Ənəlhəqq həqiqəti...

14:18 / 10.04.2019
Baxılıb: 6492

 

“Ənəl həqq” ifadəsi ərəb dilində “ənə”, yəni “mən” və “əl-həqq” (lüğətdə “həqq” kəlməsi doğru, həqiqi, sabit olan mənalarında işlədilir. “Batil” sözünün mənasının tam ziddidir) kəlmələrinin birləşməsindən yaranıb. Bu ifadəni böyük mütəffəkirimiz İmadəddin Nəsimidən öncə, ürfan və fəlsəfə tarixində ilk dəfə böyük mütəffəkir Hüseyn ibn Mənsur Həllac işlədib. Rəvayətə görə, bir müddət tələbəsi olduğu, böyük arif, Şeyx Cüneyd Bağdadinin qapısını döyərkən, Şeyx Cüneyd “ kimdir” deyə soruşmuş, Həllac isə  “ənəl həqq” cavabını vermişdir.

Ariflərdən birinin rəvayətinə görə, bir gün yuxusunda Həllac Mənsuru görmüş və şeytanla onun dialoqunu eşitmişdir. İblis o həzrəti görüncə belə deyir:“Sən “ənəl həqq” (mən həqqəm) dedin. Mən isə “ Ənəl – xeyr” (mən ən üstünəm) dedim. Sənə rəhmət olundu,mənə isə lənət edildi. Bunun hikməti nədir? Həllac Mənsur belə cavab verir: “Sən mənəm-mənəmlik etdin, mən isə mənliyimi özümdən uzaq edib yalnız Həqqi gördüm”.

Nəsiminin dövründə olduğu kimi, Həllacın döründə də bu ifadə əksər insanlar tərəfindən düzgün anlaşılmamış və Həllac Mənsur özü də qəddarcasına edam edilmişdir. Çünki,əksər insanlar bu ifadəni “Allahlıq” iddiası kimi anlayıb, həqiqi və batini mənasından da xəbərdar olmamışlar. Çox təəssüf ki, elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə də bu ifadənin hələ də yanlış anlaşıldığı görülməkdədir.

Həllac Mənsur, yaxud Nəsimi əgər “Allahlıq” iddiası etmək istəsəydilər “ənəl həqq” ifadəsi əvəzinə, “ənəllah”(mən Allaham) deyərdilər. “Allah”  kəlməsi də, “həqq”  kəlməsi də Tanrının isimlərindəndir. Lakin hərəsinin fərqli mənaları vardır. Allah kəlməsi ərəb dilinin qrammatikasındakı müəyyən qanunauyğunluqlar ilə “ilah” və ya “uluhiyyət” kəlməsinindən törəmişdıir. Ulu Tanrının bu sifəti onun sübuti (zati,zatı olan) sifəti deyildir. Yəni, bütün məxluqları xəlq etməmişdən öncə, yalnız özü mövcud olan halda, bir ilaha, yəni bir tanrıya ehtiyacı olan bir varlıq olmadığı halda, onun ilahlıq sifəti ilə, dolayısıyla Allah ismi ilə vəsf edilməsi məntiqsizdir. Böyük sufi mütəffəkir Muhyiddin İbn Ərəbi bu mövzuda belə buyurub:

“Nəhnu biməluhiyyətina cəəlnahu ilahən” (Fususul-hikəm,s.147,Məbaniyi-irfan,s.523) - yəni, biz  bir ilaha,bir tanrıya ehtiyaclı olmağımız səbəbindən, Onu ilah qərar vermişik. Tanrının “Həqq” ismi isə  onun sübuti(zatı olan)  sifəti olan “vücud” (mütləq varlıq) sifətinin mənasını tam ehtiva edən bir ismidir. Yəni, yaradılmışları xəlq etməmişdən öncə də Tanrı mövcud idi və mütləq həqiqət idi. Həllacın və ya Nəsiminin “ənəl-həqq” deməklərinin, tək varlıq və mütləq həqiqət olan Tanrının məhz “həqq” ismini işlətmələrinin mənası budur. Allahın digər ismlərinin, həmçinin “Allah” isminin “ənə”(mən) sözünə nisbət verilərəkbir insan tərəfindən işlədilməsi isə vəhdəti-vücud(tək varlıq,tək həqiqət) nəzəriyyəsini tam şəkildə yansıtmaması ilə yanaşı, yanlış və küfr içərən mənalara da yozula bilər.

Bir insanın özünü Tanrı bilməsi, hətta daha irəliyə gedərək dinin müqəddəsatını ucuz tutması əlbəttə ki, şirk və küfrdür. Əgər “ənəl həqq” ifadəsini tanrılıq iddiası kimi qəbul etsək, bu ifadəni deyən şəxsin iki mənadan başqa bir mənanı qəsd etmədiyini qəbul etməliyik. “Ənəl həqq” ya bir çoxlarının zənn etdikləri kimi eqoizm partlamasıdır, ya da artıq dərəcədə altruizm göstəricisidir. Musa peyğəmbərin dövründə yaşamış Fironun “Ənə rəbbukumul-əla”, yəni “mən sizin uca rəbbinizəm” deməsi ilə İmaduddin Nəsiminin “ənəl həqq”,yəni “mən mütləq həqiqətəm” deməsini eyni mənada anlamaq və eyni mənada tərcümə etmək çox ədalətsiz bir yanaşmadır. Düşünən kəslər üçün fərq açıq-aydındır. Ümumiyyətlə, irfani təkamül məqamlarının heç birində bir arifin “ənəllah”, yəni  “Mən  Allaham” dediyi görülməmişdir. Mövlana Cəlaluddin Rumi özünün “Fihi ma fih”adlı əsərində “ənəl həqq” iddiası barədə belə deyir:

- “ənəl həqq” deməyi böyük bir iddia hesab edirlər. Halbuki,“ənəl həqq” demək böyük bir təvazödür. Çünki (“Ənəl həqq” ifadəsinin əvəzinə)  “ənə əbdül-həqq” yəni, “ mən həqqin quluyam” deyən bir kəs öz varlığı və həqq olan Allahın varlığını dilə gətirərək, iki ayrı varlıq iddiası etmiş olur. Halbuki, “ənəl həqq” deyən bir kəs öz varlığını yox etdiyi üçün “ənəl həqq” deyir. Yəni, “mən yoxam, hər şey Odur. Tanrıdan başqa heç bir varlıq yoxdur, mən yalnızca yoxluğam, heçəm deyir. Bu ifadədə açıq aşkar təvazö görsənir. İnsanlar bunun mənasını anlamırlar”.(Fihi ma fih,s.20)

Nəsimi İlahi eşq ilə varlığından keçdiyi bir halda ürfan ədəbiyyatından “inbisat” (izah olunma, arifin ilahi sirlərin ona açılmasından sevinməsi halı) deyilən halın təsiri ilə “ənəlhəqq” demişdir. Bu ifadənin lüğəvi-zahiri mənası “mən həqqəm” deməkdir. Lakin ürfani-batini mənası isə  “mütləq həqiqətdən başqa bir şey mövcud deyildir” deməkdir.

“Ənəl-həqq” ifadəsinin yanlış olaraq “mən Allaham” kimi anlaşılıb və belə tərcümə edilməsinin səbəbi bu ifadənin şərh etdiyi vəhdəti-vücud nəzəriyyəsinin bu nəzəriyyəyə bir çox oxşarlıqları olan, lakin əslində çox ziddiyyətlər təşkil edən bir neçə fəlsəfi-dini nəzəriyyələr ilə eynimənalı anlaşılmasıdır. Vəhdəti-vücud həqiqətinin panteizm fəlsəfəsi ilə (qərbdə Spinoza tərəfindən əsası qoyulan, Tanrı ilə təbiəti eyniləşdirən fəlsəfi nəzəriyyə), Hüluliyyə (Tanrının bəzi insanların bədəninə girməyini mümkün bilən etiqad), İttihadiyyə(insanın təkamül edərək Tanrıya qovuşub, onunla eyni olmasına olan etiqad), Mücəssimə (inkornasiya, Tanrının cism olduğuna olan etiqad) və Müşəbbihə (antropoteizm, Tanrının bəzi məxluqlara bənzədiyinə olan etiqad) nəzəriyyələri ilə eynimənalı tutulması çox yanlış bir yanaşmadır. Bir çoxları məhz bu yanlış yanaşma səbəbindən “ənəlhəqq” ideyasını düzgün anlamamışlar, halbuki qeyd etdiyim bu etiqadların fəlsəfi və məntiqi cəhətdən əsassız olduqları əksər teolaqlar vəfilosoflar tərəfindən ittifaqla sübut edilmişdir.

“Ənəl həqq” ifadəsi açıq-aşkar vəhdəti-vücud, yəni varlığın vəhdəti,birliyi nəzəriyyəsinin lakonik yansımasıdır.

Bu nəzəriyyəyə görə, mövcud olan tək bir varlıq var. Oda varlığın özüdür.Bu həqiqəti filosofların və islam teoloqlarının öz ibarələri ilə belə sübut etmək olar. Vücud (varlıq,var olma) özü mövcuddur.Əksini iddia etmək məntiqsizdir. Çünki fəlsəfənin və məntiqin qanunlarına görə, bir şey özünün ziddi ilə vəsf edilməz.

Vücudu (varlıq) olan mövcüdlar iki qismə bölünür:

1. Vücudu (varlığı) özündən olmayan, varlığını başqa birindən kəsb edən varlıqlar. Belə varlıqlar “mümkün varlıqlar” adlandırılır.Yəni, var olub-olmaması ehtimalları mümkündür.Bütün məxluqat bu qismə aiddir.

2. Vücudu (varlıq) bizzat özündən olan, öz-özlüyündən mövcud olan varlıq. Belə varlığa “vacib varlıq”, yəni varlığı zəruri olan, var olmamaq ehtimalı olmayan varlıq deyilir. Vacib varlığın, tək vacib varlıq olmağının həqiqəti də bədihi və sübuta ehtiyatsızdır. Çünki əks təqdirdə, bütün filosoflar tərəfindən batil və əsassız olduğu qəbul edilən “təsəlsül” və “dövr” nəzəriyyələrinə etiqad etmək lazım gəlir.

Edəndə dövr buxağın təsəlsüli-zülfün

Bu fitnədən necə qalsın əqaidim salim

Vacib varlıq  “mütləq həqiqət” adlandırılan ümumi vücudun (varlığın) külli və həqiqi olaraq, bizzat özüdür, çünki, vücud (var olmaq) sifəti də Allahın (vacib varlığın) zati sifətlərindəndir. Əgər vacib varlıq (vücud) ümumi vücudla (var olmaq) iki fərqli həqiqətlərdirsə, vacib varlığın var(mövcud) olması üçün vücud həqiqətinin (var olmaq) ona əlavə edilmiş olması lazım gəlir. Bəzi islam teoloqları bu düşüncədədirlər.

İkinci bir ehtimal isə, vacib varlıq, “vücud”  həqiqətinin (var olmaq) fərdlərindən biridir və digər varlıqlar öz vücudlarını ondan kəsb edirlər. Əksər filosoflar bu düşüncədədirlər. Bu iki ehtimalın hər ikisi məntiqsiz və əsassızdır.

Böyük şairimiz  Seyid Əzim Şirvani bir beytində bu fikri aydın şəkildə belə ifadə edir:

“Seyyida, masiva irir fani

Leysə fil-mülk ğeyrəhu mövcud” (S.Ə.Şirvani,Qəzəllər,s.41)

-Yəni, mütləq həqiqət olan Allahdan başqa hər şey əslində yoxdur. Kainatda Ondan başqa heç nə mövcud deyildir.

 Kvant fizikasında “superstring sahə” deyə adlandırılan “vahid sahə”, “mütləq potensial”  reallığı da bu həqiqətə bariz  şəkildə dəlalət edir. Müasir elm məhz Kvant fizikası ilə reallığın təməlində yalnız tək bir həqiqətin olduğunu,kainatdakı bütün müxtəlifliklərin, pərdə arxasında yalnız bir həqiqətin durduğu qənaətinə gəlmişdir, yəni həqiqətdə “Mən”, “Sən”, “Biz”  dediyimiz məfhumlar hamısı tək bir həqiqətdir. Bu həqiqəti “makrokosmik elm” də adlandırmaq olar. Bu mütləq həqiqət təbiətin özüdür. Bu səbəbdən də, “vahid sahə” adlandırılır. Qısaca desək, “hər şey tək bir varlıqdır”. Təbiətin bütün gücləri, bütün hissələri, kiçik zərrəciklərin bətnindəki leptonlar, protonlar, neytronlar belə “tək” və “mütləq” olan həqiqətdir. Gözlə gördüyümüz və görmədiyimiz bütün təbiət aləmi yalnız və yalnız tək olan bir varlıq dənizindəki müxtəlif dalğalardır. Hər şeyin, şüurun və maddələrin təməlində olan bir həqiqət mütləq zəkanın özüdür. Bu mütləq həqiqət materiya deyildir. Kainatda her şey sadəcə Odur. Bəli, bu gün Kvant fizikası vasitəsilə elmin gəldiyi son reallığı bu cümlə ilə ifadə etmək olar: “Kainatdakı hər şey həqiqətən də Ondan başqası deyildir”. Bu cümlə Nəsiminin timsalında əksər ariflərin dillərində şüar olan “leysə fid-dar ğeyrəhu dəyyar” yəni, “varlıq evində Ondan başqa heç kim yoxdur”  cümləsi ilə eyni gərçəkliyin açıqlamasıdır. İnsanlar, heyvanlar, bitkilər, cansızlar, ümumiyyətlə, bütün zərrəciklər qeyd etdiyimiz tək həqiqətin, kvant fizikasının dili ilə desək, “vahid sahənin” sadəcə dalğalanan titrəyişlərdirlər. Nəsimi “ ənəl həqq” deməklə məhz bu həqiqəti dilə gətirirdi.

Qurani Kərimdə  bir neçə ayədə (Taha/12, Nəml/9, Qəsəs/30) nəql olunan Musa peyğəmbərə Sina dağında bir ağacdan “ənə rəbbuk” (mən sənin Rəbbinəm) və ya “ənəllah”(mən Allaham) nidasının gəlməsi, yenə Qurani-Kərimin “Naziat” surəsinin 24-cü ayəsində Fironun “ənə rəbbukumul-əla”, yəni “mən sizin uca rəbbinizəm” ifadəsi ilə mövzumuz olan İmadəddin Nəsiminin “ ənəl həqq” ifadəsi məna baxımından çox fərqlidir.

Fironun iddiası aləmlərin rəbbi olan Allahın varlığını inkar edib, özünü Tanrı bilmək idi. Bu insan eqosunun və təkəbbürünün böyüklüyündən nəşət edən bir küfrdür. Necə ki, həmin ayədən sonra, Allah onu dünyada və axirətdə bu iddiasına görə cəzalandırdığını buyurur.

Ağacdan həzrəti Musaya “ənəllah” (mən Allaham) və “ənə rəbbuk” (mən sənin rəbbinəm) deyilməsi Allahın, öz həqiqət nurunu atəşdə,atəşin isə ağacda təcalla etməsi,üzə çıxması ilə həzrəti Musa ilə danışmasıdır. Ağac nəbatatddan(bitkilər) olduğu üçün, yəni şüursuz və heç bir ilahi əmrlərlə mükəlləf olmayan bir varlıq olduğu üçün, yalnız Allahın öz iradəsi və fövri cazibəsi nəticəsində mütləq həqiqətin məzhəri və “ənəllah” (mən Allaham) sözünün məsdəri olmuşdur. Nəsimi isə kəsbi cazibə ilə təkamül edərək “fənafillah”(Allahda yox olmaq) məqamına yetişərək hər şeyin “mütləq həqiqətin” məzhəri olduğunu görüb və “ənəlhəqq” sözünün məsdəri olmuşdur. Şübhəsiz ki, Nəsiminin “ənəl həqq” deməsi  qeyd etdiyimiz hər iki haldan fərqli və üstün bir məqamın ifadəsidir. “Ənəlhəqq”,  yaradılmışların ən üstünü olan, şüuru və seçim azadlığı olan, peyğəmbərin təbiri ilə desək özünü tanımaqla Rəbbini tanıya biləcək insanın, ilahi eşq odu ilə öz nəfsini yandırıb kül edərək,fani olaraq, öz varlığının olmadığını,tək həqiqətin - yalnız həqq olan Allah olduğu gerçəkliyinin etirafıdır.

Kül edib könlümü küyində sovurdum küləyə

Bir ümid bəlkə gedib zülfünə bir dəfə dəyə

Dedi Musaya “ ənəllah” sözünü adı ağac

Bir ağac tək dəyərim yoxmu ənəl həqq dəməyə?!

 

Azər Fəraqi


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər