniya yaratmışdı. Əsərlərinin əksəriyyətində dağlara , təbiət gözəllilkərinə, incə gözəllərə ithaf mövzuları elə səlis xarakterizə olunur ki, xoş təəssürat alırsan. Onun qəlbi dağlar boyda olduğundan “söhbət” müqabili kimi əksər vaxtı uca dağları, yalçın qayaları, saf, sərin bulaqları seçib, onlarla da elə məsum söhbətlər aparıb ki, adamın könül dünyasını təlatümə salır:


Keçmişi oxudum, yenini gördüm,
Bu dünyanın qulluğunu bilirəm.
Amiranə "mənəm-mənəm" deyənin,
Varlığını, yoxluğunu bilirəm.

Çərxi gərdiş fürsət versə əlinə,
Hədyan demək, qadağan et dilinə.
El malıynan sığal verən telinə,
Sonra çəkib yolduğunu bilirəm.

Varlananda, keçmişini unutma,
Qohumu qohum bil, dostunu satma.
Halaldan əl çəkib haramı tutma,
Axır məkan nə olduğun bilirəm.

Həqiqət incələr, amma üzülməz,
Halal maya azalsa da, tükənməz.
Halal axtar, halal dolan, halal gəz
Halal malın bolluğunu bilirəm.

Yusif, yaxşı düşün, olmaynan nadan,
Haqqa itaət et, mərhəmət qazan.
Süleymantək hökmdarın dünyadan,
Beş arşın ağ apardığın bilirəm.


Yusif müəllimin bu əsərində müəllifin haqqa, ədalətə, halallığa sədaqəti nəzm dili ilə ifadə olunmuşdur. Burada insanların mənəm-mənəmlik müstəvisində davranışının fani olması, el malına tamah salanların yediyinin axırda burunlarından gəlməsi, hədyanla başqasının qəlbinə toxunmaqda xətanın olması kimi əlamətlərə müxaliflik nümayiş olunur. Qohumların qədrini bilmək, onlara baş çəkmək kimi müsbət xasiyyətlər müqəddəs kitabımız olan Qurani Kərimdə bir neçə ayədə təkid olunmuşdur. Yusif müəllimin irfan şairi olması, bu mənbəyə isnad etməyə əsas verir. Bütün bunlar müəllifin öz ömür dünyasının içindən gələn mühasibə normalarıdır. Mühasibə ilə haqqı batildən ayırd etmək, doğru olana tapınmaq, savablardan kənarlaşmamaq xarakterlərini həm özündə aşılamış, həm də bu və ya digər formada tövsiyyələrində əsas məqamlar kimi ortaya qoymuşdur. Həqiqət axtaramaqda gerçəklik, izzət olması, haramdan uzaq olmağın daha baqiliyi önə çəkilib ki, bu da bir əxlaq ustadı kim onun atasından aldığı irfan dərslərinin səhifələrindən gələn məlumatlar kimi görsənir. Süleymana qalmayan dünyanın heç kimə qalmayacağı fikrini israr edərək, tərbiyəvi bir xətt qoymaqla örnək nümunəsi yaratmışdır.
Əsərlərinin birində valideynin qoyduğu yolda sabah övladı necə gedə biləcəyinə lokanik bir cavab vermişdir:

...Yaxşı dolan yaxşılığın deyərlər, 
Zalım olsan övladını söyərlər...

Göründüyü kimi əsl insan xislətilə yaşamağın incəliklərini açmaqla sənət səltənətində böyük bir zənginlik yaratmışdır:

Elm aləmində kal qanan arvad,
Elə gileylisən, az qazanıram.
Yeyirsən, geyirsən, gəzirsən azad,
Hələ eyləyirsən naz, qazanıram.

Gündə toğlu yesə ferma müdiri, 
Sənintək düşünmür irəli, geri. 
Bir də görüsən ki haradır yeri, 
Mən də azad gəzib, yüz qazanıram.

Düz deyirsən: çırpışdırıb yeyirlər, 
40 gün çəkir üst açılır, bilirlər. 
Köpün alıb, vəzifədən silirlər,
Çökdürürlər yerə diz, qazanıram.

Mühəndis öyrədir, loğman yetirrəm, 
Xəstələrə şəfa, dərman yetirrəm, 
Göyləri fəth edən insan yetirrəm, 
Alimdən dərs alıb, söz qazanıram.

Bufetçi, briqadir görürəm mən də, 
Əyrisin əyirlər yeri gələndə. 
Yusifəm, müəlliməm öz sənətimdə, 
Tutmuşam doğru yol, düz qazanıram.

Bu əsərə şərh vermək məsələsi o qədər də asan deyil. Burada həyatın ən müqəddəs amalları əksini tapmışdır. Hər kəs belə əqidədə ola bilməz təbii ki, pik nöqtədə müəllifin qürurunu yenidən önə çəkmək istəyirəm!

Mühəndis öyrədir, loğman yetirrəm, 
Xəstələrə şəfa, dərman yetirrəm, 
Göyləri fəth edən insan yetirrəm, 
Alimdən dərs alıb söz qazanıram.

(Əgər bundan böyük qazanc vahidi tapan olsa mənə də desin!!!???)
Yusif müəllim alın təri, halal çörəyi ilə yaşadı. El içində başı uca, sözü ötkəm, qılıncı kəsərli oldu. Elə səadətin özü bunların üzərinə saleh övladlar da gəldikdə ölçüsüz hədd tapır.

Əli duadadır, insan oğlunun,
Fələk, qocaya dəy, cavana dəymə. 
Ədalətnən ara yaxşı-yamanı,
Qanmazı başa sal, qanana dəymə.

Zəlili-zar etmə günahsızları, 
Gözü yolda qoyma intizarları.
Nakam aparmaynan oğlan, qızları,
Eşq odu şirindir, yanana dəymə.

O körpü ki, durur, el keçəsidi,
Cavan da qocalıb, bil, keçəsidi.
Atanın-ananın o, bircəsidi, 
Yurduna varisdi, sən ona dəymə.

Saxla qız-gəlini, apar qarını,
Qoy bağ salsın, hamı görsün barını.
Tacsız qoymaginən göy quşlarını,
Sarı xəzana yaz, tərlana dəymə.

Yusifəm, əlliyə ömür demirəm,
Altmışa, yetmişə heyifslənirəm.
Səksəndən yuxarı qoca bilirəm, 
Səksəndən aşağı insana dəymə.

Bu şeirində Ulu Tanrıya humanistliklə dolu münacat etməyi ilə, ayrılanların qəm-qüssəsini daşımağını, başqasının dərdini özününkü bilməyini, bunun da nə qədər ağır olmağını tərənnüm etmişdir. Mən də bu gün Sizin münacatınıza qoşulub, “Amin!” deyirəm, əziz Yusif müəllim!
Yusif müəllimin ömürü bir xeyli də uzun ola bilərdi. Amma yurd nisgili, vətən itkisi, Göyçə intizarı onun mübarək ömrünü günü-gündən şam kimi əritdi. O, vətənin hər qarışını tanıyan, sevən, ona sevgi dolu sözlər qoşan yaradıcılardandır. Göyçə sevdalısı olmaq onun sevgisinin ana xəttini təşkil etməyi əsərləri tərəfindən bizə çatdırılmışdır.

Dost-tanış yanında üzüm gülsə də, 
Vətənin həsrəti ürəyimdədi. 
"Qaçqın", "köçkün", "didərginlər" sözünün,
Niskili, möhnəti ürəyimdədi.

Dəniz boyu dövrə vuran dağların,
Sərin bulaqların, göy yaylaqların.
Həvəslə salınan təzə bağların, 
Zəhməti, zilləti ürəyimdədi.

Məskənidi nəsilimin, soyumun, 
Bəzəyidi məclisimin, toyumun. 
Nizami yurdunda dostun, qohumun,
Yusifəm, hörməti urəyimdədir.

İctimai həyatda sosial ədalət prinsiplərinə sadiqliyi onun şəxsində nüfuzlu ictimai xadim və el ağsaqqalı kimi hündür mərtəbələr yaratmışdır.
Yusif müəllim qaçqınlıqdan sonra da gecə-gündüz o yaylaqlarla, o bulaqlarla həm söhbət ola–ola, öz ömür sarayının hər gün bir neçə kərpicini Göyçə bulaqlarının həsrət suyunda əritməkdə idi. Göydə quşu da görəndə özünü ona bənzətməyə çalışırdı ki, kaş quş olaydım, mən də sənin kimi azad öz vətənimi gəzə biləydim. Onun qüruru “qaçqın” sözün götürmürdü.

Uç, ay qartal, sənə yoxdu qadağa, 
Get, bizim ellərdən bir xəbər gətir. 
Seyr elə Göyçəni başdan-ayağa 
Özün gözlərinlə gör, xəbər gətir.

Axtar Ələsgəri mərhəmət ilə, 
Bu çarxı-dövrandan şikayət eylə, 
Müqəddəs yerləri ziyarət eylə,
Dururmu Daşkənddə, pir, xəbər gətir?

Yusifəm, vətənin fərağındayam,
O elin, obanın sorağındayam.
Atamın məzarı marağındayam,
Dolan gümbəzinə, gir, xəbər gətir.

Xəbər gözləyən adamın gözləri daim yollarda qalar! Yusif müəllimin də intizar baxışları Göyçə yollarından çəkilmədi. Ruhuna canına məlhəm axtarırdı, fəqət tapılması mümükün olmadı, əyyamın üzündən:

...Bir misaldı, dərdsiz aşıq ağlamaz, 
Könlüm kədərlidir, coşub çağlamaz. 
Yüz məlhəmlə yaram qaysaq bağlamaz, 
Məlhəmi Vətənin lalasındadı.

Yusif müəllim ömür boyu əslinin, kökünün, valideynlərinin təəssübü ilə yaşadı. Onların adını ucaldan bütün mümkünlərə imza atdı. Şöhrətlə anılan mötəbər şəxsiyyət siması qurdu.

...Yusif, çox hörmət et, istərsənsə az,
Yağı düşmən dönüb qəlbən barışmaz.
Mərd igidə yaltaqlanmaq yaraşmaz,
Öz ata-babanın izini gözlə.

Budur, onun varlığının simvolu! 
Fevral ayının ikisində hörmətli və unudulmaz müəllimim Yusif Əli oğlu Bayramovun 90 illik yubileyidir!
Buna görə bir şagirdlik borcumu dərk edib, qanaraq imkanım daxilində onun müqəddəs ruhunu yada salıb, dualar edib, şəxsiyyətinə olan hörmətimi bu yazı ilə ifadə etməyə çalışdım. Nə qədər bacardım bilmirəm, amma bu cür insanların haqqında nəsə demək və yazmaq çox çətindir. Təsəllim odur ki, nə qədər müsbət mənalar varsa, hamsı Yusif müəllimə müvafiqdir.
Əziz Ustad!
Zərrə aləmindən maddi aləmə keçərək, bu fani dünyaya mövludunuzun 90 illiyi mübarək olsun!
Əminəm ki, bu dünyada qazandığınız savablar, baqi dünyada müqəddəslər məhzərində olmağınıza vəsilə olmuşdur!
Allah axirətinizi abad, nurani, parlaq və peyğəmbərlər məqamında qərar versin!


Hacı Abbas Əli oğlu Bağırov 
provizor-həkim,
tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzinin direktoru


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər