Göy, bəlkə də Yerin əksidir, aynasıdır, güzgüdə görünən təsviridir. Yerin əşrəfi hesab olunan insanlar çil-çırağa bənzər muncuq kimi göy qübbəsindən asılan ulduzlar kimidir. Onların parlaqlığı, ətrafdakılar tərəfindən aydın görünmələri işlərindən, həyata keçirdikləri missiyadan, cəmiyyət üçün faydalı olub-olmamalarından çox da asılı deyildir. Onların işni yalnız qədirbilən adamlar görə, dəyərləndirə bilər. Necə deyərlər, “zər qədrini zərgər bilər”.
Cəmiyyətdə çox da nəzərə çarpmayan sahələrdən biri də nəşriyyat işidir. Bir çox hallarda mətbuat, mətbəə işlərini nəşriyyatın işi ilə qarışdırırlar. Nəşriyyat işi ədəbiyyata yüksək peşəkarlıqla yanaşan olduqca məsuliyyətli bir işdir. Bu sahə Azərbaycanda lap qədimdən yaranıb. Dünyanın bir neçə xalqı var ki, onun daş kitabələri mövcuddur. Qobustan qaya təsvirləri, daşlar üzərində həkk olunmuş Orxon-Yenisey əlifbası bunun göstəricisidir. Zərdüşt peyğəmbərin inək dəriləri üzərində hazırlatdığı “Avesta” kitabı da xalqımızın sərvətindən hesab olunur. Çox təəssüf ki, bu sahə bizdə qədim tarixə malik olsa da sonralar inkişaf etdirilməyib və son yüz ildə bir çox xalqlardan geridə qalmışıq.
Az qala bütün dünyanın tanıdığı Nizami Gəncəvinin kitablarını, görəsən, kim hazırlayıb? Axı onun da dövründə xəttatlar vardı ki, şairlərin şeirlərinin üzünü gözəl xətlə köçürür, toplayır və kitab halında tərtib edirdilər. Amma bu gün bütün orta əsrlər boyu fəaliyyət göstərmiş heç bir xəttat haqqında geniş məlumat yoxdur. Onların işi nə qədər yüksək olsa da işığı görünməyən, yaxud çox zəif görünən ulduzlar kimi gözə çarpmırlar. Nə qədər böyük ürək sahibi olasan ki, onların müqəddəs işlər gördüyünü dəyərləndirə biləsən.
Belə böyük ürək sahiblərindən biri də Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovadır ki, Müstəqil Azərbaycanın ilk nəşriyyatı olan “Boz oğuz” nəşriyyatının yaranmasını və işini tədqiq edərək monoqrafiya yazıb və uzunömürlü olsun deyə xüsusi tərtibatla nəfis kitab şəklində nəşr etdirib.
Sovetlər birliyi dağılandan, Azərbaycan müstəqillik yoluna qədəm qoyanda bir sıra köhnəlmiş sahələri inkişaf etdirmək zərurəti yaranmışdı. Bu sahələrdən biri də kitab nəşri idi. Əhalinin milli ruhda yazılan kitablara ehtiyacı bunu tələb edirdi. Həm də bir müsəlman olaraq az qala üç nəsil kənarda qaldığımız İslam dininin incəliklərini öyrənmək lazım gəlirdi.
Böhranlı vəziyyətə düşmüş dövlət nəşriyyat sistemini vəziyyətdən çıxarmaq üçün siyasi iradə lazım idi, bu iradə isə o vaxtkı rəhbərlikdə yox idi. Dövlət sistemi ilə paralel özəl sektorun inkişafına ehtiyac duyulurdu. Bunun üçün təkcə lider olmaq yetərli deyildi, millətin, vətənin, ədəbiyyatın yolunda həyatını qurban verə biləcək, əsl fədaiyə ehtiyac yaranmışdı. Belə bir zamanda əslən Bakının Buzovna kəndindən olan, ziyalı ailədə dünyaya gəlmiş, faydalı həyatının böyük bir hissəsini redaksiyalarda keçirən, kitab nəşrində böyük təcrübə qazanmış Rəhimağa İmaməliyev sinəsini qabağa verdi və ilk nəşriyyat olaraq “Boz oğuz” nəşriyyatını yaratdı. Fəaliyyət üçün dövlətdən yer istəmədi, ofis də kirayələmədi, yaşadığı evin otaqlarında nəşriyyatın işini qurdu. Bir müddət qazanc olmayacağını göz önünə gətirən naşir bu işi normal bilən ailə üzvlərini cəlb etdi.
Rəhimağa İmaməliyev öz məqalə və əsərlərini, əsasən Rəhimağa Azərsoylu və Rəhimağa Bozoğuzköylü təxəllüsləri ilə yazıb çap etdirmişdir. Təxəllüsün yaradıcı insan taleyində necə böyük rol oynadığını və hansı mükəmməl mənanı daşıdığını məhz yaradıcı insanlar gözəl bilirlər. Rəhimağanın təxəllüsləri onun millətinə, elinə-obasına necə bağlı bir insan olduğundan xəbər verir. O, demək olar ki, ömrünü elm sahəsində sərf etmişdir. 30 ilə yaxın Azərbaycan Ensklopediyasının Baş redaksiyasında böyük elmi redaktor və redaksiya müdiri vəzifələrində çalışmışdır.
“Rəhimağa İmaməliyevin təşəbbüsü ilə “Boz oğuz” nəşriyyatının yaradılması üçün Nizamnamə hazırlanır, Bakı və Bakı Kəndlər Birliyi Məclisinin 18 oktyabr 1992-ci il tarixli qərarı ilə “Boz oğuz” nəşriyyatının nizamnaməsi” təsdiq olunur”. (səh.42)
Rəhimağa İmaməliyev nəşriyyatın yaradılmasının, özü də Bakı və Bakı Kəndlər Birliyinin nəzdində yaradılmasını belə əsaslandırırdı: “Nəşriyyatın yaradılmasının başlıca səbəbi bu idi ki, Bakının klassik şairlərinin, məsələn, Əbdülxaliq Cənnəti, Məşədi Azər, Haşim bəy Saqib, Məmmədismayıl Asi, Ağadadaş Muniri, Əlabbas Müznib və başqalarının əsərləri indiyədək nəşr olunmamışdı. Bugünkü nəsil onların həyat və yaradıcılığı barədə, demək olar ki, heç nə bilmirdi. Nəşriyyatımız unudulmaqda olan bu və digər klassiklərin tarixin qaranlıq dönəmlərində azdırılan zəngin irsini, mədəniyyətimizin unudulmuş nadir incilərini axtarıb-arayıb üzə çıxartmağı, xalqın mənəvi sərvəti kimi gələcək nəsillərə əmanət etməyi qarşısına məqsəd qoymuşdur”.(17) (səh.51)
Qısa müddət ərzində nəşriyyat bütün çətinlikləri dəf edərək işə başlamış və “Abşeron meyxanaları”, Yarməmməd Şağaninin “Azər kimi diyarım var”, Ağabala Əliyevin “Solfecio” dərsliyi, Təvəkkül Səlimovla birlikdə yazdığı “Bakı kəndləri” ensiklopedik lüğəti, Hacı Hacıyevin “İstiqlalın əzablı yolu”, Hacı Soltan Əlizadənin “Azərbaycan dərvişləri və rövzəxanları”, Haşım bəy Saqibin “Kim-kimədir”, Məşədi Azərin “Seçilmiş əsərləri”, Məmmədismayıl Asinin “Divan”ını və digər müxtəlif mövzuları əhatə edən kitabların nəşrinə nail olmuşdur.
Nəşriyyatın işini tədqiq etmiş Leyla Abasova kitabların nəfis tərtibatını və uzunömürlü olmasını xüsusilə qeyd edir. Vurğulayır ki, “Boz oğuz” nəşriyyatının çapdan buraxdığı kitabların heç biri digərlərinə bənzəmir. “Bu nəşriyyatda kitabların çapında ən çox ensiklopedik nəşrlərə üstünlük verilmişdir. Bu, həm də onunla izah oluna bilər ki, R.İmaməliyevin ensiklopedik nəşrlərin işıq üzü görməsində böyük təcrübəsi var idi”. (səh.54)
Nəşriyyat eyni zamanda əhalinin maariflənmə tələbatını nəzərə alaraq İslam dininə aid kitabların da nəşri ilə məşğul olub. “İslam” ensiklopedik izahlı lüğət, “Quran duaları”, “Yasin duası və çərəkə”, “Kərbəla müsibəti”, “Vücudnamə” və bu qəbildən olan kitablar, bir çox maddi çətinliklərə baxmayaraq, məhz Rəhimağa İmaməliyevin şəxsi əməyi və nəzarəti sayəsində nəşr olunmuş, böyük əksəriyyəti paylanılmışdır.
L.Q.Abasova tərəfindən aparılan tədqiqatlar zamanı məlum olur ki, “Boz Oğuz” nəşriyyatının nəşr etdiyi bir çox kitablar müxtəlif dünya ölkələrində də geniş yayılmışdır. Məsələn, Almaniyanın “Ölkə kitabxanası”nda və Almaniyanın Martin-Lüter Universitetinin kitabxanasında: Soltan Əlizadənin “Azərbaycan dərvişləri və rövzəxanları” (“Boz Oğuz”, 1995); Həmçinin Rəhimağa İmaməliyevin “Bakı kəndləri: ensiklopedik lüğət” (“Boz Oğuz”, 1996); bilavasitə özünün “H.B.Saqibin “Kim-kimədir” (“Boz Oğuz”, 1996); Məşədi Azərin “Seçilmiş əsərləri” (“Boz Oğuz”, 1996); “Azərbaycan səlnaməsindən səhifələr” (“Boz Oğuz”, 1997); “Vücudnamə. Saqinamə. Tövbənamə. İbrətnamə: ensiklopedik məlumat kitabı” və s. həm qorunur, həm də azərbaycanlı oxucular tərəfindən istifadə edilir.
“Boz oğuz” nəşriyyatının yaranması və fəaliyyəti” kitabı bu gün qloballaşan cəmiyyətdə, sanki kitab oxumayan təbəqə ilə kitabsevərlər arasındakı uçurumun dərinləşməsinə etiraz olaraq bir çağırış rolunu oynayır. L.Q.Abasova nəşriyyatın çap məhsulunu tədqiq edərək bu qənaətə gəlir ki, R.İmaməliyev naşirlik peşəsinin incəliklərini dərinliyi ilə bilməklə bərabər, xalqın mədəniyyətini, elmini, görkəmli simalarını, tarixi şəxsiyyətlərin fəaliyyətlərini dərindən mənimsəmiş və onların fəaliyyətini əks etdirən kitabların nəşrinə də xüsusi önəm vermişdir.
L.Q.Abasova monoqrafiyada Rəhimağa İmaməliyevin simasında insanın kitaba olan sevgisini, vətən, millət və ədəbiyyat üçün necə fədaiyə çevrilməsini çox yüksək səviyyədə təsvir edir. Maraqlıdır ki, Rəhimağa İmaməliyev Müstəqil Azərbaycanda ilk özəl nəşriyyat yaradaraq kitab çapını təşkil etmişsə, Leyla Abasova da ilk alim olaraq çox da diqqətçəkməyən nəşriyyat işinin tədqiqinə ilk olaraq start vermişdir. Və bu müqəddəs işdə L.Abasova ətrafında ölkənin nüfuzlu ziyalılarından dəstək almışdır. Tarix üzrə elmlər doktoru, professor Bayram Allahverdiyev, yazıçı Mustafa Çəmənli, Rəhimağa İmaməliyevin ömür-gün yoldaşı, ziyalı Validə xanım və onun ailə üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika nəzəriyyəsi müəllimi Mahmud Mahmudov və başqaları bu nəşriyyat haqqında materialların toplanmasında öz köməklərini əsirgəməmişlər. Bir çox insanlar isə Rəhimağa İmaməliyevin əziz xatirəsinin yaddaşlarda qalması hekayətlərini yazıb bildirmişlər.
Bir bu qədər insanın bir araya gəlməsi Rəhimağa İmaməliyevin kitaba olan hədsiz sevgisi və onun müqəddəs işidir. Görün R.İmaməliyev özü kitabı necə dəyərləndirmişdir:
“Kitab elm xəzinəsinə bir açardır. Onun sayəsində hər elmin qapısını açmaq mümkündür. Mən uşaqlıq illərindən kitablarla dostlaşmışam. Onlar mənim müdrik müəllimim olub. Həyatımın hər bir anında kitablar köməyimə çatıb. Onlar mənə həyatı öyrədib, həyatı sevdirib.
Kitaba sevgi məni naşirlik işinə həvəsləndirib. Hər kitabı öz övladım bilmişəm. Onları göz bəbəyi kimi qorumuşam.
Kitab ruha qida verir. Ruhu təzələyir. Onu sevin, oxuyun, öyrənin və qoruyun!”
Uzunömürlülüyün qarantı, xüsusi kağızda və nəfis tərtibatla nəşr olunan Leyla Abasovanın “Boz oğuz” nəşriyyatının yaranması və fəaliyyəti”, məncə, nəşriyyatın işinin tədqiqinə işıq salmaqla bərabər fədai naşir Rəhimağa İmaməliyevin zəhmətinə verilən ən yüksək qiymətdir.
Əli bəy Azəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024