YAŞ YETMİŞİ AŞANDA
Yaxın-uzaq çənlənir,
Güneylər quzeylənir.
Fikir çəmənliyində
Qərib quşlar dənlənir
Yaş yetmişi aşanda.
Düşündükcə elləri,
Şirin-şirin dilləri.
Ağrılarından keçir,
Gəzdiyin yurd yerləri
Yaş yetmişi aşanda.
Otlar: Saraldım – deyir,
Ocaq: Qaraldım – deyir,
Ana keçir könlündən!
Ömür: Azaldım – deyir!
Yaş yetmişi aşanda.
Diş qıcayır yalquzaq,
Cana sarmaşır sazaq.
Gözlərin dediyini
Deyə bilmir dil-dodaq
Yaş yetmişi aşanda.
Vaxt çəkir diləyindən,
Yanırsan kürəyindən.
Atdığın hər addıma
Köz düşür ürəyindən
Yaş yetmişi aşanda.
Dərdindən tez durursan,
Qəmnən ximə qurursan.
Dünyanın dərd-qəmini
Tüstülədib, udursan
Yaş yetmişi aşanda.
Saç darağa dolaşır,
Söz dodağa dolaşır,
Elə bil ev-eşik də
Əl-ayağa dolaşır
Yaş yetmişi aşanda.
Ümid başını qatır,
Zilin bəmində batır,
Tütünqoxulu sözün
Ürəyində pas atır
Yaş yetmişi aşanda.
Yalan özünü öyür,
Baxt gerçəkdə sürünür.
Qapın döyülməyəndə
Ürək sinəni döyür
Yaş yetmişi aşanda.
Hey özünü əyirsən,
Öz xətrinə dəyirsən.
Hərdən əcəldən küsüb,
Ölümə "gəl" deyirsən!
Yaş yetmişi aşanda.
Doğma gəlir, yad gedir,
Tale sınır, ad gedir,
Göz görəni diş yemir,
Ağızdolu dad gedir!
Yaş yetmişi aşanda.
Durnalar uçub gedər,
Göyçəni qucub gedər,
Səksən, doxsan bir yana,
Anlar: Ya qismət – deyər
Yaş yetmişi aşanda.
BU DÜNYA, BELƏ DÜNYA
Hər gecəm umud əmdi,
Nə bildim ki, nədəndi?
Anam gözümlə baxdı,
Qundağım bulud əmdi! –
Bu dünya, belə dünya.
Dərd qovmadı öyündən,
Asıldım göynəyindən,
Yastığıma çən düşdü
Qonşunun köynəyindən, –
Bu dünya, belə dünya.
Haqdan çıraq istədim,
İsti bucaq istədim,
Atamın sağ qoluna
Hər gün barmaq istədim! –
Bu dünya, belə dünya.
Çaya baxtım – çağladı,
Günə baxdım – dağladı.
Tikan batdı səbrimə,
Güllər məni ağladı! –
Bu dünya, belə dünya.
Hərdən göylər kövrəldi,
Duman tüstümə gəldi,
Arzum sınıq qalsa da
Quzularım kökəldi –
Bu dünya, belə dünya.
Kürək verdim zülümə,
Döngələrə, dönümə.
Atamın buludundan
Gün düşmədi ömrümə –
Bu dünya, belə dünya.
Canda möhnət yetirdim,
Qubar gülü bitirdim.
Anamın gözyaşında
Qardaşımı itirdim –
Bu dünya, belə dünya.
Sahilsizəm, üzürəm,
Haqq payına dözürəm.
Ölüncə yorulmaram,
Üç balamı gəzirəm! –
Bu dünya, belə dünya.
Kaman təki quruldum,
Duyğulandım, duruldum.
Söz mənə yiyə durdu,
Ölmədim, şair oldum –
Bu dünya, belə dünya.
Min sehrdə mənadır,
Göyü yerdə qaynadır,
Onun bir havası var,
Ölümü də oynadır! –
Bu dünya, belə dünya.
Hər çınqıda odu var,
Yandıran buludu var,
Xeyir-şər arasında
Onun da öz "kodu" var –
Bu dünya, belə dünya.
Sirli-Xuda özüdü,
Əvvəl, son da özüdü.
Əzrailin adı var,
Can alan da özüdü
Bu dünya, belə dünya.
Gözəldi, sevmək üçün,
Yol kəsməz gəlmək üçün,
Hərəyə bir iz açıb,
Yaşadar ölmək üçün! –
Bu dünya, belə dünya.
HACI HANI? – DEDİLƏR
Ustad aşıq Hacı Bayramovun
əziz xatirəsinə
Payız hənalı gəldi,
Dağlar cunalı gəldi,
Xonçalar çiçək açdı,
Əllər dualı gəldi,
Hacı hanı? – dedilər.
Toyun qəlbi döyündü,
Saz coşdu, tar öyündü.
Məclisin kefli vaxtı
Kimlər, kimlər göründü:
Hacı hanı? – dedilər.
Gəldi çeşmə başına,
Sual qondu qaşına…
Bəyi fikir apardı,
Gəlin minmir maşına,
Hacı hanı? – dedilər.
Könüllərdən pay gələ,
Oğlan qıza tay gələ,
Qəlyanlara köz düşüb,
Elçilərə çay gələ,
Hacı hanı? – dedilər.
Dəllək sözü balladı,
Uşaq işi anladı.
Kiçiktoyun xoruzu
Həna yaxıb banladı,
Hacı hanı? – dedilər.
Neçə fəsil, il ötdü,
Qar yeridi, sel ötdü,
El yaylağa yığışdı,
Durnalar tel-tel ötdü,
Hacı hanı? – dedilər.
Bu gerçəkdi, yuxudu?!
Səsdən dünya toxudu.
Yüz-yüz meydan içində,
Min-min “aşıq” oxudu,
Hacı hanı? – dedilər.
Saz dondu, zilə gəlmir,
Bülbüllər gülə gəlmir,
Dastanlar “yetim” qalıb,
Heç biri dilə gəlmir,
Hacı hanı? – dedilər.
Fikir dərd qoşan oldu,
Nə toy, nə nişan oldu.
“Göyçə gülü” çalındı,
Ölüm pərişan oldu,
Hacı hanı? – dedilər.
GÖZYAŞIMDAN GÖYÇƏ KEÇDİ
Zaman ötür, tarix laldı, –
Gözyaşımdan Göyçə keçdi!
Əllərim göylərdə qalıb, -
Gözyaşımdan Göyçə keçdi!
Aşıq sındı, saz ağladı,
Kəlmə yandı, söz ağladı,
Məni görüb, yaz ağladı! –
Gözyaşımdan Göyçə keçdi!
Qəribliyin sınmaz oxu,
Ələmdi hər gələn yuxu.
Qocalmamış köçür çoxu! –
Gözyaşımdan Göyçə keçdi!
Payıza xına qatdılar,
Nənələri "oynatdılar!"
Bayramda papaq atdılar
Gözyaşımdan Göyçə keçdi!
Gülçü gülünnən danışır,
Dilçi dilinnən danışır,
Hamı elinnən danışır, -
Gözyaşımdan Göyçə keçdi!
Məcnun, sünbülsüz zəmiyəm,
"Zarıncı"yam, "Dilqəmi"yəm.
Mələmiş quzu kimiyəm, -
Gözyaşımdan Göyçə keçdi!
MƏLƏMƏ, CEYRAN, MƏLƏMƏ
Yuxusunu qatır meşə,
Mələmə, ceyran, mələmə.
Cığırlar qana aparır,
Mələmə, ceyran, mələmə!
Yaz gəlsə də həvəsində,
Qurşun çəkir nəfəsin də.
Qurd dişi var hər səsində,
Mələmə, ceyran, mələmə!
Ovçu sərxoş, tələ yaxın,
İnsafmı var, gələ yaxın?
Dişə yaxın, ələ yaxın,
Mələmə, ceyran, mələmə!
Küləklər xına axtarır,
Gölləri sona axtarır,
Balan da ana axtarır,
Mələmə, ceyran, mələmə!
Üç balamın ruhu yara,
Səni qoyub, gedim hara?!
Məcnun kimi baxtı qara,
Mələmə, ceyran, mələmə.
ATƏŞKƏSLƏ "KEFDƏYİK"
Pis gündə axşamladıq,
Od bişirmir çörəyi.
Allahla yaşatmırıq
Allah verən ürəyi!
Çörəyində canı yox,
Diri qalıb ölənin!
Çiyni qana söykənib
Xalq çiynində gələnin!
Vallah bəndəlik deyil
Əməlimiz, işimiz.
Fırıldaqda kişidir,
Arvadağız kişimiz!
Haqqın tərəzisində
Şeytan yükü çəkən var!
Bir iynənin sapına
Yurdu-yurda tikən var!
Rüşvət buludlarında
Şimşək təki çaxırıq.
Tanka, topa, tüfəngə
Cehiz kimi baxırıq!
Vətən gəzir erməni
Qarabağın daşında!
Atəşkəslə "kefdəyik"
Torpağın gözyaşında!
Qanadı çoxdan sınıb
Səfalətin, zillətin.
Arvadlıq kursu keçib
Kişiliyi millətin!!!
BİRCƏ KƏLMƏ SÖZƏM MƏN
Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.
Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!
Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.
Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!
Qızım Ayselin xatirəsinə
Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!
Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!
Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün.
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024