Mənim sizdə nəyim qaldı?
"Qarşı duran, qarlı dağlar,"
Mənim sizdə nəyim qaldı?
Ötüb-keçən, gözəl çağlar,
Mənim sizdə nəyim qaldı?
Həm kövrəyəm, həm də kürəm,
Sızıldaram, yoxdu şirəm.
Günlər keçir birəm-birəm,
Mənim sizdə nəyim qaldı?
Xatirələr çözələnir,
Köhnə dərdim təzələnir.
Ürək mənlə məzələnir,
Mənim sizdə nəyim qaldı?
Ürək nədir?- yanar çıraq,
Alovlanır varaq-varaq.
Tüstülənən təndir, ocaq,
Mənim sizdə nəyim qaldı?
Ötüb keçdi gənclik çağı,
Telli sazım söylər ağı.
Şişpilləkan, Qonurdağı,
Mənim sizdə nəyim qaldı?
Yurd nə şeydi, bilməz naşı,
Yenə göynər bağrım başı...
Bəzirxana, qalaq daşı,
Mənim sizdə nəyim qaldı?
Ağ yoxuşa, Sarınərə,
"Vida" dedim neçə kərə.
Yelli gədik, Çətin dərə,
Mənim sizdə nəyim qaldı?
Çalmalıdan əsir sazaq,
Xəzəl tökür qucaq-qucaq.
Arxacqaya, Qumlu bulaq,
Mənim sizdə nəyim qaldı?
Ey müqəddəs düzüm, çölüm,
Dədə yurdum, ağır elim.
Göz bəbəyim - Göyçəgölüm,
Mənim sizdə nəyim qaldı?
Həsrət-həsrət mələmişəm,
Bulud kimi ələmişəm.
Demək, sizdə köləymişəm...
Mənim sizdə nəyim qaldı?
***
Əl atıram
Dənizlərə qarışmışam,
Köpüklərə əl atıram.
Tümən-tümən səpən canım,
Qəpiklərə əl atıram.
Fələk nərdi verib tuza,
Kim oynaya, kim uduza...
Qarışmışıq dələduza,
Şəpiklərə əl atıram.
İsmixanam, yetməz bəyan,
Nə qohum var, nə də həyan.
Hərdən-hərdən mənə dəyən,
Təpiklərə əl atıram.
***
...MƏNİ DƏ ÇAĞIR
Qış günü sovuşub gələndə bahar,
Göylər gah qımışıb, gah ağlayanda...
Dəyişib donunu tikanlı kollar,
Yağış çimdirəndə bizim yaylağı,
Dağ çayı dərədə layla çalanda,
Tovuz tamaşalı göyün qurşağı
Bu dağdan o dağa körpü salanda.
Gördün ki, üfüqdən yerə nur yağır,
Məni də harayla, məni də çağır!
Kəklik oxuyanda qaya başında,
Qartal qayalarda qıy vuran zaman;
Çadırlar ağarıb yalın qaşında,
Çoban tütək çalıb hay vuran zaman.
Həyat qaynayanda, aşıb-daşanda,
Quşlar gözəlliyə nəğmə qoşanda,
Utancaq qızların yanaqlarıtək
Gördün ki, qızarır döşdə çiyələk,
Uşaqlar qüzeydə göbələk yığır,
Məni də harayla, məni də çağır!
Lalələr torpağa boyun əyəndə,
Gördün ağ çiçəkdən qar yağıb döşə.
Sümbülün saçağı yerə dəyəndə,
Hər səhər dərəndə şehli bənövşə,
Yalın ayağını üşüdəndə şeh,
Saçını yalayıb, oxşayanda meh,
Gördün kimsə yoxdu həmən yerdəki
Biz çıxaran bulaq çağlayır, axır,
Bir sənsən, tənhalıq, bir də birdə ki,
Görüş yerimizə uzanır cığır,
Hay salıb aləmə məni də çağır!
Ellər axışanda tarlaya, düzə,
Birdən aranızda olmasam əgər;
Bir an iş yerində dəyməsəm gözə...
Məzarım üstünə gəlib hər səhər...
Bir sənsən, tənhalıq, bir də, birdə ki...
Ötən günlərimi soraqla bir-bir,
Ömür kitabını varaqla bir-bir...
Elin şad günündə, elin yasında,
Hər kəs gün görəndə öz komasında,
Çılığın bir ah çəkib, qışqırıb-bağır!
Bu gözəl aləmə məni də çağır,
Məni də harayla, məni də çağır!
***
Göyçə gölü
Bаlаsıdır bu dаğlаrın,
Dizi üstə Göyçə gölü.
Хumаrlаnır nаrın-nаrın,
Üzü üstə Göyçə gölü.
Gеn sinəsi sаf şüşədən,
Çətir tutub göy mеşədən.
Vəsmə yахıb bənövşədən,
Gözü üstə Göyçə gölü.
Cоşаr, çаğlаr məlhəm suyu,
Sаhillərin kəsməz tоyu.
Dönməz, durаr ömrü bоyu,
Sözü üstə Göyçə gölü.
***
Yaxşı yada mən
cığalı təcnis
Bəd qohuma sirr söylədim, car oldu,
Açdım ürəyimi yaxşı yada mən.
Yox aşıq, yaxşı da var,
Pis də var, yaxşı da var.
Pis qohumdan yaxşıdır,
Qapında yaxşı davar.
Qohum var ki, qazır, atır yolumu,
Nədən xoş gəlirəm, yaxşı, yada mən?
Pisə töhmət yazdım, yaxşıya namə,
Qeyrətin yaxşıdır, yaxşı, yanama.
Yox aşıq, yaxşı yana,
Yanadın, yaxşı yana.
Yaxşı ölsə pis yanmaz,
Pis ölə, yaxşı yana.
Sanma ərəsətdə yaxşı yanam a,
Yaxşıyam pisə də, yaxşıya da mən.
Dərdimə dərmanı səfa gətirdi,
Gəlişin cismimi safa gətirdi.
Yox aşıq, safalıdı,
Geyimin saf alıdı.
Dost qapısı mənimçin,
Cənnətdən safalıdı.
Dostum, mehribanım safa gətirdi,
Xoşbəxtəm, düşmüşəm yaxşı yada mən.
Soruşmur halımı yar adı mənim,
İsmixanam, qəlbim yaradı mənim.
Yox aşıq, yar adımı,
Tanıyıb yar adımı.
Min bəlaya düşmüşəm,
Unudub yar adımı.
Ölürəm, dilimdə "yar" adı mənim,
Yetim dərdli olar, yaxşı, ya da mən?
***
Xoşdur
Cənnət оlsа qürbət оbа, yаd diyаr,
Könlümə öz еli, оbаsı хоşdu.
Səfаlı yеr çохdu uzаq еllərdə,
Mənə bu dаğlаrın hаvаsı хоşdu.
Еlnən gеyinərəm bаyrаm libаsı,
Еlnən kеçirərəm şənliyi, yаsı.
İstidi hər kəsin kаsıb kоmаsı,
Hər quşun tikdiyi yuvаsı хоşdu.
Аğrılаr qəlbimi didsə də pünhаn,
İsmiхаnаm, sirrim еtmərəm bəyаn.
Yаd еlin cаn vеrən cərrаhlаrındаn,
Nənəmin məlhəmi, dаvаsı хоşdu.
***
Axırıma çıxdı dərdim
Gülər üzlü bir insanam,
Naşı deyər yoxdu dərdim.
Səsim çıxmaz, parçalansam,
Qaf dağından çoxdu dərdim.
Qayğı bilməz bir balaydım,
Min sevdaya mübtəlaydım.
Top dağıtmaz bir qalaydım,
Altdan-altdan yıxdı dərdim.
İsmixanam, budu varım,
Doğru sözüm, düz iqarım.
Çin olmadı arzularım,
Axırıma çıxdı dərdim.
“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025