Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

19:45 / 23.04.2019
Baxılıb: 2724

AYIQ – KEFLİ.  Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idi­lər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər.

ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər  əslində Allahı ən çox sevənlərdir.

KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı.

DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir.

İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı.
Bu səbəbdən də isaçılar onu müqəddəsləşdirdilər.
İsanın anası – adi qadın ola bilməzdi!

MƏHKUM HAKİMLƏR. Kafka və Coys bəşəri Məhkəmə ayağına çəkdilər.
Ancaq hakim ola bilmədilər. Çünkü İnamsız idilər, Amalsız idilər.
Məhkumlardan artıq deyildilər.

İSGƏNDƏR ÖLÜMÜ. – Mənə kömək edin, alimlər, filosoflar – qoymayın ölüm!
Xəzinədar, xəzinəmi yoxsullara payla – Allahlara dua oxusunlar – ölməyim!
Öldürməyi bacarırdı İsgəndər,  ölməyi bacarmadı.

QEYRƏTSİZLİK ÇEŞİDLƏRİ. İnsan təkcə ağlaya-ağlaya qeyrətsiz olmur.
O, həm də gülə-gülə qeyrətsiz olur.

İTİ GÖZ. Zülmətə düşənlərin Gözü daha iti olmalıdır.

ÖLÜMÜN QİYMƏTİ. Sokratın Ölümü Dünyanı sarsıt­madı.
Çünkü Sokratın şəxsində Fikrə qıydılar.
İsanın ölümü Dünyanı sarsıtdı.
Çünkü İsanın şəxsində Ruha qıydılar.

YAŞAMAMAQ! Körpə yaşamır – yerimək öyrənir.
Cavan yaşamır – yaşamaq öyrənir.
Yetkin yaşamır – yaşamaq uğrunda çarpışır.
Qoca yaşamır – yaşamaq üçün çalışır.

ZƏRDÜŞTÇÜLÜK. Əsatirdən yaranan Din.

İSLAM. Dindən yaranan əsatir.

DOĞMALIQ. Cismani doğmalıq – cismin yaratdığı.
Ruhani doğmalıq – ruhun yaratdığı.
Birinci – təbiətin məhsuludur, ikinci – insanın.

VƏTƏN. Ruhun gördüyü.
Ruhun sevdiyi.
Ruhun inandığı.
Torpağın Ali Mənası.
Tarixin Ali Mənası.
Mütləqin yaxınlığı.

VƏTƏNSİZLİK. Doğulduğun yer sənə doğma deyilsə,
Doğmalar sənə doğma deyilsə,
Vətənsizsən!
Vətənsiz yaşamaq olmaz!
Vətəni axtar – tap, tapmasan – yarat.

HEYVANİLİK – İNSANİLİK. Ruh bədənə tabe olanda – Heyvanilik peyda olur.
Bədən Ruha tabe olanda – Ruhanilik peyda olur.

YUNAN XƏYALI. Gerçəkliyə bərabər olan.

HİND XƏYALI. Mahiyyətə bərabər olan.

İBLİS. Adamda yaşayan – İnsanda ölən.

ALİM. Bilən.

FİLOSOF. Görən.

ELMİ CƏHALƏT. Kainatı tanımayan.

FƏLSƏFİ CƏHALƏT. İnsanı tanımayan.

NADİR ƏCAYİBLİK. Döyüş – yırtıcılıq ehtizazı yara­dır.
Döyüş – insandakı yırtıcılığa meydan açır.
Bu baxımdan o, Antiinsanidir.
Döyüş – həm də qorxmazlıq, mətanət, iradə rəmzidir.
Döyüşdə Mənəviliklə Yırtıcılıq birləşir.
“Yırtıcı mənəvilik”  yaranır.
Nadir əcayiblik yaranır.
Döyüş məcburiyyəti İnsanlığa baha başa gəlir.

TƏVAZÖKARLIQ. Ləyaqətli Məğrurluq.

NİTSŞE YALANI. “Pişik olmaqdansa, Şir olmaq yaxşıdır!”
Nə pişikdən, nə də Şirdən İnsan olmaz!

TARİXİN ÖYRƏTMƏDİYİ. Qul quldardan asılı olduğu dərəcədə – Quldar da quldan asılıdır.
Bu Həqiqəti tarix insanlara öyrətmədi.

YADLIQ. Ruha xidmət edənlərlə bədənə xidmət edən­lərin yadlığı – dəhşətdir!

O DÜNYA MÜKAFATI. Bu dünya Təmənnası.

DÖVLƏTSİZLİK. Midiya Dövləti.
Şirvanşahlar Dövləti.
Şah İsmayıl Dövləti.
Heç birində Müstəqilliyimiz bütöv olmayıb!
Heç birində Taleyimiz öz əlimizdə olmayıb!

ƏLAQƏ. Zorla yaranan – Zor yaradır.

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı bölə bilməmək.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı qoruya bilməmək.

NÜVƏ SİLAHI. İnsandakı Yırtıcının təntənəsi.

HAMILIQLA AKTYORLUQ. Cəmiyyətdə Hamı Aktyor­dur. Aktyorluq eləməyəni cəmiyyətdən qovurlar.

TÜRK AQİBƏTİ. Türk Dövləti yarandı.
Türk Ailəsi Dağıldı.

ƏRƏBLƏR – TÜRKLƏR. Ərəb – Eyşə qurşanan.

Türk – Döyüşə qurşanan.

NUH GƏMİSİNİN SƏRNİŞİNLƏRİ. Təzə Dünya yara­da bilmədilər.
Çünkü Təzə İnsan deyildilər!

İMTİNA YAŞI. Budda Cavanlıqda İmtinaya yüksəldi.
Pavel Yetkinlikdə İmtinaya yüksəldi.
Tolstoy Qocalıqda İmtinaya yüksəldi.
Müqəddəslərin Yaşı – İmtina Tarixindən başlanır.

ÖMÜR. Cavanlıq – Yavanlıq.
Yetkinlik – Ötkünlük. Qocalıq – Ucalıq.

ACİZLİK. Ölümün öldürməkdən başqa əlindən heç nə gəlmir!

MƏĞLUBEDİLMƏZLƏR. Müqəddəslər Məğlubedil­məz­dir. Məhəmmədin Dinindən əl çəkmək olar – ancaq Məhəmmədi məğlub etmək olmaz!
İsanın Dinindən əl çəkmək olar – ancaq İsanı məğlub etmək olmaz!
Buddanın Dinindən əl çəkmək olar – ancaq Buddanı məğlub etmək olmaz!
Zərdüştün Dinindən əl çəkmək olar – ancaq Zərdüştü məğlub etmək olmaz!
Yan Qusu tonqalda yandırmaq olar – ancaq məğlub etmək olmaz!
Nəsiminin dərisini soymaq olar – ancaq Nəsimini məğlub etmək olmaz!

QURAŞDIRILAN. Şairdən Müqəddəs quraşdırırlar – alınmır!
Hakimdən Müqəddəs quraşdırırlar – alınmır!
İnqilabçıdan Müqəddəs quraşdırırlar – alınmır!
İrticaçıdan Müqəddəs quraşdırırlar – alınmır!

BALACA İTLƏR. İtlərin də böyükləri gedib – kiçikləri qalıb!..

DÖVLƏT KƏLƏYİ. Səndən aldığının bir hissəsini sənə qaytarır və “Mənə minnətdar ol!” – deyir.

SÜLH UĞRUNDA MÜBARİZƏ. Dünyaya Hakim ol­maq üsullarından biri.

FƏTH OLUNAN KOSMOS. Talanan Yer.

UZADILAN KÖMƏK ƏLİ. Əliuzunluq.

SİYASİ HAVADAR. Gizli Hakim.

BARIŞDIRANLAR. Döyüşdürənlər.

ÖLMƏZLİK. Ölməzlər ölməyi bacarırlar.

ANLAMAQ HƏDDİ. Əgər yəhudilər İsanı başa düşsəydilər, İsa İsa olmazdı – Musa olardı.

ÖLDÜRÜLƏNLƏR. Puşkin – Dueldə ölmədi, Sarayda öldü!
Lermontov – Dueldə ölmədi, Məclisdə öldü!
Cavid – sürgündə ölmədi, Yurdunda öldü!

QORXU. Yırtıcılığın astar üzü.

ƏN BÖYÜK KƏŞF. İnsandakı Mütləqi görmək!

ƏN BÖYÜK QƏTİYYƏT. İmtina.

ƏN BÖYÜK MƏSULİYYƏT. İnsanlıq.

SARDANAPAL PUÇLUĞU. – Dünya Puçdur. Ye, İç, Keyf elə!
(Assuriya hökmdarı Sardanapalın dediyi).
Yemək, İçmək, Keyf eləmək – elə Puçluqdur.

QADİRSİZLİK. Tonqalda saysız-hesabsız Bədən yandı­rıl­­dı, Ruh yandırılmadı.
Dar ağacından saysız-hesabsız cinayətkar asıldı – Cinayət asıl­madı.

CƏZA. “Mən almanları Vicdan adlanan Kabusdan xilas etmək istəyirəm!” (Hitlerin dediyi…)
…Almanları Vicdan adlanan Ali Hakimin Cəzasına məhkum etdi.

AŞİQLƏR.   Allaha vurulan – Məhəmməd.
İnsana vurulan – İsa…
Müqəddəsliyə vurulan – Yan Qus…
Həqiqətə vurulan – C. Bruno.
Məhəbbətə vurulan – Füzuli.
Azadlığa vurulan – Babək.
Əqidəyə vurulan – Nəsimi…
Saflığa vurulan – Rumi…

QƏTİ TƏLƏB. Ya xalq kimi xalq ol – ya da başqa xalqa qarış, yox ol!

1937-ci il. Şaqqalanan Ümid.

ŞƏRQ GÜNAHI. Əvvəl özünə qapıldı – dünyanı unutdu.
Sonra birdən-birə Dünyaya qapıldı – özünü unutdu.

TÜRK GÜNAHI. Böyük Hikmət yaratdı, Böyük Sənət yaratdı, Böyük Səltənət yaratdı – Böyük Vəhdət yaratmadı.

TARİXİ “XİLASKARLAR”. İngilis “Hindistana sivili­za­siya gətirdi” – Hindistanı fəth etdi.
Napoleon “Avropaya azadlıq gətirdi” – Avropanı İşğal etdi.
Rus Çarı – Qafqaz xalqlarını “Ətalətdən qurtardı” – Əsarətə saldı…

TARİXİN ÖYRƏTDİYİ. Təmənnasız İnsanlar olub – Təmənnasız Ölkələr olmayıb.
Xilaskar İnsanlar olub – Xilaskar Ölkələr olmayıb.
Özünü xilas etməyəni – özgə xilas etməz.
Başı öz əlində olmayan – başsız qalar. (kanalaz.tv)

 


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər