Yetmiş yaşa gəlib çatan vaxtımda,
Bəxtim yatdı, – nəfisdimi, gözdümü?
Göyçədi mənim
Anamın anası, atam atası,
Babamın babası Göyçədi mənim.
Vətənim, diyarım, doğma yurd-yuvam,
Elimin yuvası Göyçədi mənim.
Gözümün işığı, üzümün nuru,
Dizimin taqəti, qolumun zoru.
Qəlbimin atəşi, sinəmin qoru,
Ciyərim havası Göyçədi mənim.
Ayrılmır fikirdən, çıxmır yuxudan,
Ordayam, ordayam hər zaman, hər an.
Mən Zəki İslamam, ey Haqqı divan,
Dərdimin davası Göyçədi mənim.
GƏLİB
Sərraf Şiruyənin Göyçəyə gəlişinə
Göyçənin sevinci həddini aşıb,
Qoynuna öz şair balası gəlib.
Uçub Qarabağdan, keçib Gəncədən,
Qıy vurub şikarın alası gəlib.
Gəlişinə qurban dedim, can dedim,
Ədəbinə sultan dedim, xan dedim,
Bədnəzərə alış dedim, yan dedim,
Şeir sənətinin lalası gəlib.
Qoşmanın ustadı, təcnisin şahı,
Şeir ocağının bir qibləgahı.
Yurduna bağlıdır, eldi pənahı,
Göyçədən ilhamın alası gəlib.
Fikri, düşüncəsi dərindən dərin,
Boylandı Daşkənddə, düşündü dərin.
Həsən Xəyallının ləli-gövhərin,
Sənətkar sazını çalası gəlib.
Saldı kotanımı xozana, xama,
Dizim yerə dəydi, yetişdim kama.
Eşitdim, öyrəndim Zəki İslama,
Ürəkdən vəfalı olası gəlib.
1982-ci il, Göyçə, Cil kəndi
EŞİT, RƏBBİM, DOĞRUDUMU, DÜZDÜMÜ?
Deyirlər – dərd çəkmə, bir imtahandır,
Eşit, Rəbbim, doğrudumu, düzdümü?
Yetmiş yaşa gəlib çatan vaxtımda,
Bəxtim yatdı, – nəfisdimi, gözdümü?
Kimə görə bəxtim belə qullaşıb?
Əziz balam şeytan ilə yollaşıb.
Çətin bələn keçib, ağır daş aşıb,
Qayıtmağı söhbətdimi, sözdümü?
On dörd aydı yoxdu altı-bazarım,
Cümədən cüməyə qışdı baharım.
Dərd mənim dostumdu, qəm mənim varım,
Zal dərdində nuru itən gözdümü?
El içində hörmət aldım, nuş oldum,
Sevindikcə, pərvazlanan quş oldum,
Ağlagəlməz bir bəlaya tuş oldum,
Solan yanaq, saralanda üzdümü?
Ömrünün sonunu heç kəs biləmməz,
Allah güldürməsə, özü güləmməz.
Zəki İslam ölər, Zalsız öləmməz,
Soruşarlar – "Atan dərdə dözdümü?".
15 noyabr 2009
QALDI
Yetişdi payızın şaxtası, qarı,
Güllərin dərimi borana qaldı.
Ellər köç eylədi, endi arana,
Yaylaqlar çiskinə, dumana qaldı.
Kilimsiz, keçəsiz çubuqlar durur,
Marallar boylanıb boynunu burur.
Təkcə öz yerində qartal qıy vurur,
Bulaqlar buzladı, tufana qaldı.
Ağaclar qırovlu, budağı qarlı,
Dərələr çovğunlu, gədiklər tarlı.
Zəki İslam, kimdir, gör kimdən varlı,
Arzular arzudu, gümana qaldı.
BƏXTİM
Elə düşünürdüm, elə bilirdim,
Gözəllər gözəli mələkdi bəxtim.
Qohuma-qonşuya, dosta-tanışa,
Arxadı, gərəkdi, köməkdi bəxtim.
Güllü-gülüstanlı, bağçalı, bağlı,
Dəryalı, dənizli, çaylı, bulaqlı.
Dərəli, təpəli, silsilə dağlı,
Doqquz asiman, yeddi fələkdi bəxtim.
Yenə güvənirəm, yenə sevirəm,
Gecəli, gündüzlü şükür edirəm.
Haqqa üz tutmuşam, haqqa gedirəm,
Bir az üz döndərib, kələkdi bəxtim.
Əziz Allah, qoyma qəmdə çürüyəm,
Mən də yaratdığın qulun biriyəm.
Ağlamayam için-için, kiriyəm,
Tufanlı, boranlı küləkdi bəxtim.
Yüyürdüm, yıxıldım, durdum, büdrədim,
Birə min olubdur heç nədən dərdim.
Zəki İslam deyir, hardan bilərdim,
Nadanlar əlində ələkdi bəxtim.
Yaradanın verdiyidi, verdiyi
Bağışlanmır nə gözəllik, nə talant,
Yaradanın verdiyidi, verdiyi.
Adam var ki, hər kəlməsi hikmətdi,
Adam var ki, şər-böhtandı dediyi.
Otuz yaşa qədər - daşa yazılır,
Otuzdan altmışa - başa yazılır,
Altmışdan sonrakı - boşa yazılır,
Yaddaş yoxdu, yaddan çıxır gördüyü.
İnciyənlər inciməsin, görəcək,
Bir salamı iki dəfə verəcək.
Zəki İslam, zəmanəsi gələcək,
Görəcək ki, çat veribdi hördüyü.
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025