Puşkin və Düma eyni adam imiş - VERSİYA

19:43 / 06.06.2019

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin əslində dueldə həlak olmayıb. O, özünü ölmüş kimi qələmə verib, Parisə yollanıb və burada məşhur fransız yazıçısı Aleksandr Dümaya çevrilib. 

Absurd səslənir, elə deyilmi ? Ancaq qərar verməyə tələsməyin, çünki məqalə müəllifləri fərziyyənin doğruluğunu sübut etmək üçün kifayət qədər tutarlı səbəblər gətirib.

İki Aleksandr

1837-ci il yanvarın 27-də, Sankt-Peterburqda kavalerqard Jorj Danteslə duel zamanı rus ədəbiyyatının günəşi Aleksandr Sergeyeviç Puşkin ölümcül yaralanır. Çox keçmədən Fransa ədəbiyyatında da yeni, Alkesandr adlı ulduz parlayır – Aleksandr Düma. Diqqətəlayiq digər məqam isə ad bənzərliyi ilə yanaşı Aleksandrların zahiri görünüşcə bir-birinə bənzəməsidir.

Puşkin və Düma demək olar ki, yaşıddırlar : birinci 1799-cu, ikinci isə 1802-ci ildə. Bu iki ədəbiyyat dahilərinin fotosuna baxdıqda zahiri bənzərlik gözdən qaçmır : qarabuğdayılıq, gözlərin rəngi, alnın, qaşların, burnun forması, qara və qıvrım saçlar. Gənc yaşlarında isə Düma eynilə Puşkinə bənzəyir. Tədqiqatçıların fikrincə, bu bənzərlik hər iki Aleksandrın Afrika köklərinin olması ilə bağlıdır. Puşkinin ana xəttindən ulu babası Afirakadan gətirilən İbrahim Hannibal I Pyotrun tərbiyəçisi olub. Dümanın isə ata nənəsi Haiti adalarından gələn kölə idi. Nəsillər dəyişdikcə Afrika cizgiləri qorunsa da onların bu qədər oxşar olmasına səbəb yalnız irqi ortaqlıqları deyil.

Eşqbaz qiyamçılar

Rus və fransız Aleksandrlar yalnız zahirən oxşar deyildilər. Hələ balaca yaşlarından Puşkin ədəbiyyata maraq göstərib, dəqiq elmlərə nifrət edib, riyaziyyat fənnində isə ümumiyyətlə bacarıqsız olub. Müəllimlər həmişə Puşkinin tərbiyə və davranışlarından narazı qalıb. Gənc Puşkin çılğın xarakteri ilə seçilib, içki, kart oyunları və duelə maraq göstərib. Şair zərif cinsin nümayəndələrinə qarşı laqeyd olmayıb.

Puşkinin siyasi görüşləri də diqqətəlayiqdir : o, dekabristlərlə dostluq edib, I Aleksandrın ünvanına yazdığı həcvlərə görə Sibirə göndərilməkdən son anda qurtulub. 

Tanınmış fransız yazıçısı Andre Morua isə özünün “Üç Düma” kitabında Dümanı belə təsvir edir: “Düma qarşısıalınmaz enerji və gücə sahib idi. Məhz bu gücə görə də o, heç kimə və heç nəyə tabe olmaq istəmirdi. Məktəb illəri belə onun tərbiyə və düşüncəsində çox az şeyi dəyişə bilmişdi. İstənilən sıxışdırılma və ya təzyiq Düma üçün qəbuledilməz idi. Qadınlar ? O qadınları sevirdi, özü də hamısını birdən”.

Moruanın sözlərinə görə, Düma da Puşkin tək cəbr, həndəsə, fizika kimi dəqiq elmlərə qarşı etinasız olub. Puşkin kimi Düma da siyasi hadisələrə soyuqqanlı yanaşmayıb və hətta 1830-cu il İyul inqilabı zamanı yazıçı şəxsən kral sarayına hücumda iştirak edib.

Bağlı tabutdakı dahi

Əlbəttə, belə bir sual yaranır: Niyə Puşkin öz ölümünü səhnələşdirib, özünü ölü kimi qələmə verib. Sən demə, son illər Aleksandr Sergeyeviçin işləri olduqca bərbad olub. Borc içində üzən Puşkin ədəbiyyat sahəsində də sıxıntılar yaşayıb. Məsələn 1833-cü ildə tamamladığı “Tunc atlı” poemasının çapı şəxsən I Nikolayın əmri ilə dayandırılıb. 

1836-cı ildə maliyyə vəziyyətini düzəltmək istəyən Puşkin “Müasir” adlı ədəbi almanax çap etdirmək istəsə də, jurnal yalnız qayğıları artırıb. Aleksandr Sergeyeviç həyat yoldaşının Danteslə gizli əlaqələri barədə şayiələrdən usanıb, 1836-cı ildə isə anası Nadejda Osipovnanın ölüm xəbəri ilə sarsılıb. Müasirlərinin sözlərinə görə, son illər Puşkin olduqca gərgin və depressiv vəziyyətdə olub.

Və beləcə 1837-ci ilin yanvarında Danteslə dueldə Puşkin o dövr üçün ölümcül sayılan yara alır, güllə bud sümüyünün başına dəyərək qarnına daxil olur. Bir sıra mütəxəssislərin fikrincə isə, şairin ölüm səbəbi aldığı yara deyil, həkimlərin yalnış yanaşması olub. 

Ölüm ayağında Puşkin imperatora məktub yazıb və ölmək üçün çar sözünü gözlədiyini deyib. I Nikolay cavabında onu bağışladığını, həyat yoldaşı və övladlarından muğayat olacağını və bütün borclarının ödənəcəyini yazır. İndi Aleksandr Sergeyeviç rahat ölə bilərdi. 

Puşkinin dəfn mərasimi də müəmmalarla doludur. Ədəbiyyat tarixçisi Aleksandr Nikitenkonun yazdığına görə, bir çoxları şairlə vidalaşmaq üçün elan olunan məkana – İsaakiyevsk kilsəsinə toplaşsa da, şairin cənazəsi gecə saatlarında, gizlincə Konyuşevski kilsəsinə gətirilib və universitet rəhbərliyinə xüsusi təlimat verilib, tələbələrin dərsdə iştirakının təmin edilməsi tapşırılıb. Dualar oxunduqdan sonra cənazə üç gün boyunca kilsənin zirzəmisində saxlanılıb və yalnız fevralın 3-də Pskova aparılıb. Pskov qubernatoruna isə istənilən mərasim və izdihamın olmaması üçün xüsusi tapşırıq verilib. Mütəxəssislərin fikrincə, yalnız çar I Nikolay dahi şairin əsl “ölüm” səbəbini bilə bilərdi.

Metamorfoz

Napoleon generallarından olan Toma-Aleksandr Düma oğlu Aleksandrın 4 yaşı olanda vəfat edib. O gündən bəri heç kim onun az tanınan soyadını bir də eşitməyib. 1822-ci ilə qədər... 1822-ci ildə Parisdə peyda olan 20 yaşlı gənc özünü əfsanəvi generalın oğlu kimi təqdim edib və atasının keçmiş silahdaşlarının axtarışına çıxıb. Parisdə heç kim bu qaradərili oğlanın general Dümanın oğlu olmasına şübhə etməyib, çünki hamı generalın Afrika kökləri barədə yaxşı bilib. Bəlkə, bu gənc oğlan elə Puşkin özü idi ?

Düzdür, 1822-ci ildə Puşkin sağ-salamat idi və sözügedən duelə hələ 15 il qalırdı, ancaq ola bilər ki, şair ikili həyat sürüb, Rusiyada Puşkin olub, Fransada isə Dümaya çevrilib. Yeri gəlmişkən 1820-ci illərdə Puşkin ictimaiyyət arasında demək olar ki, görünməyib, dörd il ərzində o, cənubda yaşayıb. Bu illər ərzində o, asanlıqla Parisə gedə, özünü Düma kimi qələmə verə və bir sıra əsərlər də yaza bilərdi. Puşkin 1824-cü ildə iki il müddətinə göndərildiyi Mixaylovsk qəsrini tərk edə bilərdi. Yeri gəlmişkən, elə 1824-cü ildə Dümanın qeyri-qanuni oğlu dünyaya gəlib.

Qeyd edək ki, Aleksandr Düma da bir dəfə “diri-diri” basdırılıb. 1832-ci ildə fransız qəzetlərindən biri qiyamda iştirak edən yazıçının güllələnməsi ilə bağlı xəbər yayıb. Bu hadisədən sonra yazıçı bir müddətlik Fransanı tərk edib. Əgər Dümanın Puşkin olması versiyasını qəbul etsək, belə qənaətə gəlmək olar ki, Puşkin bu üsulla bir müddət bu oyuna ara verib. Axı yalnız bir il öncə şair Natalya Qonçarova ilə ailə qurub. Bəlkə də, sonra fikrindən daşınıb və öz fransız obrazını qoruyub saxlamaq qərarına gəlib.

Puşkinin ölümünə qədər Dümanın yalnız xırda həcmli əsərlər yazması və yalnız 1830-cu illərin sonundan etibarən bir-birinin ardınca irihəcmli romanlar yazması və dünyada tanınması faktı da diqqətəlayiqdir.

Sətirarası

Əgər diqqətlə Düma qəhərmanlarına nəzərdən keçirsək, onlarda Puşkin ruhunu duymaq o qədər də çətin deyil. Götürək elə Dartanyanı. Dəliqanlı və kobud Dartanyan kimi Puşkin də kasıb zadəgan ailəsindən idi, özünə qarşı istənilən, ən xırda hörmətsizliyə görə meydana atılardı. Təsadüfi deyil ki, rəsmi məlumatlarda Puşkin tərəfindən edilən 15 duel çağırışı var.

Bəzi mütəxəssislərin fikrincə, Miledi obrazı Natalya Qonçarovanın prototipidir. Miledi birinci həyat yoldaşı Atosla ailə quranda 16 yaşında idi, Qonçarova da Puşkinlə tanış olanda onunla yaşıd idi. Yazıçı bu yolla ikinci dəfə ərə gedən keçmiş arvadından qisas ala bilərdi. “Üç muşketyor” 1844-cü ildə qələmə alınıb və məhz bu ildə Natalya general-leytenant Pyotr Lanski ilə ailə qurub.

Jorj Dantesin ölümündə ittiham olunan, “Qraf Monte Kristo”nun baş qəhərmanı Edmon Dantes isə müsbət qəhrəmandır, o da özünü ölmüş kimi qələmə verib və daha sonra qraf Monte-Kristo adı ilə geri qayıdıb. Bəlkə də, yazıçı bununla öz taleyinə işarə edir ?

Rus ruhu

Daha bir maraqlı fakt: 1840-cı ildə ömründə bir dəfə olsun Rusiyada olmayan Düma “Qılıncoynatma müəllimi” romanında dekabristlər və 1825-ci il qiyamı haqqında olduqca müfəssəl məlumat verilib. Düma bir sıra rus müəlliflərinin və elə Puşkinin əsərlərini də fransız dilinə tərcümə edib.

Ümumiyyətlə, fransız yazıçı Rusiyanı çox sevib və yalnız 1858-ci ildə, II Nikolayın dövründə bura baş çəkə bilib. Hətta Düma nə vaxtsa Rusiyadan qaçan Puşkin olsaydı da o, artıq qocalmışdı və tanınmaqdan qorxmurdu. Sankt Peterburq sakinləri isə ən hörmətli və tanınmış rus zadəganlarının evinə qonaq olan Dümanın 20 il öncə vəfat edən Puşkin olduğunu heç ağıllarına belə gətirməzdilər...


“XX əsrin sirləri” jurnalı, avqust 2012
Tərcümə : Leyla Əliyeva


Etiket:
Xəbərlər

Azərbaycan dili aşiqlərin dilidir... -Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

19.08.2019

Fətəli xan Xoyski - Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri

19.08.2019

Gec deyil... - Oqtay Rzanın - ŞEİRLƏRİ

18.08.2019

Xəlil bəy nə zaman vəfat edib? - Övlad acısı, ağır xəstəlik

18.08.2019

Aman Allah 

17.08.2019

ADIYAMAN

17.08.2019

Kiçik Vyetnam böyük Çinin burnunu necə “ovdu”? - 28 günlük müharibənin tarixi

16.08.2019

Əli bəy Hüseynzadənin açılmayan sevgi məktubu - Mətn

15.08.2019

REY BREDBERI  “Dəryaz” 

14.08.2019

Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

14.08.2019

Tuvalılar Böyük Vətən Müharibəsində

12.08.2019

Oğuzlar və Türk kimliyi - Cahandar Bayoğlunun elmi məqaləsi

11.08.2019

Ən qədim insanların 500 min il əvvəl Naxçıvanda yaşadıqları təsdiqləndi

10.08.2019

“Yeni Gundem” İnformasiya Agentliyinin 2 yaşı tamam olur.

10.08.2019

Böyük Nərimanlılar silsiləsindən - Şair Şahmalı Əliyev  Bəlkə qala sözüm, dünya.  

09.08.2019

Uşaq yaşlarından məhkum olan görkəmli jurnalistimiz

09.08.2019

Vampirlər həqiqətdirmi? – İlginc faktlar

08.08.2019

MƏCNUN GÖYÇƏLİ RÜBAİLƏRİ

08.08.2019

Şadlinskilər

07.08.2019

Yazıçı olmaq istəyənlərə Stefen Kinqdən 22 vacib məsləhət

06.08.2019

Atasından miras qalmış taxta 52 il sahib çıxmış hökmdar

06.08.2019

Xəstəsinin evinə bazarlıq edən həkim – MARAQLI ADAM

05.08.2019

General Sisianovun erməniləri “İT” adlandırdığı 214 illik tarixi məktubu  

04.08.2019

Mən də ölülərin xalq şairiyəm - Telman Hüseyn Anadilin şeirləri

03.08.2019

Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat

03.08.2019

TİTANİK GƏMİSİ HAQQINDA BİLMƏDİYİNİZ BÜTÜN MARAQLI MƏLUMATLAR BİR ARADA

02.08.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT – VI HİSSƏ - SON - VİDEO

01.08.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - V HİSSƏ

31.07.2019

Ərəb Əmirliklərində çalışan xanım alimimiz: Hər il  28 Mayla bağlı müsabiqə keçirir, tələbələri milli hədiyyələrlə mükafatlandırıram  

31.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - IV HİSSƏ

30.07.2019

Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar.

30.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - III HİSSƏ

29.07.2019

Tanrının “Oxu” təlimi

29.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” – FİLM KİMİ HEKAYƏT – II HİSSƏ

27.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” – FİLM KİMİ HEKAYƏT – I HİSSƏ

26.07.2019

Qondarma bəylər

25.07.2019

Eldar Baxış oğlunun cəsədi qucağında evə keçdi – Hadisənin şahidi yazır...

25.07.2019

ƏLİBALA HACIZADƏ: HEÇ NƏ ƏZİZ DEYİL XATİRƏN QƏDƏR

24.07.2019

26 il Ağdamsız

23.07.2019

BÖYÜK NƏRİMANLI SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

22.07.2019

Azərbaycan mətbuatı-144

22.07.2019

“Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir

20.07.2019

"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" adlı sənədli filmi ictimaiyyətə təqdim olundu.

19.07.2019

Oğlunun ölümündə özünü günahkar bilən ateist Xalq şairi- Maraqlı Faktlar

18.07.2019

Azərbaycanlı tarixçidən maraqlı iddia - Keşikçidağda eramızdan əvvəldən oğuz türkləri yaşayıb

18.07.2019

Ağbulaq

17.07.2019

Qərbi Azərbaycan həqiqətlərini ermənilər etiraf etdi. 

16.07.2019

Tarixi şəxslər barədə qalmaqallı faktlar

15.07.2019

İlham Qəhrəman - "Könül işi"

13.07.2019

Seyid Əzim ateist idimi? - ARAŞDIRMA

11.07.2019
Bütün xəbərlər