Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup şəxsin BƏYANATI

16:00 / 25.06.2019
Baxılıb: 3256

1918-ci ilin may ayında Azərbaycan xalqı Şərqdə ilk dünyəvi-demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Xalq Cümhuriyyəti min illərlə Azərbaycan xalqına məxsus olan, lakin çar Rusiyasının 1805, 1813, 1828-ci illərdə işğal etdiyi tarixi Azərbaycan torpaqlarında, çar Rusiyası süquta uğrayandan sonra yarandı.

Azərbaycanlıların sıx yaşadığı ərazilər Güney Qafqazda 150 min kvadrat kilometr idi. Azərbaycan Xalq Cümhuriyyəti 113,9 min kvadrat kilometr ərazidə yaradılmışdı və o dövrdə beynəlxalq səviyyədə tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda (ondan bir gün sonra) yaranan Ermənistan Respublikası keçmiş Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının ərazisində yaradılmışdı. Çox keçmədi, cəmi 23 ay sonra Rusiya – bu dəfə bolşevik Rusiyası – Azərbaycana ordu yeridərək Xalq Cümhuriyyətini süquta uğratdı, beləliklə, Azərbaycanın müstəqilliyinə son qoydu. Elə ilk vaxtlardaca bolşeviklər Azərbaycan torpaqlarının bir hissəsini alıb Ermənistana verdilər. Belə ki, 1920-ci ilin noyabrında qədim Azərbaycan torpağı olan Zəngəzur ərazisi də iki yerə bölündü, bir hissəsi Ermənistana verildi. Qeyd edək ki, biz laçınlıların yaşadığı ərazilər də Zəngəzur mahalına daxil idi.

Bölünmədən sonra bizim tayfaların yaşadığı kəndlərin bir hissəsi Ermənistan SSR-in tərkibinə verildi, bir hissəsi isə Şuşa qəzasına daxil edilərək Azərbaycan SSR-in tərkibində qaldı. Az sonra, 1922-ci ildə Azərbaycan SSR SSRİ-nin tərkibinə daxil edildi və internasionalist qiyafəsinə bürünmüş bolşeviklərin (əslində, imperialistlərin), həmçinin eyni qiyafəyə bürünmüş bolşevik ermənilərin (əslində, şovinistlərin) hiyləsi ilə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Şuşa qəzası iki yerə bölündü, Şuşa şəhəri mərkəz olmaqla Şuşa rayonu yaradıldı və bu rayon DQMV-nin tərkibinə verildi. Şuşa qəzasının DQMV-yə daxil olmayan hissəsi Həkəri çayı yaxınlığında yeni salınan və mərkəzi Laçın şəhəri olan qəzaya verildi.

SSRİ-nin mövcud olduğu 71 il ərzində erməni əsilli şovinistlər ardıcıl, planlı şəkildə milli ayrı-seçkilik salmaqla, separatçılıqla məşğul oldular. Min illərlə dədə-baba torpağında yaşamış azərbaycanlıları Ermənistan SSR ərazisində sıxışdırdılar. Sovet dövründə bir neçə dəfə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına nail oldular. Təkcə 1948-ci ildə 100 min azərbaycanlı öz doğma torpağından zorla köçürüldü.

1980-ci illərdə SSRİ-də başlanan yenidənqurma siyasəti erməni separatçılarına yeni fürsət verdi və Ermənistanda azərbaycanlıların növbəti etnik təmizlənməsinə başlandı. Ermənistanda qalan 200 min azərbaycanlı 1988-1990-cı illərdə son nəfərinədək zorla, silah gücünə doğma yurdundan çıxarıldı. Erməni separatçılarının etnik təmizləmə siyasəti Ermənistan SSR ərazisi ilə kifayətlənmədi. Onlar sovet dövründə keçmiş Qarabağ xanlığı ərazisində yaratmağa nail olduqları Dağlıq Qarabağ Muxtar Vilayətinə gah müstəqillik tələb etməyə başladılar, gah da bu vilayətin Ermənistan SSR-ə birləşdirilməsini tələb etdilər. Onlar sovet dövründə DQMV-də yerləşdirilmiş ordu hissəsinin havadarlığı ilə silahlı hücumlar təşkil etdilər, etnik zəmində qan tökdülər. Həmin ordu hissəsinin havadarlığı ilə 1992-ci ilin 26 fevralında keçmiş DQMV-nin tərkibində olmuş Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət – soyqırımı törədildi. Bundan bir qədər əvvəl isə keçmiş vilayətin Xocavənd rayonunda Qaradağlı faciəsi törədilmişdi.

1992-ci il may ayının 8-dən 9-na keçən gecə Şuşa şəhəri işğal edildi. Beləliklə, işğalçılar keçmiş DQMV ərazisində etnik təmizləmə siyasətini faktiki başa çatdırdılar: azərbaycanlılardan qırdıqlarını qırdılar, sağ qalanlar isə məcburi köçkün düşdü.

Lakin işğalçılar bununla da kifayətlənməyib keçmiş DQMV-nin Ermənistana birləşdirilməsində ən böyük maneə hesab etdikləri Laçın rayonunu 1992-ci ilin may ayının 18-də zəbt etdilər. Bu işğal zamanı da onlar əllərinə keçən dinc, əliyalın əhaliyə divan tutdular. 18 nəfəri uşaq olmaqla 264 nəfər öldürüldü, əksəriyyəti qoca və qadın olan 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Laçın rayonu bir şəhərdən (rayonun mərkəzi olan Laçın şəhərindən) və 126 kənddən ibarət idi. İşğal olunan dövrdə rayonun 60 mindən çox əhalisi var idi. Rayonun ümumi ərazisi 1835 kvadrat kilometrdir. İşğal nəticəsində Laçın rayonunun 60 mindən çox əhalisi Azərbaycan Respublikasının 62 rayon və şəhərinə səpələndi. Sonuncu siyahıyaalmaya görə, hazırda əslən Laçın rayonundan olan 73,3 min nəfər məcburi köçkün statusu ilə Azərbaycanın 58 rayon və şəhərində müvəqqəti sığnacaqlarda çətin, dözülməz şəraitdə yaşayır.

İşğalçı Ermənistan dövləti öz himayədarlarına arxalanaraq beynəlxalq təşkilatların ara-sıra səsləndirdikləri, işğal edilmiş ərazilərin azad olunmasına dair çağrışlara məhəl qoymur. Əslində, doğma yurdu işğala məruz qalmış əhali bu çağırışların ciddiliyinə şübhə edir. 1990-cı ildə Küveyt İraq tərəfindən işğal olundu, ancaq 7 ay müddətində başda ABŞ olmaqla dünya birliyi tərəfindən işğaladan tamamilə azad edildi, əhalisi yerinə qaytarıldı. Dünya birliyi bosniyalıları, xorvatları serb təcavüzündən qurtardı, vətənlərinə sahib etdi. Liviyada Qəddafi rejiminə qarşı qəbul edilən BMT qətnaməsi bir neçə saat müddətində icra olundu. Ancaq Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 7-si, o cümlədən Laçın rayonu illərdir işğal altındadır. BMT-nin 1993-ci ildə qəbul etdiyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri indiyədək icra olunmayıb. İşğalçılara qarşı bu hörmətin, öz doğma torpaqlarından zorla qovulmuş biz azərbaycanlılara qarşı isə bu etinatsızlığın səbəbi nədir?

Artıq 27 ildir “məsələ bu gün həll olunar, sabah həll olunar” ümidi ilə aldana-aldana yaşamaqdayıq. İşğal edilmiş ərazilərdən, o cümlədən Laçın rayonundan qovulanların bir qismi öz doğma yurduna qovuşmaq həsrəti ilə dünyadan köçdü. Qalan yaşlı nəslin də ümidləri itməkdədir. Yalanlar, yalan vədlər bizi boğaza yığıb, az qala heç nəyə inamımız qalmayıb.

İstəyimiz çox sadədir: biz yurdumuza, ata-babalarımızın məzarlarını qoyub gəldiyimiz torpaqlara qayıtmaq istəyirik. Bundan o tərəfə dözümümüz yoxdur. Dünyanın gözü baxa-baxa işğalçılar heç bir beynəlxalq hüquqa, qanun-qaydaya məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar. Bunu ATƏT-in fakt araşdırıcı missiyası da təsdiq etdi. Missiyanın hesabatına görə, artıq işğal edilmiş ərazilərdə 11 min nəfər yerləşdirilib. Əslində, real rəqəm bundan da çoxdur. Acınacaqlı odur ki, ATƏT-in fakt araşdırıcı missiyasının səfərlərindən sonra ermənilərin Laçında məskunlaşdırılması daha intensiv şəkildə həyata keçirilir. Mövcud vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi işğalçı Ermənistanın xeyrinə qəsdən uzadılır. Sanki hansısa sehrli qüvvə həmin ərazilərdə, o cümlədən Laçın rayonunda doğulan azərbaycanlıların (yeri gəlmişkən qeyd edək ki, işğala məruz qalmış ərazilərin bəzisində, o cümlədən Laçın rayonunda işğala qədər bir nəfər də erməni yaşamayıb) köçkünlükdə ölüb qurtarmasını gözləyir, o zamanadək baş qatıb vaxtı uzatmağa çalışır, görünür belədə torpaqların işğalını daha rahat legitimləşdirə biləcəklərini güman edirlər.

Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların gözü qarşısında artıq sayı bir milyona çatan Qarabağ, o cümlədən 70 mindən çox Laçın didərginləri XXI yüzillikdə səfil, sərgərdan duruma salınıb. Açığı, heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Sanki Bişkek protokolu, Madrid prinsipləri kimi sənədlərlə razılaşmaqla Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək yolunda öz əl-qolunun bağlanmasına da razılaşıb. Münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bizi heç qane etmir. Ermənistan iddia etdiyi keçmiş DQMV-nin ərazisindən (4388 kvadrat kilometr) iki dəfədən çox ərazini işğal edib. Dağlıq Qarabağ ətrafındakı ərazilərdən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları bütünlüklə, Cəbrayıl, Fizuli və Ağdam rayonları isə qismən işğal olunub. Lakin işğalçıya gözün üstə qaşın var deyən yoxdur.

Hazırda danışıqlar “Madrid prinsipləri”nin yenilənmiş variantı üzrə aparılır. Həmin prinsiplərdə əhalinin öz yaşayış yerlərinə qaytarılması məsələsi də əksini tapıb. Ancaq yenə real bir nəticə yoxdur. Bu bəndin yerinə yetirilməsi üçün də Ermənistan dövlətinə heç bir təsir göstərilmir. Hər şey yenidən kağız üzərində qalır. Minsk qrupunun üzvləri qaydasız döyüş yarışının məşqçiləri kimi tərəfləri yenidən döşəyin üstünə çıxarırlar ki, özünüz həll edin. Belə vəziyyətdə, əlbəttə, ərazisi işğal olunmuş, bir milyona yaxın əhalisi doğma yerindən çıxarılmış Azərbaycan zəif olur. Azərbaycana təzyiqlər edilir ki, Laçın və Kəlbəcər rayonlarını könüllü surətdə Ermənistandan Dağlıq Qarabağa bir dəhliz kimi versin. Onda Azərbaycanın ərazi bütövlüyü harada qalır?

Biz laçınlılar ilk növbədə ATƏT-dən, Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupundan tələb edirik:

1. Bizim öz doğma yurdumuza – Laçına qaytarılmağımızı tezliklə, sülh yolu ilə həll etsin.

2. Biz qaytarılana qədər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Laçında məskunlaşdırılmasına son qoyulsun. Bu günə qədər qanunsuz məskunlaşdırılmış şəxslər həmin ərazilərdən köçürülsün.

Əgər bu tələblərimiz yerinə yetirilməsə, Azərbaycan dövlətindən, Azərbaycan Ordusundan tezliklə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi və zorla qovulmuş əhalini yurduna qaytarmağı tələb etmək bizim tam haqqımızdır.

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər