Göyçəsizi apar, çatdır Göyçəyə
Həsrət yüklü, bəxti qara karvanım,
Nə durmusan, hanı sənin sarvanın?!
Ata yurdun otuz ildi inləyir
Ya get, ya qal, gözlə ölüm fərmanın!
Gəmin batır, özün götür sükanı,
Aç yelkəni, Allah versin təkanı.
Qayıt geri, qaytar "Cənnət məkanı"
Bax ordadır, hər dərdinə dərmanın!
Sən qartalsan, bəsdi döndün sərçəyə,
Xəyalları döndər artıq gerçəyə!
Göyçəsizi apar, çatdır Göyçəyə
Dilək tutub, pirdə kəssin qurbanın!
Təxribatçı
Üz-gözündən zəhər daman,
ey özündən, razı məmur:
Xirtdəyəcən su içində,
dörd tərəfin yağı düşmən,
üzüqoylu səngərlərdə
bircə gecə qalmısanmı?
Gözlə-qaşın arasında,
görmüsənmi durub əcəl?
Qəlpə, güllə başın üstə,
kişnəyibmi "dəcəl-dəcəl"?
Qorxudanmı, soyuqdanmı
sığınaraq qucağına bir
xınalı gənc əsgərin gömgöy
olmuş dodağının
əsməsini görmüsənmi?
Şəhid olan bir igidin
qucaqlayıb torpağını
şəhadətə çatdı deyə
gülümsəyib, əbədiyyən
susmasını görmüsənmi?
Heç olubmu, əzizlərin,
yaxınların arasında şəhid olan,
qazi olan?
Yana-yana fəryad edib
saçlarını yolublarmı
bacın, anan?
Boynubükük atan sənin
için-için ağlayıbmı?
Qardaşların dizi yerdə,
qəbir üstdə baş əyibmi, dayanıbmı?
- Əlbəttə, yox!!!
Nə haqqın var, söylə onda,
şəhid ata-anasını
əzdirirsən, sındırırsan?
Yüz bəhanə, fırıldaqla
"büdcədə pul yoxdur" deyib,
qaziləri qandırırsan...
Rəislərin qarşısında
yaltaqlanıb, quyruq qısıb
baş əyirsən.
Zəifləri təhqir edib, hədyan-
hədyan söz deyirsən...
Haram olsun bu Vətənin
havasından udduqların...
Haram olsun bu torpağın
sərvətindən çaldıqların..
Ey milləti bir-birinə
qarşı qoyan tülküsifət
mövhumatçı,
Dövlətimin uğuruna
kölgə salan
təxribatçı...
Bu dünyanı bəyənməzdi xəyallarım
Bir zamanlar iç dünyama sığışmazdı,
Bu dünyanı bəyənməzdi xəyallarım.
Qanadlanar asimana, ulduzlara
Qərar tutub, dayanmazdı xəyallarım.
Saflıq vardı, paklıq vardı mayasında,
Haqq-ədalət, insaf vardı ziyasında.
Tikmək vardı, qurmaq vardı röyasında
Boş-boşuna öyünməzdi xəyallarım.
Xoşbəxt günlər yaşayırkən təxəyyülüm,
Əliyalın ellərimə gəldi zülüm!
Əgər Sevan olmasaydı Göyçə gölüm
Əsla, qara geyinməzdi xəyallarım.
Ağqulaqlı şeytanların müti qulu,
Sahibinə arxalanıb, azdı yolu.
Viran qoyub, yıxmasaydı sağı, solu
Al qanına boyanmazdı xəyallarım.
Dərbənd rusa, Təbriz farsa oldu kölə,
Borçalını ağlatdılar gülə-gülə!
Qarabağım dönməsəydi yanıb külə
İntiqamçün "deyinməzdi" xəyallarım.
İndi dəlil-sübutum var, əsasım var,
Vətən adlı parçalanmış atlasım var,
Göyçəsizəm, çox amansız qisasım var
Bu amaldan yayınmazdı xəyallarım.
Qardaş, mənə "şair" demə
Utanıram mən bu addan,
Qardaş, mənə "şair" demə!
Şair sözü el sözüdür,
Qardaş, mənə "şair" demə!
Nizamiyə yamaq vurub,
Füzuliyə divan qurub.
Nəsiminin belin qırıb
Qardaş, mənə "şair" demə!
Şairəmsə, Şəhriyar kim?
Əhməd Cavad, Bəxtiyar kim?
Sürgün olmuş ixtiyar* kim?
Qardaş, mənə "şair" demə!
Sücaətin əli əsər,
Məmməd Araz cəza kəsər.
Şiruyənin zəri küsər
Qardaş, mənə şair demə!
Miskin Abdal haray salar,
Alı, İman məttəl qalar.
Ələsgərdən ayıb olar
Qardaş, mənə "şair" demə!
Mənə "Firuz Göyçəsiz" de,
"Yurd-yuvasız, kimsəsiz" de,
"Dərdi böyük, çarəsiz" de,
Qardaş, mənə "şair" demə!
Oğruya, quldura çalışır kasıb
Yorğun-arğın nimdaş, yırtıq başmaqda,
Yamaqlı şalvarda dolaşır kasıb.
Bir qarın çörəkçün sübhdən axşama,
Palçığa, çamıra bulaşır kasıb.
Əlinin qabarı, alnının təri,
Əritmir, yumşaltmır daş ürəkləri!
Haqqını çalırlar pul hərisləri
Oğruya, quldura çalışır kasıb .
Ey nəfsə kölələr, bilin, siz bunu:
İştahla yemənin qəhərdi sonu!
Zamanın asisi etməyin onu,
Gecələr qədərlə dalaşır kasıb.
Göyçəsiz, bir düşün sən də əməlli,
O qədər müşkülmü bu işin həlli?
Qeyb ola kasıblıq yerli, təməlli
Yoxsa mütiliyə alışır kasıb.
Lalə
Neynəyirsən bu daşların,
Arasında bitib, lalə?!
Gözəlliyin öz yerində,
Yaddaşınmı itib, lalə?!
Söylə, hanı, tacın, taxtın?
Tapdaq altda keçir vaxtın.
Mənim kimi yoxsa baxtın
Otuz ildir yatıb, lalə?!
Tutulmusan nə azara,
Yaylaq hara, şəhər hara...
Qoydularmı de, qumara
Ləçəyindən tutub, lalə?!
Məndə də var o xallardan,
Məndə keçdim bu yollardan.
Məhrum oldum xəyallardan
Yaşıma yaş qatıb, lalə!
Göyçəsizi dinlə barı,
Həyat qısa, ömür yarı.
Unut dağı, unut qarı
Tale bizi atıb, lalə!
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025