Fukidid ‒ Milos dialoqu

19:02 / 23.05.2019
Baxılıb: 2510

Burada Fukididin “Peloponnes Müharibəsinin Tarixi” əsərindən məşhur “Milos dialoqu” tərcümə edilmişdir. Əsər özü ən qədim tarixi qaynaqlardan biri olmaqla yanaşı, tərcümə edilmiş hissə də istər tarixi, istərsə də siyasi-fəlsəfi olaraq indi də böyük əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlərdə realizm anlayışının əks olunduğu ən qədim əsərlərdən biri hesab olunur. Belə ki, verilən rəylər zamanı Peloponnes müharibəsində əks tərəflərdə olan afinalılar realizmin, miloslular isə idealizmin təmsilçisi hesab olunurlar.

Növbəti yayda Alkiviad 20 gəmi ilə Arqosda lövbər saldı və lakoniyalıların tərəfini tutmaqda şübhəli bilinən 300 nəfər arqoslunu ələ keçirdi. Afinalılar dərhal onları idarə etdikləri torpaqlara, ən yaxın adalardan birinə yolladılar. Afinalılar özlərinin 30, Xiosun 6 və Mitimnanın 12 gəmisini səfərbər edərək özlərinin 1200 hiplot, 300 oxatan, 20 süvari oxatanı ilə birlikdə müttəfiqlərinin və adalıların 1500 nəfərlik hiplotları ilə birgə Milos adasına yürüşə başladılar. Milos Lakoniyanın koloniyası idi, onlar digər adalar kimi Afinaya tabe olmaq istəmirdilər. Əvvəl heç bir tərəfi tutmadan sakit qalmağı seçmişdilər, ancaq afinalılar bu hazırlıqlar zamanı onların torpaqlarını xarabaya çevirdikdə onlar da silahlanmağa başladılar. Afina generalları: Likomedin oğlu Kleomed və Tisimaxın oğlu Tisiy Milosa hər hansı bir zərər vermədən öncə miloslularla danışmaları üçün səfirlər göndərdilər. Miloslular onlara bütün xalqın qarşısında yox, yalnız konsulların və deyilməli olanları deyəcək az saylı insanların qarşısında çıxış etməyə icazə verdilər. Beləliklə, Afinalılar bu cür danışmağa başladılar:

– Aydındır ki, bizim maneəsiz danışa bilməməyimiz və inkar edilə bilməyən şirnikləndirici arqumentlərimizlə çoxluğu aldatmamağımız üçün (bizə görə, azlığın qarşısına çıxarılmağımızın mənası budur) danışıqlar xalqın qarşısında aparılmır. Əgər belədirsə, siz, burada oturanlar, daha təhlükəsiz metod irəli sürülə bilərsiniz. Siz hər hansı nitq söyləməyəcəksiniz, sadəcə biz dediklərimizdən uyğun görmədiklərinizə o dəqiqə cavab verəcəksiniz. Əvvəlcə, bu təklifimizin sizə uyğun olub-olmadığını deyin.

Milos müvəkkilləri cavab verdilər: “Təklif etdiyiniz bir-birimizə sakit şəkildə cavab vermək üsulunun ədalətliliyinə şübhə edilə bilməz, ancaq sizin ordunuz dediklərinizlə razılaşmaq üçün həddindən artıq hərbi hazırlıq vəziyyətindədir. Bizim fikrimizcə, siz deyiləcək olanların hakimi kimi gəlmisiniz, bu danışıqlardan gözlədiyimiz isə öz haqlı səbəblərimizlə doğru olduğumuzu sübut etmək üçün müharibə etmək və əgər etməsək, təslim olub kölələşməkdir. 

Afinalılar: Həqiqətən, əgər siz gizli qorxularınıza əsaslanan şeyləri müzakirə etməyə yığışmısınızsa, ya mövcud vəziyyətdən başqa bir məsələ haqqında danışmağı planlaşdırırsınızsa, ya da öz şəhərinizin (polis – tərc.) təhlükəsizliyini qorumaqla bağlı ən adi həqiqəti nəzərə almırsınızsa, biz indi dayana bilərik. Ancaq səmimi və açıq danışmaq üçün buradayıqsa, belə də danışmalıyıq.

Miloslular: Bizim vəziyyətimizdə olan birinin sözdə və düşüncədə birdən çox yola baş vurması təbii və bağışlanılandır. Ancaq dediyiniz kimi görüş şəhərimizin təhlükəsizliyini müzakirə etmək üçün baş tutub, icazə verin görüş təklif etdiyiniz kimi də davam etsin.

Afinalılar: Biz farsları qovduğumuz üçün imperiya haqqımızın olduğu və ya sizin bizə hər hansı səhvinizə görə Milosa hücum etməyimiz kimi bəzəkli sözlərdən ibarət uzun nitqlə sizə əziyyət verməyəcəyik. Əvəzində, ümid edirik ki, lakoniyalıların koloniyası olmağınıza baxmayaraq, onlara qoşulmamağınızı və ya bizə bu günə qədər pislik etməməyinizi qabartmaqla bizim hisslərimizə təsir etmək istəməyəcəksiniz. Düşünürük ki, ən yaxşısı hər iki tərəfin mümkün hədəflərinə – fantastik ümidlərinə yox – çatmağı məqsədləməyidir. Çünki sizin və bizim də bildiyimiz kimi dünya belədir ki, doğru ancaq gücdə bərabər olanların arasında sorğulanır. Digər tərəfdən, güclü bacardığı hər şeyi edərkən zəif qatlanmalı olduğu hər əzabla yaşamalıdır.

Miloslular: Məcbur olduğumuz kimi danışırıq, çünki siz bizi məcbur edirsiniz ki, haqq-ədaləti kənara qoyub ancaq maraqlardan danışaq – biz düşünürük ki, istənilən halda ortaq təhlükəsizliyimizə xələl gətirməməyiniz məqsədə uyğundur. Bu təhlükəsizlik dediyimiz məhz o imtiyazdır ki, bizə imkan verir ki, təhlükənin içində ola-ola nəyin doğru və adil olduğunu vurğulayaq və hətta insanlar tərəfindən qəbul olunan, lakin elə də dəqiq olmayan arqumentlər vasitəsilə xeyir qazanaq. Buna siz də maraqlı olmalısınız ki, tənəzzülünüz zamanı ən ağır qisasdan əziyyət çəkməyəsiniz və bütün dünyanın üzərində düşünəcəyi bir nümunə yaradasınız.

Afinalılar: Bizim imperiyamızın süqutu – əgər nə vaxtsa baş verməli olsa – bizi heç də qorxutmur: Lakoniya kimi rəqib bir imperiya – o belə hal-hazırda bizim həqiq rəqibimiz deyil – məğlub olanlar üçün elə də dəhşətli bir düşmən deyil, çünki həmin imperiyanın fərdləri öz idarəedənlərini süquta uğradıb onları mat edirlər. Buna baxmayaraq, bu bizim razı olduğumuz bir riskdir. Ancaq bu riski etməli olan tərəf də bizik. Biz bura öz imperiya maraqlarımızı qorumağa və üzərinizdə imperiya hakimiyyətimizi heç bir çətinlik çəkmədən quracağımız üçün sizin də müdafiənizə gəlmişik və hər ikimizə xeyirli olası bu müdafiəni görmək istəyirik.

Miloslular: Bəs bizim xidmət etməyimiz sizin idarə etməyiniz qədər xeyirli olacaqmı?

Afinalılar: Sizin ən pis əzabın əvəzində, təslim olmaq kimi bir üstünlüyünüz olacaq, biz isə sizi məhv etməməklə qazanacağıq.

Miloslular: Deməli, siz bizim heç bir tərəflə müttəfiq olmadan neytral qalaraq düşməniniz yox, dostunuz olmağımıza icazə verməyəcəksiniz?

Afinalılar: Xeyr, sizin düşmənçiliyiniz bizim gücümüz, dostluğunuz isə öz təbəələrimiz qarşısında zəifliyimiz üçün arqument hesab ediləcəyindən ikinci bizə daha çox ziyan vuracaq.

Miloslular: Bu, yəni əksəriyyəti koloniyalarınız və ya işğal edilmiş üsyançılar olan xalqlarla sizə qarşı heç bir şey edə bilməyənləri eyni kateqoriyaya aid etmək sizin təbəələrin bərabərliyi düşüncənizdir?

Afinalılar: Əgər ədalətdən danışırıqsa, onların hər biri digəri qədər haqqı olduğunu düşünür. Əgər hansısa müstəqilliyini qoruyursa, bu güclü olduğuna görədir və əgər biz onlara zorakılıq etmiriksə, səbəbi qorxmağımızdadır. Belə ki, imperiyamızı genişləndirməkdən əlavə, sizin təslim olmağınızla buna təhlükəsiz şəkildə nail olmalıyıq. Hər şeydən daha çox sizin adalı və zəif olmağınız dənizlərin sahiblərini təəccüblədirməkdə uğursuzluğunuza səbəb olacaq.

Miloslular: Bizim təklif etdiyimiz siyasətdə heç cür təhlükəsizliyin olmadığını hesab edirsiniz? Yenə də əgər bizi ədalət haqqında danışmaqdan kənarda tutub sizin maraqlarınıza itaət etməyimizi istəyirsinizsə, biz də özümüzküləri izah etməliyik. İkisinin üst-üstə düşdüyü hallarda sizi inandırmağa cəhd göstərməliyik. Yoxsa bizim nümunəmizi görəndən sonra bir gün nə vaxtsa onlara da hücum edəcəyinizi düşünəcək neytralları düşməniniz olmaqdan necə saxlayacaqsınız? Bu, onsuz da çox olan düşmənlərinizi daha da artırmaqdan və digər hallarda düşmənçilik barədə heç düşünməyəcək olanları ədavətə məcbur etməkdən başqa nədir?

Afinalılar: Xeyr, qətiyyən ana torpaqdakı (mainland – tərc.) çoxluğun adalılar qədər təhlükəli olduğunu düşünmürük. Səfasını gördükləri azadlıq onların bizə qarşı tədbirlər görməsini ləngidir. İmperiyadan kənarda olan sizin kimi adalılar və boyunduruq altında sızıldayanlar səfeh bir addım atmağa daha çox meyil göstərə bilərlər və özləriylə bizi də aşkar təhlükəyə atarlar.

Miloslular: Əgər siz öz imperiyanızı qorumaq və təbəələriniz bundan qurtulmaq üçün belə böyük riskləri göz önünə alırsa, əlbəttə, hələ azad olan bizlərin mümkün olan hər şeyi sınamadan boyunduruğunuz altına girməsi böyük qorxaqlıq və ləyaqətsizlik olardı.

Afinalılar: Yox, yox yox! Məntiqli düşünsəniz, görərsiniz ki, elə deyil. Biz burada mükafat olaraq şərəf, cəza olaraq xəcalət vermək barədə çəkişmirik, məsələ özünü qorumaq və özündən daha güclüyə qarşı çıxmamaqdır.

Miloslular: Ancaq bilirik ki, müharibənin taleyi bəzən tərəflərdəki orduların sayından asılı olmayaraq nəticələnir. Tabe olmaq bizi ümidsizliyə yuvarlayacaqsa, cəhd etməyimiz bizdə dik qala bilmək ümidini saxlaya bilər.

Afinalılar: Təhlükəni görünməz edən ümid barəsində tükənməz qaynaqlara və imkanlara malik olanlar düşünə bilərlər, əgər bütün hallarda dağıntısız və itkisiz  nəticə istənilirsə: lakin ümidin təbiəti çox əsrarəngiz və möhtəşəmdir. Yalnız bütün əlində olanları ümidə söykənən bir işə qoyub sonra da məhvə düçar olan o şəxslər onun həqiqi üzünü kəşf edirlər. Bu kəşf insanları özlərini ondan mühafizə etdikləri müddətcə, ümidə heç bir zaman meyl edilmir.İnsani yollarla xilas ola bilməkdənsə, ehtiyacları olan zamanlarda ümidlərinin puç olduğunu görüb üzlərini görünməzlərə, falçılara, kahinlərə və dağılmalarına səbəb olacaq digər şeylərə çevirən qara camaat kimi özünüzü eyni bir təhlükəyə soxacaq riskə girməyin.

Miloslular: Əmin olun ki, bərabər vəziyyətlərdə olmadığımızdan gücünüz və şansınızla qarşılaşmağın çətinliyindən sizin qədər xəbərdarıq. Ancaq biz tanrıların sizin qədər bizə də şans verəcəyinə inanırıq, çünki biz ədalətsizə qarşı olan ədalətli tərəfik. Həmçinin, heç nədən olmasa da, utanc hissindən lakoniyalıların bağlı olduqları bizə, öz qohumlarına kömək etməyə məcbur qalmaqla gücümüzü artıracaqlarına inanırıq. Bütün bunları nəzərə alsaq, bizim rahatlığımız tamamilə irrasional deyil.

Afinalılar: Siz tanrıların lütfündən danışdıqca biz də sizin kimi eyni şeyə ümid edirik. Bizim nə düşüncə, nə də davranışlarımız tanrılar barədə düşünülənlərə və insanların etdikləri hərəkətlərə əks deyil. Tanrılar barədə ümid edirik və insanlar barədə bilirik ki, onlar təbiətlərində olan mühüm qanundan qaynaqlanaraq istədikləri ərazini idarə edə bilərlər. Bu bizim yaratdığımız və yaradıb icra etdiyimiz bir qanun deyil, bunu əvvəldən mövcud olmuş bir şey kimi tapdıq və özümüzdən sonra da saxlayacağıq. Bizim etdiklərimiz sadəcə bu qanundan istifadə etməkdir və bilirik ki, siz və qalan hər kəsin bizim kimi gücü olsa idi, bizim kimi də hərəkət edərdi. Beləliklə, tanrıları məsələyə qatdıqda belə bizim qorxumuz və qorxmağa səbəbimiz yoxdur ki, ziyanlı duruma düşəcəyik. Lakoniyalıların utanc hissi səbəbilə sizə kömək edəcəkləri fikrinə qaldıqda sadəliyinizə təbrik düşür, axmaqlığınıza isə heç həsəd aparmırıq. Lakoniyalılar yalnız özlərinin maraqları və ya ölkələrinin qanunları sual olduqda yaşayanlar arasında ən ləyaqətlisi ola bilərlər. Ancaq çoxlarının da dediyi kimi onların başqalarına qarşı davranışlarını təsvir etmək üçün ən qısa çatdıracağımız fikir budur ki, xoşagələni şərəfli, məqsədəuyğunu ədalətli hesab etməkdə tanıdığımız insanların hamısından diqqətlidirlər. Sizin üzərində dayandığınız bu cür düşüncələr təhlükəsizliyinizi təmin etmir.

Miloslular: Ancaq indi bizi onların öz koloniyalarına, miloslulara xəyanət etməyəcəyinə inandıracaq böyük səbəbimiz var. Çünki bu, məqsədəuyğun olmazdı, belə ki, onların digər yunan dostları rahatlıqlarını itirəcək və düşmənlərinə kömək edəcəklər.

Afinalılar: Bəs düşünmürsünüz ki, məqsədəuyğun olan təhlükəsizlikdir, ləyaqət və şərəf isə təhlükə olmadan qoruna bilməz və bu, lakoniyalıların ən az risk etmək istədikləri şeydir.

Miloslular: Fikrimizcə, çox yəqin ki, onlar başqalarından daha çox məhz bizim üçün təhlükəni də gözə alarlar. Çünki biz Peleponnesə daha yaxınıq, onların hərəkət etməsi daha rahat olacaq və ortaq qanı daşımağımız bizim sədaqətimizi təmin edir.

Afinalılar: Bəli, ancaq müttəfiqi hərəkətə keçirən kömək istəyənin xoş niyyəti deyil, hərəkət üçün gücün üstünlüyünün qərarlaşdırılmasıdır. Lakoniyalılar buna hər kəsdən daha çox fikir verirlər. Onlar öz daxili sərvətlərinə inamsızlıqdan qonşularının üzərinə yalnız müttəfiqləri ilə hərəkət edirlər. İndi dənizlərin sahibi olduğumuz halda adaya keçməkləri mümkündürmü?

Miloslular: Onların göndərməyə başqa adamları olacaq. Krit dənizi çox böyükdür, oranı kiminsə yolunu kəsmək oranı təhlükəsiz şəkildə keçməkdən daha çətindir. Əgər lakoniyalılar bunda da uğursuz olsalar, hələ ki Brasidin basqın etmədiyi sizin və müttəfiqlərinizin torpaqlarına doğru irəliləyəcəklər. Özünüzün olmayan yerlərin əvəzinə, öz ölkəniz üçün və öz konfederasiyanızda döyüşməlisiniz.

Afinalılar: Bizi yayındırmağa çalışdığınız bəzi məsələlər başımıza gələ bilər, biz belə təcrübələrə yad deyilik. Ancaq bilməlisiniz ki, afinalılar başqalarından qorxduqları üçün mühasirəni buraxan deyillər. Bizi heyrətləndirən ölkənizin təhlükəsizliyi üçün danışıqlar aparacağınızı dedikdən sonra bütün müzakirə boyu insanların inana və xilas ola biləcəyi heç bir şeyi qeyd etməməyinizdir. Ən güclü arqumentləriniz ümid və gələcəklə bağlıdır, mövcud sərvətləriniz isə sizə qarşı təşkilatlanmış olanların qarşısında çox cüzidir. Bizi tərk etməyə icazə verdikdən sonra daha tədbirli konsul tapmasanız, deməli, çox kor bir mühakimə nümayiş etdirmiş olacaqsınız. Rüsvayçılıq barədə düşüncələrə qapılmamalısınız, çünki bu, insanlıq üçün ölümcül nəticələrə gətirdiyi sübut edilmişdir. Çox vaxt düşdükləri vəziyyətdə gözləri açıq olanlar rüsvayçılıq adlandırılan sözün şirnikləndirici təsirilə kölələşdiriləcəkləri nöqtəyə qədər gəliblər. Əslində, ümidsiz fəlakətə sürüklənməkdən gələn rüsvayçılıq şanssızlığın gətirdiyindən daha betərdir. Yaxşı məsləhətləşsəniz, sizə xərac ödəyəcək müttəfiqi olmağınızı və öz topraqlarınızdan zövq ala bilməyinizi mülayimcəsinə təklif edən ən böyük yunan şəhərinə təslim olmaqda rüsvayçı nəsə görməyəcəksiniz. Müharibə və təhlükəsizlik kimi seçimlər verildiyi halda daha pisini seçməməlisiniz. Doğrudur ki, bərabərinə təslim olmayanlar, yuxarılarla münasibəti qoruyanlar və aşağılarla mülayim qalanlar sonda ən böyük uğuru qazanırlar. Bu barədə düşünün, bizim gedişimizdən sonra ölkəniz üçün danışdığınızı bir də və yenidən nəzərə alın, sizin başqa bir ölkəniz yoxdur. Bu müzakirənin nəticəsi onun ya dağılması, ya da çiçəklənməsi olacaq.

            Afinalılar müşavirəni tərk edirlər və tək qalan miloslular müzakirə zamanı qeyd etdikləri qərarda qalaraq cavab verirlər: “Bizim həll yolumuz, afinalılar, əvvəldə dediyimiz kimidir. Biz 700 ildir ki, məskunlaşdığımız şəhərin azadlığından bir dəqiqədə imtina etməyəcəyik, ancaq biz tanrıların bu günə kimi qoruduqları şansımıza inanırıq və lakoniyalıların köməyi ilə cəhd edəcək və xilas olacağıq. Eyni zamanda sizi bizə heç bir tərəflə düşmən olmadan dostunuz olmağa icazə verməyə və ölkəmizdən uzaqlaşmağa çağırırıq, belə razılaşmanın hər ikimizə uyğun olacağını düşünürük”.

            Milosluların cavabı belə idi. Müşavirəni artıq tərk etməkdə olan afinalılar dedilər: “Siz gözünüzün önündəki həqiqətdən daha çox hələ baş verəsi şeylərlə qərar verirsiniz, görünməyənləri artıq baş vermiş kimi düşünürsünüz, çünki bunu arzu edirsiniz, lakoniyalılara, şansa və ümidə inanırsınız. Həqiqətən, sizin ən çox inandıqlarınız sizi ən çox aldadanlar olacaqlar”.

            Afinalı elçilər ordularına qayıtdılar, miloslular isə təslim olmaqla bağlı bir işarə də vermirdilər. Buna görə də generallar qəfildən düşməncə hərəkət etdilər, milosluların ətrafında istehkamlar qurdular və iş bölgüsü apardılar. Sonra afınalılar əsas qoşunları ilə geri qayıtdılar, dənizdən və qurudan nəzarət etmək üçün özlərinin və müttəfiqlərinin müəyyən hissəsini orada saxladılar. Qoşunlar orada qaldılar və mühasirəni davam etdirdilər.

            Eyni vaxtda arqoslular Fliuntu işğal etdilər və fliuntlularla arqoslu sürgünlər tərəfindən hazırlanmış pusquda 80 adamı itirdilər. Pilosdakı afinalılar isə lakoniyalılarını xeyli qənimətlərini ələ keçirdilər, Lakoniyalılar sülhü pozaraq müharibəyə getməsələr də, öz vətəndaşlarının istədikləri vaxt afinalıları soya biləcəklərini bəyan etmişdilər. Korinflilər də afinalılarla bir neçə savaşla düşmənçiliyi başlatmışdılar, ancaq Peloponnesin qalanı sakit qalmaqda idi. Bu vaxtlar miloslular gecə qəfil hücuma keçərək bazar qarşısındakı Afina cərgələrini ələ keçirdilər, bir neçə adamını öldürdülər. Özləri ilə taxıl və başqa lazımlı əşyaları götürüb qayıtdılar və sakit dayandılar, afinalılar isə gələcəkdə daha yaxşı mühasirə üçün ölçü götürürdülər.

              Artıq yay bitmişdi. Növbəti qışda lakoniyalılar Arqos ərazisini işğal etməyə cəhd göstərdilər, ancaq verdikləri qurbanlar xeyirli olmadı və qayıtdılar. Lakoniyalıların bu planına görə arqoslular şəhərdəki bəzi şübhəliləri ələ keçirdilər, digərləri isə qaçdılar. Bu zaman miloslular da az adamın olduğu ayrı bir Afina istehkamını tutdular. Demeasın oğlu Filokratın başçılığı ilə yeni dəstək gəldi və mühasirə daha qüvvətləndi. Milosluların arasında xəyanət başladı və miloslular istədikləri kimi razılığa gələcəkləri ümidilə təslim oldular. Ancaq afinalılar tutduqları kişiləri öldürdülər, qadınları və uşaqları qul kimi satdılar. Əraziyə isə 500 nəfəri göndərməklə orada özləri yenidən məskən saldılar.

Milliyet.info

 


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər