Ətrafın ağılsız və bayağı düşüncələrindən necə qurtulmalı?

14:58 / 11.03.2019
Baxılıb: 2772

Alen de Botton İsveçrə əsilli Britaniyalı yazıçı, filosof və televiziya aparıcısıdır. İngilisdilli “Sevgi təcrübələri”, “Status narahatlığı”, “Xoşbəxtlik memarlığı” bestsellərlərinin müəllifidir. Alen de Botton kitab və proqramlarında ənənəvi fəlsəfənin dəyərlərini muasir həyatımızın müxtəlif aspektlərinə tətbiq etməyin üsullarından söhbət açır.

 

Ağıllı mizantropiya
 

Əgər davranışlarımıza görə bizə tuşlanan tənqidləri diqqətə alırıqsa, ambisiyalarımızla bağlı narahatlıq keçiririksə və xiffətə qapılırıqsa, əgər uğursuzluqlarımız ucbatından məsuliyyətlə yükləniriksə, üstəlik, bütün bu gözləntiləri yerinə yetirməyimizə rəğmən, cəmiyyət hələ də bizi aşağı statusda yer tutmağa layiq görürsə, bax, o zaman Qərb mədəniyyətinə xas olan ən önəmli filosofların bəzilərinin, izindən getdiyi xüsusi baxışlar sistemini mənimsəyə bilərik. Ətrafımızı sarmalayan dəyərlər sisteminin xoşumuza gəlməyən yönləri barədə paranoyaya qapılmadan, özümüzü müdafiə etməkdə əndazəni aşmadan, ya da qürur maskasının arxasında qorunmadan, özümüzçün, bəsit formada “ağıllı mizantropiya” adlandıracağımız duruş şəklini formalaşdıra bilərik.

Filosofların uzun illərdir önə sürdükləri təməl düşüncələrdən birinə görə, başqa insanların mühakimələrini geniş formada ələ alıb analiz etdiyimizdə, əvvəlcə bizi üzən, ardıncasa ürəyimizi sakitləşdirən bir qənaət əldə edirik:

Əksər mövzularda, cəmiyyət nümayəndələrinin əksər düşüncələri, əslində son dərəcə aldadıcı və xətalıdır.

Özündən əvvəlki və sonrakı filosofların nəsillər boyunca sərgilədikləri mizantropik yanaşmanı sözlərə tökən Şamfor (Nicolas de Chamfort - fransız filosofu, yazıçısı, moralisti-tərc.), məsələyə çox bəsit mövqedən baxmışdır:

“Xalqın düşüncələri, bütün dünyagörüşlər içində ən bərbadıdır.”

Xalqın dünyagörüşünün bu dərəcədə qüsurlu olmasının əsas səbəbi, öz fikirlərini rasional düşüncənin tikanlı əllərinə təslim etməkdən boyun qaçırması və bunun yerinə, hisslərə, duyğulara və adət-ənənələrə bel bağlamasıdır.

“Əmin olun ki, ümumi şəkildə qəbul edilən hər fikir və toplumun təsdiqlədiyi hər qavram son nəticədə axmaqlığın pik nöqtəsidir, çünki əksəriyyətin marağını çəkmişdir” deyə Şamfor müşahidəsini bölüşürdü. İnsanların tərifləyib göylərə qaldırdığı mühakimələrinsə, əslində, ictimai cəfəngiyyatlar olduğunu sözlərinə əlavə edirdi.

İctimai mülahizələr hədsiz bəsitliyin, məntiqsizliyin, xürafatın və dayazlığın əlində qurban olmuş düşüncələrdən yaranır: “Ən absurd adətlər və ən gülməli mərasimlər bu cümlənin deyilməsiylə bir andaca qəbul edilir: Nə edə bilərik, adətimiz belədi. Avropalılar Hotantolara (Afrıkanın yerli xalqlarından biri-tərc), niyə çəyirtkə yedikləri halda, vücudlarında bit görməyi dözülməz hesab etdikləri barədə sual verdikdə, aldıqları cavab belə olmuşdu: Adətimiz belədi.

Xalqın dünyagörüşünün son dərəcə dayaz olduğunu dərk etmək bəlkə də bir az əzabverici ola bilər; ancaq bunun fərqinə varmaq nəticəsində status narahatlığımız bəlli dərəcədə azalar, başqa insanların bizim haqqımızda yaxşı şeylər düşünmələriylə bağlı bitib-tükənməz istəklərimiz və sevildiyimizə dair dayanmadan işarətlər axtaran küsəyən əhvalımız ortadan qalxa bilər.

Digər insanlar tərəfindən təsdiq edilməyə duyduğumuz ehtiyac əsasən iki səbəbdən qaynaqlanır: birincisi cismani səbəblərdir, çünki cəmiyyətin bizi xor görməsi fiziki narahatlığa və təhlükəyə yol aça bilər; ikincisi psixolojik səbəblərdir; çünki, əgər başqaları bizə hörmət etməzsə, sayğı göstərməzsə, özgüvənimiz təhlükəyə məruz qala bilər.

Bax, məhz ikinci sırada yer alan psixoloji səbəblərlə əlaqəli komplekslərdən xilas olmaq üçün fəlsəfi yanaşmaya ehtiyac vardır. Çünki fəlsəfi yanaşmanı tətbiq etdiyimizdə, bizə tuşlanan hər tənqidi iddianın və xorgörmənin bizi yaralamasına izn verməkdənsə, başqalarının davranışındakı ədalət təzahürlərini sorğulamaq fürsəti əldə edirik. Beləcə, hər hansı mühakimənin özgüvənimizi sarsıtması üçün təkcə bizi incitməsi yetərli olmur, gərək bu mühakimə həm də doğru olsun. İnsanlardan təsdiqləyici mövqe umarkən mazoxistik gözləntidən sıyrılar və bu mülahizələrin həqiqətən dinlənilməyə layiq olub-olmadığını özümüzdən soruşarıq. Və bu sorğulama nəticəsində bizə sevgi göstərmələrini gözlədiyimiz insanların zəkalarını yaxından analiz etmək fürsəti tapar və əslində onların bizim üçün çox da önəmli olmadıqlarının fərqinə vararıq.

Və həmin andan içimiz ikrahla dolar və başqaları bizi alçaltdığı dərəcədə biz də onları alçaltmağa qərar verərik. Fəlsəfə tarixi boyunca saysız örnəyinə rastladığımız mizantropik yanaşma bu cürdür.

“Əksər insanların ağıllarında fırlanan düşüncələrin mahiyyətcə gərəksiz və batil olduğunu, nəzəri baxışlarının dayaz, duyğularının gərəksiz, mühakimələrinin cəfəng, xətalarının da saysız-hesabsız olduğunu dərk etdiyimizdə və bütün bunlara dair yetərincə bilgi sahibi olduğumuzda, bizimçün gərəkli olan həmin etinasızlıq əhval-ruhiyyəsinə yüksələcəyik... Bax o zaman, başqalarının fikirlərinə gərəyindən artıq dəyər verən insanın, əslində onlara layiq olduqlarından daha çox şərəf bəxş etdiyini anlayacağıq”,

deyə Şopenhauer söyləyirdi. O, mizantrop filosofların öndə gələnlərindən biriydi.

Məşhur filosof "Parerga and Paralipomena" (1851) adlı əsərində başqaları tərəfindən xoş münasibətlə qarşılanmaq və sevilmək ehtiyacımızı ortadan qaldırmaq üçün həyata keçirəcəyimiz ən yaxşı davranış kimi, həmin insanların gerçək xarakterləri üzərində fokuslanmağı təklif edirdi. Çünki, Şopenhauerə görə, insanların böyük əksəriyyəti axmaq və insani məsuliyyətdən uzaq idilər: “Uyqar dünyanın hər yerində, toplumun öndə gələn əyləncələrindən biri qumar oynamaqdır. Kart oyununun bu dərəcədə yayılması, cəmiyyətlərin dəyər səviyyələrini və bütün fikirlərin açıq-aydın iflasını ortaya çıxaran vəziyyətdir”, deyirdi. Üstəlik qumar kartı oynayanların əksəriyyəti xain və əxlaqsızdırlar: “Coquin meprisable (namussuz alçaq) sözü çox təəssüf ki, bu dünyada çox sayda insan üçün istifadə ediləcək sözdür.” Onun düşüncəsinə görə, insanlar pis niyyətli olmadıqda da səfehcə davranırdılar. Şopenhauer, Volterin sözlərini təsdiqləyərək sitat kimi vurğulayırdı: “La terre est couverte de gens qui ne meritent pas quon leur parle" -

Dünya, onlarla söhbət etməyə belə dəyməyəcək insanlarla doludur.

Şopenhauer soruşurdu: Bu adamların düşüncələrini həqiqətən ciddi hesab etmək olarmı? Onların bu səfeh mühakimələrinin bizi idarə etməsinə izn verməyə davammı edəcəyik? Özümüzə qarşı duyduğumuz hörmət, bir qrup qumar düşkününün əllərinə təslim edilə bilərmi? Deyək ki, bu adamlar zəlzələdən-vəlvələdən lap kiməsə sayğı izhar etməyə başladılar, bu hörmət nə dərəcədə dəyərli sayıla bilər ki? Ya da Şopenhauerin sözləriylə ifadə etsək: “Bir musiqiçiyə, bir-iki nəfər istisna olmaqla, onu dinləyən tamaşaçı kütləsinin bütünlüklə karlardan ibarət olduğunu söyləsək, həmin musiqiçi yenə də bu tamaşaçı alqışları qarşısında fəxarət hissi keçirərmi, görəsən?”

Əslində, önümüzü xeyli aydınladan bu insanlıq tənqidinin sadəcə bircə dənə çatışmazlığı var: belə düşüncə tərzi nəticəsində ətrafımızda dost-tanış qalmaz. Şopenhauerin özü kimi fəlsəfi mizantropiyaya məhkum olmuş Şamfor oxşar vəziyyəti bu sözlərlə dilə gətirir: “Bundan belə, bizə münasibətdə yalnız və yalnız əxlaqlı və fəzilətli mövqe sərgiləyən, məntiq və ağıl gücüylə hərəkət etməyi bacaran insanları görəcəyimizə, cəfəng adət-ənənələrin təsirində qalmayan, cəmiyyətin saxta nəzakətinin zəruri etdiyi mərasimlərə və yersiz davranışlara məhəl qoymayan insanlarla görüşəcəyimizə qərar versək (əgər bu qərara gəlməsək, həyatımızı zəiflik, axmaqlıq və pis niyyətlə keçirmək məcburiyyətində olacağıq), demək olar bütün ömrümüzü yalnız keçirəcəyimiz bir həyatla baş-başa qalacayıq.”

Şopenhauer bu tənhalıq ehtimalını sevə-sevə qəbul etdi. “İnsanın qarşısında bircə seçim var: insan ya tənhalığı, ya da bayağılığı seçəcək”, deyə üzünü gənclərə tutub, israrla tənhalığın dəyərindən danışırdı:

“İnsan başqalarıyla nə qədər az ünsiyyət qurmağa ehtiyac duyarsa, deməli xeyli yaxşı vəziyyətdədir.”

Şopenhauerə görə, ağlı başında olan adam insanlarla bir müddət yaşadıqdan və çalışdıqdan sonra “İctimai həyatdan əl-ətəyini çəkmək istəyəcək, bir məktəb müdiri, ətrafını çevrələyən səs-küylü və çığırqan uşaqların oyununa qatılmaq istəyindən nə qədər uzaqdırsa, o, da ətrafındakı insanlara ünsiyyət qurmaqda o qədər istəksiz davranacaqdır.”

Fəqət, bir adamın insanlardan uzaq durmağa qərar verməsi, kiminləsə dost olmaq istəmədiyi anlamına gəlməməlidi. Əslində, insanın digərlərindən uzaq durmağa qərar verməsi, əlindəkilərlə təmin olmadığına işarə edir. Kiniklər, əcaib sayılacaq dərəcədə yüksək həyat standartları olan insanlar idilər. Şamforun sözləriylə ifadə etsək: “Çox zaman deyirlər ki, tənha adam cəmiyyətə nifrət edir. Halbuki, bu, quldurların dolaşdığı meşədə gəzməyi sevməyən bir insanın gəzişməkdən ümumiyyətlə xoşlanmadığını düşünmək qədər absurddur.”

Cəmiyyətdən uzaq, fərdi köşələrində araşdırmalar aparan filosoflar bizə, xaricdən gələn təsdiq və qəbuldan çox, öz daxili şüurumuza diqqət kəsilməyi məsləhət görürlər. Təsadüfən bir yerə toplaşmış bir qrup insana necə göründüyümüz deyil, özümüzün nəzərində necə göründüyümüz bizim üçün əhəmiyyətli olmalıdır. Şopenhauer də məhz bu nöqtəyə barmağını basır:

“Tənqidlər, hədəfinə çatdıqları dərəcədə bizi incidirlər. Əgər insan, ona tuşlanan tənqidə gerçəkdən layiq olmadığını qət edərsə, çox asanlıqla və güvən duyğusuyla bu tənqidi görməzdən gələ bilər.”

Bilge.az


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər